L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

ən çox qibtə edən dostunu – Damoklu öz yerində əyləşdirdi. Gözəl bir
süfrə açılmışdı. Damokl taxtda oturdu. Başını qaldıranda gördü ki,
taxtın üstündən bir qılınc asılıb. Qılınc tavana nazik bir tüklə bərkidilib.
İs tənilən an qırılıb düşə bilər. Damokl o qədər narahat olur ki, boğa -
zın dan bir tikə belə keçmir. Ona hər şey aydın olur.
Şagirdlər ifadənin etimologiyasını müəyyən etdikdən sonra onun mənası
və işlənmə məqamı ilə bağlı fikir yürüdürlər.
Müəllimin nəzərinə!
Bu tapşırığı müzakirə şəklində aparmaq məqsədəuyğun hesab edilmir.
Müəllimin seçimi ilə bir şagird öz fikirlərini nümunə şəklində ifadə edir.
Bu, monoloji nitqin formalaşmasına xidmət edir.
Dinləmə
(St. 1.1.2)
Aşağıdakı mətni səsləndirməzdən əvvəl müəllim şagirdlərə
dinləyərkən qeydlər götürməyi tapşırır. Əvvəlcə şagirdlərin “Sem dayı” ifadəsi
haqda məlumatlarının olub-olmadığı yoxlanılır. Əgər ifadəni eşidən varsa, onun
mənası soruşulur. İstənilən halda bu haqda müəyyən məlumat verilir: – Bu ifa -
də bir çox dillərdə “Amerika Birləşmiş Ştatları” mənasında işlədilir. 
Müəllim mətni səsləndirməzdən əvvəl lövhəyə suallar yazır. Şagirdlərə
tapşırılır ki, mətni dinləyərkən bu suallara cavab verməyə kömək edəcək
qeydlər götürsünlər. 
– Birinci abzasdan hansı tarixi və coğrafi məlumatlar əldə etdiniz?
– Sem dayı kim idi?
– Sizcə, nə üçün sonralar ABŞ-ı “Sem dayı” adlandırmağa başladılar?
SEM DAYI
XIX əsrin əvvəllərində Amerikada “Birləşmiş Ştatlar” ifadəsi yenicə for 
-
malaşırdı. 1812-ci ildə o, Kanada ilə müharibə aparırdı. Bu zaman əsas döyüşlər
Nyu-York ştatının şimalında gedirdi. ABŞ ordusunun təchizatçıları qoşunlar üçün
nə  zər də tutulmuş ərzağı Troy şəhərindən keçirirdilər. O zamanlar şəhə rin meri
Semyuel Vilson idi. Camaat onun xətrini çox istəyirdi və hamı onu nə vazişlə “Sem
dayı” deyə çağırırdı.
Sem dayı çox məsuliyyətli, işinə ciddi yanaşan adam idi. Onun icazəsi ol-
madan heç bir yük Troy şəhərindən keçə bilməzdi. O özü şəxsən bağ lamaların
hər birinin üstündə “
US
” (ingiliscə 
United States
– Birləşmiş Ştatlar) möhürünü
vururdu. Bu möhür yükün ABŞ dövlətinə məxsus olduğunu gös tərən işarə idi.
Lakin amerikalılar zarafatla bu abreviaturanı “Sem dayı” (in giliscə 
Uncle Sem –
US
) kimi oxuyurdular. (“Abreviatura” sözünün mənası açıqlanır.)
İlk dəfə olaraq 1813-cü ildə “Nyu-York Post” qəzetində jurnalistlərdən biri ABŞ-ı
Sem dayı adlandırdı və be lə liklə, bu ad həmin anlamda əvvəlcə ingilis dilinə,
sonra isə digər dillərə daxil oldu.
52
II 
BÖLMƏ
Çap üçün deyil


Yazı
(St. 3.1.2)
Şagirdlərə araşdırma nəticəsində əldə etdikləri məlumatları
(“Damokl qılıncı”), dərslikdəki mətndə və dinləmə mətnində əks olunmuş
faktları ümumiləşdirərək “Tərkibində şəxs adları olan tarixi deyimlər”
mövzusunda elmi-kütləvi mətn yazmaq tapşırılır. Mətndə hərəsi 3-4 cümlədən
ibarət olmaqla 4-5 deyimin etimologiyası öz əksini tapmalıdır. 
Dil qaydaları
(St. 4.1.2) 
6-cı tapşırıq dil qaydaları üçün motiva siya rolunu oynayır.  Mətn -
də göy rənglə verilmiş sözlərin hamısında -sa
2
morfemi var. Lakin onları fərq -
ləndirən cəhətlər də var. Tapşırığın birinci tələbini yerinə yetirmək istəyən
şagirdlər üçün açar rolunu oynaya biləcək bir məqam var: şərt şəklinin əlaməti
olan -sa
2
feilin başlanğıc formasına artırılır. Bu mə qamdan istifadə edərək hə -
min tapşırıq yerinə yetirilir. Ancaq işlədirsəbilirsə sözlərində bu tələbə əməl
olun mur, zəngindirsə sözü isə feil deyil. 
Bu tapşırıq yerinə yetirildikdən sonra isə hissəciyi ilə bağlı nəzəri məlumat
mənimsədilir.
7-ci tapşırığı icra edərkən şagirdlər isə hissəciyinin müxtəlif nitq hissələrinə
qo şul du ğu məqamları üzə çıxarmaqla yanaşı, onların mürəkkəb cümlələrin
tər ki  bin də işləndiyini də öyrənirlər. İsə hissəciyinin işləndiyi sözlərdən sonra
dur ğu işarələri ilə bağlı qaydaları mənimsəyirlər.
Qeyd. Şagirdlər mürəkkəb cümlə anlayışı ilə tanış deyillər. Ona görə də
müəllim bağlayıcının iki müxtəlif cümləni bağladığını izah etməlidir. 
8-ci tapşırıqda təqdim olunan nümunələr şeir parçalarıdır. Bu nü munə lər -
də isə hissəciyi ilə işlənmiş sözlərdən sonra vergül işarəsi qo yul mayıb. Tap şı -
rığın şərtinə əməl edərək onları nəsrə çevirdikdə vəziyyət dəyişir. Hər iki nü mu nə
müqayisə edildikdə müəyyən olur ki, isə hissəciyinin qoşulduğu söz cümlənin
hansı yerində iş lənməsindən asılı olmayaraq vergül onun iştirak etdiyi cümlədən
sonra qoyulur.
9-cu tapşırığın icrası xəbər şəkli ilə bağlı keçilmiş bilikləri yada salır, eyni
zamanda yeni biliyi bacarığa çevirməyə xidmət edir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
53
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


Dərs 10. BUNU KİM DEYİB (3 saat)
Motivasiya
Müəllim dərsə belə bir sualla başlaya bilər: 
– Atalar sözləri aforizmdən nə ilə fərqlənir? 
Şagirdlərin fikirləri dinlənildikdən sonra:
– Sizcə, “El bir olsa, dağ oynadar yerindən” atalar sözüdür, yoxsa aforizm?
Şagirdlər bu ifadənin tarixçəsi haqqında 5-ci sinifdə məlumat alıblar. Onlar
bu sözlərin Aşıq Abbas Tufarqanlıya məxsus olduğunu xatırlaya bilərlər.  
Müəllim bildirir ki, bir çox məşhur ifadələrin maraqlı tarixçəsi olur; bu ta rix -
çəni araşdırmaq, ifadənin ilk dəfə kim tərəfindən hansı şəraitdə deyildiyini aş -
kar etmək vacibdir, çünki bu, dilin, mədəniyyətin, xalqın tarixinin bir parça sıdır.
Növbəti mətn də məşhur aforizmlərin mənşəyi haqqındadır.
Oxu
(St. 2.1.1) 
Fəndaxili şaquli inteqrasiya (2.2.1. Mətndəki əsas fikri nəzərə
çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır). Mətnin oxunması
Ziqzaq üsulu ilə aparılır. Mətn  4 hissəyə bölünür: I hissə – III abzasa kimi, II
hissə – 1-ci mətndaxili tapşırığa kimi, III hissə – “Rə va yətə görə, 1773-cü
ildə...” sözləri ilə başlayan abzasa kimi, IV hissə isə həmin abzasdan sona
kimi. Hər bir hissə ilə bağlı aşağıdakı tapşırıqları vermək olar: 
Standartlar
Təlim nəticələri
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Kontekstdən çıxış edərək ifadənin mə -
nasını və işlənmə məqamını müəy yən -
ləşdirir.
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsaslan dırır.
Əlavə mənbələrdən istifadə etməklə
elmi mətndəki əsas fikri daha qabarıq
nəzərə çatdırır.
2.2.2. Mətnin tərkib hissələri arasındakı
əlaqəni müəyyənləşdirir.
Keçid cümlələr əlavə etməklə mətnin
tərkib hissələrini əla qə lən dirir.
3.1.3. Qurduğu plan əsasında mətnin
his sələrini məntiqi cəhətdən əlaqələn -
dirir.
Mətnin məzmunundan çıxış edərək
məntiqi sonluq yazır.
1.1.1. Dinlədiyi məlumatda ton, əhvali-
ruhiyyə və emosiyanı müəyyən edir.
Debat zamanı opponentinin çıxışındakı
ton və əhvali-ruhiyyəni izləyir və buna
reaksiya verir.
1.2.3. Nitqində müxtəlif səs çalarla 
-
rından istifadə edir.
Danışarkən qarşı tərəfi inandırmaq üçün
müxtəlif səs çalarla rından istifadə edir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı
qay dalara əməl edir.
İdi, imiş hissəciklərinin yazılışı ilə bağlı
qaydalara əməl edir.
54
II 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə