L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

Şagirdlər buna bənzər dialoqlar səsləndirdikdən sonra müəllim mətndən
ixtisar olunmuş hissəni oxuya bilər:
– Mişa! Mişa, oyan, vaqonda gürzə var!
– Nə? Hansı stansiyadır?
– Vay! İlan!
– Qorxmayın, canım. Sizin üstünüzə düşən mənim qayışım idi.
Mətnin oxusu I hissənin sonuna qədər davam etdirilir. Sual:
– Boryanın xarakteri haqqında nə deyə bilərsiniz? Mətndən gətirdiyiniz nü -
munələrlə əsaslandırın (Obrazlar xəritəsi).
l
Borya məsuliyyətlidir, çünki ...
l
Borya ağıllıdır, çünki ...
l
Borya qoçaqdır, çünki ...
l
Borya cəsarətlidir, çünki ...
l
Borya tərbiyəlidir, çünki ...
Qeyd. Boryanın xarakteri haqqında söylənmiş iddialara mətndən cavab
tapılmaya bilər. Bu zaman “çünki”dən sonrakı hissə yazılmayacaqdır. Ümumiy -
yətlə, obrazlar xəritəsini tamamlamaq üçün mətndən gətirilmiş əsaslanmanın
olması mütləqdir.  
Daha sonra 5-ci tapşırıq üzərində iş gedir və obrazlar xəritəsinə sərnişinlər
də əlavə olunur:
l
Panamalı qoca təmkinli və mülayimdir, çünki ...
l
Eynəkli sərnişin savadsız və qorxaqdır, çünki ...
l
Cavan leytenant zarafatcıl və xeyirxahdır, çünki ...
Söz ehtiyatı
(St. 2.1.2)
Şagirdlər 4-cü tapşırıqda qeyd olunan cümlədə məcazi mənada
işlənən sözləri (nəfəs almaq, şən) tapıb öz seçimlərini əsaslandırırlar (insana
aid olan hərəkət və əlamət cansız varlıqlara şamil edilib).
Danışma
(St. 1.2.4)
Fənlərarası inteqrasiya (“Biologiya”. 7-ci sinif. 4.2.1. Yerli şəraitdə
canlıların qorunmasına dair müşahidələr əsasında mülahizələrini şərh edir).
6-cı tapşırığın məqsədi şagirdlərdə mühakiməyürütmə və fikrini əsaslan dırma
ba ca rığını inkişaf etdirməkdir. Şagirdlər iki mövqedən çıxış edəcəklər. Ona görə
də bu tapşırığı debat şəklində də yerinə yetirmək olar. Şagirdlər çalışmalıdırlar
ki, gətirdikləri ar qumentlər əsaslı olsun. 
Oxu
(St. 2.2.1)
Mətnin ikinci hissəsi oxunur. Bu zaman Rollu oyundan istifadə
olunur (7-ci tapşırıq). Şagirdlərə izah edilməlidir ki, sərnişinlərin hiss-həyəcanını
dinləyiciyə ötürmək üçün səs tonundan düzgün istifadə etməlidirlər. Məsələn,
leytenant Bor yanı müdafiə edərkən səs tonu yumşaq olmalıdır. Qatarın böyüyü
sər ni şinlərə görə narahat olduğu üçün səsi daha həyəcanlı və yüksək olmalıdır. 
73
ANA TƏBİƏT
Çap üçün deyil


Mətn oxunub qurtarandan sonra 8-ci tapşırığı yerinə yetirməklə şagirdlər
obrazlar xəritəsinin əsaslandırma hissəsinə əlavələr edə bilərlər. 9-10-cu tap şı -
rıqlar şagirdlərdə obrazların davranışındakı motivasiyanı, dialoqlardakı və
hərəkətlərdəki yumoru müəyyən etmək bacarığını inkişaf etdirir.
Yazı
(St. 3.1.4)
Şagirdlərə izahat yazmaq üçün konkret situasiya təklif olunur:
– Təsəvvür edin ki, yay tətilində suda-quruda yaşayanları “ovlamağa” başı
qa rış mış Borya məktəbə iki gün gecikir. Məktəbin dərs hissə müdiri onu ça -
ğı rıb bununla bağlı izahat yazmağı tələb edir. Boryanın yerinə olsa idiniz,
izahatı necə yazardınız?
Şagirdlərə kömək məqsədi ilə aşağıdakı izahat nümunəsi verilə bilər.
Dil qaydaları
(St. 4.1.2)
12-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Tapşırıq yeni mövzuya keçid oldu ğun dan şa girdl ər çətinlik çəkə və ya
sualları düzgün müəyyənləşdirməyə bilərlər. Onlar göy rəngli sözlərin sual la -
rını nə edəndə? nə etmək? nə etmiş? kimi təyin edərlərsə, bildirmək lazım dır
ki, feil olsalar da, bu cür sözlər cüm lə daxilində başqa nitq hissələrinin sual -
larına cavab verir (nə zaman? nə? hansı?). Məsələn: “Öldürmək, mənim
fikrimcə, düzgün deyil” cümləsində “öldürmək” nə? sualına cavab verir və bu sö -
zü məsdər formasından çıxarmadan şəxsə və kə miyyətə görə dəyişmək
mümkün deyil. 
13-14-cü tapşırıqlar feilin təsriflənməyən formalarının ümumi qrammatik
xüsusiyyətlərini daha dərindən qavramağa xidmət edir. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
315 nömrəli məktəbin direktoru
Fərman Zeynallıya
həmin məktəbin VII
a
sinif şagirdi
Kənan İbrahimlidən 
izahat
Nəqliyyat sıxlığına görə birinci dərsə gecikmişəm. Məni üzrlü
saymağınızı və dərsə buraxılma ğım üçün göstəriş verməyinizi xahiş
edirəm.
İmza:             
Kənan İbrahimli
13 mart 2014-cü il
74
III 
BÖLMƏ
Çap üçün deyil


Dərs 15. İŞGÜZAR TƏKLİF  (3 saat)
Motivasiya
Sxemi şərh edin. Tağıyevin fəaliyyət istiqamətlərindən hansıları Azər -
baycan milyonçusuna maddi mənfəət gətirib? Sizcə, nə üçün o, mənfəətsiz iş -
 lərlə də məşğul olub? Bunu işgüzarlıq ad landırmaq olarmı? 
Oxu
(St. 2.2.3) 
Proqnozlaşdırma üsulu ilə oxu. 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla zəngin ləşdirir.
Həyatda gördüklə rindən misallar gətir -
məklə mətndəki fikrə mü 
na sibətini
əsaslandırır . 
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
fikirlərə münasibət bildirir.
Başqasının fikrini təkzib və ya təsdiq
etmək üçün əsaslı arqumentlər gətirir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
for malarında (ifadə, inşa, esse, he ka yə)
ifadə edir.
Verilmiş mövzuda esse yazır.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
larına görə fərqləndirir.
Feilin təsriflənməyən formala rı nı fərq -
ləndirir. 
Teatr
Məktəb
Tələbələr
Fabrik
Zavod
H.Z.Tağıyev
Həbsxana
Sizcə, nə baş
ve rəcək?
Nə üçün belə
düşünürsünüz?
Əslində, nə baş
verdi?
Başlığı  oxu duq  dan
sonra
1-ci hissəni oxu duq -
 dan sonra
2-ci hissəni oxu duq -
dan sonra
3-cü hissəni oxu duq -
 dan sonra
4-cü hissəni oxu duq -
 dan sonra
75
ANA TƏBİƏT
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə