L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

Şagirdlərə mətni oxumaq üçün 3 dəqiqə vaxt verilir. 
Lövhədə aşağıdakı nümunəyə uyğun cədvəl çəkilir və şagirdlər cütlükdə
işləyərək mətndən çıxış edərək cədvəli doldururlar. 
Nümunə:
2-ci tapşırıq. Mətndə qara hərflərlə verilmiş cümlələri izah etmək üçün
nümunələr gətirmək tapşırılır (“Elə şeylər var ki, vətəndaş ona nəzarət edə
bilmir, lakin dövlət ona əməl etməlidir. Elə şeylər də var ki, dövlət ona
nəzarət edə bilmir, lakin vətən 
daş yerinə yetirməlidir”). Mətnin ilk
abzaslarında təsvir olunan situasiya 2-ci cümləyə aiddir. Şagirdlər buna dair
başqa situasiyalar da fikirləşə bilərlər. 1-ci cümlədə isə söhbət daha çox insan
vicdanından gedir. Məsələn, hər hansı dövlət layihəsi üçün büd cə dən pul
ayrılıb. İcra orqanının bunu hansı keyfiyyətdə yerinə yetirəcəyinə adi və tən -
daş nəzarət edə bilmir, lakin bu iş vicdanla yerinə yetirilməlidir.
3-cü tapşırıqda verilmiş kəlamların mətnin ideyasına uyğunluğu müzakirə
mövzusu ola bilər. Bunun üçün, ilk növbədə, mətndəki əsas fikri izah etmək
lazımdır: 
l
Demokratiya, ilk növbədə, şüurlarda olmalıdır.
Bundan başqa, aşağıdakı kəlamlar da mətnin ideyası ilə səsləşir:
l
Cəmiyyət əxlaqlı olsa, qanunları daha asan tətbiq etmək olar.
(J.B.Molyer)
l
Biz azad olmaq üçün, ilk növbədə, qanunun qulu olmalıyıq.
(Seneka)
l
Azadlıq ürəyimiz istəyəni yox, haqqımız çatanı etmək deməkdir.
(F.Volter)
Dinlämä vä danışma
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı
mətnlər qurur.
t Oxuduğu, eşitdiyi fikri şərh etmək üçün mühakimə xarakterli mətn qurur.
Sinif  4 qrupa bölünür. 4-cü tapşırıq yerinə yetirilir. 
*
4. Qruplarla iş. Aşağıdakı aforizmləri şərh edin və öz fikirlərinizlə
genişləndirin.
Bu tapşırığın məqsədi şagirdlərdə verilmiş fikri şərh etmək, genişləndirmək
bacarığını formalaşdırmaqdan ibarətdir. Şagirdlərə izah etmək lazımdır ki,
söylənilən aforizmdə əsas fikri müəyyənləşdirmək və ona münasibət bildirmək
tələb olunur. 
Dövlətin vəzifəsi
Vətəndaşın vəzifəsi
Piyadaların yolu keçməsi üçün
zolaqlı keçidlər düzəltməlidir.
Piyadalar yolu müəyyən edilmiş
yerlərdən keçməlidirlər. 
Park salmalı, orada gül əkməli və
skamyalar qoymalıdır.
İnsanlar parkda gülləri qoparmamalı,
skamyaları sındırmamalıdır.
35
FƏRD VƏ CƏMİYYƏT


Qeyd. 4-cü tapşırığın yerinə yetirilməsi sinfin səviyyəsinə bağlıdır. Çətinlik
səviyyəsi yuxarı olduğuna görə bu tapşırığın icra forması (qrupların for -
ma laşdırılması, yönəldici sualların verilməsi və s.) müəllimin öhdə sinə
buraxılır. 1-ci aforizmdə əsas fikir ondan ibarətdir ki, yalnız savadlı və
intellekti olan insan azad ola bilər. Çünki azadlıq, ilk növbədə, insanın
şüurundan başlayır. 2-ci aforizm bu dərsdə oxun muş mətnin ideyası ilə
bağlıdır. Lakin demokratiyaya nail olmağın yolları haqqında yeni fikir
var. Tarix dəfələrlə sübut edib ki, demokratiya adı ilə edilən inqilab,
əslində, bir diktaturanın başqa bir diktatura ilə əvəz olun masına gətirib
çıxarıb. 3-cü aforizmlərdə əsas fikir ondan ibarətdir ki, azadlıq anar xiya
demək deyil, insan vəzifə və hüquqlarını bilməli, şüurlu şəkildə vəzifəsini
icra etməli və yalnız bundan sonra hüququnu tələb etməlidir. Bunu isə
yalnız, həqiqətən, savadlı insan edə bilər.  4-cü aforizmdə əsas fikir
ondan ibarətdir ki, insan qanunun aliliyini qəbul edərsə, əsl demokratik
mühit formalaşar. 
Dil qaydaları
6-7-ci tapşırıqlar fəndaxili şaquli inteqrasiyanı (8-ci sinif. 4.1.1. Sadə
cümlənin növlərini fərqləndirir. 4.1.2. Söz və söz birləşmələrinin sintaktik
vəzifəsini müəyyən edir.) reallaşdırır.
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Mürəkkəb cümləni sadə cümlədən fərqləndirir.
5-ci tapşırıq dil qaydaları üçün motivasiya xarakteri daşıyır. Mətnin 1-ci
cümləsi geniş adlıq cümlədir. Sadə cümlənin növləri ilə şagirdlər VIII sinifdə
tanış olublar. 
6-cı tapşırıq. Mətnin 2-ci cümləsini şagirdlər sintaktik təhlil edərək cümlə
üzvlərinin ifadə vasitələrini müəyyənləşdirirlər. 
7-ci tapşırıq. Göy rənglə verilmiş cümlə quruluşca mürəkkəbdir. Şagirdlər
cümlənin qrammatik əsasını göstərirlər. Cümlədə üç qrammatik əsas vardır.
Şagirdlərə tapşırılmışdır ki, onlar birinci iki hissəni saxlamaqla qalan hissəni
elə dəyişsinlər ki, cümlələr arasında məna əlaqəsini itirmədən başqa bir fikir
ifadə etsinlər. Cümlələr bu şəkildə dəyişə bilər: 
Hər çənd işıqforun qırmızı işığı yanır, amma biz küçəni keçi rik, ona görə ki
tələsirik.
Tapşırığın bu hissəsi iki məqsəd güdür: 1) cümlənin bir neçə sadə cümlə -
dən ibarət olduğunu vurğulamaq; 2) mürəkkəb cümləni təşkil edən sadə cüm -
lələr arasında məna əlaqəsinin olduğunu nümayiş etdirmək. 
Nəzəri material mənimsədildikdən sonra müəllim bildirir ki, məna bağlılığı
fikir ifadə etmək baxımından uyğun gələn cümlələrin əlaqələnməsini nəzərdə
tutur. Komponentlər arasında məna bağlılığı olmasa, mürəkkəb cümlənin
ifadə etdiyi fikir aydın olmaz. Misal üçün iki nümunə gətirmək olar:
1. Dayımın qırx yaşı var. Mən müəllim olmaq arzusundayam.
2. Dayımın qırx yaşı var. O, yaşından cavan görünür.
36

BÖLMƏ 


2-ci nümunədən fərqli olaraq 1-ci nümunədəki cümlələr birləşib mürəkəb
cümlə yarada bilməz, çünki onların arasında məna bağlılığı yoxdur.
Daha sonra “komponent” sözü müxtəlif kontekstlərdə işlədilməklə izah
edilir: “Nəyinsə tərkib hissəsi, ünsürü”; məsələn, “Metodik vəsait dərslik kom-
plektinin komponentlərindən biridir”.
8-13-cü tapşırıqlar yerinə yetirilir. Şagirdlər fikirlərini mürəkkəb cümlə
şəklində ifadə etməkdə çətinlik çəkirlər, ona görə də dərslikdə şagirdlərdə
mürəkkəb cümlə qurmaq bacarığını for ma laşdırmaq üçün tapşırıqlar verilmiş -
dir. Bu tapşırıqlar aşağıdakı məqsədlərə xidmət edir:
1. Mürəkkəb cümləni sadə cümlədən fərqləndirmək; onun tərkibindəki
sadə cümlələri müəyyən etmək (hər bir komponentin qrammatik əsasını
göstərmək).
2. Mürəkkəb cümlənin komponentləri arasında məna əlaqəsinin mövcud -
luğunu diqqətə çatdırmaq. (Burada qrammatik məna əlaqəsi deyil, semantik
məna əlaqəsi nəzərdə tutulur.)
3. Sadə cümlədəki feili tərkibi cümlə şəklində ifadə etməklə mürəkkəb
cümlə yaratmaq.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 3. ÜNSİYYƏTİN SİRLƏRİ  (3 saat)
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndəki fikirləri ümumiləşdirərək tezis
şəklində ifadə edir. 
Mətndəki əsas fikirlərə münasibət bildirir.
2.1.1. Tanış olmayan söz və ifa də lə rin
kontekstə uyğun mənasını şərh edir.
Çoxmənalı sözlərin kontekstə uyğun
mənasını izah edir.
2.2.2. Tərkib hissələri arasında əla -
qəni gözləməklə mətni genişləndirir. 
Mövzu üzrə əldə etdiyi məlumatları
mət nin müvafiq hissələrinə əlavə edir.
1.2.3. Nitq prosesində danışığı (səs
seçimi, səsin ucalığı, hiss, ton) ilə ifadə
tərzini (poza, jest, mimika) uzlaşdırır.
Danışıq situasiyasına uyğun olaraq
səs tonu ilə jest və mimikalarını uz -
laş dırır.
1.2.1. Dil vahidlərindən məqsədyönlü
istifadə etməklə müxtəlif formalı mətn -
 lər qurur.
Situasiyaya uyğun olaraq danışığında
müvafiq nəzakətli ifadələrdən və nitq
etiketlərindən istifadə edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərq ləndirir. 
Mürəkkəb cümləni həmcins xəbərli
sadə cümlədən fərqləndirir.
37
FƏRD VƏ CƏMİYYƏT


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə