L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə31/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

III BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-5-ci tapşırıqlar mətnlə bağlıdır.
FIRTINA
Təbiəti qəribə bir sükut çulğamışdı. Hər sabah səs-səsə verən bülbüllər,
torağaylar, bildirçinlər, nədənsə, daha oxumurdu.
Bu, fırtına əlaməti idi. Dağın başındakı çəhrayı, gümüşü, mavi rənglərə ça lan
yüngül bulud təbəqələrindən aşağıda qıvrılmış ilana bənzər qara bir bulud üfüq -
də sürünə-sürünə irəli hərəkət edirdi.
Bu, fırtına buludu idi.
Doğrudan da, bir an içində, sabahın bu nurlu çağında hava qaraldı. Bir-bi -
rinin ardınca şimşək çaxdı. Qorxunc bir gurultu qopdu, sanki göy yerə tökül mək
istəyirdi. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. Elə yağdı ki, guya indi hər
şeyi məhv edəcəkdi.
Azacıq sonra birdən-birə buludların arxasından çıxan günəş göz qa maş dı -
rıcı bir işıqla parlayıb yüksəldi. Güllərin, çiçəklərin, körpə budaqların bü kül -
müş boyunları dikəldi. Quşlar sanki hamısı birdən dilə gəldi.
Yenə üfüqlər saf, göylər şəffaf idi, yenə dağın ağsaçlı məğrur başı vüqarla
ucalırdı.
İşıq qaranlığa qalib gəlmişdi! 
(M.Rzaquluzadədən)
1. Mətnin tipini müəyyən edin.
A) təsviri
B) nəqli
C) mühakimə
2. “Çulğamışdı” sözünü hansı sözlərlə əvəz edə bilərsiniz? 
________________________________________________________
3. Doğru, yoxsa yanlış: 
D   Y
Axşamın alatoranlığı bir anda qatı zülmətə çevrildi.
o o
Əvvəl şimşək çaxdı, sonra göy guruldadı.
o o
Əvvəl iri yağan dolu getdikcə xırdalaşıb kəsdi.
o o
Dolu güllərin, çiçəklərin, körpə budaqların boynunu əymişdi.
o o
Fırtınadan sonra quşlar yenidən oxumağa başladılar.
o o
4. Dağın başının qarla örtüldüyünü söyləməyə əsas verən məqamı göstərin.
________________________________________________________
5. Mətndəki təsriflənməyən feilləri seçərək qruplaşdırın.
Məsdər    
Feili sifət 
Feili bağlama
90
III 
BÖLMƏ
Çap üçün deyil


6. Verilmiş feilləri təsriflənməyən formada işlədib atalar sözlərini tamamlayın.
at, tut, qocal, boşalt, axtar 
1. İnsan   ______ aynaya az baxar.
2. Əl   ______ Əlidən qalıb.
3. Eyibsiz dost   ______ dostsuz qalar.
4. Dostun   ______ daş baş yarmaz.
5. Dənizi çömçə ilə   ______ olmaz.
7. Nöqtələrin yerinə feilin təsriflənməyən formalarının şəkilçilərindən uyğun
gələnini  artırıb yazın.
-an
2
, -mış
4
, -maq
2
, -anda
2
2. Biz azad ol... istəyiriksə, qanunların qulu olmalıyıq. (Siseron)
3. Hər tapşırıl... işə görə yalnız bir nəfər məsuliyyət daşımalıdır. (Bismark)
4. Həyat öt... günlər deyil, yadda qal... günlərdir. (P.A.Pavlenko)
5. İnsan ruhdan düş... onun atı da çapa bilmir. (Şərq məsəli)
8. Feilin təsriflənən formalarını feili sifətə çevirib yazın.
1. Əsər yazılacaq.
____________________
2. İş görüləcək.
____________________
3. Məktub yazılasıdır.
____________________
4. Kitab oxunasıdır. 
____________________
5. Yol salınasıdır.
____________________
6. Ev tikilməlidir.
____________________
9. Tut, kəs, al sözlərini ayrı-ayrılıqda məsdər, feili sifət, feili bağlama kimi cüm -
lədə işlədin.
10. Dördündən biri fərqlidir:
A) qaçanda  B) yazılası  C) qaçır  D) yazan
A) görər-görməz  B) görüləcək (iş)  C) başlamaq  D) alar
A) gözləyir  B) düşünməliyik  C) başlamadan D) qoruyacaq
A) veriləsi (pul)  B) oxunmuş (məktub)  C) yazılmaq  D) deyir
11. Feilin təsriflənməyən formalarını tapıb şəkilçilərini elə dəyişin ki, cümlənin
məzmununa təsir etməsin.
1. Mehman qayıdanda Əbülfətə rast gəldi.
2. Müəllim sinfə daxil olanda şagirdlər ayağa qalxıb salamlaşdılar.
3. Həsən atını çapıb oradan uzaqlaşdı.
91
ANA TƏBİƏT
Çap üçün deyil


92
IV 
BÖLMƏ
IV BÖLMƏ
KAMİLLİYƏ DOĞRU
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
20.
Zamanın idarə olunması
Qoşma
2.2.3, 2.2.2, 1.2.4,
3.1.1, 4.1.2
3
78-82
93-95
21.
Uğura gedən yol 
Qoşmaların deyilişi və
yazılışı 
2.2.3, 2.1.1, 1.2.2,
4.1.4
3
83-86
96-98
22.
Təqvim
Bağlayıcı 
2.2.2, 2.2.3, 3.1.2,
1.2.2, 4.1.2
4
87-90
99-103
23.
Yazı – piktoqramdan
hərflərə 
Bağlayıcılarda vergülün
işlənməsi 
2.1.1, 2.2.2, 2.2.3,
3.1.2, 4.1.3 
3
91-94
104-106
24.
Qədim yazı materialları 
Mürəkkəb bağlayıcılar
2.2.2, 2.1.1, 3.1.2,
1.1.2, 4.1.4
3
95-98
107-108
25.
Eynşteyn dərslərindən
«2» alırdı? 
2.2.3, 2.1.1, 1.1.2,
3.1.1, 4.1.3
3
99-101
109-111
26.
Ümumiləşdirici təkrar
2
102
111
Kiçik summativ
qiymətləndirmə
1
112-113
Yekun
22
saat
Çap üçün deyil


Dərs 20. ZAMANIN İDARƏ OLUNMASI (3 saat)
Motivasiya
Sual: Xalq arasında belə bir ifadə vardır: “Vaxt öldürmək”. Bunu necə an -
la  yır sınız? Zamanı idarə etmək olarmı? Necə?
Oxu
(St. 2.2.3)
Mətn Ziqzaq üsulu ilə oxunur. Sinif 4 qrupa bölünür. Hər qrupa
mətnin bir hissəsini oxumaq tapşırılır. Ekspertlər “doğma” qrupa qayıdırlar.
Mətn kiçik ulduzlarla beş hissəyə bölünmüşdür. Birinci qrupa ilk iki hissə üzərində
iş tapşırılır. Hər qrup öz hissəsini məzmuna uyğun başlıqla adlandırmalı, orada
əks olunan məlumatları vərəqdə qeyd etməlidir. 
Birinci qrup:
1. Zamanı saxlamaq olmaz, amma onu idarə etmək olar.
2. İşi vaxtında yerinə yetirmək lazımdır.
3. Vaxtı düzgün bölsən, çox şeyə nail ola bilərsən.
Təqdimat zamanı  birinci qrup mətndaxili suala cavab verir. 
İkinci qrup:
1. Hər işin həcminə uyğun zaman ayırın.
2. Məqsədiniz işi tez yerinə yetirmək yox, keyfiyyətli yerinə yetirmək olmalıdır.
3. Hər işdə vaxtı düzgün bölmək lazımdır.
Üçüncü qrup:
1. Vaxtı elə bölmək lazımdır ki, həm işə, həm də əyləncəyə vaxt qalsın.
2. İnsan həyatının bütün anlarını, hətta yuxu saatlarını da planlaş dır ma lı dır.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsas lan dı rır.
Həyatda gördüklərindən misallar gətir -
məklə mətndəki fikrə mü na sibətini əsas -
landırır.
2.2.2. Mətnin tərkib hissələri arasın -
da kı əlaqəni müəyyənləşdirir.
Mətnin bitkin hissələrinə başlıq seçir və
əlavə məlumatı uyğun gələn hissəyə
artırır.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
fikirlərə münasibət bildirir.
Müzakirə zamanı söylənilən fikri öz
fikirləri ilə tamamlayır.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, he ka yə)
ifadə edir.
Verilmiş aforizmdəki fikrə mü 
nasibət
bildirməklə esse yazır.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
la rına görə fərqləndirir.
Qoşmanın yaratdığı məna çalarlarını
müəyyənləşdirir.
93
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə