L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

• Hissədəki qanadlı ifadəni müəyyən edin.
• İfadənin mənasını və işlənmə məqamını müəyyənləşdirin.
• İfadə kimin adı ilə bağlıdır?
• Bəs ilk müəllif kimdir?
• Tanış olmayan söz və ifadələrin mənasını kontekstə uyğun izah edin 
(st. 2.1.1)
.
Ziqzaq üsulunun tələblərinə uyğun şəkildə tapşırıqlar yerinə yetirilir və təq -
di matlar edilir. Təqdimat zamanı müvafiq qrup mətndaxili tapşırıqları da ye ri nə
yetirir. 
(St. 2.2.3) 
Təqdimatı daha dolğun etmək üçün I qrupa M.Qorkinin “Şahin
nəğməsi” əsərindən bir par çanı dinləmə materialı kimi təqdim et mək olar.
Dərədə uzanmış ilan quşun ölümü, onun səmaya olan ehtirası ba rə də çox
düşündü. Xoşbəxtlik axtaranların gözlərini daim özünə çəkən ənginliklərə baxdı.
– Axı bu ölən quş, bu şahin, ucu-bucağı bilinməyən səmada nə gör müşdü?
Nəyə görə uçmağı bacaranlar öləndə də səmaya, pərvazlanmağa olan məhəbbət
hissi ilə başqalarını narahat edirlər? Özüm göydə bir az uçsam, yəqin, bunu
öyrənə bilərəm.
Dedi və elədi. Üzük kimi dolanıb havaya sıçradı və nazik lent parçasıtək
günəşin altında parıldadı.
Sürünmək üçün doğulanlar uça bilməzlər! Bunu unutduğu üçün o, daş lara
çırpıldı, amma ölmədi, güldü…
– Sən demə, göydə uçmağın ləzzəti bunda imiş: yerə dəyməkdə...
Təqdimatlar başa çatdıqdan sonra lövhədə aşağıdakı cədvəli çəkib onu dol -
durmağı şagirdlərə təklif etmək olar:
(St. 2.2.2) 
Təqdimatlar başa çatanda mətnlə kifayət qədər tanışlıq yaran -
mış olur. Bu zaman müəllim mətnin bəzi hissələri arasında keçid cümlələrinin
olmadığını bildirir. İlk növbədə, hər bir ifadənin tarixçəsini əhatə edən bitkin
his sələr müəyyən olunur:
I hissə – “Gəldim, gördüm, qələbə çaldım”
II hissə – “Sürünmək üçün doğulanlar uça bilməzlər”
III hissə – “General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil” 
IV hissə – “Qalibləri mühakimə etmirlər”
V hissə – “Məqsədə çatmaq üçün istənilən üsul yaxşıdır”
Daha sonra 3-cü tapşırığa uyğun olaraq keçid cümlələr olmayan hissələr
müəyyənləşdirilir və şagirdlərə mətnin müvafiq yerlərinə hissələr arasında
əlaqə yaradan cümlələr əlavə etmək tapşırılır.
Müəllimin nəzərinə!
Müəllim mətnin tərkib hissələri arasında əlaqənin yaradılması yollarını
şagirdlərin nəzərinə çatdırmalıdır:
Mətnin hissələri arasında keçid cümlələr yazmaq üçün, ilk növbədə,
mətni diqqətlə oxumaq, onun bitkin hissələrini, hər bir hissənin məz -
Qanadlı ifadə
İfadənin bağlı olduğu şəxs
İlk müəllifin adı
55
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


mununu müəy yən etmək lazımdır. Keçid cümlələr əvvəlki hissə üçün
nəticə və ya sonrakı hissə üçün giriş xarakteri daşıyır.  Məsələn, I və
II hissələr arasındakı cümləni (II abzas) girişdən əsas hissəyə keçid
kimi qəbul etmək olar. IV hissə ilə V arasında da keçid cümlələri var.
Lakin mətndə II hissə ilə III arasında, eləcə də III hissə ilə IV arasında
əlaqə yoxdur. Məhz bu hissələr arasında əlaqə yaratmaq – keçid
cümlələri fikirləşib əlavə etmək şagirdlərə tapşırılır.
Şagirdlərin variantları dinlənildikdən və müzakirə olunduqdan sonra
(yaxşı olar ki, onlar cütlər və ya qruplar şəklində işləsinlər) müəllim
aşağıdakı keçid nümu nələrini nə zər  dən keçirə bilər.
II hissə ilə III hissə arasında keçid cümləsi:
Bəzən hər hansı aforizmin izinə düşərək əsl mənşəyini müəyyən et -
mək, onun “müəlliflik hüququnu bərpa etmək” o qədər də asan olmur.
III hissə ilə IV hissə arasında keçid cümləsi:
Tədqiqatçıların A.Suvorovun adı ilə bağladığı başqa bir ifadənin –
“Qalibləri mühakimə etmirlər” ifadəsinin də mənşəyi mübahisəlidir.
Yazı
(St. 3.1.3)
4-cü tapşırıq mətndəki məlumatları ümumiləşdirib sonluq yaz -
mağı nəzərdə tutur. Müəllim bu təlim nəticəsini əldə etmək üçün mətnin nəticə
hissəsinin xarakterik xüsusiyyətlərini xatırlada, müəyyən istiqamət verə bilər.
(St. 2.2.3)
Dərsin 1-ci saatından sonra müəllim evdə işləmək üçün layihə
tapşırığı verə bilər: Cavanşir Quliyevin bəstələdiyi “Əsgər marşı” mahnısının
sözlərinin kimə məxsus olduğunu araşdırın.
Araşdırma üçün təqribi mənbələr də göstərilə bilər: ədəbiyyat və Azər bay -
can dili üzrə dərsliklər, internet materialları (açar sözlər: “Əsgər marşı”, “Alay
marşı”, “Cavanşir Quliyev”, “Əli Kami”, “
Əhliyyət Süleymanov”
).
Müəllimin nəzərinə!
4-cü sinif üçün mövcud “Azərbaycan dili” dərsliyində bu şeirin müəllifi kimi
Əhliyyət Süleymanov göstərilmişdir.
Bəstəkar Cavanşir Quliyevin dediklərindən:
"1990-cı ildə Qarabağda cəbhədə olarkən Əhliyyət Süleymanov adlı
əsgər mənə yaxınlaşıb dedi: "Biz milli azadlıq mübarizəmizdə belə, rus
hərbi marşlarını oxuyuruq. Xahiş edirəm, bizim üçün milli marşlar bəs tə -
ləyin". Sonra mənə bu marşın (“Əsgər marşı”) sözlərini təqdim etdi. On -
dan bu mətni haradan əldə etdiyini soruşduqda dedi: "Uşaq vaxtı babam
həmişə bizə bu şeiri deyərdi". Mən mətni çox bəyəndim və bu marşı
bəstələdim".
Müharibə mövzusunda çəkilmiş köhnə bir türk filmində əsgərlər bizim
“Əsgər marşı”nın sözlərini türk dilində və başqa musiqi ilə oxuyurlar.
56
II 
BÖLMƏ
Çap üçün deyil


Araşdırmalardan məlum oldu ki, həmin musiqi "Alay marşı" adlanır və
Türkiyədə Rüfət bəy (1820-1888) tərəfindən Yəmən müharibəsi dövründə
(1871-1872) bəstələnmişdir. Bu iki marşın mətni arasında, demək olar ki,
fərq yoxdur:
Alay marşı
Annem beni yetiştirdi, bu ellere yolladı,
Al sancağı teslim etti, Allah'a ısmarladı.
Boş oturma, çalış dedi, hizmet eyle vatana,
Sütüm sana helal olmaz, saldırmazsan düşmana.
Marş ileri! Marş ileri! Türk askeri dönmez geri!
Yastığımız mezar taşı, yorğanımız kar olsun,
Biz bu yoldan döner isek, namus bize ar olsun!
Ne şereftir ölmek bize, bu güzel vatan için,
Yanar yürek yurt aşkıyla, daima için-için.
Marş ileri! Marş ileri! Türk askeri dönmez geri!
Bəzi mənbələrdə bu şeirin müəllifinin Əli Kami olduğu göstərilir. Lakin Əli
Kaminin şeiri bir qədər fərqlidir. Oradakı bəzi misralar “Əsgər marşı”nda
yoxdur.
İtaətdir ilk borcumuz bu torpaqda, bilərik,
Bu bayraqda birləşdik biz, Vətən üçün ölərik.
Bu diyarın bayrağını atamdan çox sevərəm,
Hər gördükcə salam verib, göz yaşları tökərəm. 
Beləliklə, demək olar ki, “Əsgər marşı” Anadolu türklərinin “Alay marşı”n ın
azərbaycanlılaşdırılmış variantıdır.
Bu araşdırma nəticəsində şagirdlər belə bir qənaətə gələcəklər ki, bəzən
hər hansı bir ifadənin, əsərin müəllifini müəyyənləşdirmək çox çətin olur.
Qeyd. Bu tapşırığı yerinə yetirmək üçün sinfin səviyyəsini nəzərə almaq
lazımdır. 
Dinləyib-anlama və Danışma
(St. 1.1.1; 1.2.3)
5-ci tapşırıq. Debat. İrəli sürülmüş tezis və antitezislə de -
bat yaradılır. İs tə nilən halda, “Məqsəd hər cür üsula haqq qazandırır” (ya xud
“Məqsədə çatmaq üçün istənilən üsul yaxşıdır”) prinsipi həm əxlaqi də yər -
lərə, həm də qanunlara zidd prinsip sayılır. Ona görə də hazırda bu aforizm
özünü əxlaq normalarından üstün tutan insanlara istehza etmək məqsədi ilə
dilə gətirilir. Lakin əks tərəfin də ciddi arqumentləri ola bilər; məsələn: “Bəzən
milyonların mənafeyinə xidmət edən ali məqsədə çatmaq üçün müəyyən
əxlaqi normalara göz yummaq lazım gəlir, çünki əks halda heç cür həmin ali
məqsədə nail olmaq mümkün olmur”.
57
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə