L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

V BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-3-cü tapşırıqlar mətnlə bağlıdır.
XARİCİ VƏ DAXİLİ GÖZƏLLİK
Bir tələbə müəlliminə “İnsanda nə daha vacibdir: xarici, ya daxili gözəllik?”
sualı ilə müraciət etdi. Cavabında müəllim ondan soruşdu:
– Tutaq ki, sən ev almalısan. Sənə iki variant təklif edilir: bayırı gözəl, içi
narahat və xarici görünüşü yaraşıqsız, içi isti və rahat. Hansı evə üstünlük
verərsən?
– Mən sadə görünüşlü, ancaq rahat evi seçərdim.
– Bəs sənin yerinə bir şöhrətpərəst adam olsa, nəyi seçərdi? 
– Yəqin ki, o, zahiri gözəllik və dəbdəbəni rahatlıqdan üstün tutardı, –
tələbə cavab verdi.
Müəllim:
– Məncə, sən haqlısan, – dedi və əlavə etdi: – Amma etdiyiniz seçimdən
asılı olmayaraq nə vaxtsa hər ikiniz başa düşəcəksiniz ki, sizə ya gözəllik, ya
da rahatlıq çatmır və həmin andan bunu əldə etməyə can atacaqsınız.
– Deməli, xarici və daxili gözəllik, əslində, eyni dərəcədə əhəmiyyətlidir və
yalnız harmoniya yaratdıqda qiymətlidir? 
– Belə də demək olar, – deyə müəllim gülümsəyərək cavab verdi, – mən
isə düşünürəm ki, əgər bir şeyin yarısına sahibsənsə, mütləq onun tamını
əldə etməyə çalışmalısan. Amma bu zaman gərək sahib olduğunu da itir mə -
yəsən. Atalar demişkən, ...
1. Mətnin sonuncu cümləsini hansı atalar sözü ilə tamamlamaq olar?
A) Soğan olsun, nağd olsun. 
B) Dad yarımçıq əlindən. 
C) Çox istəyən azdan da olar.
D) Gül tikansız olmaz. 
E) Sonrakı peşmançılıq fayda verməz.
2. Mətnin məzmunu ilə səsləşən aforizmi seçin.
A) Dünyanı gözəllik xilas edəcək. (F.Dostoyevski)
B) Gözəllik qurban tələb edir. (Naməlum)
C) Ağıl olmasa, gözəllik bir işə yaramaz. (Arximed)
D) Gözəl ədalar gözəl çöhrədən üstündür. (A.Lamartin)
E) İnsanda hər şey gözəl olmalıdır: sifəti də, libası da, qəlbi də, fikirləri də.
(A.Çexov)
3. Mətndə işlənmiş “harmoniya” sözünü hansı sözlə əvəz etmək olar?
A) Bərabərlik   B) Ahəngdarlıq   C) Saziş   D) Razılıq   E) Müvazinət 
153
KAMİLLİYƏ DOĞRU


4. Hansı mürəkkəb cümlə şərt mənası vermir?
A) Xoruz banlamasa, səhər açılmaz?
B) Anası nə qədər nəsihət etdisə, Cəmil razılaşmadı.
C) Orxon-Yenisey əlifbasının sirri açılmasa idi, qədim türk tarixi haqqında
məlumatımız az olardı.
D) Fermerlər məhsuldarlığı bir az da artırsalar, iqtisadiyyatımız lazımi
səviyyəyə qalxacaq.
E) Bəlkə də, dostumun tənələri olmasa idi, mən məqsədimə doğru belə
inad la irəliləməzdim.
5. Hansı sadə cümləni mürəkkəb cümləyə çevirdikdə qarşılaşdırma mənası
verən mürəkkəb cümlə alınar?
A) Suitiləri təhlükədən qorumaq üçün “Ovçular cəmiyyəti” bir sıra tədbirlər
həyata keçirdi.
B) O, ailəsinin xoşbəxtliyini düşündüyünə görə dayanmadan işləyirdi. 
C) Uğursuzluqla qarşılaşdığımız zaman ruhdan düşməli deyilik.
D) Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı bir neçə qət na -
mə qəbul etməsinə baxmayaraq, bu məsələ hələ də həll olunma mış qalıb. 
E) Onun heç vaxt naxələflik etmədiyini hər kəs yaxşı bilirdi.
6. Hansı tabeli mürəkkəb cümlədə budaq cümlə sadələşəndə yer zərfliyi rolunda
çıxış edir?
A) Daş hasarın yanına çatmışdıq ki, güllə səsləri eşitdik.
B) İkinci səhvin odur ki, başqalarının sözünü kəsirsən.
C) Bir də bunu anladım ki, ötən günlər geri dönməz.
D) Elə söz var, ömürboyu qəlbini bıçaq kimi dəlir.
E) O yerdə ki böyük sözü eşidilir, orada bərəkət olur.
7. Cümlələrdən birində baş və budaq cümlə “ki” bağlayıcısı ilə  əlaqələn mə -
mişdir (durğu işarələri buraxılmışdır):
A) Baxışları elə sərtləşdi ki bayaqkı məsumluqdan əsər-əlamət qalmadı.
B) Razılığını bildirmək istəyirdi ki dostunun narazı baxışları ilə rastlaşdı.
C) O yerdə ki səni arzulamırlar oraya getmə.
D) Tanrıdan bir şey arzulayırdım ki daha müharibə olmasın.
E)  Bu elə bir andır ki söz aciz qalır.
8. Cümlələri tamamlayın. Hansı cümləni sadələşdirdikdə budaq cümlə zaman
zərfliyi rolunda çıxış edər?
A) Sözümüz ona görə çəpləşdi ki, ...
B) Təbillər elə vurulurdu ki, ...
C) Onlar o vədə gəlib çatdılar ki, ...
D) Amma hələ də inana bilmirdi ki, ...
E) Birinci səbəb bu idi ki, ...
154

BÖLMƏ 


155
AZADLIQ MÜCAHİDLƏRİ
VI BÖLMƏ
AZADLIQ MÜCAHİDLƏRİ
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
21.
Əlimərdan bəy
Topçubaşov
Vasitəsiz və vasitəli nitq
2.2.3, 4.1.4, 3.1.3
3
142-145 156-160
22.
Stalinlə ixtilal xatirələri
Vasitəsiz nitqdə durğu
işarələri
2.2.1, 2.1.1, 2.1.2,
2.2.3, 3.1.3, 4.1.3,
4.1.4
3
146-151 160-165
23.
Azərbaycanın ilk  təhsil
naziri
Sitatlar
2.2.2, 1.1.1. 1.2.2,
4.1.3, 3.1.3
2
152-157 165-169
24.
Əli bəy Hüseynzadə:
rəssam, həkim, böyük
demokrat
Təkrar
2.2.1, 2.2.2, 1.1.2,
4.1.3, 3.1.2
2
158-164 170-173
Kiçik summativ qiymətləndirmə
1
174-175
Böyük summativ qiymətləndirmə
1
Yekun
12


Dərs 21. ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV (3 saat)
Qeyd. Bu bölmədəki mətnlər 1918-20-ci illərdə mövcud olmuş Azərbay -
can Xalq Cümhuriyyətinin ideoloqları və qurucularına həsr olun -
muşdur. Nəzərə almaq lazımdır ki, bu mövzu Azərbaycan tarixi
fənni ilə inteqrasiya təşkil edir: 
9-cu sinif. 4.1.1. Dövlətçiliyin  möh -
kəmlən diril məsində və inkişafında tarixi şəxsiyyətlərin (Məhəm məd
Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev)
rolunu dəyərləndirir
.
Motivasiya
Dərsə şagirdlərin 3-cü bölmədə Topçubaşılar nəsli haqqında aldıqları
məlumatları xatırlatmaqla başlamaq olar.
1. Dərsliyin 3-cü bölməsində Topçubaşılar nəsli haqqında oxuduqlarınızı
xatırlayın. Bu nəslin daha hansı nümayəndələrini tanıyırsınız?
Azərbaycan tarixi fənnindən Azərbaycan Xalq Cümhuriyyəti və onun quru -
cu ları haqqında geniş məlumat almış şagirdlər Əlimərdan bəy Topçubaşovu,
bəziləri isə görkəmli həkim, cərrah Mustafa Topçubaşovu xatırlaya bilərlər.
Bundan sonra BİBÖ üsulunu tətbiq etmək olar:
Oxu vä söz ehtiyatı
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndəki faktları təhlil etməklə fikir yürüdür.
Mətn tarixi faktlarla zəngin olduğundan “Qeydgötürmə” texnikasını tətbiq
etmək tövsiyə olunur. Oxu zamanı qeydləri aşağıdakı cədvəldə aparmaq müm -
kündür. Cədvəlin nümunəsini nümayiş etdirərək onu dəftərə çəkib qeydlər
aparmaq tapşırılır.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndə irəli sürülmüş fikirləri də -
yərləndirir.
Mətndəki faktları təhlil etməklə fikir
yürüdür.
4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə
sözlərin böyük və kiçik hərflərlə ya zı lış
qaydalarına əməl edir. 
Vasitəli və vasitəsiz nitqi fərqləndirir.
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni gözlə mək lə
özünün və başqasının yazısını tək mil -
ləşdirir. 
Cümlələr arasında əlaqəni gözləməklə
başqasının nitqini vasitəli və ya vasitə -
siz nitq kimi ifadə edir.
Əlimərdan bəy Topçubaşov haqqında
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
156
VI 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə