L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   49   50   51   52   53   54   55   56   57

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə
uyğun dəqiqləşdirməklə şərh edir.
t Mətndə rast gəldiyi sözlərin lüğətdəki mənası ilə kontekstdəki mənası
arasındakı fərqi və bu fərqin səbəblərini izah edir.
3-cü tapşırıq. Mətnin 1-ci hissəsində fərqləndirilmiş “xərclənməyə”, “bu -
raxın”, “töhmətilə” sözlərinin kontekstə görə mənaları izah edilir. Eyni zaman -
da “xərclənməyə” sözünün dırnaq arasında yazılmasının səbəbi araşdırılır.
Hər üç söz bu və ya digər formada kontekstdə fərqli məna daşıyır. “Xərc lən -
 mək” sözü həqiqi mənada deyil, məcazi mənada işlənib. Həbsxana leksiko-
nunda həmin söz edama və ya güllələnməyə aparılmaq an lamında işlənir.
M.Ə.Rəsulzadənin bolşevik çevrilişindən sonra Bakı həbs xa na sında saxlanıl -
dığı günlərdə hər an bolşeviklər tərəfindən edam olunma ehtimalı vardı.
“Buraxmaq” sözünün də lüğətlərdə müxtəlif mənaları verilib: 1) əlini açaraq
əlindəki, yaxud əli və s. ilə tutduğu şeyin çıxmasına, düşməsinə, getməsinə
imkan vermək, daha tutub saxlamamaq; 2) içərisindən keçirmək, bir şeyin öz
içərisindən keçməsinə imkan vermək; 3) bir yerə daxil olmağa, keçməyə icazə
vermək, girməsinə, daxil olmasına mane olmamaq; 4) yol vermək, imkan
vermək, qoymaq, razı olmaq.  
Mətndə isə bu söz sonuncu anlama uyğun olmaqla məcazi mənada işlədilib.
Qeyd.
Mətndə bu söz rus dilindən hərfi tərcümə – kalka kimi işlədilib:
“Оставьте нас” – “Bizi buraxın”. Şagirdlərə bu fikri də çatdırmaq olar.
Şagirdlər mətndəki “töhmət” sözünün də Azərbaycan dilinin izahlı lüğətin -
dəki mənaya (danlama, məzəmmət, danlaq) uyğun gəlmədiyini aşkar edə
bilərlər. Onlara bildirmək lazımdır ki, ərəb dilindən alınmış bu söz “ittiham”
sözü ilə eyni kökdəndir və burada məhz “Birinə qarşı irəli sürülən günah,
təqsir, suç” mənasında işlənmişdir.
4-cü tapşırıq dil qaydaları ilə fəndaxili inteqrasiya yaradır.
4. “D-r. Nəriman” ifadəsindəki “d-r.” hansı sözün ixtisarıdır? Bu cür
abreviaturalara başqa misallar gətirin.
Qeyd.
Nəzərə almaq lazımdır ki, əvvəlki siniflərdə şagirdlərə “abreviatura” ter-
mini öyrədilməyib. Lakin tapşırığın şərtindən bu sözün ixtisar olduğu bi -
linir. Bununla belə, müəllim abreviaturanın bir neçə növünə – mürək kəb
adların ixtisarına, sözün baş hərfinin və ya bir hissəsinin sax la nıl ması ilə
yaranan abreviaturalara (m – metr, Mb – meqabayt və s.) misal gətirə bilər.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndəki obraz, tarixi şəxsiyyət haq qın da fikir yürütmək üçün müvafiq
epizodlardan istifadə edir.
5-ci tapşırıq yerinə yetirilərkən mətnin 1-ci hissəsində hadisələrin Bakıda
cərəyan etdiyini müəyyənləşdirmək çox da çətin deyil. Şagirdlər Məhəmməd
Əminin bioqrafiyası ilə yaxından tanış olmasalar, seçim qarşısında qala
bilərlər: Bakı, yoxsa Moskva? Lakin M.Ə.Rəsulzadə ilə Stalinin dialoqunu diq -
qətlə oxuyanlar Stalinin “mənimlə bərabər Moskvaya gedək” cümləsinə nəzər
yetirib hadisələrin Bakı həbsxanasında baş verdiyini deyə bilərlər. 
162
VI 
BÖLMƏ 


2-ci hissədə isə hadisələrin Moskvada cərəyan etdiyini müəyyənləşdirmək
üçün Millətlər Komissarlığı, komissarlığın baş katibi Braydo, “Şərqi öyrənmə
işləri ilə məşğul olacaq cəmiyyət” kimi ifadələrə diqqət yetirilməlidir.
6-cı tapşırıq vasitəsilə şagirdlərin diqqətini Stalin obrazına yönəltmək
mümkündür. Dialoq zamanı Stalinin fikirləri onun xarakterini açmağa imkan
verir. Yerli bolşeviklərin böyük çoxluğunun Rəsulzadənin ya öldürülməsini, ya
da ömürlük olaraq həbsdə saxlanılmasını tələb etmələrinə baxmayaraq, Stali -
nin ona bu cəzaları rəva görməməsi qəribə və maraqlıdır. İdeoloji cəhətdən
rəqib olsalar da, köhnə mübarizə yoldaşı olmalarını xatırlatmaq üçün kitabın
başqa hissələrindən dinləmə mətni kimi istifadə etmək olar.
Kobanın Vışinskiyə bir təbliği (iradı)
(“Stalinlə ixtilal xatirələri”ndən)
Günün birində Bakı civarında Qaraşəhər deyilən bir məhəllədə idik. Ge cə -
nin gec saatlarında bir dülgər atelyesində müxtəlif inqilabi təşkilatlara mən sub
nümayəndələrdən ibarət bir konfransda idik. Müzakirələr bolşe vik-men şe vik gö -
 rüşü üzərində cərəyan edirdi. Bolşevik görüşünü Koba, yəni Stalin, men şevik
gö rüşünü isə indi sovetlərin millətlərarası sözçülüyünü yapan Andrey Vışinski
mü da fiə edirdi.
O zaman azərbaycanca dərc edilən milli müxalifət orqanı “Təkamül” qə ze -
təsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus olmayan bir
çoxları kimi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və qramma -
tik xətası da yapmamış deyildim. Müzakirədə təmsil etdiyim milli müxalifət cə -
rə yanının bolşevik istiqamətinə üstünlük verən bir ifadəm vardı. Bunu həzm
et məyən ozamankı menşevik Vışinski yapdığım yanlışlıqlara eyhamla:
– Yoldaş, ədəbi deyil!.. – deyə üslubuma sataşdı. 
Koba isə dərhal:
– Haydı, yoldaş Vışinski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim
daha ədəbi danışır?.. – deyə ona qarşı çıxdı.
7-ci tapşırıq. Mətndə M.Ə.Rəsulzadənin xarakterinə xas olan qətiyyət, dön -
məzlik, mübarizlik, prinsipiallıq, milli ideallara sədaqət kimi xüsusiyyətlər öz
əksini tapıb. 
Yazı
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözlə -
mək lə özünün və başqasının yazısını təkmilləşdirir. 
t Mətnə ağırlıq gətirən mürəkkəb feili tərkibli cümlələri bir neçə cümlə
şəklində ifadə edərkən mətnin rabitəliliyini qoruyub saxlayır.
8-9-cu tapşırıqlar şagirdlərin redaktə bacarıqlarının inkişaf etdiril məsini
nəzərdə tutur. 
8-ci tapşırıq. 
Redaktə nümunəsi:
Millətlər Komissarlığı Şərqi öyrənməklə məşğul olacaq elmi cəmiyyə tin təş -
kilinə qərar vermişdi. Bu cəmiyyət Rusiyanın tanınmış şərqşünas larından təş kil
olunmalı idi. Orada sovetlərdəki millət lərin elm sahə sində nüfuzlu nü  ma yəndələri
də iştirak edəcəkdi. Mənə də bu cəmiyyətə sədrlik təklif olu nurdu.
163
AZADLIQ MÜCAHİDLƏRİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə