L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   49   50   51   52   53   54   55   56   57

9.  Cütlərlə iş. Mətndə göy rənglə verilmiş cümlələr üzərində təkmilləş -
dirmə işi aparmaqla onları daha sadə və anlaşıqlı şəkildə ifadə edin.
Ø Birinci cümlədəki fikri iki cümlə ilə ifadə edin.
“Müsavat” partiyasına mənsub olmaq töhmətilə işçilərin qruplar halında
güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağını
düşünəcək qədər sadə deyiləm.
Redaktə: Bir çox işçilər “Müsavat” partiyasına mənsub olduqlarına görə
qruplar halında güllələnirlər. Mən o qədər də sadə deyiləm ki, bu firqənin lideri
ola-ola vəziyyətimin yaxşı olacağını düşünüm.
Ø 2-ci və 3-cü cümlələrdə təkrar olunan sözlərə diqqət yetirin. Bu cüm lə -
ləri tabeli mürəkkəb cümlə kimi ifadə edin.
...özümü məşhur alimlərin iştirak edəcəkləri 
səlahiyyətli
bir elmi müəssisə -
nin sədri olacaq bir 
səlahiyyətdə
görmürəm.
Redaktə: Məncə, elə bir imkana malik deyiləm ki, məşhur alimlərin iştirak
edəcəkləri səlahiyyətli bir elmi müəssisənin sədri olum.
Maddələrdən birində üzvlərin 51 faizinin Kommunist Partiyası nümayəndə -
lərindən 
olmasının
zəruri 
olduğunun
yazıldığını gördüm.
Redaktə: Maddələrdən birində gördüm ki, üzvlərin 51 faizi Kommunist
Partiyası nümayəndə ləri olmalıdır.
Dil qaydaları
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən
istifadə edir.
t Müəllif sözləri ilə vasitəsiz nitq arasında müvafiq durğu işarələrindən
istifadə edir.
4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə
yazılış qaydalarına əməl edir. 
t Müəllif sözləri ilə vasitəsiz nitqin növbələşdiyi mətn parçalarında sözlərin
böyük və kiçik hərflərlə yazılış qaydalarına əməl edir.
Bu dərsdə şagirdlərin oxuduqları mətndə dialoqların çoxluğu dil qaydaları
ilə bağlı nəzərdə tutulan təlim nəticəsinə nail olmağa imkan verir. Ona görə
də motivasiya mərhələsində həmin materialdan nümunə kimi istifadə edilir
(10-cu tapşırıq). Şagirdlər dialoqlardakı durğu işarələrini araşdırmaqla özləri
bu qaydalarla bağlı müəyyən nəticələrə gəlirlər.
Qeyd.
Çalışmaq lazımdır ki, şagirdlər müəllif sözləri ilə obrazların nitqi (vasi tə -
siz nitq) arasındakı sərhədi müəyyən etməyə alışsınlar. Bu sərhədi mü əy -
 yən etmədən durğu işarələrini düzgün işlətmək mümkün deyil. Durğu
işa rələri də məhz bu sərhədi işarə etmək üçündür. Sərhədi müəyyən -
ləş dirdikdən sonra təklif edin ki, durğu işarələrinin işlənməsi ilə bağlı bir
qayda düzəltsinlər (müşahidə əsasında). Sonra həmin qayda əsasında
vasitəsiz nitqli cümlənin sxemini çəkdirin. M: “V”, – m: “V”, – m.
“Qrammatika” rubrikasında verilmiş “Vasitəsiz nitqdə durğu işarələri” nəzəri
materialı ilə şagirdlərin nəticələri müqayisə edilir.
164
VI 
BÖLMƏ 


Qaydanın necə mənimsənildiyini yoxlamaq və onu bacarığa çevirmək üçün
11-ci tapşırıq üzərində iş aparılır.
12-ci tapşırığı yerinə yetirməklə şagirdlər vasitəsiz nitq olan mətndə durğu
işarələrinin işlənməsi və sözlərin böyük və kiçik hərflə yazılışı qaydalarını
sxemlərlə ifadə etməyi öyrənirlər.
13-cü tapşırıqda verilmiş vasitəsiz nitqli cümlələri müşahidə əsasında
vasitəsiz nitqdə durğu işarələrinin düzgün işlədilməsi, böyük və kiçik hərflərlə
yazılma qaydalarını şagirdlər özləri hazırlayırlar. Yaxşı olar ki, bu qaydalar
sxem şəklində ifadə edilsin.
14-cü tapşırıq vasitəsiz nitqdə sözlərin böyük və ya kiçik hərflə yazılışı
qaydalarını daha dərindən mənimsəməyə yönəlib.
Mətnin kompleks təhlili
İlk tapşırıq mətndə irəli sürülmüş fikirləri dəyərləndirmə bacarığını yoxla -
ma ğa xidmət edir. Epizoddan məlum olur ki, kasıbların müdafiəçisi kimi haki -
miy yətə gəlmiş bolşevikləri, əslində, məzlumların vəziyyəti qətiyyən
maraq landırmır. 
2-ci tapşırıq  4.1.3 standartının nə dərəcədə reallaşdırıldığını yoxlayır.
3-8-ci tapşırıqlar da dil qaydaları ilə bağlıdır:
Digər tapşırıqlar fəndaxili inteqrasiyaya xidmət edir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 23. AZƏRBAYCANIN İLK TƏHSİL NAZİRİ (2 saat)
Standartlar
Təlim nəticələri
2.2.2. Tərkib hissələri arasında əla qəni
gözləməklə mətni genişlən dirir. 
Mövzu üzrə əldə etdiyi məlumatları mət -
 nin müvafiq hissələrinə əlavə edir.
1.1.1. Danışanın mövzuya müna 
si -
bətini müəyyən etmək üçün tədqi qat
xarakterli suallar verir. 
Mövzu üzrə fikirlərini tam formalaş dır -
maq üçün faktoloji suallar verir.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nü mu -
nələri qurur.
Müzakirəyə giriş vermək üçün kiçik 
-
həcmli məruzə ilə çıxış edir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz
nitqdə durğu işarələrindən istifadə edir. 
Sitatlardan istifadə edərkən müvafiq
durğu işarələrindən istifadə edir.
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni göz lə mək lə
özünün və başqasının yazısını təkmil -
ləş dirir. 
Sitatlarla müəllif nitqi arasındakı əlaqəni
gözləməklə məlumat xarakterli mətn
hazırlayır.
165
AZADLIQ MÜCAHİDLƏRİ


Motivasiya
Azərbaycan Xalq Cümhuriyyəti hökumətində təmsil olunmuş nazir və baş
nazirlərdən bir neçəsinin şəkilləri nümayiş etdirilir. Şagirdlər tanıdıqları şəxsiy -
yətlər barədə danışırlar.
Oxu 
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişlən -
dirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mət  nin müvafiq hissələrinə əlavə edir.
Mətn “Qeydgötürmə” texnikası ilə oxunur. Mətndə Nəsib bəy Yusifbəyli ilə
bağlı hadisə və faktları seçib qeyd etmək tapşırılır.
Oxudan sonra mətndəki fikirləri necə dəyərləndirdiklərini yoxlamaq üçün
sinfə suallarla müraciət edilir:
– Azərbaycanın istiqlaliyyət tarixində Nəsib bəy Yusifbəylinin rolunu necə
dəyərləndirirsiniz?
– Nəsib bəy hansı ailədə anadan olmuşdur?
– Nəsib bəy Yusifbəyli təhsilini harada almışdır?
– Nəsib bəy Azərbaycan siyasi fikir tarixində iz qoymuş hansı partiyanın
yaradıcılarındandır? və s.
Oxu məzmun xətti üzrə iş 2-ci tapşırığın icrası ilə davam etdirilir. Verilmiş
parçaları mətnin müvafiq hissələrinə əlavə etmək nəzərdə tutulur. A, B, C, D
işarələri ilə qeyd edilmiş parçalarda mətnlə əlaqəli informasiyalar verilmişdir.
Mətni diqqətlə oxuyan, oradakı fikirləri düzgün qiymətləndirən şagirdlər par -
çalarla mətn arasındakı əlaqələri duya biləcəklər.
A – səh. 151, 5-ci abzasdan sonra.
Şərh. N.Yusifbəylinin AXC hökumətində təmsilçiliyi, dövlət quruculuğunda
göstərdiyi xidmətlər 153-cü səhifədə 3–5-ci abzaslarda öz əksini
tapıb. Bu abzaslarda onun ZDFR-də xalq maarif naziri kimi başladığı
işlərdən, AXC höku mətində də eyni vəzifəni daşımasından, daha
sonra isə baş nazir kimi fəaliyyətindən söz açılır. 
B – səh. 150, 4-cü abzas.
Şərh. Mətnin 152-ci səhifədə verilmiş 4-cü abzası bu cümlə ilə başlayır:
“Gən cədə yaşayarkən Nəsib bəy Yusifbəyli siyasi fəaliyyətə qoşulur”.
Elə həmin cümlədən sonra “B” ilə işarə edilmiş parçanı əlavə etmək
lazımdır.
C  – səh. 150, 3-cü abzas.
Əlamətdar hadisə və ya
fakt
Zaman
Tarixi əhəmiyyəti
166
VI 
BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə