L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   49   50   51   52   53   54   55   56   57

Şərh. Mətnin ilk 3-cü abzasında Nəsib bəyin təhsili ilə əlaqədar olaraq Bağ -
çasaraya köçməsindən bəhs edilir. “C” parçası həmin abzasın 2-ci
cümləsindən sonra gəlsə, tərkib hissələri arasında əlaqə pozulmaz.
D – 150-ci səhifədəki 3-cü abzas “D” parçası ilə başlasa, məzmun ardı cıl -
lığı pozulmaz.
Mətndə irəli sürülmüş fikirləri dəyərləndirmək baxımından 3-cü tapşırıq da
maraqlıdır. Buradakı uyğunluğu aşağıdakı kimi müəyyən etmək olar:
A – 2, 3, 5; B – 4, 6; C – 1.
Dinlämä vä danışma
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqi -
qat xarakterli suallar verir. 
t Mövzu üzrə fikirlərini tam formalaşdırmaq üçün faktoloji suallar verir.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.
t Müzakirəyə giriş vermək üçün kiçikhəcmli məruzə ilə çıxış edir.
4-cü tapşırığın şərti ilə tanış olan şagirdlərin diqqəti əvvəlcə “Nitq
bacarıqları” rubrikasında verilmiş “Auditoriyanı necə ələ almalı” mətninə
yönəldilir. Müəllim hər bir tezisə əməl etməyin vacibliyini vurğulayır.
Tapşırıqda müzakirəni təşkil etmək üçün tövsiyələr verilir:
Ø Həmin dövrün hərbi-siyasi mənzə rəsini təsvir edin.
Ø AXC hökumətinin süqutunun obyektiv və subyektiv səbəblərini
sadalayın.
Müzakirəni aşağıdakı kimi təşkil etmək olar:
1. Yuxarıda göstərilən mövzular üzrə məlumat vermək üçün tarix fənnindən
yüksək göstəriciləri olan şagirdlər arasında məruzəçi (və ya həmməruzəçilər)
seçilir.
2. Məruzəçilərə tapşırılır ki, çıxış zamanı daha çox müzakirənin əsas
mövzusuna (“Azərbaycan Xalq Cümhuriy yə tinin qurucuları ölkənin müs -
 təqilliyini qoruyub saxla ya bi lər  dilərmi?”) aydınlıq gətirən məqamlara toxun-
sunlar.
3. Digər müzakirə iştirakçılarına tapşırılır ki, məruzələri diqqətlə dinləsinlər,
müzakirənin əsas mövzusu üzrə çıxışa hazırlaşmaq üçün özlərinə qeydlər
götürsünlər və məruzəçilərə suallar versinlər.
4. Giriş məruzələri bitdikdən sonra məruzəçiləri moderator(lar) əvəz edir
və əsas mövzu üzrə müzakirə keçirilir. 
Dil qaydaları
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə
edir. 
t Sitatlardan istifadə edərkən müvafiq durğu işarələrindən istifadə edir.
5-ci tapşırıq sitat haqqında ümumi təsəvvür yaradır. 
167
AZADLIQ MÜCAHİDLƏRİ


5. Aşağıdakı mətn parçasını oxuyun. Sizcə, nə üçün bəzi cümlələr və
sözlər arasında üç nöqtə qoyulmuşdur?
Müxtəlif cavablar verilə bilər. Şagirdlər həmin işarənin mətndə ixtisarlar
getməsi  ilə bağlı olduğunu deyə bilərlər. Onların fikirləri genişləndirilir və belə
bir nəticə əldə olunur: “Dırnaq arasında verilmiş mətn vasitəsiz nitqdir. Onda
dəyişiklik edilə bilməz. Lakin ixtisarlar oluna bilər. Bunun üçün ixtisar olunan
hissə üç nöqtə ilə göstərilməlidir”.
Bundan sonra şagirdlər “Qrammatika” rubrikasında verilmiş sitatlar haqqın -
da nəzəri məlumatla tanış edilir.
6-cı tapşırığın cütlərdə yerinə yetirilməsi nəzərdə tutulub. Cümlələrdə müx -
tə lif mənbələrdən götürülmüş sitatlar müəyyən məna daşıyır.
1. Hələ də bəziləri “yel dəyirmanları ilə döyüşməklə” ad qazanmaq xəyalın -
da dır.  (Məşhur qəhrəman Don Kixotun mənasız döyüşlə ad çıxarmağına
işarədir.)
2. Müdrik insanlar “başı kəsdirən yox, savaşı kəsən” sözə üstünlük verirlər.
(Şah İsmayıl Xətainin aşağıdakı misralarından götürülüb:
Söz var kəsdirər başı,
Söz var kəsər savaşı...)
3. Bəzən vəzifəni layiqincə yerinə yetirə bilmək üçün “barmağını kəsib
yerinə duz basmalı” olursan. (“Məlikməmməd” nağılından götürülüb, dözüm-
lülük dərəcəsini göstərmək məqsədi daşıyır.)
4. Həyatda hər şeyə “bir molla, bir kəllə qənd, üç manat pul” ilə nail olmaq
mümkün deyil. (“Arşın mal alan” musiqili komediyasından götürülüb, hər bir
işi operativliklə, “tezbazar” yerinə yetirmək istəyinə işarədir.)
5. Vətən torpağının “qayasında bitən mamırı” olmağı bacarmayan insan-
dan əsl vətəndaş çıxmaz. (M.Arazın məşhur “Vətən mənə oğul desə, nə dər -
dim, mamır olub qayasında bitərdim” misralarından götürülüb, Vətən üçün
hər şeyə hazır olmaq mənası daşıyır.)
6. Vətən həsrəti ilə necə yanmalısan ki, Bakını “neft qoxan gülə” bənzədə -
sən. (Almas İldırımın Azərbaycana xitabən söylədiyi şeirdən götürülmüş ifadə
Vətən həsrətinin şiddətini ifadə etmək üçün seçilib.)
7-ci tapşırıq sitatlarda durğu işarələrinin və sözlərin böyük və kiçik hərflə
yazılışı arasındakı fərqi müəyyənləşdirməyi nəzərdə tutur. Müşahidələr əsa -
sında gəldikləri nəticələri qayda şəklində ifadə etmək üçün şagirdlər bundan
əvvəlki dərsdə qazandıqları bilik və bacarıq ları da xatırlamalıdırlar. Müşahidə
zamanı bütün sitatların vasitəsiz nitq kimi dırnaq içərisində yazıldığı qeyd
edilir. Daha sonra sitatların bəzilərinin vasitəsiz nitq kimi bütöv cümlələr
şəklində olduğu, bəzilərinin isə söz birləşməsi, hətta sözlə ifadə olunduğu
bildirilir. Vasitəsiz nitq şəklində ifadə olunub dırnaq içərisində yazılan sitatların
ilk sözünün böyük hərflə, söz və söz birləşməsi şəklində ifadə olunmuş
sitatların isə dırnaq içərisində kiçik hərflə yazıldığı göstərlir. 
168
VI 
BÖLMƏ 


Məlum olduğu kimi, yazılı nitqdə dırnaq işarəsi müxtəlif funksiyalar yerinə
yetirir. Şagirdlərin bu funksiyaları müəyyən ləşdirmələri üçün 8-ci tapşırıq əhə -
miy yətlidir. Əsər adları, eyhamla, məcazi mənada işlənən sözlər də dırnaq içə -
risində yazılır. Sitatlar isə fikri təsdiq etmək üçün başqasına istinadən istifadə
olunan nitq vahididir. Bu baxımdan V.Şekspirin qəhrəmanı Hamletin dilindən
götürülmüş nümunə sitat sayılır: D) Hər kəs haçansa həyatda “olum, ya ölüm”
seçimi arasında qala bilər.
9-cu tapşırıq verilmiş nümunələrə analitik yanaşma tələb edir. Verilmiş iki
cümlədə müxtəlif vəziyyətlərdə dırnaq işarəsindən istifadə edilib. Hər bir
funksiyanın izahı tələb olunur. Birinci cümlədə Mir Cəlaldan gətirilmiş sitat
(“Mirzə Cəlilin “poçt qutusu”ndan çıxan”) dırnaqda yazılıb, lakin sitatın içəri -
sin dəki əlavə dırnaq əsər adının rəmzi məna ifadə etməsi ilə bağlıdır.
2-ci cümlədə Üzeyir Hacıbəylinin “Məşədi İbad”ından (“Tarixi-Nadir”i
yarıyacan oxuyan”) sitat gətirilib. Sitatda isə yenə də əsər adı – “Tarixi-Nadir”
dırnaq içərisində yazılıb. “Alim” sözü isə kinayə ilə işlədildiyindən dırnaqda
yazılıb.
Fəndaxili üfüqi inteqrasiya
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -
məklə özünün və başqasının yazısını təkmilləşdirir. 
t Sitatlarla müəllif nitqi arasındakı əlaqəni gözləməklə məlumat xarakterli
mətn hazırlayır.
10-cu tapşırıqda şagirdlər dil qaydaları üzrə əldə etdikləri bilikləri konkret
nitq materialında tətbiq etməlidirlər.
Nümunə:
ABŞ prezidenti Barak Obama 28 May Respublika Günü münasibətilə  Azərbay -
canın dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlamışdır. Məktubda prezident
Obama dövlətimizin başçısına və Azərbaycan xalqına səmimi təbriklərini ifadə
etmişdir. Məktubda deyilir: “1918-ci ildə dün yada əhalisinin əksəriyyəti müsəlman
olan ilk dünyəvi demokratik döv 
lətin qurulmasını qeyd etdiyiniz zaman bilin ki,
Birləşmiş Ştatlar bütün azər bay canlılar üçün daha çiçəklənən, daha demokratik
gələcəyi həmin miras əsa sında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir”. Öz
təbrik məktubunda ABŞ prezidenti Dağlıq Qarabağ məsələsinə də toxunmuşdur: “Biz
bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıs tanda sabitliyin təşviqini
və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün
edirik”. Barak Obama həmçinin bildirmişdir: “Bütün vətəndaşların fundamental
azadlıqlarının təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və
hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır”.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
169
AZADLIQ MÜCAHİDLƏRİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə