L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə36/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

Müəllimin nəzərinə!
Şagirdlər mürəkkəb cümlə anlayışı ilə hələ dərindən tanış deyillər.
Dərsliyin son bölmələrində bu mövzunu keçəcəklər. Bu dərsdə şa -
girdlərə yalnız izah etmək lazımdır ki, iki qrammatik əsası olan cümlələr
də var və bağ la yıcılar bu cümlələr arasında işlənə bilir. Gələcəkdə bu
mövzu də rin ləş diriləcəkdir.
Bundan əlavə, bağ layıcı cümlənin əvvəlində də işlənə bilər; nümunə: Adi
adam cəmiyyətə uyğunlaşmağa, güclü şəxsiyyət isə cəmiyyəti özünə uy -
ğunlaşdırmağa çalışır. Buna görə də dünyada tərəqqi və dəyişikliklər güclü -
lərin əlindədir. Görünür, dünyada ən ədalətlə paylanmış nemət ağıldır. Çünki
heç kəs ağlı nın azlığından şikayət etmir.
6-cı tapşırıq mənimsənilmiş dil qaydalarının yazılı nitqdə tətbiqini tələb edir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
106
IV 
BÖLMƏ
Çap üçün deyil


Dərs 24. QƏDİM YAZI MATERİALLARI (3 saat)
Motivasiya
Lövhədə müxtəlif şəkillər verilir: daş, ağac, qaya, vərəq, dəri, papirus. 
Tapşırıq. Tarixin müxtəlif dövrlərində bu materiallardan yazı yazmaq üçün
istifadə edilib. Onları xronoloji ardıcıllıqla düzün. 
Oxu
(St. 2.2.2)
Sinif mətnin hissələrinə uyğun olaraq dörd qrupa bölünür. Mətn
Ziqzaq üsulu ilə oxunur. Ekspertlər “doğma” qrupa qayıtdıqdan və qrup da -
xilində təqdimatlar edildikdən sonra 1-4-cü suallar cavablandırılır və mətnin
hissələri keçid cümlələr vasitəsilə əlaqələndirilir. 
(St. 2.1.1)
5-ci tapşırıqda verilmiş sözlərin mənası kontekstə görə müəyyən
olunur və lüğətin köməyi ilə dəqiqləşdirilir.
Yazı
(St. 3.1.2)
Hər qrupa mətnin bir hissəsi ilə bağlı əlavə mətn təqdim olu nur
və tapşırılır ki, onlara təqdim edilmiş mətndən istifadə etməklə dərslikdəki
mətnin müvafiq hissəsini genişləndirsinlər.  
I qrup (I hissə – gil, daş):
Daş kitabələr xalqın tarixini öyrənmək üçün ilkin və ən dəqiq mənbələrdən
biridir. Azərbaycanın müxtəlif guşələrində, o cümlədən Bakıda, İçərişəhərdə
tarixi-memarlıq abidələri üzərindəki yazılar həmin dövrün hökmdarları, sənət
adamları, tarixi hadisələri haqqında dəyərli məlumatlar verir.
II qrup (II hissə – papirus):
Bir sıra mənbələrdə qeyd edilir ki, məşhur alim Maninin (216-276) kitabları
da papirus vərəqlərində yazılmışdır. Əsərləri Azərbaycanda və bütün dünyada
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələri ara sın -
dakı əlaqəni müəyyənləşdirir.
Keçid cümlələr əlavə etməklə mətnin
tərkib hissələrini əlaqələndirir.
2.1.1. Tanış olmadığı sözlərin konteks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin kon tekstə görə
mənasını təxmin edir və lüğətin köməyi
ilə də qiq ləşdirir.
3.1.2. Topladığı fakt və hadisələrə mü -
nasibət bildirməklə mətni zənginləş 
-
dirir.
Mövzu üzrə verilmiş məlu mat ları mü-
vafiq hissələrə əlavə et mək lə mətni yeni
tezislərlə zən  ginləşdirir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
landırılmış olub-olmamasını müəyyən -
ləşdirir.
Dinlədiyi mətndəki məlu matla rın əvvəl
əldə etdiyi biliklərə nə dərəcədə uyğun
gəldiyini müəy yənləşdirir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı
qaydalara əməl edir.
Mürəkkəb bağlayıcıları orfoqrafik qay-
daya uyğun şəkildə yazır.
107
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


böyük şöhrət qazanmış Mani 216-cı ildə Azərbaycanın Həmədan şəhərində
doğulmuş, sonralar Babilə köçmüşdür. Müəyyən edilmişdir ki, Misirdə tapılmış
20 min papirus vərəqdən ibarət 7 kitabın müəllifi Manidir. 
Papirus üzərində yazıları araşdıran papirologiya elmi də öz adını bu söz -
dən almışdır. 
III qrup (III hissə – perqament):
Evmenin ixtirasından xeyli əvvəl də heyvan dərisindən yazı üçün istifadə
olunurdu. Məsələn, məlumdur ki, Zərdüştün “Avesta” kitabı 12 min inək dərisi
üzərində yazılmışdı. Nəzərə alsaq ki, Miladdan öncə IV əsrdə İranı zəbt etmiş
Makedoniyalı İsgəndər “Avesta”nın bir hissəsini yandırmış, bir hissəsini də -
nizə atdırmışdı, deməli, dəri üzərində yazının tarixi daha uzaq keçmişə aiddir. 
IV qrup (IV hissə – ipək):
Ərəb səyyahlarının verdiyi məlumatlara görə, orta əsrlərdə Bərdədə, Ər də -
 bildə, Şamaxıda istehsal olunan ipək parça və boyaq Azərbaycandan xeyli
uzaq larda şöhrət tapmışdı. Şirvan ipəyinin tərifi isə hələ ərəb xilafətindən əv -
vəl bütün Şərqə yayılmışdı. IX əsrdən dünyada tanınan Şamaxı ipəyi Ru si -
ya dan başqa, Asiya və Avropanın bir çox öl kələrinə gön dərilirdi.
Dinləmə
(St. 1.1.2)
Hər qrup öz hissəsini əlavə edilmiş yeni məlumatla birlikdə sinfə
təqdim edir. Dərslikdəki mətnlə tanış olan digər qruplar burada hansı mə  lumatın
yeni olduğunu, bu məlumatın əsas mövzu ilə necə bağlandığını müəy yənləşdirir.
Bu tapşırıq şagirddə həm müxtəlif mənbələrdən alınmış məlu matları ümumiləş -
dirib (uyğunlaşdırıb) mətn şəklinə  salmaq, həm diqqətli oxu, həm də dinləyib-
anlama bacarığını inkişaf etdirir.
Dil qaydaları
(St. 4.1.4) 
6-cı tapşırıq dil qaydalarına keçid məqsədi daşıyır. Şagirdlər
müəyyən edirlər ki, bəzi bağlayıcılar bir neçə sözdən ibarət olur.
7-ci tapşırıqda nöqtələrin yerinə qoşa işlənən mürəkkəb bağlayıcılar ya -
zıl malıdır.
1 – həm, həm də; 2 – həm, həm də; 3 – gah, gah da, gah da ki; 
4 – nə, nə də; 5 – ya, ya da
8-ci tapşırıq. Şagirdlər, adətən, mürəkkəb bağlayıcıların yazılışında səhvə
yol verirlər. Bu tapşırıq mürəkkəb bağlayıcıların yazılış qaydalarını mənim sə -
məyə və yazılı nitqdə tətbiqinə xidmət edir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
108
IV 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə