L Dərslik komplektinin ümumi prinsipləri


Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

Dinlämä vä danışma
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
t Müqayisələr apararaq gəldiyi nəticələri qısa tezislər şəklində ifadə edir.
7. Mətnlərdəki fikirləri “Ünsiyyətin sirləri” mətnində tanış olduğunuz
fikirlərlə müqayisə edin. Fikirlərin ifadə tərzləri arasındakı fərqi
müəyyənləşdirin. 
Əvvəlki dərsdə  şagirdlər “Ünsiyyətin sirləri” mətni ilə tanış olmuşdular. Bu
mətndə də ünsiyyət qurmaq üçün insana lazım olan bacarıqlar haqqında
danışılır. Hər iki mətn mövzu baxımından eynilik təşkil edir. Lakin buna bax-
mayaraq, fikirlərin ifadə tərzində müəyyən fərqlər vardır. 
Deyl Karnegi öz əsərində 1) ünsiyyət bacarığı haqqında hər hansı fikir irəli
sürür, sonra bu fikri əsaslandıran hadisə nəql edir və ya 2) ünsiyyət bacarığı
ilə bağlı müxtəlif hadisələr nəql edir, sonra bu hadisələri ümumiləşdirərək
nəticə çıxarır və fikir irəli sürür.
Qədim Çin rəvayətlərində ünsiyyət bacarığı haqqında fikirlər bədii şəkildə
ustadın dilindən verilir. Burada hər bir fikir müəyyən bir obraz üzərində (por -
tağal, çaydan) qurulur.
Bu fikirlərdən çıxış edərək müəllim şagirdlərə Qərb və Şərq təfəkkür tərz -
lərini fərqləndirən cəhətlər haqqında məlumat verə bilər: 
– Ümumbəşəri dəyər lər, ideyalar eyni olsa da, Qərbdə və Şərqdə onların
ifadə tərzi çox za man fərq lənir. Qərbdə rasional (hissə, obraza deyil, ağıl və
məntiqə əsas la nan), Şərqdə isə obrazlı təfəkkür üstünlük təşkil edir.
Qeyd. 
Bu tapşırığı yerinə yetirərkən şagirdlər Venn diaqramından istifadə edə
bilərlər.
Yazı
3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə)
və formalı  (inşa, esse, hekayə) mətnlər yazır.
t Oxuduğu mətnlərin məzmunundan çıxış edərək müvafiq mövzuda esse
yazır.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə
özünün və başqasının yazısını təkmilləşdirir. 
t Fikirləri abzaslar üzrə qruplaşdırmaqla başqasının yazısını redaktə edir.
8. “Ünsiyyət qurmaq bacarığı cəmiy yətdə nüfuz qazanmağın əsas şərt -
lərindən biridir...” mövzusunda esse yazın. 
Tapşırıqda esse üçün plan nümunəsi verilmişdir. Lakin şagirdlərə bildirmək
lazımdır ki, bu, sadəcə, bir nümunədir, onlar yazılarında tamamilə başqa
məsələlərə toxuna, essenin strukturunu istədikləri kimi formalaşdıra bilərlər. 
47
FƏRD VƏ CƏMİYYƏT


Eyni zamanda şagirdlərə “Nitq bacarıqları” rubrikasında essenin strukturu
ilə bağlı verilmiş tövsiyələrlə tanış olmaq tapşırılır. 
Qeyd. 
Şagirdlərin yazdıqları mətnlərdə dil-üslub səhvləri ilə yanaşı, ən çox yol
verdikləri qüsur yaxın fikirlərin mətn boyunca müxtəlif hissələrə səpə -
lənməsidir. Şagirdlərə başa salmaq lazımdır ki, bu, mətnin oxunmasını
və qavranmasını çətinləşdirir. Məhz buna görə də “Nitq bacarıqları”
rubrikasında mətnin strukturlaşdırılması məsələsinə toxunulmuşdur. 
Şagirdlər yazı işini bitirdikdən sonra cütlərə bölünürlər və esselərini bir-bi -
rinə ötürürlər. Hər bir şagird yoldaşının yazısı üzərində təkmilləşdirmə işi
aparır. Müəllim bildirir ki, şagirdlər yoldaşlarının yazıları üzərində işləyərkən
on ların fikirlərinə hörmətlə yanaşmalı, yalnız dil-üslub səhvlərinə və fikirlərin
əlaqələnməsinə, abzas və hissələr üzrə qruplaşmasına diqqət yetirməlidirlər.
Dil qaydaları
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
t Tərkib hissələri arasındakı qrammatik əlaqəyə görə tabesiz və tabeli
mürəkkəb cümlələri fərqləndirir.
Dil qaydalarına keçid üçün nəzərdə tutulmuş 9-cu tapşırıq çox sadə şəkildə
şagirdlərə tabesiz və tabeli mürəkkəb cümlələr arasında fərqi nümayiş etdirir. 
9. Hansı mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtə qoymaq və
bu hissələri müstəqil cümlə kimi işlətmək olar?
A) Portağalı elə təmizləməyi öyrənin ki, qonağınızı çox gözlətməyəsiniz. 
B) Sən çaydanı qırdın, indi yaxınların bu qırıqlarla ayaqlarını zədələyə bilər.
Mürəkkəb cümlənin növləri barədə nəzəri material mənimsədildik -
dən sonra qoyulan ilk tapşırıq tabesiz və tabeli mürəkkəb cümlələri fərq -
lən dirməyi tələb edir. 
10-11-ci tapşırıqlar keçilmiş dil qaydasını möhkəmləndirməyə xidmət
edir. Şagirdlər bu tapşırığı müəllimin köməyi ilə yerinə yetirə bilərlər.
Onlar nəzəri hissədə aldıqları məlumatlardan çıxış edərək tabesiz və
tabeli mürəkkəb cümlələri müəyyənləşdirirlər.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 21-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Ümumiləşdirici təkrar müvafiq bölmədə reallaşdırılmış bəzi (oxu və dil
qay daları) məzmun standartları üzrə ba ca rıq ların möhkəmləndirilməsi üçün
nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə (səh. 30) təqdim olunmuşdur. Sinfin
səviy yə sinə uyğun olaraq müəllim başqa tapşırıqlar da verə bilər.
48

BÖLMƏ 


I BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-3-cü tapşırıqlar mətnlə bağlıdır.
YAXINLARIN BİGANƏLİYİ
Bir nəfər həmkəndlisi olan müdrik bir qoca ilə söhbət zamanı yaxınlarından
şikayət etdi:
– Ustad, – dedi, – yaxınlarım çox quru və laqeyddirlər, mə nim problem və
həyəcanlarımı başa düşə bilmirlər. Mən özüm isə onlara bu barədə deməyə
cəsarət etmirəm.
Bir qədər sonra, onlar artıq başqa bir şey haqqında danışarkən qoca
həmsöhbətinin ayağını basdaladı. Kəndli bir anlığa susdu,  lakin ayağını çək -
mədi və ustada heç nə demədi, sözünə davam etdi. Onda qoca onun ayağını
daha bərk basdı. Kəndli köksünü ötürdü, lakin yenə də dinmədi. Qoca isə
kəndlinin ayağını basmaqda davam edirdi. Kəndli, nəhayət, dözməyib
soruşdu:
– Müəllim, sən niyə mənim ayağımın üstündə durursan, axı məni ağrıdır?!
– Bağışla, – deyə ustad tez ayağını geri çəkdi. – Mən bilmirdim ki, bu səni
narahat edir, axı sən susurdun.
1. Mətnin məzmununa uyğun atalar sözünü seçin.
A) Dost arası pak gərək.
B) Atlı ilə piyadanın yoldaşlığı tutmaz.
C) Ağlamayan uşağa süd verməzlər.
D) Yeməyənin payını yeyərlər.
E) Söz danışıqdan keçər.
2.
Hansı cümlədə “soyuq” sözü mətndəki “quru” sözü ilə eyni mənada işlən -
mişdir?
A) Qış gəlsə də, hələ havalar o qədər də soyuq keçmirdi.
B) Masanın üstü soyuq qəlyanaltılarla dolu idi.
C) Mənimlə soyuq görüşməsi xətrimə dəydi.
D) Soyuq otaqda təkcə oturub keçmişləri xatırlayırdı.
E) O heç vaxt isti yerini soyuq eləməz.
3. Morfoloji tərkibinə görə “həmkəndli”, “həmsöhbət” sözlərindən fərqlənən
sözü göstərin. 
A) həmfikir
B) həmdərd
C) həmyerli
D) həmçinin
E) həmsədr
49
FƏRD VƏ CƏMİYYƏT


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə