L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 24. ƏLİ BƏY HÜSEYNZADƏ: RƏSSAM, HƏKİM, BÖYÜK



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   49   50   51   52   53   54   55   56   57

Dərs 24. ƏLİ BƏY HÜSEYNZADƏ: RƏSSAM, HƏKİM, BÖYÜK
DEMOKRAT (2 saat)
Motivasiya
Müəllim dərsliyin 156-cı səhifəsində verilmiş “Hali-vatan” şeirini səsləndirir.
Sual: – Bu şeirin müəllifi, onun amalı, əqidəsi, yaşadığı dövr haqqında nə
deyə bilərsiniz?
Yönəldici suallarla şagirdlər aşağıdakı fikirləri səsləndirə bilərlər:
– Şair həqiqət, azadlıq carçısıdır.
– Cahillərin üstünlük təşkil etdiyi bir cəmiyyətdə və dövrdə yaşayır.
– Onun vətəni işğal təhlükəsi altındadır.
– Şair öz şeirləri ilə xalqını cəhalətdən, nadanlıqdan xilas etməyə çalışır. 
Oxu 
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
t Mətni oxuyarkən məntiqi vurğudan düz gün is tifadə edir.
Mətn “Səsli oxu” texnikası ilə hissə-hissə müxtəlif şagirdlər tərəfindən oxu -
nur. Oxu zamanı sözlərin düzgün tələffüzünə, məntiqi vurğu, pauza və səs
tonuna diqqət yetirilir. 
Oxunun bu mərhələsi başa çatan kimi şagirdlərin mətnin məzmununu necə
qavradıqlarını müəyyənləşdirmək üçün suallarla sinfə müraciət edilir:
– XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə tərəfindən yaradılmış milli ide-
ologiya düsturunun əsasında hansı şüarlar dayanırdı?
– Peterburq Universitetində təhsilinin yarımçıq qalmasının səbəbi nə idi?
– “Əli bəyin simasında tibb sahəsi qiymətli bir mütəxəssisini itirdi, ancaq
Azərbaycan türkçülüyün oyanmasında baş rolu oynayacaq bir övladını qazan -
mış oldu” fikrini necə şərh edə bilərsiniz?
Standartlar
Təlim nəticələri
2.2.1. Mətni düzgün intonasiya ilə oxu -
yur.
Mətni oxuyarkən məntiqi vurğudan düz -
gün is tifadə edir.
2.2.2. Tərkib hissələri arasında əla qəni
gözləməklə mətni genişlən dirir. 
Mövzu üzrə əldə etdiyi məlumatları mət   -
 nin müvafiq hissələrinə əlavə edir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət
bildirir.
Dinlədiyi mətndəki məlumatları əvvəl
əldə etdiyi məlumatlarla müqayisə edə -
rək öz fikrini formalaşdırır.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz
nitqdə durğu işarələrindən isti fadə edir.
Sitatlardan istifadə edərkən müvafiq
durğu işarələrindən istifadə edir.
3.1.2. Formalaşmış fikir və müla hi zə -
lərini həyat hadisələri ilə əlaqə lən di rə -
rək əsaslandırır. 
Mühakimə xarakterli yazıda həyat ha di -
sələri ilə bağlı fikirlərini sitatlarla əsas -
landırır.
170
VI 
BÖLMƏ 


– Əli bəy Hüseynzadə Bakıda fəaliyyət göstərdiyi qısa zaman ərzində hansı
izləri qoydu?
2. Mətndəki sitatları göstərin. Onların hansı fikri əsaslandırdığını və ya
aydınlaşdırdığını müəyyənləşdirin. 
Müəllim aşağıdakı sitata xüsusi diqqət yetirir:
“Atatürk o vaxt atama, Ağaoğluna və bəzi başqa insanlara millət vəkilliyi təklif
edib. Atam deyib ki, mən təkpartiyalı dönəmdə millət vəkilliyini qəbul etmərəm.
Atatürk deyib ki, yaxşı, onda gəl Türk Dil Qurumunda əməkdaşlıq edək. Əli bəy
razılaşıb, Türk Dil Qurumunda çalışıb”.
Sitatı şərh etmək tapşırılır: “Bu sitat Ə.Hüseynzadənin xarakterindəki hansı
cəhəti bir daha təsdiqləyir?”
Fəndaxili üfüqi inteqrasiya 
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -
dirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mət    nin müvafiq hissələrinə əlavə edir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
t Dinlədiyi mətndəki məlumatları əvvəl əldə etdiyi məlumatlarla müqayisə
edərək öz fikrini formalaşdırır.
Şagirdlər 3-cü tapşırıqda verilmiş parçaları mətnin müvafiq hissələrinə əla -
və etməklə mətni genişləndirirlər. Bu zaman mətnin rabitəliliyini təmin etmək
üçün keçid cümlələrdən istifadəyə diqqət yetirilir. 
Əlavə məlumatlar sırasına aşağıdakı dinləmə mətnini də əlavə etmək olar:
“Həyat” qəzetinin hər iki redaktoru xaricdə təhsil almışdı: Əli bəy Peterburq
və İstanbul universitetlərində, Əhməd bəy Sorbon Universitetində. 7–8 dildə danı -
şır dılar. Şərqi də, Qərbi də gözəl bilirdilər. Onlar elə yerdə, elə adamlardan dərs
almışdılar ki, dünyanın aparıcı tendensiyaları orda idi. Avropa mədəniyyəti, de -
mokratiyası, düşüncə tərzi onlara hakim idi. Qayıdıb elə mühitə düşmüşdülər ki,
onları boğurdu... Çıxış yolu lazım idi. Bir işıq gərəkdi. O da “Həyat” qəzeti oldu. Bu
qəzet təkcə Azərbay can türkləri üçün deyildi, Rusiyada, Türkiyədə, İranda, Orta
Asiyada yaşayan türklər üçün idi. Qəzetin oxucusu Misirdə, Hindistanda da vardı.
“Həyat” qəzeti qarşısına üç məqsəd qoymuşdu. Birinci məqsəd o idi ki, qoy
türklər kim olduqlarını bilsinlər. Özünü dərk etməyən millətin gələcəyi olmazdı!
Qəzetin ikinci məqsədi: “Biz müsəlmanıq – minillik islam mədəniyyətimiz var”, –
deyirdi. Dinimizi xurafatdan, fanatizmdən uzaqlaşdırmalıyıq. Üçüncüsü, biz insanıq.
M.Ə.Rəsulzadə sonralar bu ideyaların – türkləşmək, islamlaşmaq, müasir -
ləşməyin yerini dəyişdi. “Açıq söz” qəzetində yazdı ki, biz türkləşməliyik, müasir -
ləş məliyik, islamlaşmalıyıq. Sitat: “Vaxtilə “Füyuzat” məcmuəsinin mühərriri “Türk
qanlı, islam imanlı və firəng qiyafəli olalım” – demişdi. (M.Ə.Rəsulzadə, “İqbal”
qəzeti, 1914-cü il) 
İndi biz “Həyat” qəzetini çıxaranların hazırladığı nəzəriyyə əsasında müstəqil
dövlət yaratmışıq. Bilməliyik ki, bu hansı qaynaqdan gəlir!” (Ş.Hüseynov)
171
AZADLIQ MÜCAHİDLƏRİ


Şagirdlər dinlədikləri mətni Ə.Hüseynzadə haqqında məlumatlarla müqa -
yisə edir və oxuduqları mətndə ona uyğun gələn hissəni (“Bakıda Əhməd bəy
Ağayevlə birlikdə “Həyat” qəzetini...” sözləri ilə başlayan abzas) müəyyən
edirlər.
Yazı vä dil qaydaları 
Fəndaxili üfüqi inteqrasiya 
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən isti -
fadə edir.
t Sitatlardan istifadə edərkən müvafiq durğu işarələrindən istifadə edir
3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqə -
ləndirərək əsaslandırır. 
t Mühakimə xarakterli yazıda həyat hadisələri ilə bağlı fikirlərini sitatlarla
əsaslandırır.
4-cü tapşırıq qruplarla iş şəklində yerinə yetirilir. Verilmiş esse mövzuları
bölmənin mövzusu (azadlıq) ilə bağlıdır və bu geniş mövzuya müxtəlif aspekt -
lərdən yanaşmaları əks etdirir. Bölmədəki mətnləri oxuduqca şagirdlər kifayət
qədər bu mövzuda düşünüb və müzakirələr aparıblar. Onlara bildirmək lazım -
dır ki, tapşırıqda hər bir mövzu ilə bağlı verilmiş sitatlar köməkçi material lardır;
şagirdlər oxuduqları mətnlərdən və başqa mənbələrdən də sitatlar gətirə
bilərlər. Əsas məsələ sitatların yazıda əks olunmuş fikirlərə uyğunluğu və
onları qabartmasıdır.
Mətnin kompleks təhlili
Kompleks təhlil üçün nəzərdə tutulmuş mətn Əli bəy Hüseynzadə haqqında
məlumatları bir qədər də zənginləşdirməklə yanaşı, şagirdlərin müxtəlif nitq
bacarıqlarının inkişafına xidmət edir.
1-ci tapşırığa əsasən, şagirdlər mətndə vurğulanmış üç mühüm fikri göstər -
mə lidirlər. Şagirdlər əvvəlcə mətndəki fikirləri tezislər şəklində ifadə edə bilərlər:
1) Əli bəy Hüseynzadənin ziyalı dairələrindəki nüfuzu;
2) Əli bəy Hüseynzadənin ziyalılığı və maarifpərvərliyi;
3) Əli bəy Hüseynzadənin rəssamlıq istedadı;
4) Hacı  Zeynalabdin Tağıyevin milli təəssübkeşliyi;
5) Hacı  Zeynalabdin Tağıyevin təmənnasız xeyriyyəçiliyi.
Şagirdlər bu fikirlər arasında üç ən mühümünü seçərkən öz seçimlərini
əsaslandırmalıdırlar.
2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər bu dərsdə oxuduqları əsas
mətn dəki müvafiq epizodlardan çıxış etməlidirlər.
3-cü tapşırıq söz ehtiyatı ilə bağlıdır. Şagirdlər əvvəlcə kontekstə və öz
mən tiqi düşüncələrinə əsaslanaraq bildirməlidirlər ki, həmin dövrdə Azərbay -
can Rusiya imperiyasının tərkibinə daxil idi və Bakı bu ölkənin kiçik şəhər lə -
rindən sayılırdı. Deməli, səfirdən fərqli olaraq konsul bir dövlətin başqa bir
172
VI 
BÖLMƏ 


döv lətin paytaxtında deyil, müəyyən bir məntəqəsində öz dövlətinin və onun
vətəndaşlarının hüquqlarını təmsil və müdafiə edən vəzifəli şəxsdir.
4-cü tapşırıq tarix fənni ilə fənlərarası inteqrasiya yaratmaq imkanı verir.
XX əsrin əvvəlində Bakının çar Rusiyasının əyalət şəhəri olmasına baxma-
yaraq, burada kapitalizm, xüsusən neft sənayesi inkişaf etmişdi. Artıq Avropa
kapitalistləri də bura sərmayə yatırırdılar. Belə bir şəraitdə öz vətəndaşlarının
hüquqlarını təmsil və müdafiə etmək üçün konsulluq açmağa ehtiyac ya rana
bilərdi.
5-ci tapşırıqda altından xətt çəkilmiş cümlələri vasitəsiz nitqə çevirmək
tələb olunur.
Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər bizə. Ancaq tapşırır
ki, Əli bəy heç nə bilməsin, yoxsa məndən pul götürməz. Qoy Bibiheybət
məscidinin şəkli Bakıda qalsın, gedib Londona düşməsin...
Hacı 500 manat verib deyir: “Həmin tablonu göndər bizə, amma Əli bəy
heç nə bilməsin, yoxsa məndən pul götürməz. Qoy Bibiheybət məscidinin
şəkli Bakıda qalsın, gedib Londona düşməsin...”
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dil
qay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçün
nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 162-164) təqdim olunmuşdur.
Sinfin səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər. 
173
AZADLIQ MÜCAHİDLƏRİ


VI BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-3-cü tapşırıqlar mətnlə bağlıdır.
HƏMİD BƏY YUSİFBƏYLİ
1. Həmid bəy  Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərin -
dən biri olmuş Nəsib bəy Yusifbəylinin böyük qardaşıdır. O, 1895-ci ildə Gən -
cədəki klassik gimnaziyanı bitirmişdir. İki il sonra məktəbdə müəllim iş ləməyə
başlayanda onun cəmi iyirmi yaşı vardı. Elə həmin vaxtdan siyasi fəaliyyətə
başlamış, Azərbaycanın muxtariyyət statusu alması üçün mübarizə aparmışdır.
2. Yusifbəyli qardaşları hələ XIX əsrin sonlarından başlayaraq Gəncədə böyük
maarifçilik işi aparmışlar. Ataları Yusif bəyin şəhərdə “Kitabxaneyi-Osmani” adlı
kitab mağazası vardı. Həmid bəy topladığı Puşkin kitabxanasını 1899-cu ildə
A.S.Puşkinin 100 illik yubileyi münasibətilə Gəncədəki Tatlar məscidinə köçür -
müşdü. Kitabxananın zənginləşməsində dövrün görkəmli ziyalılarının da böyük rolu
olmuşdu. 
3. Həmid bəyin evində də zəngin şəxsi kitabxanası vardı. Burada 2000-dən
çox kitab qorunurdu. Həmid bəyin ölümündən 5 il son ra – 1949-cu ildə həmin kitab -
lar Azərbaycan Elmlər Akademiya sı nın Gəncə Elmi Tədqiqat Mərkəzinə verilmişdi.
4. Həmid bəy siyasi görüşlərinə görə daim təqiblərə məruz qal mış dı. İlk dəfə
1899-cu ilin dekabrında həbs edilən maarifpərvər ziyalı 14 ay Tiflisdə Me tex
həbsxanasında saxlanıldıqdan sonra Türküstana sürgün olunmuşdu. Çar Rusi -
ya sına qarşı mübarizəsinə görə dəfələrlə həbs və sürgün həyatı yaşamış Həmid
bəy Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “antisovet əhvali-
ruhiyyəli” şəxs kimi ittiham edilmiş və dünyasını həbsxanada dəyişmişdi.
1. Məlumatların hansı abzasa aid olduğunu müəyyənləşdirin.
l
Qısa bir zamanda kitabların sayı yeddi yüzü ötmüşdü. Oxucuların sayı 1200
nəfərə çatmış, onlardan 300-ə yaxını azərbaycanlı olmuşdu. ___
l
1910-cu ildə Bağçasaraya sürgün edilən Həmid bəy bir müddət qardaşı
Nəsib bəyin qayınatası İsmayıl bəy Qaspıralının evində yaşamışdır. ___
l
1905-ci ildə Gəncədə yaradılmış “Türk sosial-federalist inqilabi komi təsi”nin
rəhbərliyinə Həmid bəy Yusifbəyli də daxil idi. ___
l
Akademiyanın Gəncədə olan bazası ləğv ediləndə kitabların əksəriyyəti itib-
batmış, az bir hissəsi sonralar tapılıb Şahsevənlər məscidində ya ra dılmış
“Xəzinə” adlı kitabxanaya verilmişdi.  ___
2. Mətndə altından xətt çəkilmiş ifadələrin dırnaq arasında yazılmağının səbəbini
izah edin.
____________________________________________________________
____________________________________________________________
174
VI 
BÖLMƏ 


3. Mətndə hansı suala cavab tapmaq mümkün deyil?
A) Həmid bəy nə vaxt anadan olmuşdur?
B) Həmid bəy əmək fəaliyyətinə nə vaxt başlamışdır?
C) A.S.Puşkin nə vaxt anadan olmuşdur?
D) Həmid bəy Türküstandan nə vaxt qayıtmışdır?
E) Həmid bəy nə vaxt vəfat etmişdir?
4. Bəndlərdən birində vasitəsiz nitq var:
A) Cəfər Cabbarlı 1918-ci ildə Türkiyə həyatından bəhs edən “Ədirnə fəthi”
əsərini yazmışdır.
B) Teymurun tökdüyü qanları “haqq və ədalət” adlandırması da məhz bu amalla
bağlı idi.
C) Deyirlər ki, ədibimiz “Ölülər”ini Qoqolun “Ölü canlar”ından ilhamlanaraq
yazmışdır, əslində isə bu əsərlər arasında ideya bağlılığı yoxdur.
D) “Bu il havalar yağmurlu keçəcək”, – deyə göylərə ani bir nəzər saldı.
E) “Topal Teymur” əsərində “Allah bir olduğu kimi, padşah da bir olmalıdır” fikri
ədibin böyük türk dövləti arzusunun bədii ifadəsi idi.
5. Verilmiş nümunədəki vasitəsiz nitqi sadə cümlə şəklində ifadə edərək vasitəli
nitq şəklinə salın.
Şöbə müdiri direktorun qəbul otağında məni görüb: “Dünən iclasda kəskin
danışsan da, səndən inciməmişəm”, – dedi.
____________________________________________________________
____________________________________________________________
6. Verilmiş nümunədəki vasitəli nitqi mürəkkəb cümlə şəklində ifadə edərək
vasitəsiz nitq şəklinə salın.
Babam mənə həmişə deyərdi ki, insanlar arasında nüfuz qazanmaq üçün
ağıllı və ədalətli qərarlar verməliyəm.
____________________________________________________________
____________________________________________________________
7. Bəndlərdən birində sitat verilmişdir:
A) “Vağzala sür, – dedi, – orda bilərsən”. (M.Hüseyn)
B) “Qaytar ana borcunu” şeirində Əli Kərim anasına laqeyd yanaşan hər bir
gənci tənqid edirdi.
C) “Kür qırağının əcəb seyrəngahı” yalnız Vaqifin deyil, bir çox şairlərimizin
əsərlərinin leytmotivini təşkil edir.
D) Bəzən biz bir-birimizə “xanım”, “bəy” deyə müraciət edirik.
E) Onun bu “canıyananlığı” hamımızı təəccübləndirdi.
8. Boşluqlara müvafiq durğu işarələri yazın.
Mən dözə bilməyib ondan
Bütün bu işləri yalnız mən
görməliyəm?
deyə soruşdum.
175
AZADLIQ MÜCAHİDLƏRİ


Rafiq İsmayılov
Aynur Rüstəmova
Dilrüba Cəfərova
Hidayət Allahverdi
Sahibə Məmmədova
AZƏRBAYCAN DİLİ – 9
Müəllim üçün metodik vəsait 
Bakı, “Altun kitab”, 2016
Няшриййатын цнваны:
АЗ1130, Бакы, Я.Нахчывани кцчяси, 15
А
Телефон: (+99412) 562 69 86; 562 69 88
www.altunkitab.az
Каьыз форматы 70х100
1
/
16
.
Офсет чапы. Офсет каьызы. Физики чап вяряги 11.


AZƏRBAYCAN
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

Document Outline

  • az9_girishpdf
  • az9_bolme1mmv
  • az9_bolme2mmv
  • az9_bolme3mmv
  • az9_bolme4mmv
  • az9_bolme5mmv
  • az9_bolme6mmv

Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə