L Dərslik komplektinin ümumi prinsipləri


Dizayn elementlərini araşdıranlar



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə41/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

Dizayn elementlərini araşdıranlar sarayın quruluşu, onun dizayn ele -
ment ləri ilə bağlı faktları müəyyənləşdirir, qruplaşdırır və qeydlər götürürlər.
Sarayın memar və rəssamlarını tədqiq edənlər sarayın inşasında rolu
olan müxtəlif sənətkarlar haqqında məlumatları toplayıb sis tem ləşdirirlər.
Əlaqə axtaranlar 2-ci mətndaxili tapşırığın tələblərindən irəli gələn vəzi -
fə ləri yerinə yetirirlər. Bu ekspert qrupunun tərkibini müəyyən edər 
kən
şagirdlərin bacarığına fikir vermək yaxşı olar. Həmin ekspertlər təsviri
incəsənət fənnindən keçdiklərinə istinad edərək Şəki xan sarayında olan nə -
bati və həndəsi naxışlar haqqında məlumatlar hazırlayır, onu Azər bay ca nın
qə dim sənətlərindən biri olan xalçaçılıqla da əlaqələndirirlər.
Lüğətçilər isə mətndəki orijinal, buxarı və taxça sözlərinin kontekstdəki
mənasını dəqiqləşdirir və onları yeni cümlələrdə işlədirlər. 
Ekspertlər “doğma” qruplarına qayıtdıqdan sonra mətn haqqında bütöv mən -
zə rə yaratmaq imkanı qazanır. Hər bir ekspert əldə etdiyi məlumatı “doğma”
qrup da təqdim etdikdən sonra müəllim mətnin hər bir hissəsinə ad verməyi
tapşıra bilər (5-ci tapşırıq). 
Danışma
(St. 1.2.4) 
Tədqiqatın nəticəsi müzakirə olunur. Ekspertlərin çıxışlarını
dinləyən digər şagirdləri də müzakirəyə cəlb etməklə fikir müxtəlifliyinə və
rəngarəngliyinə nail olmaq mümkündür.
4-cü tapşırıq araşdırma tələb etdiyindən evdə işləmək təklif edilə bilər.
Dil qaydaları
(St. 4.1.2) 
7-ci tapşırıqdan dil qaydaları üçün motivasiya kimi istifadə etmək
olar. Şagirdlər kontekstdən asılı olaraq nöq tə lərin yerinə təəssüf ki, əlbəttə ki
sözlərini artırırlar. Müəllimin yönəldici sualları ilə şagirdlər bu cür sözlər
vasitəsilə danışanın ifadə etdiyi fikrə münasibət bildirdiyini anlayırlar.
8-ci tapşırığın icrası zamanı şagirdlər yeni aldıqları məlumata əsasən veril -
miş cüm lələrdə danışanın  modal sözlər vasitəsilə ifadə etdiyi fikrə hansı
münasibət bildirdiyini müəyyənləşdirirlər.
9-cu tapşırıqda isə nöqtələrin yerinə təklif edilmiş modal sözlərdən uyğun
gələnlərini artırmaq lazımdır. Bu zaman şagirdlər modal sözlərin işlənmə mə -
qamlarını müəyyənləşdirirlər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
122

BÖLMƏ 
Çap üçün deyil


Dərs 30. DÜNYA 20 YANVARDAN NECƏ XƏBƏR TUTDU (4 saat)
Motivasiya
Şaxələndirmə texnikasından istifadə edərək motivasiya yaratmaq olar.
“KİV nədir?” sualına alınan cavablar sırasında radio adı da çəkildikdən
sonra yenidən sual verilir:
– KİV-in ictimai fikrin formalaşmasında, cəmiyyətin məlu matl an dı rıl ma sın -
da rolu haqda nə deyə bilərsiniz.
Oxu
Fəndaxili şaquli inteqrasiya (VI sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə
çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır). Mətn Cütlüklərdə
oxuma – cütlüklərdə ümumiləşdirmə texnikası ilə oxu nur. 
Standartlar
Təlim nəticələri
2.2.1. Səs tonu, temp və fasiləni göz lə -
məklə mətni oxuyur. 
Təsvir edilən hadisələrə münasibətini
ifadə etmək üçün mətni müvafiq səs
tonu, temp və fasilələrlə oxuyur.
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözlərin kon tekstə görə
mənasını təxmin edir və lüğətin köməyi
ilə də qiq ləşdirir. 
1.2.1. Fikrini müxtəlif formalarda ifadə
edir.
Müxtəlif mənbələrdən topladığı məlu -
mat ları məruzə şəklində təqdim edir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
landırılmış olub-olmamasını müəy yən -
ləşdirir.
Dinlədiyi mətndəki məlumatların əvvəl
əldə etdiyi biliklərə nə dərəcədə uyğun
gəldiyini müəyyənləşdirir.
3.1.4. Müxtəlif əməli yazılar (teleqram,
izahat) yazır.
Məqsəddən asılı olaraq əməli yazının
növünü, forma və məzmununu müəy -
yənləşdirir.
4.1.3. Köməkçi nitq hissələrinin işlən -
mə məqamından asılı olaraq  durğu
işa rələrindən istifadə edir.
Modal sözlərin işlənmə yerindən asılı
olaraq durğu işarələrindən istifadə edir.
KİV nədir?
123
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


Əvvəlcə şagirdlər bütün mətni səssiz oxuyurlar. Sonra mətni oxuyub sual
hazırlamaq üçün hər cütlüyə (şagirdlərin sayı çox olarsa, bir neçə cütlüyə) bir
abzas tapşırılır. Cütlüklərə tapşırılır ki, müvafiq hissəni oxuduqdan sonra onun
məzmun və mahiyyətini açıqlayan iki və ya daha artıq sual tərtib etsinlər.  
İş davam etdirilir. Tapşırığı yerinə yetirmək üçün vaxt müəyyənləşdirilir. Hər
bir abzas səssiz oxunur. Müəyyən edilmiş vaxt ərzində cütlüklər abzası oxu -
yur, sual hazırlayır, ümumiləşdirmələr aparırlar. 
(St. 2.2.1) 
Cütlüklərin təqdimatları dinlənilir. Vətənpərvərlik ruhunda yazıl -
mış bu mətn ekspressiv hissələrlə zəngindir. Bu da 2.2.1 standartını real -
laşdırmağa imkan verir. Müəllim şagirdlərə tapşırır ki, abzasları oxuyarkən
his lərini gizlətməsinlər, düzgün səs tonu seçməklə, temp və fasiləni göz -
ləməklə mətndəki hadisələrə və obrazlara münasibətlərini ifadə etsinlər.
Sual-cavab prosesində sualların əhatəli, düşündürücü olmasına,
ümumiləşdirmələrin düzgün aparılmasına diqqət yetirilir. Lazım gəldikdə
səsləndirilmiş abzas üzrə sual vermək üçün başqa cütlüklərə də müraciət
etmək olar. 
Bu dərsdə oxu üzrə müsabiqə keçirmək də yerinə düşərdi. Müsabiqənin
meyarları barədə əvvəlcədən şagirdləri xəbərdar etmək lazımdır:
1. Mətni oxuyan səs tonu, temp və fasilələrlə hiss-həyəcanını ifadə edə
bildimi?
2. Qoyulmuş suallar parçadakı əsas fikri müəyyən etməyə nə dərəcədə
yardım edir?
3. Ümumiləşdirmə mətndəki əsas məlumatları və fikri əhatə etdimi?
Söz ehtiyatı
(St. 2.1.1) 
Mətndə olan “fövqəladə vəziyyət”, “enerji bloku”, “senzura”,
“senzor”, “pra porşik” söz və ifadələri (1-ci tapşırıq) kontekstdəki roluna istina -
dən  izah edilir. Çətinlik çəkilən mə qam larda müəllim istiqamət verə bilər.
Məsə lən, “praporşik” sözünün əsgəri rütbə olduğunu ehtimal edən, lakin onu
dəqiqləşdirməkdə çətinlik çəkən şa girdə müəllim xatırlada bilər ki, həmin
əsgəri rütbə rus-sovet ordusunda olub. Milli ordumuzda “gizir” rütbəsinə
uyğun gəlir.
Mətndəki “sapı özümüzdən olan baltalar” ifadəsinin (2-ci tapşırıq) özünün
və onun tər ki bindəki “sap” sözünün ifadə etdiyi anlayışları dəqiqləşdirmək
üçün İ.Şıxlının “Sa pı özümüzdəndir...” əsərini dinləmə materialı kimi oxumaqla
nəticə çıxar maq olar.
SAPI ÖZÜMÜZDƏNDİR...
Bir gün meşəyə qeyri-adi səs yayıldı. Yaxınlıqda ağac qırırdılar, amma
taq qıltı səsi ağacların bu zamana qədər eşitdiklərinə bənzəməyən bir səs
idi. Bu səs getdikcə meşə sakinlərini təşvişə saldı. Ağacların sultanı, dünyanı
yorub yola salmış qoca Palıdın qaşları çatılmışdı. Bir qədər sonra taqqıltını
124

BÖLMƏ 
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə