L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

I və II qruplar – elə bir mətn qurun ki, sonda “Gülünc oluruq biz, Səhv
düşəndə yerimiz” qənaətinə gəlmək mümkün olsun. 
III və IV qruplar – elə bir mətn qurun ki, sonda “Maraqsız oluruq biz, Səhv
düşəndə yerimiz” qənaətinə gəlmək mümkün olsun. 
Ola bilər ki, sinifdə xüsusi istedada malik şagirdlər olsun. Belələrinə müəl -
lim təklif edə bilər ki, öz mətnlərini “Səhv düşəndə yerimiz” şeirinin vəzn və
qafiyə sisteminə uy ğun yazsınlar.
Söz ehtiyatı
(St. 2.1.1)
1-ci tapşırıq üzərində işləyərkən “xaric vurmaq”, “xaric səslən mək”
ifadələri də izah edilir. “Qiyamət” (xaos, bir-birinə dəymiş aləm; əla), “oturmaq”
(əyləşmək; çökmək; dibi torpağa dirənmək; yerinə düşmək və s.) “xa ric” (bayır
tərəf; musiqidə ahəngdən kənara çıxma) sözlərinin çox mə na lılığına diqqət
yetirmək lazımdır. Sözlərin kontekstdəki mənası dəqiq ləş dirilir və yeni cümlə
qurmaq tapşırılır.
Yazı
(St. 3.1.1) 
Yaradıcı tətbiqetmə zamanı “Həyatda öz yerini tapan insan
xoşbəxtdir” mövzusunda esse yazmaq tapşırılır (4-cü tapşırıq).
Dil qaydaları
(St. 4.1.2) 
5-cı tapşırıq dil qaydaları üçün motivasiya rolunu oynaya bilər.
Tapşırığı müzakirə şəklində yerinə yetirmək olar. 
Müəllimin nəzərinə!
Göy hərflərlə verilmiş cümlələrdə hərəkətin obyektini və subyektini
müəyyən etmək şagirdlər üçün çətinlik yarada bilər. Ona görə də
müəllim yönəldici suallarla feilin qayıdış növünün mahiyyətini uşaqlara
çatdırmalıdır. “Duman dağı dolanar” cümləsində“dağ” sözü təsirlik
halda olsa da, hərəkətin obyekti rolunda çıxış edə bilməz, çünki hə -
rəkət onun üzərində icra olunmur. Dolanan dumanın özüdür, deməli,
hərəkətin obyekti də, subyekti də dumandır. Bunu daha yaxşı başa
salmaq üçün müəllim “dolamaq” sözünü başqa bir cümlədə işlədə
bilər: “Mən kəndiri ağaca doladım”. Bu cümlədə artıq hərəkətin sub-
yekti (mən) və obyekti (kəndir) ayrı-ayrı sözlərdir.
Tapşırığın şərtinə uyğun olaraq subyekt və obyekt müəyyən edildikdən
sonra müəllim həmin feillərin (dolanar, sallanar) morfoloji tərkibini müəy yən -
ləşdir məyi təklif edə bilər. 
6-cı və 7-ci tapşırıqlar qayıdış növ feillərin digər qrammatik məna növlərin -
dən fərqləndirilməsinə xidmət edir.
8-ci tapşırıq üzərində iş zamanı qayıdış növ feillərin yalnız feillər dən düzələ
bildiyini, “durulmaq” sözündəki “-l ” şəkilçisinin sifətdən feil düzəldən şəkilçi
olduğunu şagirdlərin nəzərinə çatdırmaq lazımdır.
34

BÖLMƏ
Çap üçün deyil


9-cu tapşırığın da çətinlik dərəcəsi yüksəkdir. Bunun üçün şagirdlər əv -
vəlcə “daşınmaq” sözünün mənalarını dəqiqləşdirməlidirlər: 1) bir yerdən
başqa bir yerə aparılmaq (məchul növ); 2) əşyaları ilə birlikdə başqa yerə köç -
mək (qayıdış növ).
Qeyd. Daşınmaq sözü dil faktı olaraq frazeoloji birləşmə tərkibində də iş -
lə nə bilir (məqsədindən əl çəkmək, vaz keçmək). 
Əlavə tapşırıq. Müəllim şagirdlərə yalnız kontekst daxilində qrammatik
məna növü dəyişən feillər təqdim edir; məsələn: açıldı, bəzəndi, çırpıldı, qırıldı
və s. Şagirdə izah edilir ki, qrammatik məna növləri, əsasən, kontekst da xi -
lində müəyyənləşir. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.   
35
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


Dərs 5. POLYANNA (3 saat)
Motivasiya
Müəllim: 
– Hər hansı xoşagəlməz hadisə ilə qarşılaşanda nə edirsiniz? 
Müəllim yönəldici suallarla (Reaksiyanız necə olur? Ruhdan düşür sü nüz -
mü? Sizdə aqressivlik yaranırmı? və s.) çalışır ki, şagirdlər öz fikirlərini həyat -
da qarşılaşdıqları situasiyalarla əsaslandırsınlar. Onların söylədikləri fikirlərin
qısa  müzakirəsindən sonra oxuya keçmək olar.
Oxu
(St. 2.2.1)
Mətni oxuyarkən rollu oyundan  istifadə etmək məqsədə uyğun -
dur. Təhkiyə və dialoqlar ayrı-ayrı şagirdlərə oxudulur.  Bu zaman şagirdlərə
təklif edilir ki, oxuduqları mətnin ruhuna uyğun səs tonu seçsinlər. 
(St. 2.2.3) 
Oxu zamanı şagirdlər mətndaxili sualları cavablandırırlar. Alınan
cavab larda fikri əsaslandırmaları üçün şagirdləri mətndəki məqamlardan is -
tifadəyə yönəltmək məqsədə uy ğundur. Mətndaxili suallar əsərdəki xarak ter -
lərin inkişaf dinamikasını izləməyə imkan verir. Obrazlar xəritəsi iş vərəqi
şəklində şa girdlərə təqdim olunur. Mətnin oxusu zamanı bu cədvəl doldurulur.
1-ci mətndaxili sual: Miss Polli Harrinqton və xidmətçi Nensi haqqında ilk
təəssüratlarınızı söyləyin.
Bu iki obrazın xarakteri haqqında ilk abzaslardan fikir yürütmək olar. Bu
xarakterlərin əsas cəhətləri növbəti epizodlarda daha qabarıq təzahür edəcək.
2. Doğrudanmı, Polyanna xalasının onu qarşılamağa gəlmədiyinə şad idi?
Bu epizoddan çıxış edərək Polyannanın xarakteri haqqında fikir yürüdün.
Standartlar
Təlim nəticələri
2.2.1. Səs tonu, temp və fasiləni göz -
lə məklə mətni oxuyur. 
Rollu oyun zamanı obrazın xarakterinə
uyğun səs tonu seçir.
2.2.3. Mətndəki fikrə münasibətini əlavə
fakt və məlumatlarla əsaslandırır.
Mətndəki fikrə müna 
sibət bil 
dirmək
üçün əvvəl oxuduğu mətn lər dən misal-
lar gətirir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Oxuduğu mətnin davamını məntiqi
ardıcıllıqla nəql edir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
lan dırılmış olub-olmamasını müəy yən -
ləşdirir.
Dinlədiyi mətndəki məlu matla rın əvvəl
əldə etdiyi biliklərə nə dərəcədə uyğun
gəldiyini müəy yənləşdirir.
3.1.4. Müxtəlif əməli yazılar (teleqram,
izahat) yazır.
Situasiyaya uyğun olaraq te 
leq ram
yazır.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
larına görə fərqləndirir.
Qrammatik formaya və kon  tekstə görə
feillərin qrammatik məna növünü
müəy yənləşdirir.
36

BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə