L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

Dil qaydaları
(St. 4.1.2)
6-cı tapşırığın icrası dil qaydalarına keçiddir. Tapşırığı yerinə
yetirmək üçün şagirdləri yönəltmək lazımdır:
– “çevrilərdi” sözünü kök və şəkilçiyə ayırın;
– sözdə neçə şəkilçi var və bu şəkilçilərin qrammatik funksiyası nədir?;
– bu feilin zamanını müəyyənləşdirin. 
7-ci tapşırıq əldə edilmiş nəzəri məlumatı praktik işə çe vir məyə xidmət edə -
cək. 8-ci tapşırıq idi, imiş hissəcikləri və onların ixtisar for ma  larının sözdə tutduğu
yeri dəqiq müəyyənləşdirmək bacarığını for  ma laşdırır. 
İdi, imiş hissəciklərinin ixtisar formasının keçmiş zaman şəkilçilərindən fərq -
ləndirilməsinə ayrıca dərs həsr olunacaq. Lakin bu məsə ləyə indidən diqqət
yetirmək lazımdır, çünki əks halda idi, imiş hissəciklərinin mahiyyəti şagirdlər
üçün qaranlıq qala bilər. Həmin morfemlərin  başlanğıc formaya nisbətən tut -
duğu yeri müqa yi sə etmək kifayətdir (başlanğıc forma + zaman şəkilçisi + idi
və ya imiş his sə ci  yinin ixtisar forması + şəxs şəkilçisi). Bu zaman şagirdlər əl -
də etdikləri müxtəlif məlumatların kompleks şəkildə müqayisəsini aparacaqlar.
İndiki zaman şəkilçisi ilə feil düzəldən şəkilçi, feil düzəldən şəkilçi ilə gə ləcək
za man şəkilçisi, imiş hissəciyinin ixtisar forması ilə nəqli keçmiş za man şəkil -
çi si, cəm şəkilçisi ilə şəxs şəkilçisi müqayisə obyekti olacaq. 
9-cu tapşırığın icrası zamanı feillərin qrammatik formasını kon tekstə uyğun
seçmək tələb olunur. Şagirdlər əvvəlcə mətni tam oxumalı, sonra isə uyğun
gələn şəkilçilər artırmaqla kö çürməlidirlər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
49
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


Dərs 9. ONLAR KİMDİR  (3 saat)
Motivasiya
Lövhədə Anlayışın çıxarılması sxemi nümayiş etdirilir: 
Müəllim: – Sxemdəki ifadələr haqqında nə bilirsiniz? Onlara xas olan
ümumi cəhət nədir?
Müxtəlif cavablar səslənə bilər: ifadələrin ar xa sında bir mənanın dayan -
ma sı, şəxs adları ilə bağlı olması, dilimizə başqa dillərdən keçməsi və s. Hətta
bəzi ifadələrin mənasını da izah edə bilərlər. 
Müəllimin nəzərinə!
Şagirdlər “Axillesin dabanı” ifadəsinin etimologiyası ilə 5-ci sinifdən
tanışdırlar.
Sonda mərkəzdəki çərçivədə “Tərkibində şəxs adları olan deyimlər” ifadəsi
yazılır.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin tərkib hissələri arasın da -
kı əlaqəni müəyyənləşdirir.
Mətnin müxtəlif hissələrindən topladığı
faktları bir-biri ilə əlaqələndirir.
2.1.2. Mətndəki sözlərin həqiqi və ya
məcazi mənada işləndiyini izah edir.
Mətndəki ifadənin frazeoloji bir  ləşmə,
yoxsa sərbəst söz birləşməsi olduğunu
əsaslandırır. 
1.2.1. Fikrini müxtəlif formalarda ifadə
edir.
Müxtəlif mənbələrdən topladığı məlu -
mat ları məruzə şəklində təqdim edir. 
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsas -
landırılmış olub-olmamasını müəy yən -
ləşdirir.
Dinlədiyi mətndəki məlu mat ları qeyd
et məklə əsas fikri təsdiq edən arqu -
ment lər gətirir.
3.1.2. Topladığı fakt və hadisələrə
münasibət bildirməklə mətni zəngin 
-
ləşdirir. 
Eyni mövzu üzrə müxtəlif mənbələrdən
əldə etdiyi məlu matlar əsasında elmi-
kütləvi mətn yazır.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
larına görə fərqləndirir.
İsə hissəciyinin rolunu fərqləndirir.
Pirr qələbəsi
Damokl qılıncı
Sem dayı
Sizif əməyi
?
Axillesin dabanı
50
II 
BÖLMƏ
Çap üçün deyil


Oxu
(St. 2.2.2) 
Mətn “Oxu – sual ver” üsulu ilə hissə-hissə oxudulur. Oxu başla -
maz dan əvvəl bu oxu üsulu şagirdlərə izah olunur. Mətn əvvəlcə səssiz bütöv
oxunur. İş cütlüklərdə davam etdirilir. Cütlüyə daxil olan şagirdlərin biri mətnin
bir hissəsini oxuduğu za man digər şagird öz tərəf-müqabilini dinləyərək həmin
hissə ilə bağlı sual hazırlamalıdır. Bu sual oxunmuş hissənin əsas məz mu -
nu nu, mahiyyətini əhatə etməlidir. Müəllim oxunu dayandırdığı zaman sual
ve rilir, mətni oxuyan şagird sualı cavablandırır. Pro ses mətnin sonuna qədər
rol ları dəyişdirməklə davam edir. 
Oxu başa çatdıqdan sonra 3-cü tapşırıq əsasında mətn üzərində iş davam
etdirilir. Tapşırığın icrasını qruplarda həyata keçirmək məqsədəuy ğundur. Hər
bir ifadə ilə bağlı aparılacaq işi bir qrupa həvalə etmək olar. Şagirdlər müvafiq
ifadənin adı nı yazır, onun yaranma tarixini qeyd edir, mənasını açıqlayır,
ifadənin işlə dil məsi mümkün olan məqam düşünüb tapırlar. 
4-cü tapşırıq mətndəki məlumatların nə dərəcədə qavranıldığını yoxla -
mağa xidmət edir. 
Söz ehtiyatı
(St. 2.1.2)
2-ci tapşırıq frazeoloji birləşmənin kontekstə uyğun izahını tələb
edir. Frazeoloji birləşmə onun tərkib hissələrinin məcazi mənada işlənməsi
hesabına yaranır. Bir çox birləşmələr kontekstdən asılı olaraq həm sərbəst,
həm də sabit söz birləşməsi kimi işlənə bilər; məsələn: 
Qurd ağacın içini yeyirmiş – sərbəst söz birləşməsi;
Bu sirr bərbərin içini yeyirmiş – sabit söz birləşməsi.
Danışma
(St. 1.2.1)
5-ci tapşırıq araşdırma xarakterlidir. Şagirdlər onu evdə işlə -
məlidirlər. Müxtəlif mənbələrdə “Damokl qılıncı” ifadəsinin etimologiyası ilə
bağlı məlumatlara rast gəlmək mümkündür. 
E.ə. 405-ci ildə Dionis adlı bir sərkərdə Siciliyanın ən mühüm yunan
şəhəri olan Sirakuzada hökmdarlıq edirdi. Dionisin hakimiyyəti vaxtı
Sira kuza özünün ən gözəl çağlarını yaşayırdı. O, Yunanıstanın digər
şəhərlərindən daha böyük və  daha varlı şəhərə çevrilmişdi. Hamı:
dostları, yaxınları, qohumları Dionisə qibtə edirdi: “Sənə nə var? Haki -
miyyət əlində. Nə istəsən, edərsən”, – deyirdilər. Bir gün Dionis ona
İfadə
İfadənin yaranma tarixi
İfadənin mənası
51
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə