L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

etməli və həmin hissədəki əsas fikri
müəyyən ləşdi r məlidirlər.
Ümumiləşdirmə aparıldıqdan son -
ra şagirdlərə gəldikləri nəticələri löv -
hədə qeyd et mək tapşırılır. Şa  girdlərin
çıxardığı ümumiləş dirmələr müza ki -
rə olunur. Sonda şagirdlərə aşa ğı da -
kı sxemi dol dur maq tapşırılır.
Müəllimin nəzərinə!
Aşağıdakı cədvəl nümunə
üçün  tam şəkildə doldurul 
-
muşdur. Şagirdlər üçün an 
-
caq “Uğur” sözü yazılmalı,
qalan hissələri isə boş qo yul -
malıdır. Bu tap 
şı rıq şa 
gird -
lərdə mətn dəki əsas fi kirləri
ümumiləş di rilmiş şə kil də təq -
dimetmə ba 
carığının in 
ki -
şafına kömək edir.
Adətən, mətn hazırlayarkən onu daha mənalı və effektli etmək üçün afo -
rizmlərə müraciət olunur. Aforizm və atalar sözlərindən istifadə nitqi zəngin -
ləşdirir, onu daha inandırıcı edir. 2-ci tapşırıq da məhz bu bacarığın inkişafına
xidmət edir.
2-ci tapşırıqda verilmiş aforizmlərin mətnin hansı hissələrinə uyğun gəldi -
yini müəy yənləşdirmək tələb olunur. Bu da, bir növ, əsas fikrin müəy yən ləş -
dirilməsi və ümu miləşdirilməsinə xidmət edir. Şagirdlər  işlədikləri hissəyə
uyğun gələn aforizmləri seçir, onun məna uyğunluğunu sübut edirlər. Eyni za-
manda aforizmin mənasını açıqlayır və bu fikrə münasibət bildirirlər.
İnam
Zəhmət
UĞUR
Əzmkarlıq
Hədəf
Təhsil
Səbir
97
KAMİLLİYƏ DOĞRU
6
7
8
9
10
Çap üçün deyil


Müəllimin nəzərinə!
Söz ehtiyatı
(St. 
2.1.1
)
Lüğət və mətn üzərində iş paralel şəkildə aparılır. 1-ci mətndaxili
sualda izahı verilməsi tələb olunan “strategiya” və “taktika” sözləri, əslində,
bu mətn üçün açar sözlər rolunu oynayır. Bu cür alınma sözlərin şagirdlərin
leksikonuna daxil olması vacibdir.
Bundan əlavə, mətndə şagirdlərə tanış olmayan sözlərin mənası da müəy -
yənləşdirilməlidir. 
Danışma
(St. 
1.2.2
)
3-cü tapşırıq müzakirə üçün verilmişdir. Şagird aforizmdə ve -
rilmiş fikri düzgün izah etməli, ona münasibət bildirməli və fikrini izah edərkən
məntiqi ardıcıllıqla danışmalıdır. Bu zaman müəllim yönəldici suallar, ipucları
da verə bilər. Məsələn, 1-ci aforizm izah olunarkən bildirilməlidir ki, burada
söhbət yelkənli gəmilərdən gedir, külək olmadan o hərəkət edə bilməz. 
Dil qaydaları
(St. 4.1.4) 
4-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır.
5-ci tapşırıq qoşmaların orfoqrafiyası ilə bağlıdır. Artıq yeni dil qaydası ilə
tanış olmuş şagirdlər təkhecalı qoşmaların bitişik, ikihecalı qoşmaların ayrı
ya zıldığını bilməlidirlər. Eyni zamanda cümlədə işlədərkən qoşmaların ya -
ratdı ğı məna çalarına da fikir verməlidirlər.
6-cı tapşırıq biliklərin tətbiqinə yönəlmişdir. Şagirdlər qoşmaları orfoqrafik
qaydaya uyğun şəkildə dəftərlərinə yazmalıdırlar.
7-ci tapşırıqda danışıq dilində tez-tez buraxılan səhvlər qabardılmışdır.
Belə ki, bəzən səhv olaraq ötrü qoşmasının yerinə ötərisənin qədər əvəzinə
səni qədər de yilir və yazılır, -dək və -tək qoşmalarını da səhv salanlar var.
Şagirdlərə izah etmək lazımdır ki, ötəri – zərfdir, mənası gözucu, tez, ani
deməkdir; məsələn, ötəri baxmaq.
Qoşmalar təsirlik halda olan sözlərlə işlənə bilmir. Buna görə səni qədər
demək və yazmaq səhv hesab edilir.
Məna baxımından -dək məsafə, -tək bənzətmə, müqayisə bildirdiyindən
bu qoşmaların cümlə daxilində səhv işlənməsi ifadə olunan fikirdə yanlışlıq
yarada bilər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
1-ci aforizm – 8
2-ci aforizm – 8
3-cü aforizm – 9
4-cü aforizm – 2
5-ci aforizm – 4, 6
6-cı aforizm – 1
7-ci aforizm – 3
8-ci aforizm – 1, 2
98
IV 
BÖLMƏ
Çap üçün deyil


Dərs 22. TƏQVİM  (4 saat)
Motivasiya
BİBÖ cədvəli qurulur: 
Oxu
Mətnin oxunması üçün Qeyd götürməklə oxu üsulu tətbiq edilir. Bunun
üçün şagirdlərə açar sözlər verilir və bildirilir ki, mətni oxuduqdan sonra bu
anlayışları izah etməlidirlər. Mətndən açar sözləri izah edən və əsaslandıran
fikirlər seçilməlidir.
1. Təqvimi zəruri edən səbəblər
2. Günəş təqvimi
3. Ay təqvimi
4. Yulian təqvimi
5. Qriqorian təqvimi 
6. Miladi tarix
7. Hicri tarix
Şagirdlər mətni oxuduqca, ilk növbədə, bu anlayışlarla bağlı olan əsas
məlumatları vərəqdə qeyd etməlidirlər. 
(St.2.2.2) 
Mətn oxunduqdan sonra şagirdlərə bir neçə cümlə verilir və tap -
şırılır ki, bu cümlələri müvafiq abzaslardan sonra keçid cümlə kimi artır sın lar.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələri arasın -
dakı əlaqəni müəyyənləşdirir.
Keçid cümlələr əlavə etməklə mətnin
tərkib hissələrini əla qə lən dirir. 
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Başqa fənlərdən əldə etdiyi biliklər əsa -
sında verilmiş məlumatı əsaslandırır və
dərinləşdirir.
3.1.2. Topladığı fakt və hadisələrə mü -
nasibət bildirməklə mətni zənginləş 
-
dirir.
Aldığı yeni məlumatları müvafiq his sə -
lərə əlavə etməklə mətni genişləndirir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Müzakirə və ya debat zamanı fik 
rini
əsas lan dı rarkən fakt və məlumatlardan
mən tiqi ardı cıl lıqla istifadə edir.
4.1.2. Sözləri ümumi qrammatik məna -
la rına görə fərqləndirir.
Cümlədə bağlayıcının funksiyasını
müəy  yən edir.
TƏQVİM HAQQINDA NƏ BİLİRİK
?
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
99
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə