L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

merlə heç bir bağlılığı yoxdur, çünki “İliada”da təsvir olunan hadisələr Troya
müharibəsinin onuncu ilini əhatə edir.
Müəllim bu məsələyə aydınlıq gətirən şagirdi daha dərin araşdırma apar -
dı ğı üçün xüsusi qiymətləndirə bilər. 
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tabesiz mürəkkəb cümlənin kom po nentləri arasında bağlayıcı vasitələri
müəyyənləşdirir.
8-ci və 9-cu çalışmalar “Tabesiz mürəkkəb cümlələrdə bağlayıcı vasitələr”
mövzusu üçün motivasiya yarada bilər. 
8. Mətnin 2-ci abzasının 1-ci cümləsində nöq tələrin yerinə hansı bağlayıcı
uyğun gəlir? 
Mətnin 2-ci abzasının birinci cümləsi tabesiz mürəkkəb cümlədir. Onun kom -
ponentlərindəki fikirlər bir-biri ilə qarşılaşdırıldığı üçün onların arasında qarşılaş -
dır ma bağlayıcılarından biri (amma, ancaq, lakin) istifadə edilir. 
9. Buraxılmış bağlayıcıları artırmaqla şeiri tamamlayın.
İyirmi ildir ki, qələm çalırsan,
Yerdən ..., göydən ... ilham alırsan.
Başında rəqs edir od ..., şimşək ...,
Şerinə ruh verir gül ..., çiçək ... .  (S.Vurğun)
Ø Hansı misralar tabesiz mürəkkəb cümlənin komponentlərindən ibarət dir?
Ø Hansı misra tabeli mürəkkəb cümlədən ibarətdir?
Bu çalışmanı icra edən şagirdlər buraxılmış bağlayıcıları artırırlar.
İyirmi ildir ki, qələm çalırsan,
Yerdən də, göydən də ilham alırsan.
Başında rəqs edir od da, şimşək də,
Şerinə ruh verir gül də, çiçək də.
Şeirin 1-ci və 2-ci misraları tabeli mürəkkəb cümlənin komponentləridir. 3-cü
və 4-cü misralar isə bir tabesiz mürəkkəb cümlədir. Hər iki cümlədə eyni bağ -
la yıcı buraxılsa da, nəzərə almaq lazımdır ki, həmin bağlayıcılar həmcins
üzvləri bir-birinə bağlayır. 
8-ci və 9-cu çalışmalardakı faktlar müqayisə edilməklə (bağlayıcıların
həmcins üzvləri və tabesiz mürəkkəb cümlələrin tərəflərini bağlaması faktı) ye -
ni mövzuya giriş verilir. Bərabərhüquqlu tərəfləri bağlayan bağlayıcılar xa tır la nır
(fəndaxili şaquli inteqrasiya), onların tabesiz mürəkkəb cümlənin kom  po -
nentlərini bağla ması ilə bağlı faktlar nümayiş etdirilir, nəzəri məlumat ümu mi -
ləşdirilir. 10-cu çalışma verilmiş nəzəri məlumatı bir qədər də möh kəm lədir.
11-ci çalışmada tabesizlik bağlayıcılarının həmcins üzvləri, yoxsa tabesiz
57
SÖZLƏRİN TARİXİ


mürəkkəb cümlənin komponentlərini bir-birinə bağladığını müəyyənləşdirmək
tələb olunur. 1-ci cümlədə ya, ya da bağlayıcıları tabesiz mürəkkəb cümlənin
komponentlərini bağlayır. 2-ci cümlə sadə cümlə olduğuna görə eyni bağlayıcı
həmcins tamamlıqları bağlayıb. 3-cü və 4-cü  cümlələrdə də gah, gah da, həm,
həm də bağlayıcıları cümlələrin həmcins xəbərlərini bağlayıb.
5-ci cümlə üzərində şagirdləri maraqlı iş gözləyir. 
5. Tarix başdan-başa dəyişkənlik və tale dönüklüyü silsiləsindən ibarətdir, yəni
xalqlar növbə ilə gah qalib gəlir, gah məğlub olur, gah zülm edir, gah özləri
zülmə məruz qalır. 
Cümlə tabesiz mürəkkəb cümlədir. Yəni bağlayıcısı tabesiz mürəkkəb cüm -
lənin komponentlərini bağlayıb. Lakin cümlənin tərkibində işlənmiş gah, gah da
bağlayıcıları ikinci sadə cümlənin həmcins xəbərlərini bir-birinə bağlayıb. Bu
məqama diqqət yönəltmək lazımdır.
Sonrakı (6-cı və 7-ci) cümlələrdə tabesizlik bağlayıcıları həmcins üzvlər, eləcə
də ümumiləşdirici sözlərlə həmcins üzvlər arasında bağlılıq yaradıb. 8-ci cümlədə
isə məsələn bağlayıcısı tabesiz mürəkkəb cümlənin komponentləri arasında
bağlılıq yaradıb. Bu baxımdan 7-ci və 8-ci cümlələri müqayisə etmək olar.
12-ci çalışma da müqayisə və təhlil tələb edir. Yaxşı olar ki, onun üzərində
kollektiv iş (cütlər və ya qrupla iş) təşkil edilsin.
13-cü çalışma cütlərdə işləməyi nəzərdə tutur və əldə edilmiş bilikləri bacarığa
çevirmək imkanı yaradır.
Mətnin kompleks təhlili
Fəndaxili inteqrasiya:
6-cı sinif. 2.2.2. Mətni tərkib hissələrinə ayırır.
6-cı sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədilə mühüm
məqamları vurğulayır.
9-cu sinif. 4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
7-ci sinif. 4.1.2. Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir.
7-ci sinif. 4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
“Qanadlı sözlər” mətni üzərində aparılacaq iş həm yeni biliklərin, həm də fən -
daxili şaquli inteqrasiya hesabına əvvəllər formalaşmış bacarıqların möhkəm lən -
diril məsinə xidmət edir. 
1-ci tapşırıq mətni tərkib hissələrinə ayırmaq bacarığını yoxlayır. Mətndə yeni
fikrin “Termin kimi həmin ifadədən ilk dəfə ...” cümləsi ilə başladığını müəyyən
edənlər abzasın da yerini dəqiq göstərə biləcəklər.
2-ci tapşırığın cavabı: “Qanadlı sözlər” ifadəsinə ilk dəfə Homerin poema -
larında rast gəli nir, lakin dilçilik termini kimi bu ifadədən ilk dəfə alman filoloqu
Georq Bühman istifadə et miş dir.
3-cü tapşırığın cavabı: qarşılaşdırma bağlayıcısı – amma (ancaq, lakin).
Mətnin kompleks təhlili üçün qoyulmuş 4-8-ci tapşırıqlar, eləcə də “Xatırla!”
58
II 
BÖLMƏ 


rubrikasındakı çalışmalar şagirdlərin VII-VIII siniflərdə əldə etdikləri bacarıqların
möhkəmləndirilməsini nəzərdə tutur. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 6. GİMNAZİYA (2 saat)
Motivasiya
Müəllim şagirdlərdə mövzuya maraq yaratmaq üçün dərslikdəki 1-ci
çalışmada verilmiş suallarla sinfə müraciət edir:
1. Gimnaziya tədris müəssisəsi haqqında nə bilirsiniz? Ölkəmizdə fəaliy -
yət göstərən hansı gimnaziyaları tanıyırsınız? Onlar orta məktəb -
lərdən nə ilə fərqlənir?
Mövzu ilə bağlı BİBÖ cədvəli qurulur:
Standartlar
Təlim nəticələri
2.2.2. Tərkib hissələri arasında əlaqəni
gözləməklə mətni genişləndirir.
Mövzu üzrə əldə etdiyi məlumatları
mət nin müvafiq hissələrinə əlavə edir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət
bildirir.
Dinlədiyi mətndəki məlumatları əvvəl
əldə etdiyi məlumatlarla müqayisə
edərək öz fikrini formalaşdırır.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümu nə -
ləri qurur.
Qrafik materialların şərhi ilə müşayiət
olunan məruzə hazırlayır.
Hazırladığı tezislərdən istifadə et mək -
 lə şifahi şəkildə rabitəli mətn qurur.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir. 
Tabesiz mürəkkəb cümlənin kom 
po -
nentləri arasında məna əlaqələrini fərq -
ləndirir.
GİMNAZİYA HAQQINDA
BİLİRƏM
İSTƏYİRƏM BİLİM 
ÖYRƏNDİM
59
SÖZLƏRİN TARİXİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə