L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

Motivasiya
Sinfə aşağıdakı suallarla müraciət olunur:
– Həmsöhbətinizin danışdıqları sizin üçün o qədər də maraqlı deyilsə, nə
edərsiniz?
– Söhbət zamanı kimsə müəyyən bir səhvə yol veribsə, ona necə reaksiya
verərsiniz?
– Biri sizin səhvinizi üzünüzə desə, buna necə reaksiya verərsiniz?
Şagirdlərin fikirləri lövhədə yazılır.
Oxu
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
t Mətndəki fikirləri ümumiləşdirərək tezis şəklində ifadə edir. 
t Mətndəki əsas fikirlərə münasibət bildirir.
Mətn “Ziqzaq” üsulu ilə oxunur. Şagirdlərə tapşırılır ki, hər qrup əvvəlcə
oxuduğu mətndən əsas fikirləri tezis şəklində ifadə etsin, sonra bütün mətnlə
tanış olanda digər hissələrdən də əsas fikirləri qeyd etsinlər.
Müəllim fərziyyələri qeyd etmək üçün belə bir cədvəl asır:
Bu cədvəlin birinci sütununun şagirdlər mətni oxuyandan, ikinci sütununun
isə müzakirə aparılandan sonra doldurulması nəzərdə tutulur. 
Mətndən çıxarılan tezislər aşağıdakılar ola bilər:
I hissə:
• İnsanlar özləri haqqında danışmağı daha çox sevirlər. 
• Yaxşı müsahib o kəsdir ki, dinləyici mövqeyi tutur və müsahibinin danış -
masına imkan yaradır. 
• Müsahibini yalnız etika naminə dinləmək düzgün deyil, onun söhbətinə
səmimi maraq nümayiş etdirmək lazımdır.  
II hissə:
• İnsanlar, adətən, söhbət zamanı öz istəklərindən danışırlar. Amma müdrik
adamlar bu məsələdə güzəştə getməyi bacarırlar.
• Hər hansı bir işlə bağlı müsahibinin rəğbətini qazanmaq  istəyirsənsə,
onu maraqlandıran məsələlərdən danışmalısan.
III hissə:
• İnsan öz səhvini etiraf edəndə qarşı tərəfin reaksiyası daha yumşaq olur
və mübahisənin qarşısı alınır.  
• Qarşınızdakı insan özünün gərəkliliyini və səlahiyyətlərini nümayiş etdir -
mək istəyirsə, buna mane olmayın. 
Oxu zamanı edilən qeydlər
Müzakirədən sonra əldə edilən
nəticələr
38

BÖLMƏ 


IV hissə:
• Mübahisədən həmişə uzaq durmaq lazımdır.
• Kiməsə onun haqsız olduğunu sübut etmək mənasız işdir.
• Xüsusən cəmiyyət arasında kiməsə onun haqsız olduğunu sübut elə -
məyə çalışmaq onu özünüzə qarşı qoymaq deməkdir.
Şagirdlər tapşırığı yerinə yetirəndən sonra  əvvəlcə cədvəlin birinci, daha
sonra isə ikinci sütunu doldurulur. Bu tapşırığın icrasının məqsədi şagirdlərdə
əsas fikri tezis şəklində ifadə etmək, ümumiləşdirmək bacarığını inkişaf
etdirməkdir. 
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh
edir.
t Çoxmənalı sözlərin kontekstə uyğun mənasını izah edir.
2. “Villa”, “savanna”, “hidrodinamika”, “sitat” sözlərinin mənalarını mü əy   -
 yən ləşdirin. “Akt” və “səhnə” sözlərini kontekstə görə izah edin.
Tapşırıqda adı çəkilən “akt” və “səhnə” sözlərinin bir neçə mənası var. Bu
mətndə onlar teatrşünaslıq termini kimi işlənmişdir:
Akt – teatr tamaşasının bir hissəsi, bir pərdəsi. 
Səhnə – pyesdə, ədəbi əsərdə təsvir olunan ayrıca epizod. 
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. 
t Mövzu üzrə əldə etdiyi məlumatları mət nin müvafiq hissələrinə əlavə edir.
3-cü tapşırıqda verilmiş mətn parçasında fikir obrazlı ifadə olunmuşdur:
ünsiyyəti öz istəklərin üzərində deyil, başqasının arzu və düşüncələri üzərində
qur. Bu fikir isə mətnin II hissəsinə uyğun gəlir. (Əslində, bu parça 1-ci hissənin
də girişi ola bilərdi. Aşağıda 5-ci tapşırıq şərh olunarkən bu hissələr arasındakı
fərq vurğulanır.)
Mətn üzərində iş qruplarda davam etdirilir. Şagirdlərə mətnin hissələrini
adlandırmaq və genişləndirmək tapşırılır (4-cü tapşırıq).
4.1. Oxuduğunuz hissəni məzmuna uyğun başlıqla adlandırın. Hər bir
başlıq dörd variantda olmalıdır: 1) söz birləşməsi; 2) əmr cümləsi
3) sual cümləsi; 4) nəqli cümlə.
Bu tapşırıq dil qaydaları ilə inteqrasiya yaratmaqla yanaşı, müxtəlif dil va -
hidlərindən istifadə olunmaqla mətndəki əsas fikri lakonik ifadə etmək baca -
rı ğı nı inkişaf etdirir. Tapşırığı yerinə yetirmək üçün müəllim lövhədə aşağıdakı
nü munəyə uyğun cədvəl çəkə bilər. Daha sonra şagirdlərin təklif etdikləri va -
riantlar dinlənilib ən optimal variant seçilə və müvafiq xanaya yazıla bilər.
(Aşağıda verilən başlıqlar nümunə xarakteri daşıyır.) 
39
FƏRD VƏ CƏMİYYƏT


4.2. Aşağıdakı mətn parçalarından oxuduğunuz hissənin məzmununa
uyğun olanını seçin və ondan istifadə etməklə mətni genişləndirin.
I hissə – B
II hissə – A
III hissə – D
IV hissə – C
Şagirdlər uyğunluğu müəyyənləşdirdikdən sonra onlara verilmiş parçaları
mətnin müvafiq hissəsinə inteqrasiya etmək tapşırıla bilər. Bu zaman keçid
cümlələrin işlədilməsinə diqqət yetirilməlidir.
5. 1-ci və 2-ci, eləcə də 3-cü və 4-cü hissələr arasında mövzu yaxınlığını
və fərqini müəyyən edin.
1-ci hissədəki əsas fikri “ünsiyyət zamanı dinləməyə üstünlük ver” kimi ifa -
də etmək olar. 2-ci hissədə isə müəllif (Deyl Karnegi) yalnız dinləməyi deyil,
həm də danışmağı tövsiyə edir. Lakin bu zaman söhbətin mövzusu müsahibin
maraqları üzərində qurulmalıdır.
3-cü və 4-cü hissələrdə mübahisə etməyin mənasız olduğu diqqətə çat -
dı rı lır. Üçüncü hissədə haqsız olduğun halda, dördüncü hissədə isə haqlı
oldu ğun hal 
 da belə, mübahisələrdən yayınmağın ən yaxşı yol olduğu
vurğulanır. 
Söz birləşməsi
Əmr cümləsi 
Nəqli cümlə 
Sual cümləsi
I
“Dinləməyin 
vacibliyi”
“Danışmaqdan
çox, danışdırın”
“Diqqətlə din lə -
mək vacibdir”
“Yaxşı həm söh -
bət kimdir?” 
II
“Həmsöhbəti ələ
almağın daha bir
yolu"
“Söhbəti qarşı
tərəfin maraqları
üzərində qurun”
“Qarşı tərəfin
rəğ  bətini qazan-
maq istə yirsən -
sə...”
“O niyə mənimlə
danışmaq istə -
di?” 
III
“Münaqişənin bir
addımlığında”
“Səhvinizi etiraf
edin”
“Çətin də olsa,
razılaşmalıyam”
“Münaqişənin
qar şısını necə
almalı?”
IV
“Başqası səhv
edəndə”
“Mübahisəyə
girişməyin”
“Mübahisə uğur
gətirmir”
“Bunu mütləq
deməli idim?”
40

BÖLMƏ 


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə