L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə42/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

iniltili bir xarıltı əvəz etdi. Qoca Palıda bir anlığa elə gəldi ki, ayağının
altından yer qaçdı və beynində dolaşan müdhiş fikirdən vahimələndi. 
Meşəni lərzəyə salan bu səsin nə olduğunu və haradan gəldiyini öyrən -
mək üçün qoca Palıd səs gələn tərəfə çaparlar yolladı. Geri dönən çaparlar
bəd xəbərlərlə qayıtdılar.  Dedilər ki, insanlar yaxınlıqdakı meşəni qırır və bu
işi əl boyda dəmir parçası ilə görürlər. Qoca Palıd həmin dəmir par ça sının
qocaman ağacı necə kəsdiyinə təəccüb etdi. Bu zaman çaparlar bal ta nın
uzun sa pının olduğunu dedilər. Sonra da  izah etdilər ki, həmin sap ol masa,
dəmir bal ta ilə heç nə etmək mümkün olmaz. Bunu eşitcək qoca Palıdın
gözlərinə qaranlıq çökdü, səsi titrədi. O, birtəhər özünü ələ alıb:
– Bəs  baltanın sapı nədəndir? – deyə təlaşla xəbər aldı. 
Baltanın sapının ağacdan olduğunu öyrənən qoca Palıd çox qüssələndi,
iri şaxəli budaqlarını astadan tərpədərək  dərindən bir “ah” çəkdi və dərdli-
dərdli:
– Elədirsə, hamımızı qırıb məhv edəcəklər, – dedi. 
Niyəsini soruşanda isə dünyagörmüş qoca Palıd dedi: 
– Çünki sapı özümüzdəndir...
Mənası: özünə yaxın bildiyin adamın dönüklüyü, xəyanəti daha ağır olur.
Şagirdlər mətni dinlədikdən sonra onun məzmununun “sapı özümüzdən
olan baltalar” məsəlinin mənasına və işlənmə məqamına nə dərəcədə uyğun
gəldiyini müəyyənləşdirirlər.
Danışma
(St. 1.2.1) 
3-cü tapşırığın icrası zamanı şagirdlər sillogizm qurmaqla Azər -
baycan radiosunun ilk dəfə efirə çıxdığı tarixi müəyyən edirlər. Bu zaman
onlar fikirlərini əsaslandırmaq üçün faktlardan çıxış edir, mühakimələrini mən -
tiqi ardıcıllıqla səsləndirirlər.
Sillogizm.
I mühakimə: 20 Yanvar faciəsi 1990-cı ildə baş vermişdir.
II mühakimə: həmin ildə radio 64 il idi ki, fəaliyyət göstərirdi.
Nəticə: Azərbaycan radiosu 1926-cı ildə fəaliyyətə başlamışdır.
4-cü tapşırığın icrası əlavə fakt və materiallara müraciət tələb edir. Bu za -
man tarix dərsliklərinə, eləcə də müxtəlif KİV-ə, internet resurslarına müraciət
etmək, evdə böyüklərlə məsləhətləşmək olar. 
Tapşırıq araşdırma tələb etdiyindən ev tapşırığı kimi verilir. 
Dinləmə
(St. 1.1.2) 
Oxunmazdan əvvəl müəllim şagirdlərin nəzərinə çatdırır ki,
mətndə fakt lar çoxdur. Dinləyərkən vacib faktların (əsasən, rəqəm və adların)
qeydiyyatı aparılmalıdır. Mətni dinlədikcə oradakı məlumatları dərslikdəki
mətnlə müqa yisə etmək üçün şagirdlərə aşağıdakı nümunə əsasında cədvəl
qurmaq tapşırılır:
125
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


AZƏRBAYCAN RADİOSU
6 noyabr 1926-cı il idi. Həmin gün respublika paytaxtının küçə və mey -
dan la rında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” sözləri ətrafa
ya yıldı. Bu, Azər bay can radiosunun səsi idi. Radioya təkcə Bakıda deyil,
ətraf yaşayış mən tə  qələrində də qulaq asa bilirdilər. Bu hadisə Azər baycan
xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Bakı studiyası əvvəlcə “İsmailiyyə” binasının üçüncü mərtəbəsində cəmi
üç otaqda fəaliyyət göstərirdi.  
İlk vaxtlar öz verilişlərini gündə bir saat ərzində yayan Bakı studiyası bir
aydan sonra verilişlərinin həcmini 3 saata çatdırmışdı. Həftədə bir dəfə
axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə
“Satira atəşi ilə”, “Ədəbiyyatın vəzifələri”, “Yeni həyat uğrunda”, “Radio saatı”
kimi verilişlər səsləndirilirdi.
İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin
görkəmli xadimləri fəal iştirak edirdilər. Üzeyir Hacıbəyli, Müslüm Maqoma -
yev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu
Sa rabski, Bülbül, Mustafa Mərdanov və başqalarının hazırladıqları bədii və
mu siqili verilişlər dinləyicilərin böyük marağına səbəb olurdu. Verilişlərin
səslən diyi vaxt həmişə qələbəlik olan Sabir bağında iynə atsan, yerə
düşməzdi. Skam yalarda yer tapa bilməyənlər ayaq üstə dayanıb qulaq
asırdılar. Onlar yüksəklikdə quraşdırılmış böyük reproduktordan ətrafa ya -
yı lan musiqi sədalarını dinləməkdən zövq alırdılar.
1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio Azər -
baycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yan va rın da özünü
daha  qabarıq şəkildə göstərdi. Televiziyanın enerji blokunu  par t ladıb sı ra -
dan çıxaran işğalçı sovet hərbçiləri Azərbaycan radiosunun əmək daşlarını
da efirdən uzaqlaşdırdılar. Hərbi  senzor radionun bütün fəaliy yətinə nəzarət
edirdi. 
Lakin həmin faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redak -
siyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra
bildi. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSR
Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla
bir başa efirdə çıxış etdi. Bildirdi ki, tökülən günahsız qanlara görə bütün mə -
suliyyət  SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşür. O,
Azərbaycan xalqının öz oğul və qızlarının faciəli surətdə həlak olmasını heç
kimə bağışlamayacağını bəyan etdi. 
Həmin bəyanata istinadən hazırlanan məlumat yanvarın 21-də efirə veri -
lən də texniki işçilər onu lentə yazdılar və gün ərzində bir neçə dəfə səs lən -
Yeni məlumatlar
Dərslikdəki mətnlə səsləşən
məlumatlar
126

BÖLMƏ 
Çap üçün deyil


dirməyə nail oldular. Xaricə yayım redaksiyası bu bəyanatı ərəb ölkələrinin,
İranın Tehran, Təbriz və Türkiyənin Ankara radiosu va sitəsilə bütün dünyaya
yay dı. Bakıdakı hərbi komendantlıq Azərbaycan radiosunun beynəlxalq
yayım imkanına malik ol duğunu tamam unutmuşdu. 
Yazı
(St. 3.1.4) 
5-ci tapşırığı yerinə yetirmək üçün müəllim şagirdlərə müəyyən
istiqamətlər verə bilər. Şagirdlərə bildirilir ki, geniş yayım şəbəkəsi olan in -
ternetdə yerləşdirilən mesajlardan fərqli olaraq teleqram yalnız konkret ün-
vana (şəxsə) göndərilir. Bu isə, öz növbəsində, teleqram mətninin məzmununa
da təsir edir. Ona görə də şagirdlər əvvəlcə yazacaqları teleqramın ünvanını
müəyyənləşdirirlər; məsələn, xaricdə yaşayan qohuma (tanışa, dosta), bey -
nəlxalq ictimai təşkilatlara, hər hansı öl kənin dövlət başçısına və s.
Beləliklə, bu fəaliyyət zamanı şagirdlərin diqqətini bir neçə məqama yö -
nəlt mək lazımdır:
1. İnformasiya vasitəsi (internet, yoxsa teleqram).
2. Yazının ünvanı.
3. Yazının məqsədi (məlumatlandırma, xahiş, çağırış).
4. Xəbərin həcmi – hadisə ilə bağlı ən vacib məlumatların seçimi.
Dil qaydaları
(St. 4.1.3) 
6-cı tapşırıq motivasiya xarakterlidir. Mətndə göy rənglə verilmiş
yəqin və sanki modal sözlərində durğu işarələrindən istifadə edil məsindəki
fərq şərh edilir. Müəllim modal sözlərin cümlədə vergüllə ayrıl ması ilə bağlı
qay danı və istisnaları qeyd etdikdən sonra çalışmalar üzərində iş aparılır. 
7-ci tap şırığın icrası zamanı əvvəlcə cümlələri oxutmaq lazımdır. Bu zaman
diq qəti modal sözlərin işlənmə məqamında intonasiyaya yönəltmək və durğu
işarələrindən istifadə etməklə cümlələri dəftərə köçür mək lazımdır.
8-ci tapşırığın icrası zamanı fonetik tərkib etibarilə eyni olan “sözsüz” ifadə -
si nin kontekstə uyğun vəzifəsi müəyyən edilir. Şagird ifa dənin modal söz və
ya əsas nitq hissəsi olduğunu müəyyən etdikdən sonra  fik rini əsaslan dır ma -
lıdır. Bunun üçün şagirdin diqqətini durğu işarələrinə yönəltmək lazımdır. Əs -
lin də, durğu işarələrini nəzərə almasaq, 1-ci nümunədəki “sözsüz” ifadəsini
də modal söz kimi qəbul etmək olar. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
127
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə