L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   49   50   51   52   53   54   55   56   57

Əli  mərdan bəy  bizi qa pının önündə elə qar şı ladı ki, sanki gələcəyimiz vaxtı dəqiq
bilir miş.  
3. 1917-ci ildə Moskva da Rusiya Mü səlmanlar İttifaqının Konqresi və bir qə dər
sonra “Rusiya Döv lət Konqresi” ilə əla qə dar eyni mövqeyi mü da fiə etdiyimizə görə
bir-biri mi zə yaxşı isiniş miş  dik. 
Biz bir-biri mi zə yaxşı isiniş miş  dik, çünki 1917-ci ildə Moskva da Rusiya Mü səl man -
lar İttifaqının Konqresi və bir qə dər sonra “Rusiya Döv lət Konqresi” ilə əla qə dar
ey ni mövqeyi mü da fiə etmişdik.
4. Şəhər kənarında, Sen-Klu adlanan mə  həl  lədəki evləri dəmiryol xəttinin altın da
oldu ğu na görə hər dəfə qatar keçəndə böyük gu rultu eşi dilirdi. 
Hər dəfə qatar keçəndə böyük gu rultu eşi dilirdi, çünki şəhər kənarında, Sen-Klu
adlanan mə  həl  lədəki evləri dəmiryol xəttinin altın da idi. 
5. Lakin söhbətlə ri miz çox ciddi və sə mi mi olduğundan qa tar ların səsini belə eşit -
mirdim. 
Lakin qa tar ların səsini belə eşit mirdim, çünki söhbətlə ri miz çox ciddi və sə mi mi idi. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 22. STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ (3 saat)
Standartlar
Təlim nəticələri
2.2.1. Mətni düzgün intonasiya ilə oxu -
yur.
Dialoji mətni oxuyarkən səs tonunu, jest
və mimikalarını obrazların xarak terinə
uyğunlaşdırır.
2.1.1. Tanış olmayan söz və ifadə lə rin
kontekstə uyğun mənasını şərh edir.
Mətndə rast gəldiyi sözlərin mənasını
şərh etməklə leksik kateqoriyasını müəy -
 yənləşdirir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və
ifadələrin mənasını kontekstə uy 
ğun
dəqiqləşdirməklə şərh edir.
Mətndə rast gəldiyi sözlərin lüğətdəki
mənası ilə kontekstdəki mənası arasın -
dakı fərqi və bu fərqin səbəblərini izah edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndəki obraz, tarixi şəxsiyyət haq qın -
da fikir yürütmək üçün müvafiq epizod-
lardan istifadə edir.
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni gözlə mək lə
özünün və başqasının yazısını tək 
-
milləşdirir. 
Mətnə ağırlıq gətirən mürəkkəb feili tər -
kibli cümlələri bir neçə cümlə şəklin də
ifadə edərkən mətnin rabitəliliyini qor u -
yub saxlayır.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz
nitqdə durğu işarələrindən istifadə edir.
Müəllif sözləri ilə vasitəsiz nitq arasında
müvafiq durğu işarələrindən istifadə edir.
4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə
sözlərin böyük və kiçik hərflərlə ya zı lış
qaydalarına əməl edir. 
Müəllif sözləri ilə vasitəsiz nitqin növ -
bələşdiyi mətn parçalarında sözlərin
böyük və kiçik hərflərlə yazılış qayda -
larına əməl edir.
160
VI 
BÖLMƏ 


Motivasiya
Dərsliyin 144-cü səhifəsində qoyulmuş tapşırıqla motivasiya yaratmaq olar. 
1. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra
Məhəmməd Əmin Rəsulzadənin taleyi haqqında bildiklərinizi söyləyin.
Ola bilsin ki, şagirdlər M.Ə.Rəsulzadənin “Əsrimizin Siyavuşu”, “Stalinlə
ixtilal xatirələri” əsərləri ilə tanışdırlar və ya tarix dərsliklərində böyük azadlıq
carçısının bioqrafiyası haqqında məlumat almışlar. 
Şagirdlərin  fikirləri ümumiləşdirildikdən sonra müəllim oxunacaq mətnlə
bağlı belə bir məlumat verə bilər: 
Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri Türkiyədə
“Dünya” qəzetinin 1954-cü il may–iyun nömrələrində 28 məqalədə çap
edilmişdir. “M.Ə.Rəsulzadə kimdir?” adlı bioqrafik yazı da bu məqa lələrə
əlavə edilmişdir. M.Ə.Rəsulzadənin xatirələrinin tam adı orijinalda “Bir
türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” adlanır. Xatirələrdə Stali nin
və stalinizmin mahiyyətinin açılması ilə yanaşı, əsrimizin ilk on illə rində
Azər baycanda gedən çox maraqlı proseslər təsvir edilir.
Oxu vä söz ehtiyatı
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
t Dialoji mətni oxuyarkən səs tonunu, jest və mimikalarını obrazların
xarak terinə uyğunlaşdırır.
Mətn dialoqlarla, müxtəlif psixoloji ovqatların təsviri ilə zəngindir. Bu mə -
qam ları şagirdlərin necə duyduqları, bu duyğuları oxu texnikasında necə ifadə
etmələri müşahidə olunur. Oxuya başlamazdan əvvəl şagirdlərə bu barədə
xəbərdarlıq edilir. Müəllim əvvəlcə bir parçanı özü nümunə kimi oxuya bilər.
Dialoq və vasitəsiz nitq nü munələrinin oxusu zamanı səs tonunun dəyişməsi
hallarına, bu məqam lar da fikir sahiblərinin ovqatından asılı olaraq jest və
mimikalarının necə əlaqə 
ləndiyinə diqqət yetirilir. Şəraitdən asılı olaraq
dialoqları rollarla da oxutmaq olar.
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh
edir.
t Mətndə rast gəldiyi sözlərin mənasını şərh etməklə leksik kateqoriyasını
müəyyənləşdirir.
Oxu qurtardıqdan sonra 2-ci çalışmada göstərildiyi kimi, kontekstdən çıxış
edərək “xitab etmək”, “koridor”, “uniforma”, “ixtilalçı”, “dosye”, “ləhzə”, “zat”, “dik -
tatura”, “komissarlıq”, “iltifat”,“taktika”, “surət” sözlərinin mənaları izah olu nur və
dərsliyin sonundakı lüğətdə verilmiş izahlarla müqayisə edilir. Həmin sözləri
aşağıdakı kateqoriyalar üzrə qruplaşdırmağı tapşırmaq tövsiyə olunur. (Fən -
da xili şaquli inteqrasiya, V sinif, st. 4.1.2)
• Rus-Avropa mənşəli sözlər: koridor, uniforma, dosye, diktatura, taktika.
• Ərəb-fars mənşəli sözlər: ləhzə, zat, iltifat, surət, xitab etmək.
• Arxaizmlər: xitab, ixtilal, komissarlıq.
161
AZADLIQ MÜCAHİDLƏRİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə