L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix27.12.2023
ölçüsü0,67 Mb.
#163491
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
Da-d-mirova-Sona-S-yavu-q-z-

1.2.1. Truizm marketinqinin hədəfləri 
Beynəlxalq turizm bu günkü ölçüləri baxımından, marketinq fəaliyyətlərinin 
turizmdəki vacibliyinin bir çox səbəblərini qeyd etmək olar. Bu səbəbləri milli, sosial 
və təşkilat səviyyələrində qiymətləndirmək mümkündür.
Təşkilat səviyyəsində hədəflər:
Müəssisə rəhbərinin başlıca hədəfi, istifadə 
edəcəyi istehsal faktorlarının miqdarı ilə mal və xidmət miqdarı arasında ən uyğun 
əlaqəni qurmaqdır. Müəssisə tərəfindən istehsal olunan mal və xidmətlərə tələbat 
yaratmaq, bazarda rəqabət üstünlüyünü, şirkət tərəfindən istehsal edilən malların və 
xidmətlərin səmərəli satışını, istehsal olunan mal və xidmətlərin daha da 
yaxşılaşdırılmasını təmin etmək, bazar payını qorumaq, yeni bazarlara daxil olmaq, 
maksimum mənfəət və satış hədəfinə çatmaq təşkilat səviyyəsində marketinq hədəfləri 
arasındadır.
Milli səviyyədə hədəflər:
Turizm marketinqinin bu sahədəki hədəflərini; turizm 
müəssisələrindəki maksimum doluluq dərəcələrini artırmaq, turizm istehsal sistemini 
mürəkkəbləşdirmək, qiymətlərlə mal və xidmətlər arasında optimal əlaqə yaratmaq
turizm reklamını və təbliğatını düzgün tətbiq etmək, cəlbedici bir turizm obyekti 
yaratmaq, ölkəyə qarşı potensial tələbatı təşviq etmək, beynəlxalq və regionallərarası 
rəqabətdə üstünlükləri əldə etmək şəkilində sıralamaq mümkündür. 
İctimai hədəflər:
Yerli əl sənəti nümunələrinin inkişaf etdirilməsi, sosial 
ənənələrin inkişafı, bölgələr arasında iqtisadi və sosial balans yaratmaq, alternativ 
sektorların yaradılması və inkişaf etdirilməsi, daxili turizmin inkişafına töhfə vermək 
və cəmiyyət daxilində turizm biliklərinin inkişafına töhfə vermək turizm marketinqinin 
ictimai məqsədləri arasındadır. [33, səh. 18].
1.2.2. Turizm marketinqinin xüsusiyyətlər 
Turizm marketinqi sistem olaraq sənaye və məhsul marketinqinə bənzəməklə 
birlikdə, xidmət sektoru olduğu üçün bəzi özünəməxsus fərqlilikləri də var. Bu 
fərqliliklər aşağıdakı şəkildə sıralana bilər:


19 
1.
Turizm sənayesində xidmət təqdim edilir və xidmətlərin material xüsusiyyəti 
yoxdur. Yəni mücərrəddir. 
2.
İstehlak prosesi adi mal və xidmətlərdən fərqli olaraq, iki ayrı səviyyədə 
təqdim edilir. Birincisi; rəsmi turizm qurumları tərəfindən edilən və birbaşa 
satış məqsədi olmayan, ikincisi; müəssisələr tərəfindən edilən və məhsulların 
satışını planlayan marketinq. 
3.
Turizm marketinqində, sənaye marketinqinə görə, ətraf mühit və 
infrastruktur problemləri əsas faktorlar hesab edilir. Dəniz, qum, günəş kimi 
təbii gözəlliklər mövcudluğu marketinqə təsir göstərir. 
4.
Turizm marketinqində istehlakçı, xidmətə sahib olmaq üçün istehsal yerinə 
gedər, sənaye marketinqində isə, mallar istehsalçıdan istehlakçıya çatdırılır. 
5.
Turistik məhsullar depolana və saxlanıla bilməz. Buna görə turizm 
marketinqi risklidir. 
6.
İstehlakçı xidmət keyfiyyətinə böyük təsir göstərir. Eyni oteldə təşkil edilmiş 
bir gecə, bəzi istehlakçıların xoşuna gələ , bəziləri tərəfindən isə 
bəyənilməyə bilər. 
7.
Xidmətin alınması və istifadəsi istehsalçı ilə istehlakçı arasında birbaşa 
əlaqəni tələb edir [12, səh. 182].

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə