L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə46/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

VI 
BÖLMƏ
138
Dinləmə
(St. 1.1.2) 
Aşağıdakı dinləmə materialı dərslikdə verilmiş mətndəki alma
əhvalatına yeni, fərqli baxış ortaya qoyur. Bu isə faktları müqayisə etməklə nəticə
çıxarmağa – hansının doğru, hansının yanlış olduğunu müəyyənləşdirməklə
şagirdlərə 1.1.2 standartını reallaş dırmağa imkan verir. 
Mətnin diqqətlə dinlənilməsi üçün müəllim aşağıdakı iş vərəqini şagirdlərə
paylayır:
DOĞRUDANMI, NYUTONUN BAŞINA ALMA DÜŞÜB? 
Bu sirrin üstünü Britaniya Kral Cəmiyyəti yalnız 2010-cu ildə açıb. Cəmiy -
yət Nyutonun dostu və bioqrafı Uilyam Staklinin qələminə məxsus, həmin
vaxtadək arxivdə saxlanılan əlyazmanı saytda yerləşdirib.
Stakli “İsaak Nyutonun həyatı haqqında xatirələr”ində yazır ki, alma
əhvalatı 1666-cı ildə baş verib. O vaxt Londonda vəba epidemiyası yayıldığı
üçün Kembric Universiteti müvəqqəti bağlanmışdı və Nyuton kənddəki evinə
qayıtmalı olmuşdu. Evin gözəl bağı var idi, alim orada oturub düşünməyi se-
virdi. Stakli yazır: “İsaak mənə dedi ki, cazibə qüvvəsi haqqında ideya onun
başına belə bir şəraitdə gəlib. O, bağda oturub düşüncələrə dalıbmış, birdən
yanında bir alma yerə düşüb”. Belə çıxır ki, alma Nyutonun başına yox,
yanında yerə düşüb.
Elə isə Nyutonun başına alma düşməsi haqqında rəvayətin müəllifi
kimdir? Məlumdur ki, bu haqda ilk dəfə fransız mütəfəkkiri Volter yazıb.
Filosofun yazdığına görə, ona bu rəvayəti Nyutonun yaxın qohumu Katarina
Barton danışıbmış. Tədqiqatçıların fikrincə, “başına düşən alma” nağılını
Katarinaya alim özü danışıb. Görünür, o, kəşf etdiyi qanunun məğzini qıza
daha təsirli və anlaşıqlı yolla başa salmaq üçün belə deyib. 
Nyutonun alma ağacının sonrakı “taleyi” də maraqlıdır. Ağacın ömrü
sahibinin ömründən qat-qat uzun olub və məşhurluqda heç də dahi fizikdən
geri qal mayıb. Bu ağac indi də Nyutonun turizm obyektinə çevrilmiş bağında
qal maq dadır. Hər il Nyutonun alma ağacına baxmaq üçün bu bağı on minlərlə
turist zi ya rət edir. Ağacı turistlərdən qorumaq üçün 2012-ci ildə onu hasara
alıblar.
Şagirdlər mətni dinlədikdən sonra əvvəl aldıqları məlumatlarla müqayisələr
aparır və BİBÖ cədvəlində yeni qeydlər edirlər.
DOĞRUDANMI, NYUTONUN BAŞINA ALMA DÜŞÜB? 
Şəxsin adı
Kim olub?
Nə edib?
Çap üçün deyil


İXTİRALAR VƏ KƏŞFLƏR
139
Yazı
(St. 3.1.1; 3.1.2)
Şagirdlər dinlədikləri mətni qravitasiya qanunu haqqında
bilikləri və dərslikdə oxuduqları mətndən aldıqları məlumatlarla zənginləş -
dirərək “Ümumdünya cazibə qanununun kəşfi və ya Nyutonun alma əhvalatı”
mövzusunda ifadə yazırlar. 
Dil qaydaları
(St. 4.1.2)
6-cı tapşırıq dil qaydaları üçün motivasiya rolunu oynaya bilər. 
Oxunmuş mətndəki cümlədə (
Belə
bir uşağın gələcəkdə böyük alim olacağı
heç kəsin ağlına 
belə
gəlmirdi) göy rənglə yazılmış sözlərə sual verməklə
həmin sözlərin əsas və köməkçi nitq hissəsi olduğunu müəyyənləşdirmək
tələb olunur.
Dərslikdəki nəzəri material mənimsədilir: müəllim əsas və köməkçi nitq his -
sələrinin omonimlik yaratdığını qeyd edir, onları fərqləndirərkən kö məkçi nitq
hissələrinin heç bir suala cavab vermədiyini və cümlə üzvü ol 
madığını
vurğulayır.
Dərsin sonrakı mərhələsində müxtəlif köməkçi nitq hissələri ilə əsas nitq
his sələrinin omonimliyi faktı müşahidə edilir. 7-ci tapşırıq ədatlarla əsas nitq
his sələrinin omonimliyinə aiddir. Tapşırığın icrasından sonra nəticə çıxarılır:
Əsas nitq hissələri cümlədən çıxarıldıqda informasiya yarımçıqlığı ya ranır.
Ədatın çıxarılması isə cümlənin ifadə etdiyi fikri dəyişmir, yalnız təsir gücünü
azaldır. 8-ci tapşırığın icrası zamanı qoşmalarla əsas nitq hissələri müqayisə
edilir. Nəticə: Qoşmalar aid olduğu sözlə birlikdə, əsas nitq hissəsi isə ayrı -
lıq  da suala ca vab verir.
9-cu  və 11-ci tapşırıqlar əvvəlki  tapşırıqlardan çıxarılmış nəticələri praktik
vərdişlərə çevirməyə xidmət edir.
10-cu tapşırığın icrası zamanı mətndəki modal sözləri seçmək lazımdır.
La kin mətndəki modal sözlərin ikisi əsas nitq hissələri ilə omonimlik təşkil edir.
Onları fərqləndirmək üçün həmin sözlərin intonasiyasına və suala cavab ver -
mə diyinə diqqət yetirilir.
Fəndaxili inteqrasiya 
(St. 4.1.2, st. 2.1.1).
12 və 13-cü tapşırıqlar dil
qaydaları üzrə praktik vərdişlərin formalaşdırılması ilə yanaşı, 2.1.1 stan dar -
tını reallaşdırır.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Çap üçün deyil


VI 
BÖLMƏ
140
Dərs 34. AVTOMOBİL (3 saat)
Motivasiya
Bir neçə sual qoyulur və Beyin həmləsi yolu ilə suallara cavab axtarılır:
1-ci sual: – Avtomobil nəyin hesabına hərəkətə gətirilir?
Cavablar arasında “mühərrik” sözü səsləndikdən sonra:
2-ci sual: – Mühərrik nəyin hesabına işləyir?
“Benzinin”, “qazın”, “elektrikin” cavabları səslənə bilər və bu cavabların
hamısı doğru hesab edilməlidir.
Daha sonra müəllim diaqnostik qiymətləndirmə məqsədi ilə (şagirdlərin
oxu nacaq mətnin mövzusu ilə bağlı bilikləri hansı səviyyədədir?) mühərrikin
işləmə prinsipi haqqında suallar verə bilər. 
Oxu
Fəndaxili şaquli inteqrasiya (VI sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə
çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır). Oxuya başlamazdan
əvvəl mətn aşağıdakı hissələrə bölünür: 
1. İlk 4 abzas (buxar mühərrikinin ixtirası). 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini
əlavə fakt və məlumatlarla əsas 
lan -
dırır.
Əlavə mənbələrdən istifadə et 
məklə
elmi mətndəki əsas fik ri daha qabarıq
nəzərə çat dırır. 
1.2.1. Fikrini müxtəlif formalarda ifadə
edir.
Topladığı faktlar əsasında şəkillərdən və
cədvəllərdən istifadə etməklə geniş mə -
lumat verir.
2.1.1. Tanış olmadığı sözlərin kontek s -
 tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözləri kon tekst dəki mə -
na sına uyğun ola raq cümlələrdə işlədir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
landırılmış olub-olmamasını mü əy yən -
ləşdirir.
Dinlədiyi mətndəki qaranlıq məqamları
aydınlaşdırmaq üçün suallar verir.
3.1.3. Qurduğu plan əsasında mətnin
his sələrini məntiqi cəhətdən əla 
qə -
ləndirir.
Verilmiş mövzu üzrə inşanın planını
qurur.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, he ka -
yə) ifadə edir.
Qurulmuş plan əsasında inşa yazır və
keçid cümlələr vasitəsilə his sələri əlaqə -
ləndirir.
4.1.2. Sözləri ümumi qrammatik mə -
na larına görə fərqləndirir.
Köməkçi nitq hissələrinin omonimliyini
müəyyən edir.
4.1.3. Köməkçi nitq hissələrinin işlən -
mə məqamından asılı olaraq durğu işa -
 rələrindən istifadə edir.
Köməkçi nitq hissələrinin işləndiyi cüm -
lələrdə durğu işarələrini yerli-yerində
işlədir.
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə