L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə20/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

Mümkündür ki, debat zamanı ümumi fikir yaranmasın. Məqsəd yalnız ortaq
fikrin meydana gəlməsi deyil. Çalışmaq lazımdır ki, şagirdlərin debat mədə niy -
yəti inkişaf etsin. Opponentin fikrindəki ziddiyyətləri tutmaq dinləyib-an lamanı,
arqument və əks-arqumentlər gətirmək şifahi nitq bacarıqlarını inkişaf etdirir.
Mövzu kifayət qədər həssas olduğundan tərəflər qızğın mübahisəyə qo -
şula bilərlər. Müəllim bu zaman spikerləri  ehtiraslı çıxışlara səsləyə bilər. Eyni
zamanda onlara bildirilməlidir ki, qarşı tərəfi inandırmaq üçün səs çalarların -
dan düzgün istifadə etsinlər. Dinləyən tərəf isə spikerin çıxışındakı ton, əhvali-
ruhiyyə və emosiyanı izləməli, yeri gəldikcə buna reaksiya verməlidir (mə sələn:
“Opponentimin çıxışı nə qədər emosional olsa da, bildirməliyəm ki, onun ar -
qumentlərində məntiq görmədim” və s.).
Dil qaydaları
(St. 4.1.4)
6-cı tapşırıq idi, imiş hissəcikləri üzrə keçilmişləri şagirdlərə
xatırladır. 
7-ci tapşırıq isə ayrı yazılmış hissəciklərin qoşulduğu feillərin tələffüzü ilə
bağlıdır. Tapşırığın icrasından sonra dərslikdəki qayda oxudulur və əldə
edilmiş nəticələrlə mü qa yisə olunur.
Müəllimin nəzərinə!
İdi, imiş hissəciklərinin yazılışı və tələffüzü ilə bağlı dərsliyin 44-cü sə hi   -
fəsində verilmiş nəzəri material Azərbaycan Respublikası Nazirlər Ka bi ne -
tinin 2004-cü ildə qəbul etdiyi “Azərbaycan dilinin orfoqrafiya qay da  la  rı”na
uyğun olsa da, etiraf etmək lazımdır ki, bədii, elmi və publisistik ədə -
biyyatda bu hissəciklər saitlə bitən feillərə çox zaman orfoepik nor-
malara uyğun artırılır. Dərsliklərdə verilmiş bir çox mətnlərdə də bu hala rast
gəlmək mümkündür. Şagirdlər bu cür hallarla qarşı laş salar, müəllim
bildirməlidir ki, bədii mətnin dili bir çox hallarda danışıq dilinə yaxın
olduğundan bəzən sözlərin orfoepik normalara uyğun yazılışına yol
verilir.
8-ci və 9-cu tapşırıqların hər ikisinin  icrası redaktə xarakterli olsa da, bir-
bi  rindən fərqlənir. 8-ci tapşırıq adlarla işlənmiş  idi, imiş hissəciklərinin  düzgün
ya  zılış qaydalarını mənimsətməyə xidmət edir. 9-cu tapşırıq isə şagirdlərin
orfoqrafik və orfoepik qaydaları necə mənimsədiyinin yoxlanılmasına xidmət
edir.
10-cu və 11-ci tapşırıqlar isə idi, imiş hissəciklərinin orfoepiyası və or fo -
q rafiyası ilə bağlı şagirdlərin bacarıqlarını vərdişlərə çevirə bilər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
58
II 
BÖLMƏ
Çap üçün deyil


Dərs 11. AY ADLARI VƏ ONLARIN MƏNŞƏYİ (3 saat)
Motivasiya
BİBÖ cədvəli qurulur. Şagirdlərə belə bir sualla müraciət olunur:
– Dilimizdə işlənən ay adlarının mənşəyi haqqında nə bilirsiniz?
Cədvəlin iki sütunu doldurulur. Şagirdlər birinci sütunda heç nə qeyd edə
bilməsələr, deməli, ikinci sütunda cavab tapmaq istədikləri suallar çox ola -
caqdır. Cədvəlin üçüncü sütunu dərsin sonunda məlumatlar əldə edildikdən
sonra doldurulur.
Oxu
(St. 2.2.3) 
Bu mətn elmi-kütləvi mətndir. İnformasiya ilə zəngindir. Mətnin
şagirdlər tərəfindən qavranılması asan olsun deyə mətn iki hissəyə bölün -
müşdür. Birin ci hissədə ilin ilk altı, ikinci hissədə növbəti altı ay adlarının eti -
molo gi yasından danışılır. Mətnin oxusuna 2 saat ayrılması məqsədə    uyğundur. 
Mətn səsli oxu ilə oxunur. 1 və 2-ci mətndaxili suallar cavablandırılır. 
Müəllimin nəzərinə!
Yanus ilahının təsviri ilə bağlı şagirdlər müxtəlif fər ziyyələr irəli sürə
bilərlər. Təsvirin ikibaşlı olması yanvar ayının iki ilin qovşağında ol -
ması ilə əlaqələndirilə bilər (1-ci mətndaxili sual). 2-ci mətndaxili
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Əlavə mənbələrdən istifadə etməklə
elmi mətndəki əsas fikri daha qabarıq
nəzərə çatdırır.
1.2.2.  Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Tərtib etdiyi qrafik informasiyanı mən -
ti qi ardıcıllıqla şərh edir.
3.1.2. Topladığı fakt və hadisələrə mü -
nasibət bildirməklə mətni zən ginləşdirir. 
Əldə etdiyi məlumatlardan istifadə et -
məklə mühakimə xarakterli mətn yazır.
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Mətnin məzmunundan çıxış edərək
alınma sözün mənasını və mənşəyini
müəyyənləşdirir.
4.1.2. Sözləri ümumi qrammatik mə -
nala rına görə fərqləndirir.
İdi, imiş hissəciklərinin ixtisar formasını
keçmiş zaman şəkilçilərindən fərq lən -
dirir.
AY ADLARININ ETİMOLOGİYASI HAQQINDA
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
59
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


suala cavab verərkən şagirdlər belə bir fərziyyə irəli sürə bilərlər:   
– Gələcəyə baxan baş gəncdir, ona görə ki gələcək gənclə rindir.
Sola – keçmişə baxan baş qoca təsvir edilmişdir, ona görə ki qoca
artıq ya şamış, ömrünün sonuna gəlib çatmışdır. Ümumiyyətlə, qoca
keç  mişin, gənc isə gələcəyin rəmzi kimi qəbul edilə bilər. Bu
prosesdə şagird lərin öz təxəyyülünə uyğun danışmasına imkan ya -
rat maq lazımdır. 
3-cü mətndaxili tapşırıqda cədvəldəki informasi ya nı şərh edərək oxumaq
tapşırılmışdır. Cədvəldə fevral ayının qarşısında “Februus – yeraltı dünyanın
ilahı” sözləri yazılmışdır. Şagird bu məlumatı belə oxuya bilər: “Fevral ayının
adı yeraltı dünyanın ilahı Februusun adından götürülmüşdür”. 
Bu tapşırıq şagirddə qrafik informasiyanı şərh etmək və onu mətn şəklinə
salmaq bacarığını formalaşdırır.
Danışma
(St. 1.2.2) 
I hissə başa çatdıqdan sonra 4-cü tapşırıq oxunur. Şagirdlərə
tapşırılır ki, oxuduqları mətndən və bu tapşırıqda verilmiş əlavə məlumatlardan
istifadə edərək ilin ilk altı ay adının etimologiyası haqqında fərziyyələr irəli sür -
sünlər. Aşağıdakı cədvəl şagird lərə iş vərəqi kimi təqdim oluna bilər. (Təqdim
edilən cədvəl nü munədir, dərs zamanı şagirdlər tərəfindən doldurulmalıdır.)
Mart, aprel, may, iyun adları ilə bağlı məlumatlarda fərziyyələr haçalanır
və bəzi hallarda bir-biri ilə ziddiyyət təşkil edir. Ona görə də iş vərəqinə aşağı -
dakı maddələr də əlavə oluna bilər:
_______________ ayının adı ilə bağlı aşağıdakı informasiyanı düzgün
hesab edirəm:
_________________________________________________________
_________________________________________________________
çünki ____________________________________________________
_________________________________________________________
Daha sonra şagirdlər cədvəldə yerləşdirdikləri informasiyanı mətn şəklində
ifadə edirlər.
Ayın adı
Fərziyyə
Fərziyyənin əsası
Yanvar
Yanus ilahının adından
götürülmüşdür
Qapı, başlanğıc, zaman mənası verdiyi
üçün ola bilər.
Fevral 
Februus – yeraltı dün ya nın
ilahı
“Februus” sözünün mənası “təmizlənmə”
deməkdir. Adətən, bu ay romalılarda
təmizlənmə mərasimi keçirilirdi.
60
II 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə