L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

150

BÖLMƏ 
Azərbaycan dilində söz yaradıcılığının morfoloji üsulunu əks etdirən bu
sxem esperanto dilində sözlərin yaranmasında xüsusi şəkilçilərin iştirak et-
diyini, əsas nitq hissələrinin hər birinin xüsusi sonluğu olduğunu göstərən
hissələri izah edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə
uyğun dəqiqləşdirməklə şərh edir.
t Elmi mətnin məzmunundan çıxış edərək terminin elmi izahını verir və
onun Azərbaycan dilindəki qarşılığını müəyyənləşdirir.
12. 
Prefiks və suffiks sözlərinin mənalarını kontekstə görə müəy yən ləş -
dirin və onları bildiyiniz dilçilik terminləri ilə əvəz edin.
Şagirdlər kontekstdən çıxış edərək “prefiks”in sözönü şəkilçi, “suffiks”in
isə sözlərin sonuna artırılan leksik şəkilçi olduğunu müəyyən edə bilərlər.
4-cü hissədə esperanto dilinin müasir dövrdəki vəziyyətindən danışılır.
14. Sizcə, müasir dövrdə esperanto dilinin daha hansı praktik əhəmiy -
yəti ola bilər?
Esperanto dilindən beynəlxalq yarışlarda iştirak edən idmançılar, bey -
nəlxalq konfrans və digər tədbir iştirakçıları, ölkələrarası aviareyslər həyata
keçirən pilotlar və b. istifadə edə bilərlər.
15. “Esperanto” sözünü eponim adlandırmaq olarmı? Fikrinizi əsas lan -
dırın.
Şagirdlər 2-ci bölmədə eponimlər haqqında məlumat almışlar. Onlar bilirlər
ki, eponim müəyyən bir anlayışın hər hansı xüsusi adla adlandırılmasıdır. Bu
mətndən belə çıxır ki, Zamenqof “esperanto” sözünü təxəllüs kimi seçmişdir,
sonradan isə bu söz dilin adına çevrilmişdir. Təxəllüs də xüsusi isim olduğuna
görə “esperanto” sözünü eponim adlandırmaq olar.
16. Mətnin giriş, əsas və sonluq hissələrini müəyyənləşdirin. Sübut edin
ki, I hissə bütövlükdə mətnin giriş hissəsidir. 
I hissə mətnin giriş hissəsi,  II və III hissələr əsas hissə, IV hissə isə son-
luqdur.
Dinlämä vä danışma
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
t Müqayisələr apararaq gəldiyi nəticələri qısa tezislər şəklində ifadə edir.
17. Aşağıdakı mətn parçasını “Esperanto” mətninə hansı hissədən sonra
əlavə etmək olar?
Verilmiş parça 1-ci hissədən sonra əlavə olunmalıdır. Burada müəyyən
tarixi dövrlərdə beynəlxalq dil rolunu oynamış dillərdən danışılır. Mətnə uyğun
verilmiş mövzuda təqdimat hazırlamaq üçün şagirdlər ümumi tarix üzrə
biliklərindən istifadə etməlidirlər. 
Şərh.
Bir sıra dillərin beynəlxalq ünsiyyət dili statusu alması onların siyasi,


dini, mədəni, hərbi baxımdan dünya miqyasında rolları ilə bağlıdır. Qədim Roma
imperiyası Avropa və Asiyanın bir çox ərazilərinə hakim olduqdan sonra latın dili
xüsusilə Avropa ölkələrində geniş yayılmışdı. Bu dil o dövrdə həm də bədii
ədəbiyyatın, elmin, xristianlığın (katolisizmin) əsas dili idi. VII əsrdən başlayaraq
islam dini Yaxın və Orta Şərqdə əsas dinə çevrildi. Şərqin bir çox xalqları bu dini
qəbul etdi və Ərəb xilafətinə daxil oldu. Eyni zamanda islam mədəniyyəti – elmi
və ədəbiyyatı güclü inkişaf dövrünə qədəm qoydu. Məhz bu səbəblərdən Yaxın
Şərqdə ərəb dili beynəlxalq dil statusu qazandı.
Bu qaydada şagirdlər ingilis və rus dillərinin də müəyyən ərazilərdə geniş
yayılmasının səbəblərini şərh edə bilərlər.
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün təd qi -
qat xarakterli suallar verir. 
t Debat zamanı qarşı tərəfi öz arqumentləri ilə razılaşdırmaq üçün “hə”
və ya “yox” cavabı tələb edən suallar verir.
Esperanto dilinin həyatiliyi və vacibliyi həmişə mübahisə obyekti olub.
Bununla bağlı şagirdlərə debat keçirmək təklif olunur:
18. İki 
qrupa 
bölünməklə debat keçirin.
I qrup: Millətlərarası ünsiyyət üçün süni beynəlxalq dilə ehtiyac var.
II qrup: Müasir dövrdə süni beynəlxalq dilə ehtiyac yoxdur.
“Esperanto” mətnində 1-ci tezisi əsaslandırmaq üçün kifayət qədər mə -
lumat var. Şagirdlər, sadəcə, onları tapmalı və arqument şəklinə salmalıdırlar.
2-ci qrup isə arqumentləri özü hazırlamalıdır. Aşağıdakı arqumentlərdən
istifadə etmək olar.
1. Müasir dövrdə ingilis dilini bilməklə istənilən ölkədə insanlarla ünsiyyət
saxlamaq olar, ona görə də süni beynəlxalq dilə ehtiyac yoxdur.
2. Esperanto dili artıq 100 ildən çoxdur ki, mövcuddur, lakin indiyə kimi
nəzərdə tutulan funksiyasını yerinə yetirə bilmir, digər beynəlxalq dillərlə
müqayisədə çox az istifadə olunur.
3. Dilin beynəlxalq ünsiyyət rolu oynaması tarixi-siyasi və mədəni pro  ses -
lərlə bağlıdır. Süni şəkildə beynəlxalq ünsiyyət dili yaratmaq mümkün deyil.
Debatdan əvvəl müəllim şagirdlərə belə bir tövsiyə verir:
– Arqumentlərinizi daha kəsərli etmək üçün qarşı tərəfin spikerinə elə su-
allar verməyə çalışın ki, o sizin arqumentinizi təsdiqləmiş olsun; məsələn:
– Sən özün hansı dili öyrənməyə üstünlük verərdin: ingilis, yoxsa espe -
ranto dilini?
– Esperanto dili artıq 100 ildən çoxdur ki, mövcuddur. Heç bu dildə danışan
adam tanıyırsanmı?
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
Debat
151
KAMİLLİYƏ DOĞRU


t Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü müəyyənləşdirir.
t Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerini müəyyənləşdirir.
4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.
t Tabeli mürəkkəb cümləni sadələş di rə rək budaq cümləni müvafiq cümlə
üzvü vəzifəsində işlədir.
Verilmiş tapşırıqlar bu bölmədə keçilmiş dil qaydalarını möhkəmləndirməyə
xidmət edir.
Mətnin kompleks təhlili
Bu rubrikada verilmiş mətn şagirdlərin artıq tanış olduqları “Esperanto” mətni
ilə mövzu baxımından yaxındır. Mətnin məzmunu və söz ehtiyatı ilə bağlı
tapşırıqlar yerinə yetirildikdən sonra şagirdlər köməkçi nitq hissələri və sözün
morfoloji tərkibi ilə bağlı əvvəlki siniflərdə aldıqları biliklər əsasında qrammatik
tapşırıqları icra edirlər.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dil
qay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçün
nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 139-140) təqdim olunmuşdur.
Sinfin səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər. 
152

BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə