L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə23/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

Verilən tələb lər dən “araşdırsaq” sözünə A, C, D bəndləri, “istəyirsənsə” sö -
zü nə B, Ç, E bəndləri uyğun gəlir. Feil şəklinin morfoloji əlamətindən sonra
əlavə edilən -sa
2
morfemini qrammatik xüsusiyyətlərinə görə idi, imiş his -
səcikləri ilə müqayisə etmək tapşırıla bilər.
6-cı tapşırıq şagirdlərin yeni tanış olduqları qrammatik qaydanın möhkəm -
lən dirilməsinə xidmət edir. 1-ci və 4-cü cümlələrdə feillərə feilin şərt şəklinin
morfoloji əlaməti, 2-ci və 3-cü cümlələrdə isə hissəciyi əlavə edilmişdir.  
7-ci tapşırıq şagirdlərdən daha diqqətli olmağı tələb edir.  Birinci cümlədə
-sa şəkilçisi yoxdur, feil xəbər şəklindədir (qeyri-qəti gələcək zamandadır),
san şəxs şəkilçisidir. İkinci cümlədə feil şərt şəklindədir, -sa feilin şərt şəklinin
morfoloji əlaməti, -n isə şəxs şəkilçisidir.  Yoxlamaq üçün  cümlənin əvvəlinə
“əgər” bağlayıcısını əlavə etmək olar. Doğrudur, şagirdlər hələ  köməkçi nitq
hissəsi olan bağlayıcı ilə tam tanış deyillər, amma feilin şərt şəklini keçərkən
bu üsuldan istifadə etmişlər.
Müəllim bu tapşırığı genişləndirib şərtini bir qədər dəyişə bilər:
– “Bağa baxarsa, bağ olar, baxmazsa, dağ olar” cümləsində “sa” nə bildirir?
8-ci tapşırıq isə hissəciyinin feilin hansı şəkillərinə əlavə edilib-edilmədiyini
müəyyənləşdirməyə xidmət edir. Tapşırığı yerinə yetirərkən müəyyən oluna -
caq ki, isə hissəciyi feilin əmr, arzu və şərt şəkillərinə artırıla bilmir.
9-cu tapşırıq keçilmiş materialın möhkəmlənməsinə xidmət edir. Şagirdlər
sözün tərkibini müəyyənləşdirərək hər şəkilçini müvafiq xanaya yazmalıdırlar.
Bu zaman hissəciklərin sözdəki yeri də müəyyən edilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh.18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Dərs 13. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba -
carıqların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Şagirdlərə aşa ğı -
da kı mövzu üzrə nəqli xarakterli mətn (hekayə) yazdırmaq tövsiyə olunur: “Vay
o gün dən ki çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa”
67
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
SİLUET
XVIII əsrdə Fransada yürüdülən maliyyə siyasəti nəticəsində dövlət
xəzinəsi tamamilə boşalmışdı. Bunun əsas səbəbi orduya və zadəganlara
böyük pullar ayrılması idi. Dövlət kəndlilərdən verginin yığılmasını özəl bir
şirkətə tapşırmışdı və ona müəyyən bir vergi planı qoymuşdu. Bu plandan
artıq yığılan məbləğ şirkətə qalırdı. Təbii ki, şirkət özünə daha çox pul əldə
etməyə çalışırdı, nəticədə isə ____ 
XVIII əsrin sonuna yaxın Fransa kralı XV Lüdovik yeni maliyyə naziri təyin
etdi. Bu şəxs saray əyanlarına və zadəganlara ayrılan vəsaitləri xeyli azaltdı.
Onun göstərişi ilə ____
Əlbəttə, onun islahatları zadəganlar tərəfindən etirazla qarşılandı. Saray
əyanları maliyyə nazirini xəsis adlandırır, ona kinayə edirdilər. Bununla belə,
onun apardığı siyasət nəticəsində ____ 
Maliyyə naziri onu xəsis adlandıranlara çox maraqlı tərzdə cavab verirdi.
O, kağız üzərində harınlaşmış, yekəqarın əyanların karikaturasını konturlarla
çəkirdi. Bu şəkillərdə heç bir sifət cizgisi olmasa da, hər kəs özünü tanıyırdı.
Həmin nazirin adı Etyen de Siluet idi. O vaxtdan heç bir əlavə detal olmadan
yalnız ətraf konturları görünən istənilən predmet onun adı ilə siluet adlanır.
1. Mətnin məzmunundan çıxış edərək cümlələri davam etdirin:
A) ölkədə iqtisadi vəziyyət sabitləşdi. 
B) xalq çapıb-talanırdı.
C) kəndlilərdən yığılan verginin miqdarı dəqiq müəyyənləşdirildi.
2. Hansı şəkillərdə siluet təsviri verilib?
3. Birinci abzasda altından xətt çəkilmiş sözlərin hamısı üçün ortaq cəhəti
göstə rin.
____________________________________________________________
4. “Ayrılması idi” sözündə idi hissəciyinin ayrı yazılışının səbəbini izah edin.
_____________________________________________________________
68
II 
BÖLMƏ
c
c
c
c
Çap üçün deyil


5. Tələffüz formasında verilmiş feilləri orfoqrafik normalara uyğun yazın.
Biri vardı, biri yoxdu, bir kəndli vardı. Bu kəndlinin bir parça bostan yeri
vardı. Kəndli burada qovun əkmişdi. Bostan çox yaxşı məhsul gətir miş di. Qo -
vun lar şəkər kimi şiriniydi. İndi kəndli qovunlara daha yaxşı qulluq et mə liydi.
Yox sa məhsul bata bilərdi.
6. Feilləri tapın, şühudi keçmiş zaman şəkilçisi qəbul etmiş feillərin altından
bir xətt, idi hissəciyi qəbul etmiş feillərin altından iki xətt çəkin. Orfoqrafik
normanın pozulduğu sözü göstərin.
1. Dəvə palçığa batdı, milçək onu çıxartdı.
2. Tez-tez laləli dağları, buz bulaqları xatırlayırdı.
3. Bağrı çatlayardı, daşardı Araz,
Ürəyi dənizə boşalmasaydı. (B.Vahabzadə)
4. Dəvə durdu, dam uçurdu.
7. Feilləri cədvəl üzrə qruplaşdırın.
1) işlənərdi, 2) deyirmiş, 3) çağırdı, 4) soruşacaqmış, 5) yandırdı, 
6) danışırsa, 7) gətirsə, 8) yığmadı, 9) boyanmışdır, 10) qoparırsa, 
11) keçirirdi, 12) gəlirsə, 13) fikirləşməzdi
8. Cümlələrdə müvafiq sözlərdən sonra durğu işarələri yazın. Şərt məzmunu
ifadə edən feillərin şərt şəklində olduğunu, yoxsa isə hissəciyi ilə işləndiyini
əsaslandırın. 
1. Əgər sən məni bir dəfə aldadırsansa deməli, axmaqlıq edirsən, yox, əgər
bacarıb bir də aldadırsansa deməli, mən axmaqlıq edirəm. (A. Məmmədov)
_________________________________________________________
2. Sənin haqqında nə fikirləşsələr də sən ədalətli saydığını elə. (Pifaqor)
_________________________________________________________
3. Əgər biz öz zəif cəhətlərimizi biliriksə bunların bizə ziyanı dəyməz. 
(K.Lixtenberq)
_________________________________________________________
4. Rəqibinə qalib gələ bilmirsənsə onunla birləş. 
_________________________________________________________
5. Əgər iş varsa icraçısı tapılacaq.
_________________________________________________________
Keçmiş zaman
şəkilçisi qəbul
edib
Şərt 
şəklindədir
imiş hissə ciyi 
ilə işlənib
idi hissəciyi 
ilə işlənib
isə hissəciyi 
ilə işlənib
69
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə