L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

müstəqil fikir söyləməsinə şərait yaratmaq lazımdır. 
Oxu vä söz ehtiyatı
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndə söylənilən fikrə münasibət bildirmək üçün arqumentlər gətirir.
Fəndaxili şaquli inteqrasiya: 6-cı sinif. 2.2.3. Mətndəki fikir və mülahi zə -
lərə münasibət bildirir.
Mətn əvvəlcə şagirdlər tərəfindən səssiz oxunur. Sinfin səviyyəsindən asılı
olaraq mətnin oxunması üçün vaxt təyin olunur.
Qeyd.
Mətn təxminən 1 səhifə həcmindədir. Psixoloqların araşdırmala rına görə,
orta səviyyəli intellektə malik insan bir səhifəlik mətni 2 dəqiqəyə oxuyur.
Beləliklə, müəllim diaqnostik qiymətləndirmə məqsədilə oxu üçün 4 dəqi -
qə vaxt ayıra bilər. Bu müddət ərzində mətni oxuyub başa çatdırmamış
şagirdlər olarsa, müəllim onları qeyd edib vaxtı daha 1 də qiqə artıra bilər.
Mətnlə bağlı suallar cavablandırılır.
2. Şagirdin dediyi kəlamı necə izah edərdiniz?
3. Şagirdlərin dedikləri ilə razı sınızmı? Bu haqda siz nə düşü nür sünüz?
Müəllim şagirdlərə sərbəst fikir söyləmək üçün şərait yaradır. Lakin
çalışmaq lazımdır ki, müzakirələr çox uzanmasın. Daha sonra mətndəki
fikirləri müəyyənləşdirmək və bu fikirləri təsdiq etmək üçün mətndən ar-
qument gətirmək tapşırılır. Bunun üçün şagirdlərə belə bir cədvəl təqdim
edilir. 
Qeyd. Cədvəl şagirdlərə boş verilir. Nümunə müəllimə kömək məqsədi
daşıyır.
4. Altından xətt çəkil miş cüm ləni şərh edin.
Mətndə altından xətt çəkilmiş cümləyə (“Amma teleqraf bizə bir daha
Mətndə verilmiş fikir
Mətndə bu fikrə münasibət
Mənim münasibətim
Razıyam. 
Niyə?
Razı deyiləm.
Niyə?
Dünyadakı hər var -
lıqda, hər ha di sədə
bir ibrət dərsi var.
Bu fikir hələ in sanlar vəhşi tə -
biətin qoynunda yaşayanda
ya ran mış dır.
Bu kəlamı müasir
dövrə  aid etmək
olmaz.
İnsan bir çox əşyaları özü ya -
ratmışdır, buna görə onlardan
öyrəni ləcək heç nə yoxdur.
Müdrik kəlam
köhnəlməyib.
İnsan tərəfindən düzəldilən
əşyalardan da nəsə
öyrənmək, dərs almaq və
nəticə çıxarmaq olar.
26

BÖLMƏ 


xatırladır ki, hər sözün qiyməti var”) diqqət yetirilir. Müasir dövrdə internet
vasitələri (elektron məktublaşma, skayp, sosial şəbəkələr və s.) poçt və
teleqrafı xeyli dərəcədə əvəz etdiyindən şagirdlərin teleqraf haqqında bilikləri
məhdud ola bilər. Onların çoxu bilmir ki, teleqram göndərərkən hər bir sözün
qiyməti – müəyyən məbləğlə ölçülən dəyəri olur, yəni teleqraf xidmətinə görə
ödəniləcək məbləğ göndərilən mətnin həcmindən – sözlərin sayından asılı olur.
Beləliklə, altından xətt çəkilmiş cümlədəki “sözün qiyməti” ifadəsində sözün
maddi dəyəri ilə məna tutumu arasındakı assosiativ əlaqəyə eyham vurulur.
Belə ki, teleqram göndərərkən az söz yazmaq lazımdır. Bu zaman insan mə -
lumatı düzgün və dəqiq çatdırmaq üçün istər-istəməz ən mühüm sözləri seçir.
Bu da bir daha sübut edir ki, sözün miqdarı yox, "keyfiyyəti" vacibdir. 
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə
uyğun dəqiqləşdirməklə şərh edir.
t Sözün ilkin mənasını araşdıraraq kontekstdəki mənasını izah edir.
5. “Müstəqim”, “materialist yanaşma” söz və ifadələrinin kontekstə uyğun
mənalarını izah edin. 
Dərslikdəki sözlükdə bu sözlərin mənası verilmişdir. Bu izah əsasında
mətndə niyə məhz bu sözlərin işləndiyi izah edilməlidir.
“Müstəqim” ərəb sözü olub “birbaşa, düzünə” mənasını verir. Dilçilikdə
“sözün müstəqim mənası” dedikdə onun ilkin, həqiqi mənası nəzərdə tutulur. Bu
mənada hər hansı fikrə, ifadəyə müstəqim yanaşma “obrazlı ifadə”, “mə cazi
məna” anlayışları ilə ziddiyyət təşkil edir. 
“Materialist yanaşma” ifadəsini izah etmək üçün şagirdlərə kömək məq sə -
dilə “materialist” sözünün izahını vermək tövsiyə olunur: “Şüura, təfəkkürə
nis bətən materiyanın, təbiətin ilkinliyini, şüurdan asılı olmayaraq möv cud lu -
ğunu qəbul edən elmi-fəlsəfi cərə yan”. Beləliklə, materialist yanaşma zamanı
maddiyyat və onun təbiət qa nu nauyğunluqlarına müvafiq obyektiv mövcud -
luğu əsas götürülür. Burada obraz lılığa, assosiativ düşüncəyə yer yoxdur.
6. Kontekstə görə, “obrazlı düşüncə” ifadəsi aşağıdakı variantlardan hansı
ilə əvəz oluna bilər?
A) elmi təfəkkür 
B) tənqidi təfəkkür
C) analitik düşüncə
D) assosiativ düşüncə
Əvvəlki tapşırıqları yerinə yetirdikdən sonra bu test sualını cavablandırmaq
şagirdlər üçün çətin olmayacaq. Müəllim diqqəti digər cavab variantlarına
yönəldib elmi, tənqidi, analitik təfəkkür haqda uşaqların fikirlərini öyrənə bilər.
“Obrazlı təfəkkür” ifadəsinin daha dərindən qavranılması üçün şagirdlərə
ədəbiyyatdan, xüsusilə poeziyadan misallar gətirmək tapşırıla bilər.
7. “Beşik” sözünün həqiqi və məcazi mənalarını izah edin. 
27
FƏRD VƏ CƏMİYYƏT


Sözsüz ki, şagirdlər bu sözün həqiqi mənasını bilirlər. Onun məcazi mənası
(bir şeyin törədiyi, meydana gəldiyi yer) izah olunduqdan sonra bu iki məna
arasındakı yaxınlıq, məcazi mənanın həqiqi mənadan necə yarandığı müza -
ki rə olunur. Məhəmməd peyğəmbərin kəlamı da xatırlana bilər: “Beşikdən
qəbrədək elm öyrənin”. (Bu kontekstdə “beşikdən” sözü “anadan olandan” mə   -
na  sında işlənmişdir.)
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
t Mətni oxuyarkən məntiqi vurğudan düz gün istifadə edir.
Fəndaxili şaquli inteqrasiya: 5-ci sinif. 2.2.1. Tələffüz qaydalarını göz lə -
məklə mətni düzgün oxuyur.
Müəllimin seçimi ilə mətnin hissələri şagirdlər tərəfindən ucadan oxunur.
Müəllim səsli oxu zamanı mətndəki fikir və emosiyaların daha qabarıq ifadə
olunmasında in to nasiyanın rolunu şagirdlərin nəzərinə çatdırır, məntiqi vurğu
haqqında mə lumat verir. Şagirdlərə mətni oxuyarkən bu məqamlara diqqət
yetirmək tapşırılır.
Mətn oxunduqdan sonra “Orfoqrafiya və orfoepiya” rubrikasındakı tapşırıq
üzərində iş gedir.
Qeyd.
Bu tapşırıq şagirdlərdən vurğulu heca ilə bağlı müəyyən biliklər tələb
edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dili fənn kurikulumunda
sözdə vurğunun yeri ilə bağlı xüsusi standart yoxdur, buna görə də
kurikulum üzrə yazılmış əvvəlki dərsliklərdə bu məsələ öz əksini
tapmışdı. Təcrübə göstərir ki, aşağı siniflərdə şagirdlər sözdə vurğulu
hecanı müəyyən etməkdə çətinlik çəkirlər (xüsusilə əgər sözdə uzun
saitli heca varsa). Lakin müəlliflərin fikrincə, 9-cu sinif şagirdləri bu
mövzunu mənimsəyə bilərlər və mənimsəməlidir lər, çünki 1) sözü
tələffüz edərkən vurğulu hecanın düzgün seçilməsi vacib nitq baca -
rığıdır, 2) 9-cu sinif buraxılış sinfidir və ola bilsin ki, bir çox şagirdlərin
bu nitq bacarığını mənimsəmək üçün başqa imkanı olmasın.  
Müəllim vurğu, vurğulu heca haqqında məlumat verir: 
– Vurğu sözdəki hecalardan və ya cümlədəki sözlərdən birinin daha güclü
və daha ucadan tələffüz edilməsidir.
Vurğulu heca üzərinə vurğu düşən hecadır.
“Məntiqi vurğu” və “vurğulu heca” anlayışlarını mənimsətmək üçün müəllim
mətndəki söz və cümlələrə müraciət edə bilər. “Dünyadakı hər varlıqda, hər
hadisədə bir ibrət dərsi verən hikmət var” cümləsində “bir” sözünün aid olduğu
nitq hissəsi (ədat) müəyyən edilir. Müəllim bildirir ki, köməkçi nitq hissələri
leksik məna kəsb etmədiyindən, adətən, vurğu ilə deyilmir və yuxarıdakı cümləni
“bir” sö zü  nün üzərinə vurğu salmaqla bir daha təkrar edir. Yenidən “bir”
sözünün hansı nitq hissəsinə aid olduğu soruşulur. Şagirdlər bu dəfə həmin
28

BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə