L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   2   3   4   5   6   7   8   9   ...   57

Açıqlama: Bu alt-standart 1.2.1 standartı ilə kifayət qədər yaxındır, lakin burada
şagirdin qurduğu mətnin rabitəliliyi ön plana çəkilir. Dərslərin şərhində
də vurğulanır ki, şagirdlər məruzə hazırlayarkən təqdim edəcəkləri
mətni yazmamalı, tərtib etdikləri tezislər və vizual materiallar əsasında
çıxış etməlidirlər. Burada əsas tələb fikirlərin və şərhlərin məntiqi ar -
dıcıllığı, onların arasında rabitəliliyin təmin olunmasıdır.
Alt-standart: 1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss,
ton) ilə ifadə tərzini (poza, jest, mimika) uzlaşdırır.
Təlim nəticələri:
l Danışıq situasiyasına uyğun olaraq səs tonu ilə jest və mimikalarını uz laş -
dırır.
l Debat zamanı emosiyaya qapılmadan səsinin ucalığını, jest və mimikalarını
tənzimləyir.
Açıqlama: Şifahi nitq zamanı ətrafdakılara təsirin əhəmiyyətini inkar etmək ol maz.
Bəzi şagirdlər yüksək intellektual səviyyəyə malik olsalar da, nitqlərini
kifa yət qədər məzmunlu qursalar da, yoldaşlarının diqqətini cəlb edə,
on ları inandıra bilmirlər. Bu bacarıq daha çox insan xarakteri – xarizma
ilə bağlı olsa da, daimi məşqlər hesabına, səs tonunu, jest və mimikaları
diqqətdə saxlamaqla onu inkişaf etdirmək olar. Lakin onu da nəzərə
almaq lazımdır ki, səs tonu, pauza, jest və mimi ka təbii şəkildə nitqin
məzmunu ilə vəhdət təşkil etməlidir.
Alt-standart: 1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
Təlim nəticələri:
l Özünün və başqasının fikirlərini müqa yisə edərək ümumiləşmiş formada
təqdim edir.
l Müqayisələr apararaq gəldiyi nəticələri qısa tezislər şəklində ifadə edir.
l Fikirləri ümu mi ləşdirərək bir neçə tezislə ifadə edir.
l Qarşıya çıxan sualla bağlı fikirlərini ümu miləşdirərək gəldiyi nəticələri lako -
nik ifadə edir.
Açıqlama: Bu standartdakı fəaliyyəti iki hissəyə (mərhələyə) bölmək olar: fikirlərin
ümumiləş dirilməsi və ümumiləşdirilmiş fikirlərin yığcam şəkildə təqdim
olun ma sı. Birinci mərhələ daha çox əqli prosesdir; burada fərqli fikirləri
müqayisə etmək, ikincidərəcəli fikirləri ixtisar etmək, müxtəlif cür ifadə
olunmuş eyni məzmunlu fikirləri vahid formaya salmaq tələb olunur. İkinci
mər hələdə təfəkkür məhsulu nitq bacarığına çevrilir. Qeyd etmək la zım -
dır ki, danışma bacarığına aid olan bu alt-standart dinlə mə ba ca rı ğı ilə
də sıx bağlıdır. Şagirdlər çox zaman dinlədiklərini ümu miləş dir mə li olur -
lar. 15-20 dəqiqə sürən müzakirədə səslənmiş əsas fikirləri üç-dörd
tezislə ümumiləşdirmək yüksək intellektual baca rıq tələb edir.
9
GİRİŞ


2. Oxu
Konseptual məqamlar:
Azərbaycan dili dərsliklərində oxu üçün nəzərdə tutulmuş mətnlər şagirdin in-
tellektini və oxuyub-anlama bacarığını inkişaf etdirmək üçün əsas vasitədir. 
“Oxu” məzmun xətti:
– elmi-kütləvi mətnlər vasitəsilə fənlərarası inteqrasiya yaratmağa imkan verir;
– şagirdin söz ehtiyatını artırır;
– dinləmə, danışma, yazı və dil qaydaları üzrə fəaliyyətinin qurulması üçün
zəmin yaradır;
– şagirdin analitik, məntiqi və tənqidi təfəkkürünü, eyni zamanda yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirmək üçün material verir.
Dərsliklərdə bədii və elmi-kütləvi mətnlərə qoyulan tələbləri fərqləndirmək la -
zımdır. 
Bədii mətnlərlə bağlı qarşıya qoyulan məqsədlər, ilk növbədə, aşa ğı dakılar ola
bilər:
l
mətni intonasiya ilə oxumaq;
l
mətndə obrazlı şəkildə ifadə olunmuş fikirləri şərh etmək;
l
məcazi mənalı söz və ifadələrin, frazeologizmlərin mənasını açıqlamaq;
l
mətnin ideyasını müəyyənləşdirmək və müəllifin fikrinə münasibət bildirmək;
l
mətndəki əsas obrazların xarakterlərini təhlil etmək və onları dəyər lən dirmək.
Elmi-kütləvi mətnlərə qoyulan tələblər bir qədər fərqlidir:
l
mətndəki əsas elmi fakt və fikirləri müəyyənləşdirmək;
l
müvafiq sahə üzrə terminologiyaya bələd olduğunu nümayiş etdirmək;
l
mətndəki faktlardan istifadə etməklə (sillogizm qurmaqla) yeni informasiya
aşkara çıxarmaq;
l
mətndəki məlumatları müvafiq sahə üzrə elmi bilikləri ilə müqayisə edərək
ziddiyyət və uyğunluqları müəyyənləşdirmək.
Yuxarı siniflərdə sürətli oxu amilinin də böyük əhəmiyyəti var. Belə ki, imtahan
zamanı, sözsüz ki, oxu üzrə bacarıqlar da qiymətləndiriləcək. İmtahan müddəti
müəyyən zamanla məhdudlaşdırıldığından şagirdlər tez bir zamanda mətni oxu yub
qavramalı və onun məzmunu ilə bağlı sualları cavablandırmalı olacaqlar. 
Məzmun standartı: 2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini
nümayiş etdirir.
Alt-standart: 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun
mənasını şərh edir.
Təlim nəticələri:
l Çoxmənalı sözlərin kontekstə uyğun mənasını izah edir.
l Kontekstdən çıxış edərək sözlərin mə nalarını müəyyənləşdirir və lüğət dəki
mənası ilə müqayisə edir.
l Mətndə rast gəldiyi sözlərin bildirdiyi ümumi anlayışı müəyyən edir.
10
GİRİŞ


l Elmi mətnin məzmunundan çıxış edə rək terminin elmi izahını verir və onun
Azərbaycan dilindəki qarşılığını müəy yənləşdirir.
l Mətndə rast gəldiyi sözlərin mənasını şərh etməklə leksik kateqoriyasını
müəyyənləşdirir.
Açıqlama: Mətndəki sözlərin kontekstə uyğun mənasını şərh etmək həm də oxu -
yub-anlama bacarığı ilə bağlıdır. Şagird sözün işləndiyi cümləni, abzası
dərindən qavramalıdır ki, məzmundan çıxış edərək onun mə nasını an -
la sın və izah etsin. Burada bir məqama diqqət yetirmək la zımdır: əgər
söz çoxmənalıdırsa, onun yalnız kontekstə uyğun olan mənasını şərh
et mək tələb olunur. Ümumiyyətlə, sözün izahını ver mək şagirddən kifa -
yət qədər yüksək nitq bacarığı tələb edir. Təsadüfi deyil ki, bu bacarıq
həm də məntiqdə tədris obyektidir. Əgər aşağı siniflərdə sözü izah
etmək üçün onun sinonimini və ya aid olduğu ümumi anlayışı – hipero -
nimi tapmaq tələb olunurdusa (məs.: “savanna” çöl, dü zən lik deməkdir),
9-cu sinifdə sözün izahında hiperonimlə ya naşı, konkret məfhumun
əsas əlamətləri də öz əksini tapmalıdır (məs.: savanna – tropik və sub-
tropik zonalarda seyrək ağacları və kolları olan ot örtüklü sahə, çöl,
düzənlik). 
Alt-standart: 2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını
kontekstə uyğun də qiq ləş dirməklə şərh edir.
Təlim nəticələri:
l Sözün ilkin mənasını araşdıraraq kon  tekstdə qazandığı yeni məna ça larını
izah edir.
l Kontekstə görə ifadənin mənasını və onun yaxınmənalı qarşılığını müəy -
yən ləşdirir.
l Mətndəki alınma sözün və onun Azər baycan dilindəki qarşılığının məna ça -
lar ları arasındakı fərqi izah edir.
l Mətndə rast gəldiyi frazeoloji birləşmələri və obrazlı ifadələri izah edir.
l Kontekstdən çıxış edərək frazeoloji birləşmələrin mənasını izah edir.
l Mətndə rast gəldiyi sözlərin lüğətdəki mənası ilə kontekstdəki mənası ara -
sın dakı fərqi və bu fərqin səbəblərini izah edir.
Açıqlama: Göründüyü kimi, 2.1.1  və 2.1.2 standartları məzmunca çox yaxındır və
əvvəlki siniflərdəki müvafiq standartın inkişaf xətti üzrə davamını
nəzərdə tutur. 2.1.2 standartı həm də məcazi mənalı söz və ifadə lər  lə
işləməyi nəzərdə tutur ki, bura obrazlı ifadələr və frazeoloji bir ləşmələr
də daxildir. Ona görə də bu standarta, adətən, bədii mətn  lərlə bağlı
müraciət edilir.
Məzmun standartı: 2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini
nümayiş etdirir.
Alt-standart: 2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
11
GİRİŞ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə