L Dərslik komplektinin ümumi prinsipləri


 Hansı bənddəki cümlələrdən mürəkkəb cümlə yaratmaq olmaz



Yüklə 482,46 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix13.12.2017
ölçüsü482,46 Kb.
#15177
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

4. Hansı bənddəki cümlələrdən mürəkkəb cümlə yaratmaq olmaz?
1. Soyuqlar bu il çox tez düşmüşdü. Qaranquşlar öz yuvalarında balalarını
yemləyirdilər.
2. Qılınclar yenə parladı. Dağ-daş lərzəyə gəldi.
3. Mehman bir sıra çətinliklərlə qarşılaşmışdı. Öz mübarizəsindən əl çək mir -
di.
4. Külək əsdi. Hər tərəf nura boyandı.
5. Müharibələrə son qoyulsun. Heç bir ananın gözlərindən yaş axmasın. 
A) 1, 2       B) 1, 4     C) 2, 4      D) 1, 5      E) 2, 3
5. Verilmiş cümləni elə bitirin ki, mürəkkəb cümlə alınsın.
Dağdan gələn sel qarşısına çıxan hər şeyi yuyub aparır…
A) bənd-bərəni dağıdırdı.
B) qızılgüllərin ətri ətrafa yayılırdı.
C) çay məcrasından çıxırdı.
D) сanlı-cansız hər şeyi qabağına qatıb aparırdı.
E) təbiət min bir rəngə çalırdı.
6. Biri mürəkkəb cümlə deyil.
A) Havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi; xəzan fəslinin
qüssəli günləri başlamışdı.
B) Hitlerin cidd-cəhdlərinə baxmayaraq, faşist Almaniyası məhvə doğru ge -
dirdi.
C) O yerin ki adı qürbətdir, orada həqiqi xoşbəxtlikdən söhbət gedə bilməz.
D) Dənizdəki balıqlar ac adamı nə qədər doydura bilirsə, məhbuslara da bir
ümid o qədər təsəlli verirdi. (C.Əmirov)
E) Qayıq elə qalxıb-düşürdü ki, hamımız bu dəqiqə dənizin dibinə gedə -
cəyimizi düşünürdük. 
7. Tabesizlik əlaqəsi ilə bağlanmış mürəkkəb cümləni göstərin.
A) Torpağı nə qədər əzizləsən, o da səni  bir o qədər sevindirər.
B) Əsəd kişi hələ də inana bilmirdi ki, oğlu müharibədən sağ-salamat  qayıt -
mışdır.
C) Kəndin üzərini gah od ələyən günəş alır, gah da tutqun, boğucu  bulud
bürüyürdü.
D) Qarı gördü ki, yox, Koroğlu plovun hamısını yeyəcək.
E) Çox çəkmədi ki, cəbhədən qələbə xəbərləri gəlməyə başladı.
50

BÖLMƏ 


51
SÖZLƏRİN TARİXİ
II BÖLMƏ
SÖZLƏRİN TARİXİ
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
5.
Homerdən gələn ifadələr
Tabesiz mürəkkəb cümlədə
bağlayıcı vasitələr
2.1.1, 2.1.2, 2.2.2,
2.2.3, 1.1.2, 1.2.2,
4.1.1
2
32-37
52-59
6.
Gimnaziya
Tabesiz mürəkkəb
cümlələrdə məna əlaqələri
(zaman, ardıcıllıq əlaqəsi)
2.2.2, 1.1.2, 1.2.2,
4.1.1
2
38-43
59-66
7.
Hind, ispan, yoxsa türk
toyuğu
Tabesiz mürəkkəb
cümlələrdə məna əlaqələri 
(aydınlaşdırma, qarşı laş dır -
ma və bölüşdürmə
əlaqələri)
2.2.1, 1.2.4, 2.2.3,
2.2.2, 2.1.2, 4.1.1,
4.1.3
2
44-50
67-74
8.
Eponimlər
Tabesiz mürəkkəb cümlədə
durğu işarələri
2.2.2, 2.1.1, 3.1.1,
4.1.3
3
51-58
75-81
Kiçik summativ qiymətləndirmə
1
82-83
Yekun
10


Dərs 5. HOMERDƏN GƏLƏN İFADƏLƏR (2 saat)
Qeyd.
Bu bölmədəki mətnlərdə bir sıra söz və ifadələrin yaranma tarixindən
danışılır. Yaxşı olar ki, şagirdlərə bu mövzu – müxtəlif söz və deyimlərin
mənşəyi ilə bağlı araşdırma işi tapşırılsın. Şagirdlər bütün bölmə boyu
araşdırmanı davam etdirə, sonda topladıqları materiallar əsasında
“Rəvayətli ifadələr” adlı məqalələr toplusu hazırlaya bilərlər. Bunun
üçün bütün şagirdlərin iştirak etməsi şərtilə hərəyə bir vəzifə tapşırıla
bilər: 

toplunun baş redaktoru

redaktorlar 

məlumat toplayanlar

yazarlar

dizaynerlər
Müəllim yazılacaq məqalələrin strukturunu əvvəlcədən belə müəy -
yənləşdirə bilər: 
Standartlar
Təlim nəticələri
2.1.1. Tanış olmayan söz və ifadələrin
kontekstə uyğun mənasını şərh edir.

tndə rast gəldiyi sözlərin bildirdiyi
ümumi anlayışı müəyyən edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və
ifadələrin mənasını kontekstə uyğun
dəqiqləşdirməklə şərh edir.
Kontekstə görə ifadənin mənasını və
onun yaxınmənalı qarşılığını müəy -
yən ləşdirir.
2.2.2. Tərkib hissələri arasında əlaqəni
gözləməklə mətni genişləndirir. 
Mətndə məntiqi ardıcıllığı təmin et mək
üçün tərkib hissələri arasına mü vafiq
keçid cümlələri əlavə edir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri
dəyərləndirir.
Verilmiş faktın mətndəki hansı fikri
təsdiqlədiyini müəyyənləşdirir.
Araşdırma aparmaqla mətndə yol ve -
ril miş elmi yanlışlığı müəyyən ləş dirir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət
bildirir.
D
inlədiyi mətndəki mübahisəli mə qam -
la bağlı öz fikrini bildirir.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümu nə -
ləri qurur.
Araşdırma nəticəsində hazırladığı te -
zis lərdən istifadə et mək  lə şifahi şəkildə
rabitəli mətn qurur.
4.1.1. Mürəkkəb cümlənin növlərini
fərqləndirir.
Tabesiz mürəkkəb cümlənin kom 
po -
nent ləri arasında bağlayıcı vasitələri
müəyyənləşdirir.
52
II 
BÖLMƏ 


Motivasiya
4, 5, 7-ci sinif dərsliklərində söz və ifadələrin mənşəyi ilə bağlı bir sıra möv -
zu lar öz əksini tapmışdır. Şagirdlər “etimologiya” sözünün mənası ilə 5-ci
sinifdə tanış olmuşlar. Bu biliklər “Əqli həmlə” və ya “Auksion” üsulu ilə xatır -
la dıldıqdan sonra dərslikdə qoyulmuş motivasiya sualına keçmək olar.
1. Qədim yunan mifologiyasından hansı əsatirləri və qəhrəmanları
xatırla yırsınız? Homer yaradıcılığı və Troya müharibəsi haqqında
bildiklərinizi söyləyin.
Şagirdlər “Herakl”, “Prometey”, “Zevs”, “Axilles” kimi adları çəkə bilərlər.
5-ci sinifdə verilmiş “Axillesin dabanı” mətnində, az da olsa, Troya müharibəsi
haqqında məlumat öz əksini tapıb.
Oxu vä söz ehtiyatı
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh
edir.
t Mətndə rast gəldiyi sözlərin bildirdiyi ümumi anlayışı müəyyən edir.
2. 
Emosiya sözünü izah edin. Mətndə ilahlarla bağlı hansı emosiyalardan
söhbət gedir?
sevinc, qorxu, kədər, qəzəb, nifrət, heyranlıq, heyrət
Bu çalışma “emosiya” (həyəcan, təəssürat) sözünün izahını tələb etməklə
yanaşı, mətndə hərəkət bildirən sözlərlə onlara uyğun gələn mücərrəd
isimlərin qarşılığını (gülür – sevinc, ağlayır – kədər, hirslənir – qəzəb, təəc -
cüb lənir – heyrət) tapmağı nəzərdə tutur ki, bu da şagirdlərin söz ehtiyatını
zənginləşdirməyə xidmət edir. 
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə
uyğun dəqiqləşdirməklə şərh edir.
t Kontekstə görə ifadənin mənasını və onun yaxınmənalı qarşılığını
müəyyənləşdirir.
Deyim: “Axilles dabanı”.
İfadə etdiyi məna: ən zəif yer, nöqtə.
Yaranma tarixçəsi: Əfsanəyə görə, Axillesin anası dəniz ilahəsi Feti -
da oğlunu ölməz və yenilməz etmək üçün onu yeraltı Stiks çayının
müqəddəs suyuna salmışdır. Anası onun dabanından tutduğuna görə
ora müqəddəs su dəyməmiş və dabanı Axillesin yeganə zəif yeri ol -
muşdur. Nəticədə Parisin atdığı zəhərli ox dabanına dəyərək onu
öldürmüşdür.
Mənbə: http://portal.azertag.az/node/1512#.Vdnnqfntmko
53
SÖZLƏRİN TARİXİ


Yüklə 482,46 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə