L Dərslik komplektinin ümumi prinsipləri


Fəndaxili üfüqi inteqrasiya



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə28/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

Fəndaxili üfüqi inteqrasiya 
(St. 2.2.3; 1.1.2)
Müəllim suallar vasitəsilə
dinləmə mətninin tam qavranıldığına əmin olduqdan sonra dərslikdəki mətnlə
dinləmə mətni müqayisə olunur, ümumiləşdirmələr aparılır; məsələn: 
– İstər termitlərin, istərsə də qunduzların temperaturu bu cür təbii yolla
tənzimləməsi elmin, texnikanın zirvəsini fəth edən insan üçün hələ də
qaranlıqdır. 
Daha sonra müəllim mövzunu ümumiləşdirərək fikir bildirməyi tapşırır;
məsələn: 
– Əlbəttə, təbiət möcüzələr mücrüsüdür. Canlıların ən kamili olan  insana
bəxş olunan ağıl belə bəzən kiçik həşəratlara və ya heyvanlara verilən instinkti
izah edə bilmir.
Dil qaydaları
(St. 4.1.2) 
5-ci tapşırıq VI sinifdə keçilən materialların təkrarlanmasına
xidmət edir. Şagirdlər xəbərlə mübtədanın uzlaşması qaydaları ilə artıq tanış -
dır lar. “Termit adlanan bu kiçik həşəratların tikdiyi qüllələr çox mürəkkəb qu -
ru luşa malikdirlər” cümləsində mübtəda cansız əşya ilə ifadə olunanda
xə bər lə mübtəda arasında kəmiyyətə görə uzlaşma pozulur.  
6-cı tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır; “tikilmiş”, “uçulan” və
“ucaltdıqları” sözləri isimlərə aiddir. Şagirdlər bu sözlərə nə edilmiş? nə edən?
suallarını verə bilərlər. Bu zaman şagirdlərin diqqətini feilin sua lına cavab verən
sözün ismə aid olduğuna yönəltmək lazımdır.  
– Bu xüsusiyyət (ismə aid olmaq) hansı nitq hissəsində vardır?
– Bunu necə izah edə bilərsiniz?
7-ci tapşırığın məqsədi feili sifətin şəkilçilərini müəyyənləşdirməkdən iba -
rətdir. Şagirdlər feili sifətləri seçir, sonra onları kök və şəkilçiyə ayıraraq feili
si fə tə xas olan şəkilçiləri müəyyənləşdirirlər. Bu zaman ədəbiyyatda -dıq

+ mən -
subiyyət şəkilçisi kimi təqdim olunan -dığım
4
, -dığın
4
və s. şəkilçisi üzərində
dayanmaq tövsiyə edilir. Belə ki, bu şəkilçi -dığım
4
və s. formasında bü töv -
lükdə feili sifət şəkilçisi hesab edilir. Sadəcə, o, mənsubiyyət şəkilçisinin işti -
rakı ilə formalaşıb. 
Bundan əlavə, qeyd etmək lazımdır ki, -acaq
2
şəkilçisi də mən su biy  y ət
şəkilçisi ilə işlənə bilər. 
8-ci tapşırıq feili sifət şəkilçilərinin omonimliyini müəyyənləşdirməyə xidmət
edir. Tapşırıq yerinə yetiriləndən sonra mütləq nəticələr çı xa rıl ma lıdır. Belə ki,
müəyyənləşdirilir:
81
ANA TƏBİƏT
-acaq
2
-ası
2
feildən isim düzəldən leksik şəkilçi
qəti gələcək zaman şəkilçisi
feili sifət şəkilçisi
feili sifət şəkilçisi
lazım şəklinin əlaməti
Çap üçün deyil


9-cu tapşırıqda şagirdlər məzmundan çıxış edərək feili sifətlərin han sı
zaman anlayışı ifadə etdiyini müəyyənləşdirirlər. Bu zaman xatır la dıl ma lıdır
ki, zamana görə dəyişmək feilə xas olan xüsusiyyətdir. Feili sifətin bu xüsusiy -
yə ti onun feil olduğunu bir daha sübut edir. Qeyd etmək lazımdır ki, feili sifət
feilin zaman şəkilçilərini qəbul etmədən  za man anlayışı verir. 
10 və 12-ci tapşırıqlar feili sifəti feildən düzələn sifətdən fərqlən dir məyə xid -
mət edir. Belə ki, şagirdlər feili sifəti inkarda işlətməklə bunu müəy yən ləşdirirlər.  
11-ci tapşırıq məntiqi xarakter daşıyır. Şagirdlər bu tip tapşırıqlarla ta nış -
dırlar. 
1. C) yorduğu – feili sifət
2. B) kəsilən – feili sifət 
3. D) güləyən – sifət
Şagirdlərə məlumat vermək lazımdır ki, feili sifət sifətin xüsu siy yət lərini
daşıdığı üçün isimləşə də bilir. Bu zaman o, aid olduğu ismi “iti rir” və onun
xüsusiyyətlərini “götürür”. İsmin suallarına cavab verir, cəmlənir, hallanır və
mənsubiyyətə görə dəyişir. 
Yıxılan (hansı?) adam yıxıldığı yerdən qalxar.  – Yıxılan (kim?) yıxıldığı
yer dən qalxar.  
Dediyim (hansı?) sözləri unutma.  – Dediklərimi (nəyi?) unutma. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
-mış
4
-malı
2
nəqli keçmiş zaman şəkilçisi
feili sifət şəkilçisi
feili sifət şəkilçisi
vacib şəklinin əlaməti
82
III 
BÖLMƏ
Çap üçün deyil


Dərs 17. FƏRYAD. MAŞUK MEŞƏSİ (2 saat)
Motivasiya
Şagirdlər insanın təbiətə verdiyi xeyir və zərərlə bağlı aşağıdakı cədvəli
doldururlar.
Oxu
Fəndaxili şaquli inteqrasiya (V sinif. 2.2.3. Mətndəki əsas fikri müəyyən -
ləş dirir). Bu dərsdə məzmunca bir-biri ilə bağlı iki şeir oxunmalıdır. Ona görə
də şagirdləri iki qrupa bölmək, hər qrupa bir şeir üzərində işi tapşırmaq
məqsə dəuyğundur.
Söz ehtiyatı
(St. 2.1.2) 
Fənlərarası inteqrasiya (“Ədəbiyyat”. VII sinif. 1.2.3. Bədii
nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual,
təkrir) rolunu aydınlaşdırır). 
Şagirdlərə şeirdəki bir sıra söz və ifadələri izah etmək tapşırılır.
“Fəryad” şeiri üzrə:
Standartlar
Təlim nəticələri
2.1.2. Mətndəki sözlərin həqiqi və ya
məcazi mənada işləndiyini izah edir. 
Mətndə məcazi mənada işlənmiş söz
və ifa də ləri müəyyənləşdirir və məna -
larını izah edir.  
2.2.1. Səs tonu, temp və fasiləni gözlə -
məklə mətni oxuyur. 
Səs tonu vasitəsilə şeirdəki ovqat və
əhvali-ruhiyyəni dinləyiciyə çatdırır.
1.1.1. Dinlədiyi məlumatda ton, əhvali-
ruhiyyə və emosiyanı müəyyən edir.
Şeiri dinləyərkən deklamasiya dakı ton,
əhvali-ruhiyyə və emo  siyanın təsirini
izah edir.
3.1.3. Qurduğu plan əsasında mətnin
hissələrini məntiqi cəhətdən əlaqələn -
dirir.
Verilmiş mövzu üzrə mətn yazmaq
üçün plan qurur.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
larına görə fərqləndirir.
Feilin təsriflənməyən formala rı nı fərq -
lən dirir. 
İnsanın təbiətə verdiyi
Xeyir
Zərər
Nəticələri
Nəticələri
83
ANA TƏBİƏT
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə