L Dərslik komplektinin ümumi prinsipləri


Dərs 8. MOLLA NƏSRƏDDİN DEMİŞKƏN... (3 saat)



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

II 
BÖLMƏ
Dərs 8. MOLLA NƏSRƏDDİN DEMİŞKƏN... (3 saat)
Motivasiya
Müəllim:
Günlərin birində Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qo naq -
lıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətlə məş ğul -
dur. Onu utandırmaq üçün yanına gələrək deyir:
– Yenə, kim bilir, yalandan nə basıb-bağlayırsan.
Molla hec özünü sındırmadan baş əyib deyir:
– Nə eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin əda -
lə tinizdən danışıram.
Sual: Lətifədəki Molla kimdir? Onun haqqında nə bilirsiniz?
Alınan cavablar BİBÖ cədvəlinin I sütununda qeyd edilir. 
Oxu
(St. 2.2.1; 2.2.3)
Mətn elmi-kütləvi üslubda olsa da, daxilində bədii parçalar
(lətifələr) verilib. Müəllimin tapşırığı ilə şagirdlər mətni ucadan oxuyarkən bunu
nəzərə almalıdırlar. Səs tonunu və tempi fərqləndirməklə şagirdləri həm 2.2.1
alt-stan dar tından çıxan təlim nəticəsini reallaşdırmağa, həm də mətndaxili əla -
qənin müəyyən edilməsinə  istiqamətləndirmək mümkündür.
Standartlar
Təlim nəticələri
2.2.1. Səs tonu, temp və fasiləni göz lə -
məklə mətni oxuyur. 
Qarışıq tipli mətnlərin oxusu zamanı hər
hissəyə uyğun səs tonu seçir, mətnin
tərkib hissələri arasında fasilə verir.
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslandırır.
Mövzu üzrə biliklərindən istifa də etmək -
lə mətndəki fikrə mü na sibətini əsaslan -
dırır.
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözün lüğətdə verilmiş
izahları içərisindən kon 
tekstə uyğun
olanını müəyyən edir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Sözü, ifadəni izah edərkən fikrini ümu -
mi ləşdirərək ifadə edir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
fomalarında (ifadə, inşa, esse, hekayə)
ifadə edir.
Dinlədiyi mətndəki fikri ümumiləşdirib
onun əsasında nəqli xarakterli kiçik
mətn yazır.
4.1.2. Sözləri ümumi qrammatik mə na -
la rına görə fərqləndirir.
İdi, imiş hissəciklərinin sözdəki rolunu
müəyyən edir, onların ixtisar forma la rını
zaman şəkilçilərindən fərqləndirir.
MOLLA NƏSRƏDDİN OBRAZI HAQQINDA NƏ BİLİRSİNİZ?
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
46
Çap üçün deyil


HƏR SÖZÜN BİR TALEYİ VAR
Mətnin oxusu zamanı İstiqamətləndirilmiş oxu üsulundan istifadə etmək
olar: 
1. Molla Nəsrəddin adı hansı ərazidə geniş yayılıb?
2. Müxtəlif bölgələrdə onu necə adlandırırlar?
3. Tarixdə Molla Nəsrəddin adlı bir şəxs olubmu?
4. Molla Nəsrəddin lətifələrində hansı hökmdarın adı çəkilir? 
5. Həmin hökmdar haqqında nə bilirik?
6. Molla Nəsrəddinin hansı keyfiyyəti dilimizdə bir çox məsəllərin yaran -
ma sına səbəb olub? 
Oxu zamanı  mətndaxili suallar cavablandırılır.  Molla Nəsrəddinin milli kimliyi
ilə bağlı mətndə irəli sürülmüş ehtimallar müqayisə edilərkən şagirdlərin  müs -
tə qil mühakimə yürütmələrinə çalışmaq lazımdır (1-ci mətndaxili sual). Bu zaman
mətndəki fikir lərlə yanaşı, əlavə bilikləri olan şagirdlərin fikir söy lə mələrinə imkan
yaratmaq məq sə dəuyğundur. Şəraitdən asılı olaraq müstəqil iş kimi Molla
Nəsrəddinin kim liyi barədə məruzə hazırlamağı da tapşırmaq olar.
Söz ehtiyatı
(St. 2.1.1)
3-cü tapşırıqda “prototip” sözünün mənasını izah etmək tap -
şırılır. İzahlı lüğətlərdə “prototip” sözü iki anlayış ifadə edir:
1. Ədəbiyyatşünaslıq. Ədəbi surət, habelə qəhrəman obrazı yaratmaq üçün
müəllifin orijinal kimi istifadə etdiyi həqiqi şəxs. Babək “Od gəlini”ndəki Elxanın
prototipidir. 2.  Sonra gələn bir şəxsin sələfi olan şəxs.
Mətndəki “prototip” sözünün mənası kontekstə uyğun olaraq müəyyən ləş -
dirilir.
Danışma
(St. 1.2.2)
2-ci və 4-cü tapşırıqlar şagirdlərdən linqvistik məsələlər üzrə
mühakimə yürütmək bacarığı tələb edir. 
Müəllimin nəzərinə!
“Söz oyunu” dedikdə elə bir nitq situasiyası nəzərdə tutulur ki, burada
sözün həqiqi, yoxsa məcazi mənada işləndiyini dəqiq müəyyən etmək
olmur. Verilmiş lətifədə “diş çəkdirmək” (dişini çəkib çıxartdırmaqla
müalicə etmək) ifadəsindən fərqli olaraq “qulağını çəkmək” frazeolo -
giyasının bir mənası da “dərsini vermək, cəzalan dır maq”dır. Gülüş
doğuran məqam da elə budur. 
“Sən çaldın” ifadəsi ilə bağlı belə bir fikir mövcuddur ki, məhz Molla
Nəs rəddinin məşhur lətifəsindən sonra bu ifadə zərbi-məsələ çevri lə -
rək “qazanmaq” mənasında işlənməyə başlamışdır. Lakin dilimizdə
qəd im dən bəri “çalmaq” sözünün “əldə etmək, oğurlamaq” mənası var.
Sadə cə, sözügedən lətifədə Molla Nəsrəddin bu ifadəni ikili mənada
söz oyunu kimi işlətmişdir: 1) sən tütəyi əldə edəcəksən; 2) sən tütək -
də çalacaqsan.
47
Çap üçün deyil


5-ci tapşırığı icra etmək üçün qruplar və ya cütlərə “Molla Nəs rəddin lə -
tifələri” kitabını paylamaq və məsəllərlə bağlı olan lətifələri müəy yənləş dir mək
tapşırıla bilər.
Qeyd. Bu tapşırıq araşdırma tələb edir. Ev tapşırığı kimi verilməsi tövsiyə
olunur.
Bu tapşırığın icrası zamanı şagirdlər ifadələrin işlənmə məqamını müəyyən
etməkdə çətinlik çəkə bilərlər. Bu zaman onlara həmin ifadənin işləndiyi oxşar
situasiya düşünmək tapşırıla bilər. Bundan sonra onlar fikirlərini ümumi ləş -
dirərək ifadənin mənasını izah etməlidirlər; məsələn:
Hamıya qulaq assan, gərək eşşəyi dalına alasanÖz fikri, mövqeyi ol-
mayan adamlar ətrafdakıların ziddiyyətli məsləhətlərinə qulaq asıb pis vəziy -
yətdə qalanda bu ifadəni işlədirlər.
Bu tapşırıq şagirdlərdə anlayışı izah etmək bacarığını inkişaf etdirir.
Şagirdlərə 34-cü səhifədəki illüstrasiyaya nəzər salmaq tapşırılır. Əgər bu
şəklə uyğun gələn lətifəni bilən varsa, danışmaq təklif olunur. Əks halda
şagirdlər şəklə baxıb lətifənin məzmununu təxmin edirlər. Sonda lətifə müəllim
tərəfindən söylənilə və ya kitabdan tapılıb oxuna bilər.
Yazı
(St. 3.1.1)
Müəllim aşağıdakı mətni səsləndirir. Şagirdlər mətndəki fikri
ümumiləşdirib məsəl şəklində ifadə edirlər. Sonra həmin məsəlin işlənə bilə -
cəyi situasiyanı təsvir edən mətn yazırlar.
MOLLANIN YORĞANI
Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla səsə yuxu -
dan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub.
Kimsə elə o saat yorğanı onun çiynindən götürüb qaçır. Qaranlıq olduğu
üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də baxır
ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki Mollanı gözləyirmişlər.
Küçədə heç kəs qalmır. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı
soruşur:
– A kişi, dava nə üstündə idi?
Molla deyir:
– Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı
apardılar, dava da qurtardı.
Müəllimin nəzərinə!
Şagirdlər mətndəki fikri ümumiləşdirərək məsəl şəklində ifadə et mə li -
dirlər. Əslində, bu lətifədən “Dava yorğan davasıymış” zərbi-məsəli ya -
ran  mışdır. Şagirdlərin bu haqda məlumatı olmaya bilər. Ona görə də
müxtəlif fərziyyələr irəli sürülə bilər. Burada məqsəd şagirdlərin əsas fikri
müəyyənləşdirib ümumiləşdirə bilmək bacarığını inkişaf etdirməkdir. 
48
II 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə