L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   49   50   51   52   53   54   55   56   57

Mətnin oxusu başa çatdıqdan sonra (bu müddəti əvvəlcədən elan etmək
lazımdır) mətndə işlədilmiş podporuçik, mühərrirlik, fraksiya, memorandum,
anneksiya, pakt, de-fakto sözlərinin mənasının kontekstdən çıxış edərək ay -
dın laşdırılması tapşırılır. Tarix fənnindən şagirdlər bu sözlərlə tanışdırlar. Çə–
tinlik çəksələr, lüğətə müraciət edə bilərlər.
Müəllim tərtib etdiyi faktoloji suallar vasitəsilə mətnin nə dərəcədə qavranıl -
dığını yoxlaya bilər. Bu zaman şagirdlər cədvəl üzrə qeydlərindən istifadə edə
bilərlər.
• Əlimərdan bəy Topçubaşov nə zaman və hansı ailədə anadan olub?
• Tiflis gimnaziyasını bitirən Əlimərdan bəy təhsilini harada davam etdirdi,
bu təhsil onun sonrakı fəaliyyətinə necə təsir edib?
• 1898-ci ildə Əlimərdan bəy Topçubaşov hansı qəzeti yaradır, onun
mühərrirliyini nə vaxta qədər davam etdirir?
• Nə vaxt Rusiya Dövlət Dumasının deputatı seçilir? Deputat kimi
Əlimərdan bəy hansı fraksiyaya qoşulur?
• AXC hökumətində Xarici İşlər naziri, parlament sədri kimi hansı tarixi
missiyanı yerinə yetirdi?
• 1919-cu ildə Əlimərdan bəyin Paris sülh konfransında iştirak edərkən
atdığı hansı addımlar Azərbaycan Cümhuriyyəti üçün mühüm hadisə idi? 
Suallarla aparılan iş 3-cü çalışma ilə davam etdirilir. Uyğunluğu aşağıdakı
kimi müəyyən etmək olar:
1.
 Mətndəki məlumatlara ziddir. –
D. 
1919-cu ildə Əlimərdan bəy AXC-nin
dünya dövlətləri tərəfindən de-fakto tanınmasına nail oldu.
Qeyd.
Mətndə deyilir ki, 1919-cu ildə Əlimərdan bəy Paris sülh konfran sında
Azərbaycan Respublikasının müstəqilliyinin tanınması tələbi ilə çıxış
etdi. Lakin bir neçə abzas sonra deyilir: “1920-ci ilin yanvarında
Əlimərdan bəy Azərbaycan Cümhuriyyətinin Antanta Ali Şurası tərə -
findən de-fakto tanınmasına nail olur”.
2.
 Mətndəki məlumatlara uyğundur. –
C. 
1918-ci ilin oktyabr-dekabr ayla -
rında Ə.Topçubaşov AXC-də Xarici İşlər naziri vəzifəsini icra etmişdir.
Qeyd.
142-ci səhifədə deyilir: “1918-ci ilin oktyabrında onun Azərbaycan Xalq
Cümhuriyyətinin Xarici İşlər naziri vəzifəsinə təyin olunması tamamilə
təbii idi. İki ay sonra isə Əlimərdan bəy Topçubaşov Azərbaycan par-
lamentinin sədri seçildi”. 
3.
 Mətndə bu haqda məlumat yoxdur. –
A. 
1920-ci ilin mayında Ə.Topçu -
başov Pa risə köçdü.
Qeyd.
Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirərkən 
Ə.Topçubaşovun
harada olması barədə mətndə heç bir məlumat yoxdur.
4. 
Mətndə bu haqda məlumat olmasa da, belə bir nəticə çıxarmaq olar. –
B.
Prezident H.Əliyevin Fransaya ilk rəsmi səfəri 1993-cü ildə baş tutmuşdur.
Əlamətdar hadisə və ya fakt
Zaman
Tarixi əhəmiyyəti
157
AZADLIQ MÜCAHİDLƏRİ


Qeyd.
Mətndə 
Ə.Topçubaşovun 1934-cü ildə Parisdə vəfat etməsi haqda
məlumat verilir və 
deyilir: “
59 il sonra Azərbaycan Prezidenti Heydər
Əliyev dövlət başçısı kimi Fransaya ilk rəsmi səfəri zamanı Ə.Top -
çu ba şovun məzarını zi ya rət etdi
”.
Bu tapşırıq şagirdlərdə mətndəki faktları diqqətlə oxumaq və dəyərlən -
dirmək bacarığını inkişaf etdirir. Tapşırığı yerinə yetirdikdən sonra BİBÖ
cədvəli üzərində iş yekunlaşdırıla bilər.
Dil qaydaları
Fəndaxili üfüqi inteqrasiya
4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə
yazılış qaydalarına əməl edir. 
t Vasitəli və vasitəsiz nitqi fərqləndirir.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -
məklə özünün və başqasının yazısını təkmilləşdirir. 
t Cümlələr arasında əlaqəni gözləməklə başqasının nitqini vasitəli və ya
vasitəsiz nitq kimi ifadə edir.
Dil qaydaları üzrə təlim nəticəsinə nail olmaq üçün oxunmuş mətnin
mövzusu ilə bağlı nümunələr seçilmişdir.
4-cü tapşırıqda mətndəki vasitəsiz nitq vasitəli nitq şəklində verilmişdir:
Şagirdlərə bu iki parçanı müqayisə etmək tapşırılır. Yaxşı olardı ki, müəl limin
yönəldici sualları ilə şagirdlər özləri nəzəri materialda verilmiş nəticələrə gəl sin -
 lər, nəzəri material isə onların fikirlərinin ümumiləşdirilməsi kimi təqdim edilsin.
Müqayisə zamanı diqqət  hər iki cümlənin eyni informasiya daşıdığına yö -
nəl  dilməlidir. Hər iki parçada müəllif başqasının fikrindən istifadə edir. Ça lış -
maq lazımdır ki, şagirdlər mətndə istifadə olunmuş fikrin sahibini və bu fikri
müəyyənləşdirsinlər.  
Bu parçalarda eyni şəxsin eyni fikrindən istifadə edilib: 
Vudro Vilson
Birinci cümlədə onun fikri olduğu kimi verilib: 
Bundan sonra Azərbaycan xalqı
öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq işində Amerikanın kömə yi ni və
yardımını alacaqdır.
İkinci parçada isə bu fikir bir qədər dəyişikliyə məruz qalıb, daha doğrusu,
məzmunu saxlanılıb: 
bundan sonra Amerika Azərbaycan xalqına onun
azadlıq mübarizəsində hər cür yardım göstərəcəkdir.
MƏTNDƏ
Topçubaşovla görüşdən sonra Vudro
Vilson Azərbaycan nümayəndə heyətinə
müraciət edərək:
– Bundan sonra Azərbaycan xalqı öz
azadlıq və müstəqilliyini qoruyub saxla-
maq işində Amerikanın köməyini və yar -
dı mını alacaqdır, – deyə öz dəs tə yini bildirir.
TAPŞIRIQDA
Topçubaşovla görüşdən sonra Vudro
Vilson Azərbaycan nümayəndə heyətinə
bildirdi ki, bundan sonra Amerika Azər -
bay can xalqına onun azadlıq mübari 
-
zəsində hər cür yardım göstərəcəkdir.
158
VI 
BÖLMƏ 


5-ci çalışmada şagirdlər qazandıqları bilikləri tətbiq edərək vasitəsiz nitqi
vasitəli nitq şəklinə salmalıdırlar:
Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yu -
sif bəyliyə yazırdı ki, siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... Onların
da azad və müstəqil yaşamaq ümidlərinin möhkəmləndiyi bir dövr baş la nır.
Topçubaşovun yazdığına görə, onlar heç vaxt ümidlərini itirməmişdilər... Xal qın
müs təqil yaşaya biləcəyinə, istənilən yolla müstəqillik əldə edəcəyinə inan mış dılar...
6-cı tapşırıq da eyni məqsəd daşıyır, lakin burada şagirdlər vasitəli nitqi
vasitəsiz nitqə çevirərək irihəcmli dialoq yaratmalıdırlar. Bu fəaliyyət dil qay -
da ları ilə yanaşı, şagirdlərin “Yazı” məzmun xətti üzrə “3.1.3. Mətnin his sə -
ləri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə özünün və baş qa sının
yazısını təkmilləşdirir” standartından çıxan təlim nəticəsinə yi yə lənmələrinə
şərait yaradır.
Mətn belə olmalıdır:
Paris sülh konfransında Ə.Topçubaşovla tanış olan Heyk ondan soruşur:
– Necə düşünürsünüz, Qafqaz xalqları yenə Rusiya ilə birgə olmağa
razılaşarlarmı?
– Ruslarda sürətlə sosializm, özü də ifrat sosializm olan bolşevizm ide ya ları
yayılır. Bizim xalqımız bu cür ideyaları nə qəbul edə, nə də onlara dözə bilər, –
deyə Ə.Topçubaşov cavab verir.
– Bəli, doğrudan da, bu ideyalar hətta bizim demokratiya haqda təsəv vür lə ri -
mizə də uyğun gəlmir, – Heyk Əlimərdan bəylə razılaşır. – Onlar qurmur, ancaq
dağıdırlar. Mən sizi tamamilə anlayıram. Həm də ki sizin xalqınız islama sitayiş edir.
Ə.Topçubaşov Heykin nəyə eyham vurduğunu anlayır:
– Bilirsiniz, islam demokratik dindir, – deyir. – Əgər onu dərindən anlasaq, çox
sadə və aydın din olduğunu görərik. Bizim xalqımız sosializmin əleyhinə deyil,
ancaq maddi mədəniyyətin dağıdılması və özgə malının zorla alınması bizim
üçün qəbuledilməzdir.
– Bu, tamamilə düzgün fikirdir, – Heyk deyir. – Deməli, sizin xalqınızın ictimai
quruluş haqda təsəvvürləri sağlamdır.
– Sizdən bunu öz hökumətinizin nəzərinə çatdırmağı rica edirəm
.
Mətnin kompleks təhlili
Kompleks təhlil üçün nəzərdə tutulmuş parça Ə.Topçubaşov haqqında
yeni məlumatlar verir. Başqırdıstan milli hərəkatının lideri Zəki Vəlidi Toğanın
“Xatirələr”indən bir parça olan bu mətnin təhlili üçün nəzərdə tutulan ilk tap -
şırıq şagirdlərdə əvvəlcə aldıqları məlumatlarla yeni məlumatı müqayisə və
təhlil etmək bacarığı formalaşdırır.
2-3-cü tapşırıqlar da mətndə irəli sürülmüş faktları dəyərləndirməyə xidmət
edir. 4-5-ci tapşırıqlar əvvəlki dərslərdə qazanılmış bacarıqları möhkəm lən -
dirir. Bu tapşırıqlarda cümlənin quruluşca növünü müəyyənləş dir mək, sadə
cümləni mürəkkəb cümləyə çevirmək tələb olunur: 
1. Gələcəyimizi xə bər vermək üçün Əlimərdan bəyə zəng et dik.
Əlimərdan bəyə zəng et dik ki, gələcəyimizi xə bər verək. 
2. Əli  mərdan bəy gələcəyimiz vaxtı dəqiq bilir miş kimi bizi qa pının önündə qar şı ladı. 
159
AZADLIQ MÜCAHİDLƏRİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə