L Dərslik komplektinin ümumi prinsipləri


 Hər hansı bir əməli məqsəd üçün sistematik istifadə etmə, faydalanma, işlətmə. Neft quyularının istismarı. 2



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə44/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

1. Hər hansı bir əməli məqsəd üçün sistematik istifadə etmə, faydalanma,
işlətmə. Neft quyularının istismarı.
2. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət sayəsində insanların bir
qisminin başqalarının əmək məhsulunu mənimsəməsi.  
Beləliklə, hər iki mənanın kökündə “əməyi, məhsulu, xidməti mənimsəmək”
dayanır, ona görə də bu sözü çoxmənalı hesab etmək olar.
Yazı
(St. 3.1.1) 
5-ci, 6-cı və 9-cu tapşırıqların kollektiv layihə tapşırıqları kimi
evdə yerinə yetirilməsi daha məqsədəuyğundur. Bunun üçün şagirdləri qrup -
lara bölüb tapşırıqları konkretləşdirmək olar:
1-ci qrup: “Neft daşları” filmlərimizdə” mövzusunda inşa yazmaq (9-cu
tapşırıq). (Mə lumat mənbəyi olaraq  “Möcüzələr adası” (1963), “Qara daşlar”
(1956),   “Dənizdə mö cüzə”(1966), “İki Xəzər” (1975), “Polad dirəklər üzərində
şəhər” (1975), “Xə zər, insanlar və neft” (1983), “Neft  daşları” (1990), “Qara
daşların sakin ləri” (1991) filmlərini göstərmək mümkündür.)
2-ci qrup: “Bir gün “Neft daşları”nda” mövzusunda hekayə yazmaq. 5-ci
tap şırığa uyğun olaraq şagirdlərə tapşırılır ki, “Neft daşları”nda yaşayanların
məişətini, həyat tərzini təsəvvür etsinlər. Onların nəzərinə çatdırmaq lazımdır
ki, dəniz üzərində salınmış bu şəhərdə su, qaz, elektrik təchizatı başqa ya -
şayış məntəqələrindən fərqlidir. “Neft daşları”nın sakinləri tez-tez təhlükə ilə
üzləşirlər, bu təhlükəyə sinə gərmək üçün onlara birlik lazımdır.
Şagirdlərə neftçiləri təsvir etmək üçün Tahir Salahovun bu mövzuda çəkdiyi
rəsmləri nəzərdən keçirmək və yazıda həmin əsərlərə istinad etmək tapşırılır.
3-cü qrup: “Azərbaycan nefti müstəqillik illərində” mövzusunda esse yaz-
maq. Bu tapşırığın icrası zamanı 6-cı mətndaxili tapşırıq da yerinə yetirilməli,
şagirdlər “Neft daşları”nın XX əsrdə Azərbaycan neft sənayesinin inkişafına
təkan verməsi faktı ilə 1994-1999-cu illərdə bağlanmış 17 iri neft sazişinin
həyata keçirilməsi fakt larını əlaqələndirməlidirlər. Bunun üçün “Əsrin mü qa -
viləsi” ilə bağlı əlavə mənbələrdən məlumatlar əldə etməlidirlər. Esse müha -
ki mə xarakterli yazı olduğuna görə şagirdlərə tapşırılır ki, Azərbaycan nef tin dən
gələn gəlirin sovet illərində Moskva tərəfindən mənimsənildiyinə, yalnız
müstəqillik illərində xalqın öz neftinə sahib çıxdığına münasibət bildirsinlər.
Dil qaydaları
(St. 4.1.2; 4.1.3) 
10-cu tapşırıq şagirdlərin bu dərs ilində keçdikləri feili sifət
mövzusunu xatırlatmağa xidmət edir. Fərqləndirilmiş cümlədə “keçmiş”
sözünün feili sifət və ya feildən düzəlmiş sifət olduğunu fərq  ləndirirlər. Yaşıl
rənglə verilmiş “keçmiş” sözünü inkarda işlətmək mümkün deyil, ona görə də
bu sözü feildən düzəlmiş sifət kimi qəbul etmək olar. 
Tapşırığın ikinci hissəsi isə bağlayıcılar üzrə bilik və ba ca rıq lardan istifadəni
tələb edir. Bu zaman şagirdlər bəzi tarixi-coğrafi biliklərə də istinad et mə -
131
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


lidirlər. Onlar bilirlər ki, Bolqarıstan, Vyetnam, Hindistan, Braziliya, Pakistan
SSRİ-yə daxil deyildi. Buna görə də həmin cümlədə “o cümlədən” deyil, “eləcə
də” bağlayıcısından istifadə etmək lazımdır.
11-ci çalışma isə “Nida” mövzusuna keçid üçün nəzərdə tutulmuşdur.
Mətndə göy rənglə verilmiş cümlələrdən hansında “eh” və ya “ura” söz lə -
rindən istifadə etməyi nəzərdə tutur. Əvvəlcədən şagirdlərə təklif edin ki, hə -
min cümlədəki ovqatı müəyyənləşdirsinlər. Ovqatı düzgün müəyyən edən
şa girdlər sözləri seçməkdə çətinlik çəkməyəcəklər. Ça lış maq lazımdır ki, ş a -
girdlər sözləri seçərkən müstəqil fikirləşsinlər və seçimlərini əsaslandırsınlar.
Bu baş tutduqdan sonra nidalar haq qın da məlumat vermək olar.
12-ci tapşırıq nidaları müəyyən etməyi nəzərdə tutur. Alınmış məlu ma ta
istinad edərək nidaları müəyyənləşdirən şagirdlər onların işlənmə yerindən
asılı olaraq durğu işarələrinin işlənmə məqamlarına da fikir verir və onların
işlənmə məqamlarını qaydalara uyğun şərh edirlər.
13-cü tapşırıqda isə nidaların hansı hissi ifadə etdiyi araşdırılır. Bu zaman
cümlənin informasiya yükünə diqqət vermək məsləhətdir.
14-cü tapşırıq prosesin davamı kimi maraqlıdır. Eyni səs tərkibinə malik
olan nidaların işlənmə yerinə görə müxtəlif məna çaları yarada bilmək imkanı
debat mövzusuna çevrilir.
15-ci tapşırıqda həm əsas nitq hissəsi, həm də nida kimi işlənmiş sözlər
ve rilmişdir. Bunları fərqləndirmək üçün həmin sözlərin suala cavab verib-ver -
mədiyini müəyyənləşdirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, nidalar heç
bir suala cavab vermir və yalnız hiss, həyəcan ifadə edir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır. 
Dərs 32. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə baca -
rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.  Şagirdlərə aşağıdakı
möv zu üzrə rabitəli mətn yazdırmaq tövsiyə olunur: “Ən sevimli bayramım”.
132

BÖLMƏ 
Çap üçün deyil


V BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-5-ci tapşırıqlar mətnlə bağlıdır.
TAR
Simli musiqi alətləri arasında bir çox xüsusiyyətlərinə görə tar ən
......................... çalğı alətlərindən biridir. Tar aləti bir çox ölkələrdə – İranda, Orta
Asiya respublikalarında və başqa yerlərdə geniş yayılmışdır. Tarın adına orta əsr
klassiklərimizdən Qətran Təbrizi, Nizami Gəncəvi, Məhəmməd Füzuli və baş -
qalarının əsərlərində rast gəlmək olur. “Tar” sözü farsca “tel, sap” deməkdir.  .
Azərbaycan tarı ..................... quruluşa malikdir. O, üç hissədən – çanaq, qol
və kəllədən ibarətdir. Tarın 
çanaq
hissəsi tut ağacından, 
qol
və 
kəllə
his sə ləri isə
qoz ağacından hazırlanır. Səsin tənzimlənməsi üçün kəlləyə 
aşıqlar
bərkidilir.
Qoluna 22 
pərdə
bağlanır. Çanağının üzə rinə mal ürəyinin pərdəsi çəkilir. 11
metal simi vardır.  .
Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlamışdır. Belə
ki, 1931-ci ildə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar
................................ alət kimi əsas yeri tutmuşdur. Tar muğam sənətinin
inkişafında ............................... rol oynayır. Muğam operalarında solo ifaları,
əsasən, ta rın müşayiəti ilə aparılır. Azərbaycan bəstəkarları tar ilə orkestr üçün
bir çox irihəcmli əsərlər yazmışlar.  .
Ümumiyyətlə, Azərbaycan xalqının qəlbində tara hər zaman böyük sevgi olub.
Böyük şairimiz Mikayıl Müşfiq “Oxu, tar” şeirində “Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!” misraları ilə tarın Azərbaycan xalqının ayrıl maz bir parçası ol du -
ğunu çox gözəl ifadə etmişdir.
1. Kontekstdən çıxış edərək nöqtələrin yerinə “özünəməxsus”, “müstəs na”,
“mükəmməl”, “aparıcı” sözlərini yazın.
2. Göy rənglə verilmiş sözləri müvafiq çərçivələrdə yazın.
3. “Tar sümük və ya ebonitdən hazırlanmış kiçik mizrabla səsləndirilir.”
cümləsi hansı mavi boşluqda yazıla bilər?
133
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə