L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə24/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

70
III 
BÖLMƏ
III BÖLMƏ
ANA TƏBİƏT
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
14.
Gürzə
Feilin təsriflənməyən
formaları
2.1.1, 2.1.2, 1.2.4,
2.2.1, 3.1.4, 4.1.2
3
56-60
71-74
15.
İşgüzar təklif
Məsdər
2.2.3, 1.2.4, 3.1.1,
4.1.2
3
61-64
75-77
16.
Təbiət “mühəndis”ləri
Feili sifət
Feili sifət və feildən düzələn
sifət
2.2.3, 2.1.1, 3.1.1,
1.1.2, 4.1.2
3
65-68
78-82
17.
Fəryad. Maşuk meşəsi
Feili bağlama 
2.1.2, 2.2.1, 1.1.1,
3.1.3, 4.1.2   
2
69-71
83-86
18.
Alternativ enerji
2.2.3, 2.1.1, 1.2.1,
3.1.2, 4.1.2  
2
72-74
87-89
19.
Ümumiləşdirici təkrar
2
75-76
89
Kiçik summativ
qiymətləndirmə
1
90-91
Böyük summativ
qiymətləndirmə
2
Yekun
18
saat
Çap üçün deyil


Dərs 14. GÜRZƏ (3 saat)
Motivasiya
Müəllim belə bir əhvalat danışır: 
“12-13 yaşım olardı. Babam həyətdə ağacın altında oturmuşdu. Mən də
bir qədər aralıda oynayırdım. Birdən gö züm daşın dibində qıvrılıb yatmış ilana
sataşdı. İlan günəşin şüaları altında qı zınırdı. Əlimə bir yekə daş götürdüm”. 
Sual: Sizcə, oğlan nə edəcək?
“Babam bunu görüb dedi:
– Dayan, nə edirsən?
– Baba, ilandır e, bizi sancar. Onu tez öldürmək lazımdır. 
Babam sakit səslə:
– Tərpənmə, – dedi və ehtiyatla mənə yaxınlaşdı. O, ilanı narahat etmə -
mək üçün yavaş hərəkət edirdi.
İlan səs eşidib tez başını dikəltdi. 
Babam məni ordan uzaqlaşdırdı. İlan təhlükənin sovuşduğunu görüb daşın
altına süründü.
Mən onun üzünə təəccüblə baxırdım. Babamın hərəkətindən heç nə başa
düşmürdüm”. 
Sual: Sizcə, nə üçün baba bu cür hərəkət etdi?
“Babam üzümdəki sualı görüb dedi:
Standartlar
Təlim nəticələri
2.1.1. Tanış olmadığı sözlərin kontek s -
 tə uyğun mənasını dəqiqləşdirir.
Mətnin məzmunundan çıxış edə 
 rək
alınma sözün mənasını və mənşəyini
müəy yənləşdirir. 
2.1.2. Mətndəki sözlərin həqiqi və ya
məcazi mənada işləndiyini izah edir.
Mətndəki sözlərin məcazi mənada iş lən -
diyini əsaslandırır. 
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
fi kirlərə münasibət bildirir.
Başqa fənlər üzrə biliklərindən istifadə
etməklə müzakirə zamanı deyilən fikir -
lərə münasibət bildirir.
2.2.1. Səs tonu, temp və fasiləni göz -
ləməklə mətni oxuyur. 
Obrazın hiss-həyəcanını ifadə etmək
üçün düzgün səs tonu seçir.
3.1.4. Müxtəlif əməli yazılar (teleqram,
izahat) yazır.
Situasiyaya uyğun izahat yazır.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
la rına görə fərqləndirir.
Feilin təsriflənməyən formala rı nı fərq -
lən dirir. 
71
ANA TƏBİƏT
Çap üçün deyil


– Bala, ilanın zəhəri özünü müdafiə etmək üçündür. İlana toxunmasan,
sənə heç nə eləməz. Əgər bütün ilanları öldürsək, təbiətə və insanlara ziyan
vurmuş olarıq”. 
Sual: Baba haqlı idi? Nə üçün?
Oxu
Fəndaxili şaquli inteqrasiya (6-cı sinif. 2.2.1. Mətndəki əsas fikri nəzərə
çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır). Mətn səsli oxu ilə oxu -
nur. Oxu zamanı Proqnoz laş dırma üsulunun element lə rindən istifadə olunur.
İlk üç abzasdan sonra sual:
– Sizcə, xışıldayan nədir?
– Nəyə əsasən bu qərara gəldiniz?
(St. 2.1.1)
Oxu davam etdirilir. 1-ci mətndaxili suala cavab verilir.
Müəllimin nəzərinə!
Terrarium (latınca terra – yer, torpaq) suda-quruda yaşayan, sürünənləri
saxlamaq üçün düzəldilən şüşə və ya plastik qabdır. Belə qabların dibinə
təbii şəraitə yaxın olsun deyə qum, torpaq tökülür, daş parçaları qoyulur
və s. Akvarium (latınca aqua – su) və terrarium heyvan saxlamaq üçün
qablardır. Sadəcə olaraq birində suda yaşayanlar (balıq, xərçəng və s.),
digərində isə quruda, suda-quruda yaşayanlar və sürünənlər saxlanılır.
2-ci mətndaxili suala qədər mətn oxunur. Mətnin bu hissəsindən aydın olur ki,
kupedə Boryadan başqa, panamalı qoca, eynəkli bir sərnişin və leytenant
əyləşmişlər. Rəssamın illüstrasiyada yol verdiyi səhvləri müəyyənləşdirmək üçün
şagirdlər mətndəki bəzi cümlələrə diqqət yetirməlidirlər:
“...pəncərənin yanında otur muş panamalı bir qoca Boryaya öz yanında yer
verdi”;
“...Borya ilə üzbəüz oturan eynəkli sərnişin söhbətə qoşuldu”;
“Eynəkli sərnişinin yanında oturan cavan leytenant...”.
Bu cümlələrdən belə nəticə çıxarmaq olar ki, Borya panamalı qocanın yanın -
da, eynəkli sərnişinlə üzbəüz, leytenant isə eynəkli sərnişinin yanında oturub.
İllüstrasiyada isə Borya ilə eynəkli sərnişinin yeri səhv düşüb.
Şagirdlər bu cür mətnləri oxuyarkən hadisələrin baş verdiyi məkanı tə səv -
vürlərində canlandırmalıdırlar. Bu, mətnin daha dərindən qavranılmasına kömək
edir. 2-ci mətndaxili sual da şagirdlərdə həmin vərdişin yaranmasına xidmət edir. 
3-cü mətndaxili tapşırıq yerinə yetirilir. Situa si yaya uyğun olaraq dialoq davam
etdirilməlidir. Təqribən belə bir dialoq qurula bilər:
– Vay! Biz nə edəcəyik?
– Bir bu çatışmırdı.
– İndi kimisə çalacaq!
– Ehtiyatlı olun! Bu nə iş idi, biz düşdük?
– Heç belə də iş olar? Niyə axı gürzəni vaqona keçirməyə icazə veriblər?..
72
III 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə