L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 25. EYNŞTEYN DƏRSLƏRİNDƏN “2” ALIRDI?  (3 saat)



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə37/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

Dərs 25. EYNŞTEYN DƏRSLƏRİNDƏN “2” ALIRDI?  (3 saat)
 
Motivasiya
Bu mətn bir qədər fərqli başlanğıca malikdir. Mətnin əvvəlində motivasiya
xarakterli  lətifə verilmişdir. Lətifə Eynşteyn haqqındadır və burada böyük ali -
min düşüncə tərzi, onun özünəməxsus təfəkkürü haqqında şagirdlərdə tə -
səvvür formalaşdırılır. 
– Alimin özünəməxsus yanaşma tərzi özünü nədə göstərir?
Müəllimin nəzərinə!
Belə mətnlər, bir növ, epiqraflı mətnlərə bənzəyir. Fərq ondan ibarətdir
ki, epiqraf mətnin ideyası ilə bağlı olur, motivasiya tipli lətifə və ya hər
hansı bir hadisənin təsviri isə oxucunu mətni oxumağa sövq edir. 
Oxu
(St. 2.2.3) 
Mətn səsli oxu ilə oxunur. Əvvəlcədən şagirdlərə belə bir cədvəl
təqdim edilir. Şagirdlər mətni oxuyandan sonra bu cədvəli doldururlar. 
(St. 2.1.1) 
1-ci tapşırıq. Şagirdlər mətni oxuduqca tanış olmayan sözlərin
mənasını lüğətdən tapır və onların işləndiyi cümlələrin mənasını izah edirlər. 
Şagirdlərə “Müəllimləri də Albertə eyni “məhəbbətlə” yanaşırdılar” cümlə -
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Verilmiş əlavə məlumatın mətndəki han -
sı fikri əsaslandırdığını müəyyən ləşdirir.
2.1.1. Tanış olmadığı sözlərin konteks -
tə uyğun mənasını dəqiqləşdirir.
Cümlədəki fikri izah etməklə tanış ol -
ma dığı sözün mənasını anladığını nü -
mayiş etdirir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
landırılmış olub-olmamasını müəy yən -
ləş dirir.
Dinlədiyi mətndəki məlu matla rın əvvəl
əldə etdiyi biliklərə nə dərəcədə uyğun
gəldiyini müəy yənləşdirir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, he ka -
yə) ifadə edir.
Tarixi şəxsiyyət haqqında əldə etdiyi
məlumatlardan çıxış edərək onun
haqqında hekayə yazır.  
4.1.3. Köməkçi nitq hissələrinin işlən -
mə məqamından asılı olaraq  durğu
işa rələrindən istifadə edir.
Bağlayıcılardan əvvəl və sonra durğu
işarələrinin işlənməsi qaydalarına riayət
edir.
Albert Eynşteyn
Milliyyəti
Yaşadığı ölkə
Təvəllüdü
Maraqları
Xarakterinə xas
olan cəhətlər
109
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


sində sözün nə üçün dırnaq içərisində verildiyini izah etmələri tapşırılır
(məcazi mənada işləndiyi üçün). 
2-ci tapşırıqda sillogizmi tamamlamaq tapşırılmışdır:
I mühakimə:  Qay Yuli Sezar “Qall müharibəsi haq qın da” əsərini latın 
dilində yazmışdı.
II mühakimə: A.Eynşteyn Sezarın “Qall müharibəsi haqqında” əsərini ori-
jinaldan oxuyurdu.
Nəticə: A.Eynşteyn latın dilini bilirdi.
(St. 2.2.3) 
4-cü tapşırığın məqsədi şagirdlərdə əlavə məlumatı uyğun gələn
hissəyə əlavə etməklə mətni zənginləşdirmək bacarığını inkişaf etdirməkdir.
Birinci lətifə mətnin sonuncu hissəsində ilk abzasdan sonra, ikinci lətifə isə
həmin hissədə ikinci abzasdan sonra əlavə edilməlidir. Şagirdlər tapşırığı
yerinə yetirdikdən sonra yeni faktların mətndəki hansı fikri əsaslandırdığını
müəyyənləşdirirlər.
Dinləmə
(St. 1.1.2) 
Tapşırıq: Mətnlərə diqqətlə qulaq asın. Hər mətndə alimin hansı
xüsusiyyə tindən bəhs edildiyini, bu məlumatların onun tərcümeyi-halına və
xarakterinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirin. Dərslikdəki mətndən
əldə olunmuş informasiya ilə müqayisə edin və münasibət bildirin. 
Sonra aşağıdakı mətnlər bir-bir oxunur. 
Eynşteynin orta məktəbdə pis oxuması haqqında fikri daha çox zəif şagird -
lərdən və ya onların parlaq gələcəyinə ümidlərini itirməmiş valideynlərdən eşit -
mək olar. Alimin bəzi bioqrafları da onun tərcümeyi-halını yazarkən ya n lış lığa yol
veriblər. Məsələn, onlardan biri İsveçrənin orta məktəblərində tətbiq olunan bal
sistemini alman məktəblərindəki bal sistemi ilə səhv salaraq dahi fizikin aşağı
qiymətlərlə oxuduğunu yazıb.
(Mətnə görə, Eynşteyn orta məktəbdə heç də pis oxumayıb.)
***
1922-ci ildə artıq dünya miqyasında tanınmış Eynşteyn gənc bir alimin as-
tronomiya sahəsindəki yeniliklərini tənqid edir. Gənc astronom ona məktub
yazaraq öz nəzəriyyəsini ətraflı şəkildə izah edir. Bundan sonra Eynşteyn mət -
buatda çıxış edərək gənc həmkarından üzr istəmiş və onun elmi fikirlərinə dəstək
vermişdir.
(“Eynşteyn təkəbbürdən uzaq adam idi. Həmişə deyirdi ki, o da səhv edə bilər
və əgər, doğrudan da, səhv edirdisə, bunu hamının qarşısında etiraf edirdi”.)
***
1934-cü ildə ABŞ-da yaşayanda Eynşteyn nasist Almaniyasından qaçmış elm
və incəsənət xadimlərinə yardım üçün xeyriyyə konserti vermiş, bu kon sertdə
şəxsən özü skripkada Mosartın əsərlərini ifa emişdi.
(Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük alim doğ ma ölkəsini
tərk etməli oldu.)
110
IV 
BÖLMƏ
Çap üçün deyil


***
Bir qadın rəfiqələrinin yanında özünü çox ağıllı göstərmək üçün Eynşteynə
yaxınlaşıb soruşur: 
– Bağışlayın, siz mənə zamanla əbədiyyət arasındakı fərqi başa sala bilər -
siniz?
– Bilirsiniz, – deyə Eynşteyn cavab verir, – bu fərqi başa salmaq üçün mənim
zamanım çatsa idi belə, onu anlamaq üçün sizə əbədiyyət lazım 
gələrdi.
(“Bu dahi haqqında lətifələrin çox olması, bəlkə də, onun özünün dərin yumor
hissinə malik olmasından irəli gəlirdi”.)
Yazı
Çaplinlə Eynşteynin yazışmasını oxuyarkən şagirdlərin diqqətini teleqra -
mın yazılmasına yönəltmək olar. Şagirdlər “Polyanna” mətnindən teleqramın
ya zıl ması qaydası ilə artıq tanış olmuşlar. Teleqramdakı yazının qısa və
lakonik olmasını bir daha onların nəzərinə çatdırmaq lazımdır.
(St. 3.1.1) 
Şagirdlərə tapşırılır ki, Eynşteynin tərcümeyi-halı və xarakteri
haqqında aldıqları məlumatlar əsasında məktəbli Albert Eynşteyn haqqında
hekayə yazsınlar. Bununla bağlı müəllim şagirdlərə bəzi təlimatlar verə bilər. 
Dil qaydaları
(St. 4.1.3) 
5-ci tapşırıq bağlayıcılardan əvvəl və sonra vergülün işlənməsi
qaydalarına aiddir. 6-cı tapşırıqda şagirdlərdən tələb olunur ki, cümlələrin
mənasından çıxış edərək uyğun gələn hissələrə bağlayıcılar artırsınlar və
durğu işarələrini ye rində işlətsinlər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh.18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Dərs 26. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat) 
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba ca -
rıqların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.  Şagirdlərə aşağıdakı
mövzu üzrə esse yazdırmaq tövsiyə olunur: “Həyatımda etdiyim hansı səhv
hərəkətimi düzəltmək istərdim”.
111
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə