L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə35/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

10-11-ci tapşırıqları yerinə yetirməklə şagirdlər bağlayıcıları yerli-yerində
işlətmək bacarığına yiyələnirlər.
12-ci tapşırıqda cümlədə eyni funksiya daşıyan bağlayıcılar aşkar edilir. 
“və ya” – “yaxud” (1 – B);
“O cümlədən” – “eləcə də” (2 – D);
“İlə” – “və” (3 – A);
“Lakin” – “fəqət” (4 – C).
Bu bağlayıcıların nə üçün bir-birini əvəz edə bildiyini şagirdin yaxşı dərk
etməsi üçün onların diqqətini həmin bağlayıcıların cümlədə hansı qrammatik
mə na yaratmasına yönəltmək lazımdır. Belə ki, “və ya”, “yaxud” bölüşdürmə,
“o cümlədən”, “eləcə də” iştirak, “ilə”, “və” birgəlik, “lakin”, “fəqət” qarşılaş dır -
ma mənası verir. Bağlayıcıların qrammatik məna yaratmasını izah etmək üçün
müəllim müxtəlif yollardan istifadə edə bilər. Məsələn: “Şeirdə və ya musiqidə
də elmə rast gəlmək olur” cümləsində “o cümlədən” bağ layıcısını işlətsək,
cümlənin mənasında müəyyən dəyişiklik ya ra nacaq dır. Əgər birinci halda  şeir
və musiqi ayrı-ayrı anlayış kimi nəzərdə tutulubsa, ikin  ci halda hər ikisi eyni
səviyyədə qəbul edilmiş kimi görünür.
Şagirdlərə əlavə məlumat kimi demək lazımdır ki, bağlayıcılar, əsasən,
sözlərdən ayrı yazılır. Yalnız “ilə” bağlayıcısının ixtisar forması (-la,-lə)  sözlərə
bi tişik şəkildə yazılır. “İlə” bağlayıcısının ixtisar formasını qoşmadan fərqlən -
dirmək üçün onu “və” bağlayıcısı ilə əvəz etmək lazımdır. 
Bundan əlavə, qeyd etmək lazımdır ki, “və” bağlayıcısını cümlədə vergül
işarəsi ilə əvəz etmək olar. 
13-cü tapşırıqda şagirdlər verilmiş aforizmləri şərh etməli və isə bağlayıcı -
sı na dair sualları cavablandırmalıdırlar. 
Qırmızı ulduz işarəsi ilə verilmiş sualı cavablandırarkən şagirdlər diqqət
yetirməlidirlər ki, adətən, bağlayıcılar əlaqə yaratdıqları cümlələr və cümlə
üzvlərindən əvvəl işlənir, isə bağlayıcısı əlaqə yaratdığı sözlərdən sonra işlənir;
məsələn: Hamı ilə görüşdüm, ancaq səni görə bilmədim.
Hamı ilə görüşdüm, səni isə görə bilmədim.
İsə bağlayıcısı amma, ancaq, lakin, fəqət bağlayıcıları ilə sinonim sayıla
bilər. Bunu yoxlamaq üçün şagirdlərə cümlə qurmaq və bağlayıcıları bir-biri ilə
cümlə daxilində əvəz etmək tapşırılmalıdır. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
103
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


Dərs 23. YAZI – PİKTOQRAMDAN HƏRFLƏRƏ (3 saat)
Motivasiya
Lövhədən ədalət ilahəsi Femidanın şəkli asılır. Bu şəkil
haq qında şagirdlərin bilikləri yoxlanılır və ya fərziyyələr
söyləmək tapşırılır:
– Sizcə, şəkildə kim təsvir olunub?
– Əlindəki tərəzi və qılınc nəyi bildirir? 
– Nə üçün qadının gözü bağlıdır?
(Ədalət ilahəsi olan Femidanın əlindəki tərəzi ədalət
simvolu, qılınc – ədalətin bərpası simvolu, gözün bağlı
olması qərəzsizlik, bitərəflik simvoludur.)
Daha sonra aşağıdakı şəkillərin mənası soruşulur.
Şəkillər üzrə ümumiləşdirmə aparılır və nəticə çıxarılır: – Konkret varlıqları
əks etdirən şəkillər vasitəsilə mücərrəd anlayışları ifadə etmək olar.
Oxu
(St. 2.1.1, st. 2.2.3) 
Fəndaxili şaquli inteqrasiya (VI sinif. 2.2.1. Mətndəki
əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır). Sinif
dörd qrupa bölünür. Hər qrupa mətnin bir hissəsini oxumaq və həmin hissəyə
uyğun açar sözlər seçmək tapşırılır. Qrupların hər biri öz hissəsinə daxil olan
Standartlar
Təlim nəticələri
2.1.1. Tanış olmadığı sözlərin kontek s -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin kon tekstə görə
mənasını təxmin edir və lüğətin köməyi
ilə də qiq ləşdirir. 
2.2.2. Mətnin tərkib hissələri arasın -
dakı əlaqəni müəyyənləşdirir.
Mətnə yeni məlumatlar əlavə edərkən
hissələr arasında əlaqə yaradır.
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Əlavə mənbələrdən istifadə et 
məklə
elmi mətndəki əsas fik ri daha qabarıq
nəzərə çat dırır. 
3.1.2. Topladığı fakt və hadisələrə mü -
nasibət bildirməklə mətni zəngi 
n ləş -
dirir. 
Mövzu üzrə verilmiş məlumatları mü-
vafiq hissələrə əlavə etməklə mətni yeni
tezislərlə zənginləşdirir.
4.1.3. Köməkçi nitq hissələrinin işlən -
mə məqamından asılı olaraq  durğu
işa rələrindən istifadə edir.
Bağlayıcılardan əvvəl və sonra durğu
işarələrinin işlənməsi qaydalarına riayət
edir.
104
IV 
BÖLMƏ
Çap üçün deyil


sözlərin mənasını kontekstə görə müəyyənləşdirir və 1-ci tapşırıqdan istifadə
etməklə izahları dəqiqləşdirir.
Qruplar öz işlərini təqdim etməzdən əvvəl açar sözləri izahlarla birlikdə
zəncirvarı şəkildə bir-birinə ötürür: 1-ci qrup 2-ciyə, 2-ci 3-cüyə, 3-cü 4-cüyə,
4-cü 1-ciyə. Hər qrup açar sözlərdən istifadə edərək həmin hissənin məz -
mununu təxmin edir və bunun əsasında mətn qurub danışır. Daha sonra
həmin hissəni oxumuş qrup təqdimat edir. Təqdimatlar (mətnlər) müqayisə
olunur. Qruplar bir-birini qiymətləndirir. (Açar sözlər düzmü seçilib? Məzmun
düzmü təxmin edilib?)
Şagirdlər təxminlərini təqdim edərkən mətndə öz əksini tapmayan, lakin
mövzu ilə bağlı olan vacib məqamlar da səslənə bilər. Həmin hissəni oxumuş
qrup bu məqamları qeyd etməli, əgər onlar mətndəki əsas fikri daha dolğun
ifadə etməyə imkan verirsə, təqdimat zamanı həmin məqamları nəzərə
almalıdır. 
Müəllimin nəzərinə!
Nəzərə almaq lazımdır ki, şagirdlər qədim dünya xalqlarının mədə -
niyyətini öyrənərkən bu mətndə əks olunmuş bir sıra məlumatlarla
tanış olublar. Ona görə də açar sözlərdən istifadə etməklə bu sahədəki
biliklərini nümayiş etdirə bilərlər. 
Şagirdlərin tərtib etdikləri açar sözlərin siyahısına nəzarət etmək
lazımdır. Yaxşı olar ki, siyahıda aşağıdakı sözlər də əks olunsun:
I hissə üçün: qaya rəsmləri, piktoqram, piktoqrafiya. 
II hissə üçün: yazı sisteminin yaranması, Misir, Çin, heroqlif.
III hissə üçün: şumerlər, mixi yazı, gil lövhələr, Assuriya, Aş şurbanipal.
IV hissə üçün: fonoqrafik yazı, Finikiya, əlifba.
Sonda şagirdlər mətndəki məlumatlardan çıxış edərək heroqlifləri, mixi
yazını, piktoqrafik və fonoqrafik yazını 2-ci tapşırıqda verilmiş şəkillərlə uy -
ğunlaşdırmalıdırlar. (A – 4;  B – 1;  C – 3; D – 2)
Fəndaxili üfüqi inteqrasiya. 
(St. 2.2.2, st. 3.1.2) 
3-cü tapşırıq yerinə
yetirilərkən qruplarla işi davam etdirmək olar. Şagirdlər bu tapşırıqda verilmiş
məlumatları mətndəki müvafiq hissəyə əlavə edərkən onları əlaqələndirmək
üçün keçid cümlələr yazmalı, inteqrasiya etdikləri cümləni kontekstə uyğun -
laş  dırmalıdırlar. 
Dil qaydaları
(St. 4.1.3) 
4-cü tapşırıq dil qaydalarına keçid məqsədi daşıyır. 
5-ci tapşırıq şagirdə nəzəri məlumatla tətbiqetməni birləşdirmək məqsədi
daşıyır. Şagird tezis şəklində verilmiş cümləni oxuyur və uyğun gə lən cümlə
ilə birləşdirərək qeydiyyat aparır.
Bütün bunlardan əlavə, şagirdlərə izah etmək lazımdır ki, bağlayıcılar təkcə
cümlə üzvləri və cümlələri deyil, abzasları da bağlaya bilər. 
105
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə