L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   2   3   4   5   6   7   8   9   ...   57

Təlim nəticələri:
l Mətni oxuyarkən məntiqi vurğudan düzgün istifadə edir.
l Mətni oxuyarkən cümlələrdə əlavədən əvvəl, ümumiləşdirici sözdən sonra,
eləcə də həmcins üzvlər və mürəkkəb cümlənin tərkib hissələri arasında
pauza edir.
l Mətni oxuyarkən səs seçimi və tonu ilə müəllifin hiss və duyğularını əks et-
dirir.
l Şeiri deklamasiya edərkən səs tonu, pauza, məntiqi vurğu vasitəsilə şairin
fikir və duyğularını daha qabarıq ifadə edir.
l Mətnin xarakterindən asılı olaraq oxu sürətini tənzimləyir və məntiqi vurğu -
dan düzgün istifadə edir.
l Dialoji mətni oxuyarkən səs tonunu, jest və mimikalarını obrazların xarak -
terinə uyğunlaşdırır.
Açıqlama: Bu alt-standart ilk baxışdan 1.2.3 standartı ilə çox yaxındır. Lakin nə -
zə rə almaq lazımdır ki, intonasiya ilə oxumaq və danışarkən müvafiq
səs tonundan, jest və mimikalardan istifadə etmək fərqli ba carıqlardır.
Mətni intonasiya ilə oxumaqda əsas məqsəd buradakı informasiyanı,
müəllifin və obrazların hiss və duyğularını dolğun və bariz şəkildə din -
ləyiciyə çatdırmaqdır. Danışarkən səs tonunu tən zim ləmək isə özü nü
daha xarizmatik ifadə etmək, qarşı tərəfi öz fikir 
lə rinə inandırmaq
məqsədi güdür. Ona görə də 1.2.3 standartı şa  girdlərdə daha çox xa -
rizmanı (öz nitqi və hərəkətləri ilə ətraf da kı la ra təsir göstərmək, onları
özünə cəlb etmək, ardınca aparmaq ba carığı), 2.2.1 standartı isə dekla-
masiya bacarığını (şeir və nəsr əsərini intonasiya, jest və mi mikalarla
söyləmə; bədii oxu mə harəti) formalaşdırmağı və inkişaf et dirməyi
nəzərdə tutur.
Alt-standart: 2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni
genişləndirir. 
Təlim nəticələri:
l Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.
l Mətndə məntiqi ardıcıllığı təmin etmək üçün tərkib hissələri arasına müvafiq
keçid cümlələri əlavə edir.
l Mətndəki müəyyən faktlarla bağlı şərh lərini müvafiq hissələrə əlavə edir.
l Bədii obraz və tarixi şəxsiyyətlərin hə rəkətlərinə qiymət verməklə mətni ge -
nişləndirir.
l Yeni məlumatları oxuduğu mətnə əlavə edərkən məzmun ardıcıllığına riayət
edir.
Açıqlama: Bu standartı reallaşdırmaq üçün bəzi dərslərdə mövzu ilə bağlı
araşdırma aparmaq və əldə olunan məlumatlardan istifadə etməklə
mətni genişləndirmək tələb olunur. Bir sıra dərslərdə (məsələn,
“Eponimlər” “Esperanto”, “Kompüterin tarixi” və s.) mətn his 
sələrə
12
GİRİŞ


bölünür və hər hissənin sonunda layihə-araşdırma tipli tapşırıq qoyulur.
Tövsiyə edilir ki, bu cür araşdırmalar evdə icra olun maq üçün öncədən
tapşırılsın və şagirdlər dərsə hazır məlumat larla gəlsinlər. Bunun üçün
müəllim şagirdləri əvvəlki dərsdə qruplara bölməli və hər qrupa evdə
icra etmək üçün araşdırma tapşırığı ver məlidir. Belə olduqda dərs
saatına qənaət edilər və 2.2.2 stan dar tı daha səmərəli şəkildə real laş -
dırılar. Əks halda mətnin oxunması ilə məlumatların toplanması ara -
sında böyük fasilə yaranar və şa gird lər növbəti dərsdə yenidən mətnə
qayıtmalı və onu zənginləşdirməli olar lar. Beləliklə, müəllimlərə tövsiyə
edilir ki, hər bir növbəti dərsin şərhlərinə öncədən nəzər salsınlar və
ehtiyac varsa, mətnin məzmunu ilə tanış olaraq şagirdlərə müvafiq ev
tapşırığı versinlər.
Alt-standart: 2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
Təlim nəticələri:
l Mətndə söylənilən fikrə münasibət bil dirmək üçün arqumentlər gətirir.
l Mətndə rast gəldiyi mühakimə xarakterli cümlələri şərh edir.
l Mətndəki fikirləri ümumiləşdirərək tezis şəklində ifadə edir. 
l Mətndəki əsas fikirlərə münasibət bildirir.
l Mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh edərək münasibət bildirir.
l Verilmiş faktın mətndəki hansı fikri təsdiqlədiyini müəyyənləşdirir.
l Araşdırma aparmaqla mətndə yol verilmiş elmi yanlışlığı müəyyən ləş dirir.
l Əlavə biliklərindən istifadə etməklə mətndəki fikir və faktları şərh edir.
l Elmi mətndəki ziddiyyətli məqamları aşkar edir və onlara münasibət bildirir.
l Mətndəki əsas fikirləri vurğulayır.
l Mətndəki obraz, tarixi şəxsiyyət haq qın da fikir yürütmək üçün müvafiq epi-
zodlardan istifadə edir.
l Mətndəki hadisələri izah etmək üçün müx təlif versiyalar irəli sürür.
l Mətndəki məlumatları əvvəlki bilikləri ilə müqayisə edərək nəticə çıxarır.
l Mətndə sətiraltı ifadə olunmuş fikirləri şərh edir.
l Həyatda gördüklərindən, eşitdiklərindən misallar gətirməklə mətndəki fikir -
lərə münasibət bildirir.
l Məntiqə əsaslanaraq mətndəki müba hi səli məqama aydınlıq gətirir.
l Mətndəki obraz haq qın da fikir yürütmək üçün həyat hadisələrindən misal -
lar gətirir.
l Mətndəki əsas fikri atalar sözləri və aforizmlərlə şərh edir.
l Mətndəki faktları təhlil etməklə fikir yürüdür.
Açıqlama: Bu alt-standart da dinləmə və danışma standartları ilə (1.1.2, 1.2.4) xeyli
dərəcədə yaxındır və müəyyən mənada onlarla inteqrasiya təşkil edir.
13
GİRİŞ


Dinlədiyi fikrə münasibət bildirmək və oxuduğu mətndəki fikirləri
dəyərləndirmək məzmun baxımından yaxın bacarıqlardır, çünki hər ik-
isinin mahiyyəti qəbul edilmiş informasiyaya reaksiya verməkdir və hər
ikisində özünüifadə çox zaman danışma yolu ilə baş verir. Lakin nəzərə
almaq lazımdır ki, 2.2.3 standartında danışma yalnız vasitə kimi çıxış
edir: şagird mətni oxuyub anladığını və oradakı fikirlərə münasibətini
danışma yolu ilə nümayiş etdirir. Əlbəttə, müəllim istəsə, bu zaman
şagirdin şifahi şəkildə rabitəli mətn qurmaq bacarığını da diqqətdə
saxlaya və qiymətləndirə bilər. Lakin 2.2.3 standartı, ilk növbədə, mətnin
təhlilini nəzərdə tutur.
3. Yazı
Konseptual məqamlar:
9-cu sinifdə yazı məzmun xətti üzrə qoyulan tələbləri aşağıdakı kimi qrupl aş dır -
maq olar:
– öz fikrini müxtəlif formalarda ifadə etmək;
– yazıda nəqli, təsviri, mühakimə xarakterli hissələri uzlaşdırmaq;
– öz fikrini əsaslandırmaq üçün müvafiq faktlara istinad etmək;
– yazdığı mətnin məntiqi ardıcıllığını və rabitəliliyini təmin etmək;
– hesabat və akt kimi əməli yazılar tərtib etmək.
Dərslikdə yazı üçün seçilmiş mövzular, adətən, dərsdəki mətnin mövzusu ilə
bağlı olur. Bunun səbəbi aydındır: insan yalnız informasiya aldıqdan sonra ona
münasibət bildirməyə və ya bu informasiyanı dərinləşdirməyə həvəsli olur. Buna
görə də şagirdlərə ya mühakimə, ya da araşdırma xarakterli mətnlər tərtib etmək
tapşırılır. Bəzən isə bu iki məqsəd bir tapşırıqda birləşdirilir, belə ki, şagird verilmiş
mövzuya münasibət bildirmək üçün araşdırma aparmalı olur. 
Yazılmış mətnlərdə məzmun, yəni mövzunun açılması ilə yanaşı, fikrin əsas lan -
dırılması və mətnin rabitəliliyinə də xüsusi diqqət yetirilməlidir.
Məzmun standartı: 3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş et-
dirir.
Alt-standart: 3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, müha -
kimə) və formalı  (inşa, esse, hekayə) mətnlər yazır. 
Təlim nəticələri:
l Verilmiş mövzuya uyğun hekayə yazır.
l Müqayisəli təhlil üsulu ilə mühakimə xarakterli yazı yazır.
l Oxuduğu mətnlərin məzmunundan çıxış edərək müvafiq mövzuda esse
yazır.
l Verilmiş mövzuya uyğun esse yazır.
l Essedə müxtəlif tipli qrafik materiallardan (sxem, cədvəl, diaqram və s.)
istifadə edir.
Açıqlama: Aşağı siniflərdə şagirdlərdə müxtəlif yazı formaları və tiplərində mətn
yazmaq bacarıqlarının əsası qoyulmuşdur. Belə ki, onlar artıq inşa,
14
GİRİŞ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə