L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə45/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

4. Altından xətt çəkilmiş sözlərdən hansı modal söz deyil?
__________
5. Mətndə “Oxu, tar” şeirindən gətirilmiş misrada “Ey” nidasından sonra
vergül işa rəsinin nə üçün qoyul ma dı ğını izah edin. 
______________
6. Nümunələrdən köməkçi nitq hissələrini seçib aşağıdakı cədvəldə qrup -
laş dırın.
1. Nə yaman olur eldən ayrı düşəndə,
Bəlkə də, yaxşı-yaman qanmamışam mən.
2. Qoy sənə desinlər, ay qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!   
3. Ömür sürməli dövrandır,
Səsin gəlsin barı, bülbül.
4. Aman, ovçu, vurma məni!
Mən bu dağın maralıyam.  
(Xalq mahnılarından)
7. Cümlələrdə müvafiq yerlərə durğu işarələri əlavə edin.
1. Neynim aman aman sarı gəlin (Xalq mahnısı)
2. Məncə döyüşə hazır olan əsgər artıq qələbə çalıb
3. Vay-vay nə yaman yarıldı bağrım
Bir nazik ipə sarıldı bağrım (M.Ə.Sabir)
4. Ey daşlaşan, torpaqlaşan ulu babam
Dünənindən bu günündən uzaqlaşan ulu babam (M.Araz)
5.  Kobudluğun iki səbəbi var: birincisi hirsdir ikincisi isə onu idarə
edə bilməməkdir 
8. Verilmiş sözləri köməkçi nitq hissəsi kimi cümlədə işlədib yazın.
bircə, şübhəsiz,  elə, əhsən, məgər, xülasə
__________________________________________________________
__________________________________________________________
__________________________________________________________
__________________________________________________________
__________________________________________________________
__________________________________________________________
 __________________________________________________________
__________________________________________________________
Ədat
Nida
Modal söz
134

BÖLMƏ 
Çap üçün deyil


VI BÖLMƏ
İXTİRALAR VƏ KƏŞFLƏR
135
İXTİRALAR VƏ KƏŞFLƏR
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
33.
İsaak Nyuton
Köməkçi və əsas nitq
hissələrinin omonimliyi
2.2.3, 2.1.1, 1.1.2,
3.1.1, 3.1.2, 4.1.2   
3
126-129 136-139
34.
Avtomobil
Köməkçi nitq hissələrinin
omonimliyi
2.2.3, 1.2.1, 2.1.1,
1.1.2, 3.1.3, 3.1.1,
4.1.2, 4.1.3  
3
130-133 140-142
35.
Bumeranqı kim icad edib
Bağlayıcı, ədat, yoxsa
şəkilçi?
1.2.1, 2.1.1, 2.2.2,
3.1.1, 4.1.2   
3
134-137 143-145
36.
Əl-Xarəzmi
Köməkçi nitq hissələrinin
sinonimliyi 
2.2.3, 2.1.1, 1.2.2,
2.2.2, 4.1.2    
4
138-141 146-148
37.
Kompüter oyunlarını kim
ixtira edib
2.2.3, 2.1.1, 3.1.3
1.1.2, 1.2.4, 4.1.2
3
142-145 149-153
38.
Ümumiləşdirici təkrar
2
146
152
Kiçik summativ
qiymətləndirmə
1
154-155
Yekun
19
saat
Çap üçün deyil


VI 
BÖLMƏ
Dərs 33. İSAAK NYUTON (3 saat)
Motivasiya
Müəllimin nəzərinə!
Bu dərs fizika fənni ilə inteqrasiya üzərində qurulmuşdur. Fizika üzrə
fənn kurikulumuna əsasən, şagirdlər 7-ci sinifdə cazibə qüvvəsi ilə
tanış olurlar ( 2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri
izah edir. 2.1.2. Qravitasiya sahəsinə dair məsələlər həll edir).
Müəllim hər hansı predmeti (qələmi, tabaşiri) yuxarı qaldırır və əlindən yerə
salır. Sual: – İndi gördüyünüz hadisədə fizikanın hansı qanunu özünü gös -
tərdi? Bu qanunu kim kəşf edib? 
Şagirdlər qravitasiya qanunu ilə bağlı biliklərini nümayiş etdirirlər. 
Müəllimin nəzərinə!
Elmi ədəbiyyatda cazibə qüvvəsinin ilk dəfə hind alimləri, yunan alimi
Aristotel, fars alimi Məhəmməd ibn Musa, əl-Biruni, ingilis alimi Robert
Huk və başqaları tərəfindən izah edildiyi göstərilir. Lakin Yerin cazibə
qüvvəsini ilk dəfə riyazi şəkildə təsvir edən İsaak Nyuton olmuşdur.
Daha sonra BİBÖ cədvəli üzərində işə keçmək olar.
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Əlavə məlumatlarla müqayisə apararaq
mətndəki fikrin həqiqiliyini sübut edir.
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin kon tekstə görə
mənasını təxmin edir və lüğətin köməyi
ilə də qiq ləşdirir.  
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
landırılmış olub-olmamasını müəy  yən -
ləş dirir. 
Dinlədiyi mətndəki məlu matla rın əvvəl
əldə etdiyi biliklərə nə dərəcədə uyğun
gəldiyini müəy yənləşdirir. 
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, heka -
yə) ifadə edir.
Dinlədiyi və oxuduğu mətndəki məlu -
mat ları ümumiləşdirərək ifadə yazır.
3.1.2. Topladığı fakt və hadisələrə
mü nasibət bildirməklə mətni zən gin -
ləşdirir.
Dinlədiyi mətn üzrə yazısını oxuduğu
mətndən əldə etdiyi məlumatlarla
zənginləşdirir.
4.1.2. Sözləri ümumi qrammatik məna -
la rına görə fərqləndirir.
Sözlərin mətndəki yerinə görə əsas və
ya köməkçi nitq hissəsi olduğunu müəy   -
yən edir.
136
Çap üçün deyil


İXTİRALAR VƏ KƏŞFLƏR
Oxu
(St. 2.2.3; 2.1.1)
Fəndaxili şaquli inteqrasiya (VI sinif. 2.2.1. Mətndəki
əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır). Mətn
Qeyd götürməklə oxu üsulu ilə oxunur. Oxudan əvvəl hazırlanmış cədvəl
cütlərə paylanır (lövhədə də çəkilə bilər). Şagirdlərə  oxu prosesində “İsaak Nyu-
ton” mətnində rast gəldikləri faktları, tanış olmayan sözləri seçmək, sözlərin
mənasını kontekstə uyğun izah etmək tapşırılır.
Cədvəldə aparılan qeydlər mətndən sonra qoyulmuş bir sıra tapşırıqların
icrası zamanı istifadə ediləcək. Şagirdlərə də bildirmək lazımdır ki, qeydləri
diqqətlə aparsalar, heç bir vacib faktı diqqətdən kənar qoymasalar, ilk baxışdan
çətin görünən tapşırıqları da asanlıqla yerinə yetirə biləcəklər.
1-ci mətndaxili tapşırığın icrası şagirdlərin məntiqi təfəkkürünün inkişafına
xidmət edir. Nyutonun it üçün açdığı böyük dəlik kifayət edərdi ki, oradan həm
it, həm də pişik keçsin. Pişik üçün əlavə bir dəliyin açılmasına ehtiyac yox idi. 
3-cü və 4-cü tapşırıqlar da məntiqi xarakterlidir: hər ikisində sillogizm qurmaq
tələb olunur. 3-cü tapşırığı cavablandırarkən şagirdlər cədvəldə qeyd etdikləri
iki fakta diqqət yetirməlidirlər:
I mühakimə: 1666-cı ildə Nyuton öz bağında dincələn zaman başına alma
düşdü.
II mühakimə: Bundan 20 il sonra o, cazibə qüvvəsi haqqında fikirlərini qanun
formasına saldı.
Nəticə: Ümumdünya cazibə qanunu 1686-cı ildə kəşf edildi.
4-cü tapşırıq üçün tərtib olunmuş sillogizm:
I mühakimə: Nyuton 1643-cü ildə anadan olmuşdur.
II mühakimə: Nyuton 84 il yaşamışdır.
Nəticə: Nyuton 1727-ci ildə vəfat etmişdir. 
Deməli, “1731-ci ildə, Nyutonun ölümündən bir il sonra” ifadəsi doğru deyil.
5-ci tapşırığı cavablandırarkən şagirdlər müvafiq abzasdakı “deyilənə görə”
ifadə sinə diqqət yetirməlidirlər.
Mətn üzərində iş bitdikdən sonra BİBÖ cədvəlinin 3-cü sütununda qeydlər
aparılır. Bu zaman şagirdlər dərsin əvvəlində verilmiş qeydlər cədvəlindən is ti -
fadə edə bilərlər. Lakin müəllim bildirir ki, BİBÖ cədvəli üzrə iş bitməyib, indi səs -
ləndirəcəyi dinləmə mətnində onlar yeni məlumatlarla qarşılaşacaqlar.
İSAAK NYUTON HAQQINDA
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
Hadisələr və onların baş verdiyi tarix
Tanış olmayan sözlər 
137
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə