L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

Yazı
3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə)
və formalı  (inşa, esse, hekayə) mətnlər yazır. 
t Verilmiş mövzuya uyğun hekayə yazır.
10. “Bir gün işıqforun qarşısında dayanmışdım...” cümləsi ilə başla nan
hekayə yazın. 
Bu yazı növbəti mövzuya keçid olduğu üçün ev tapşırığı kimi verilməsi töv -
si yə edilir. Dərslikdə şagirdlərə kömək məqsədilə hekayə yazmağın tələb ləri
ve rilmişdir. Xatırladaq ki, 7-ci sinifdə şagirdlərə hekayə yazmağın alqoritmi
öy rə dilmişdi. “Nitq bacarıqları” rubrikasındakı tezislər verilmiş mövzuda heka -
yə yazmaq üçün kömək məqsədi daşıyır.  
Verilmiş mövzuda hekayə nümunəsi:
Bir gün işıqforun qarşısında dayanmışdım. Yolun kənarında iki oğlan dur -
muş du. Qırmızı işıq yanmasına baxmayaraq, biri, nə olursa olsun, yolu keç -
məyə çalışırdı. O biri isə sakitcə dayanıb yaşıl işığın yanmasını gözləyirdi.
Sa niyələr keçirdi. Tələsən oğlan həm özü, həm də maşınlar üçün bir neçə
dəfə təhlükəli vəziyyət yaradandan sonra sakitcə geri çəkildi. Vaxt çatdı, yaşıl
işıq yandı. Hər iki oğlan yolu eyni vaxtda keçdi. İkisi arasında yalnız bir fərq
oldu: biri gözləyənə qədər təlaş keçirdi, o biri isə sakit vəziyyətdə gözlədi.  Mən
özüm üçün nəticə çıxartdım: “Hər işin öz vaxtı var, insan vaxtında hərəkət
etməyi və vaxtında dayanmağı bacarmalıdır”...  
Dil qaydaları
Fəndaxili şaquli inteqrasiya
8-ci sinif. 4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.
8-ci sinif. 4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
8-ci sinif. 4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu
işarələrindən istifadə edir.
9-cu sinif. 4.1.2. Sözləri və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə
işlədir.
Kurikulumda VIII və IX siniflər üçün dil qaydaları üzrə nəzərdə tutulmuş
məz mun standartları dilçiliyin sintaksis bölməsi ilə bağlıdır. IX sinifdə bu məz -
mun xətti üzrə standartlar reallaşdırılarkən VIII sinifdə keçilmiş bir çox qram-
matik kateqoriyalara müraciət olunacaq. Bunu nəzərə alaraq birinci dərsin dil
qaydaları üzrə materialları VIII sinifdə keçilənlərin təkrarına həsr edilmişdir. Bu
tapşırıqlarda söz birləşmələri, cümlə üzvləri, sadə cümlənin növləri ilə bağlı ba -
carıqların yoxlanılması nəzərdə tutulur. Bu materiallardan diaqnostik qiy mət -
 ləndirmə üçün də istifadə oluna bilər.
Mətnin kompleks təhlili 
MMV-nin giriş hissəsində deyildiyi kimi, bu rubrikada “Oxu” və “Dil
qaydaları” məzmun xətləri üzrə müxtəlif standartlar inteqrasiya olunur. 
32

BÖLMƏ 


Rubrikada verilmiş mətn dərsin mövzusu ilə bağlıdır. Onun oxunmasına
3-4 dəqiqə ayırmaq kifayətdir. Tapşırıqların yerinə yetirilməsini və sualların
ca vablandırılmasını isə 10-12 dəqiqə ərzində frontal sorğu şəklində həyata
keçirmək tövsiyə olunur: sual (tapşırıq) bütün sinfə ünvanlanır, onun ca vab -
landırılması üçün şagird(lər) müəllim tərəfindən seçilir. Beləliklə, mətnin kom-
pleks təhllinə 12-15 dəqiqə ayırmaq kifayətdir. Bu müddət ərzində şagirdlər
oxuyub-anlama bacarıqlarını nümayiş etdirir, dil qaydaları üzrə əvvəlki siniflər -
də və müvafiq dərsdə keçdiklərini xatırlayırlar.
1-ci tapşırıq vasitəsilə 
5-ci sinfə aid olan “2.2.2. Mətnin tərkib hissələrini
fərqləndirir” 
standartı reallaşdırılır. 2-ci tapşırıq isə 
9-cu sinfin “2.2.2. Tərkib
hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir”
və 
“2.2.3. Mətndə
irəli sürülmüş fikirləri dəyərləndirir” 
standartlarına xidmət edir.
3-cü tapşırıq söz ehtiyatı 
(9-cu sinif. 2.1.2. Həqiqi və məcazi mənalı söz
və ifadələrin mənasını kontekstə uyğun dəqiqləşdirməklə şərh edir)
ilə
bağlıdır. “Axına qarşı üzmək” ifadəsi mətndə balıq haqqında həqiqi mənada
işlənmişdir. Şagirdlər kontekstdən çıxış edərək onun məcazi mənasını
müəyyənləşdirə bilərlər: “kütlədən fərqlənmək”, “özünə çətin yol seçmək”.
4-7-ci tapşırıqlar 8-ci sinifdə keçilmiş bəzi dil qaydalarını şagirdlərə bir daha
xatırlatmağa imkan verir:
4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 2. İŞIQFOR VƏ KONFET KAĞIZI (2 saat)
Motivasiya
Motivasiya üçün müxtəlif variantlardan istifadə etmək olar.
1. Keçən dərsdə tapşırılmış “Bir gün işıqforun qarşısında dayanmışdım...”
cümləsi ilə başlanan hekayələrdən biri (və ya bir neçəsi) dinlənilir və müzakirə
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Mətndə rast gəldiyi mühakimə xarakterli
cümlələri şərh edir.
1.2.1. Dil vahidlərindən məqsədyönlü
istifadə etməklə müxtəlif formalı
mətnlər qurur.
Oxuduğu, eşitdiyi fikri şərh etmək
üçün mühakimə xarakterli mətn qurur.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Mürəkkəb cümləni sadə cümlədən
fərqləndirir.
33
FƏRD VƏ CƏMİYYƏT


olunur. Müəllim onların arasından “İşıqfor və konfet kağızı” mətninin ideyası
ilə az-çox bağlı olana daha çox diqqət yönəldir.
2. Dərslikdə verilmiş motivasiya sualından istifadə olunur.
Qeyd. İlk baxışdan müqayisəolunmaz varlıqları müqayisə edib onların
arasındakı ümumi cəhətləri müəyyənləşdirmək şagirdlərdən məntiqi
və assosiativ təfəkkür, eyni zamanda orijinal düşüncə tərzi tələb edir.
Müəllim yönəldici suallarla şagirdləri işıqfor və konfet kağızı arasında
ümumi cəhətləri tapmağa dəvət edir: “İşıqforun qırmızı işığında yolu
keçmək olarmı?”, “Konfet kağızını küçədə hara gəldi atmaq olarmı?”
Beləliklə, şagirdlər hər iki predmetdə qaydalara hör mət, şüurlu və
intizamlı davranışa dəvət məqamlarını müəyyənləş dirirlər.
3. Müəllim şagirdlərə belə bir hadisə danışır:
– Bir qrup turist Azərbaycanın rayonlarından birinə qonaq gəlmişdi. Onları
bir kəndə gəzməyə aparmışdılar. Yol boyunca alma yeşikləri düzülmüşdü.
Onların qarşısındakı tərəzilər diqqətimi cəlb etdi. Hər tərəzinin üstündə
almanın qiyməti yazılmışdı. Satıcı gözə dəymirdi. Alma almaq istəyənlər
maşınlarını saxlayıb istədikləri qədər almanı tərəzidə çəkir və maşına
yığırdılar, pulu isə tərəzinin yanındakı qalın dəftərin arasına qoyur, lazım
gələrsə, oradan pulun qalığını götürürdülər. Maraqlı burasıdır ki, almanı nisyə
almaq istəyənlər adlarını dəftərdə qeyd edirdilər. Bu, qonaqlara təəccüblü
gəldi. Qonaqlardan biri soruşdu:
– Bəs buranı belə başsız qoyublar, kiminsə gəlib alma və ya pulu oğur la -
yacaqlarından narahat deyillərmi?  
Yerli sakin sual verən qonağa təəccüblə baxdı və cavab verdi:
– Siz nə danışırsınız? Elə şey olar? Kim elə iş görər ki?  
Verdiyi suala görə qonaq utandı. Üzünü yanındakı yoldaşına tutub dedi: 
– Bu nədir: insanlarda yüksək şüur və təfəkkür, yoxsa ölkədəki güclü
qayda-qanun?
Sual
1. Bu suala necə cavab verərdiniz? Fikirlərinizi əsaslandırın. 
2. İnsanların qayda-qanunlara riayət etməsinə nail olmaq üçün nə etmək
lazımdır?
Fərziyyələr müzakirə edilmədən lövhədə qeyd olunur. Mətnin əvvəlində
verilmiş sual proqnozlaşdırılmış oxuya xidmət edir və şagirdlərdə məntiqi
təfəkkürün inkişafına yönəlmişdir. Bu tapşırığın icrası zamanı müzakirələrə
geniş yer vermək tövsiyə edilmir. Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olu -
nur ki, dərsin sonunda bu fərziyyələrə yenidən qayıdılacaqdır.  
Oxu
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndə rast gəldiyi mühakimə xarakterli cümlələri şərh edir.
34

BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə