L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 18. ESPERANTO (3 saat)



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

Dərs 18. ESPERANTO (3 saat)
Motivasiya
Şagirdlərlə dillərin müxtəlifliyi barədə söhbət aparılır: 
– Nəyə görə başqa dilləri öyrənirik?
– Beynəlxalq ünsiyyət dillərindən hansılarını tanıyırsınız?
– “Ölü dil” dedikdə nə nəzərdə tutulur? Belə dillərdən hansılarını tanıyırsınız?
– Sizcə, elə bir dil yaratmaq olarmı ki, bütün xalqlar bu dildə danışsın?
– “Süni dil” anlayışını necə başa düşürsünüz? Sizcə, süni dil yaratmaq
olarmı? Esperanto dili haqqında nə bilirsiniz? (1-ci tapşırıq)
Oxu
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.  
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.  
Əlavə biliklərindən istifadə etməklə
mətn dəki fikir və faktları şərh edir.
2.2.2. Tərkib hissələri arasında əla qəni
gözləməklə mətni genişlən dirir.
Mətndəki müəyyən faktlar və fikirlərlə
bağ lı şərh lərini müvafiq hissələrə əlavə
edir.
Bədii obraz və tarixi şəxsiyyətlərin hə -
rəkətlərinə qiymət verməklə mətni ge -
nişləndirir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və
ifadələrin mənasını kontekstə uyğun
dəqiqləşdirməklə şərh edir.
Elmi mətnin məzmunundan çıxış edə -
rək terminin elmi izahını verir və onun
Azərbaycan dilindəki qarşılığını müəy -
yənləşdirir.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam
şəkildə təqdim edir.
Müqayisələr apararaq gəldiyi nəticələri
qısa tezislər şəklində ifadə edir.
1.1.1. Danışanın mövzuya müna 
si -
bətini müəyyən etmək üçün tədqi qat
xarakterli suallar verir. 
Debat zamanı qarşı tərəfi öz arqu ment -
ləri ilə razı laş dırmaq üçün “hə” və ya
“yox” ca vabı tə ləb edən suallar verir.
3.1.1. Verilmiş mövzuya uyğun müx tə -
lif tipli (nəqli, təsviri, mü hakimə) və for -
malı (inşa, esse, hekayə) mətnlər yazır. 
Essedə müxtəlif tipli qrafik materiallar-
dan (sxem, cədvəl, diaqram və s.) istifa -
də edir.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Tabeli mürəkkəb cümlədə budaq cüm -
lə nin növünü müəyyənləşdirir.
Tabeli mürəkkəb cümlədə baş və bu -
daq cümlənin yerini müəyyənləşdirir.
4.1.2. Sözləri və söz birləşmələrini
müxtəlif sintaktik vəzifələrdə işlədir.
Tabeli mürəkkəb cümləni sadə ləş dirə -
rək budaq cümləni baş cümlənin mü-
vafiq üzvü vəzifəsində işlədir.
147
KAMİLLİYƏ DOĞRU


t Əlavə biliklərindən istifadə etməklə mətndəki fikir və faktları şərh edir.
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən dirir.
t Mətndəki müəyyən faktlar və fikirlərlə bağlı şərh lərini müvafiq hissələrə
əlavə edir.
Mətn 4 hissədən ibarətdir. Şagirdlər 4 qrupa bölünərək mətni “Ziqzaq” üsulu
ilə oxuyurlar. Bütün qruplara eyni tapşırıqlar verilir.
– oxunmuş hissəni məzmuna uyğun başlıqla adlandırmaq;
– hər bir hissənin sonunda qoyulmuş tapşırıqları yerinə yetirmək;
– müvafiq hissədəki hadisə, fakt və fikirlərə münasibət bildirməklə mətni
nəql etmək. 
I hissə üzrə şərhlər
3. Əfsanədəki əsas fikri müəyyən edin və ona münasibətinizi bildirin.
Bu hissədən iki nəticə çıxarmaq olar:
1. Hədsiz insan qüruru, təkəbbürlük əvvəl-axır öz cəzasını tapır.
2. Dil müxtəlifliyi nəticəsində insanlar arasında ünsiyyətin çətinləşməsi Tanrı
tərəfindən göndərilmiş bədbəxtlik kimi qələmə verilir.
4. Dünyada müxtəlif dillərin mövcudluğunu elmi cəhətdən necə izah
edər diniz? 
Dünya dillərinin müxtəlifliyi haqqında sual şagirdlərdən müəyyən tarixi-linq -
vistik biliklər və məntiqi düşüncə tələb edir. Bu hissədə I qrupun təqdimatını
tamamlamaq üçün müəllim sadə şəkildə müəyyən tarixi arayış verə bilər:
Şərh. Qədim dünya tarixindən bilirsiniz ki, ibtidai icma quruluşu dövründə
insanlar tayfalar şəklində yaşayırdılar. Hər tayfanın öz dili var idi. Zaman keç -
dikcə tayfalar böyüyür, hər hansı nəsil ondan ayrılaraq başqa əraziyə köç
edirdi. Burada yeni bir tayfa yaranırdı. Onun dili əvvəlki dil olsa da, yerli şəraitə
uyğunlaşır və qonşu tayfa dillərinin təsiri nəticəsində müəyyən dəyişikliyə
uğrayırdı; məsələn, türk tayfaları bir kökdən olsalar da, Avropadan tutmuş
Orta Asiya və Çinə qədər geniş bir əraziyə yayılmışdılar. Beləliklə, vahid türk
dili ailəsinə daxil olan çoxlu dillər yaranmışdır. Azərbaycan dili də bu ailəyə
daxildir və nisbətən yaxın ərazilərdə yaşayan türkmənlərin, Osmanlı türklə ri -
nin, daha çox Moldovada məskunlaşmış qaqauzların dili ilə birlikdə onun oğuz
qrupunu təşkil edir.
t Bədii obraz və tarixi şəxsiyyətlərin hə rəkətlərinə qiymət verməklə mətni
ge nişləndirir.
2-ci hissə artıq bilavasitə esperanto dilinin yaranması tarixi ilə bağlıdır.
5. Dilin linqvistik əsasları nə deməkdir?
Şərh.
Şagirdlər bu sualla bağlı bir neçə tezis hazırlaya bilərlər:
– dilin fonetik prinsipləri (əlifbası, səslərin artikulyasiyası, orfoqrafiya və or-
foepiya uyğunluğu);
– dilin leksikası (lüğət ehtiyatı);
– dilin morfoloji əsasları (əsas və köməkçi nitq hissələri üzrə təsnifatı, söz
tərkibinin sxemi, sözdüzəltmə prinsipləri və s.);
148

BÖLMƏ 


– dilin sintaktik əsasları (cümlədə söz sırası, cümlə üzvlərinin bir-biri ilə
əlaqələnməsi və s.).
8. Oxuduğunuz hissədəki məlumatlardan çıxış edərək Zamenqofun xa -
rakteri haqqında fikir yürüdün.  
Şərh.
Zamenqof zəhmətkeş və məqsədyönlü idi: o, bir çox dilləri mənim -
səmişdi və addım-addım irəliləyərək beynəlxalq dil yaratmaq məqsədinə nail
olmuşdu. O, ağıllı  idi, çünki dərk edirdi ki, “hər hansı bir milli dilin ümumi dil kimi
seçilməsi başqasının məna 
feyinə zidd ola və onun qüruruna toxuna bilər”.
Nəhayət, Zamenqof təmənnasız insan idi: o, müəlliflik hüququndan imti na edərək
öz ixtirasını bəşəriyyətin ixtiyarına verdi.
Müəllim eyni zamanda şagirdlərin diqqətini “Dilin vahidliyini qoruyub saxla-
maq” ifadəsinə yönəldə və bu ifadəni şərh etməyi tapşıra bilər.
Şərh.
Milli esperanto mərkəzləri yaranıb öz istədikləri kimi bu dili inkişaf
etdirmək istəsələr, onun müxtəlif milli variantları yarana bilərdi və son nəticədə o
öz beynəlxalq funksiyasını itirmiş olardı.
Fəndaxili şaquli inteqrasiya
5-ci sinif. 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini,
yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini)
izah edir. 
3-cü hissədə esperanto dilinin linqvistik xüsusiyyətlərindən bəhs olunur. 
9. Mətndə esperanto dilinin hansı xüsusiyyətləri barədə məlumat veril mir?
A) fonetik xüsusiyyətləri   
B) sintaktik xüsusiyyətləri   
C) morfoloji xüsusiyyətləri   
D) leksik xüsusiyyətləri 
Mətndə esperanto dilinin sintaktik xüsusiyyətləri barədə heç nə deyilmir.
Bu suala cavab verməklə şagirdlər həm mətni diqqətlə oxuduqlarını, həm də
dilçilik elminin sahələri barədə zəruri məlumatlara malik olduqlarını nümayiş
etdirirlər.
10. Esperanto dilinin morfoloji xüsusiyyətlərini ana dilinizlə müqayisə
edin, fərqli və oxşar cəhətlərini müəyyənləşdirin.  
Azərbaycan dilinin fonetik, morfoloji, sintaktik xüsusiyyətləri haqqında
kifayət qədər biliyə malik olan şagirdlər mətndəki məlumatlardan çıxış edərək
ana dillərini esperanto dili ilə müqayisə edə bilərlər.
11. Oxuduğunuz hissənin sonuncu cümləsini izah etmək üçün Azərbaycan
dilindən nümunələr gətirin.
Hissənin sonuncu abzasında deyilir: Özü də yeni anlayışı ifadə etmək üçün
söz dildə artıq mövcud olan elementlərdən istifadə olunmaqla yaranır. 
Bu tapşırıqla əlaqədar şagirdlər 5-ci sinifdə keçdikləri “Söz yaradıcılığı” ilə
bağlı bilikləri – leksik şəkilçilər vasitəsilə yeni sözlərin yaradılmasını yada
salmalıdırlar. 
13. Aşağıdakı sxem mətndəki hansı fikri təsdiqləyən nümunə rolunu oy-
naya bilər?
149
KAMİLLİYƏ DOĞRU


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə