L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix27.12.2023
ölçüsü0,67 Mb.
#163491
1   2   3   4   5   6   7   8   9   ...   43
Da-d-mirova-Sona-S-yavu-q-z-

Birinci mərhələ
 
Təqdimetmə 
Gəlir-xərc=15-25% 
Inkişaf mərhələsi 
Satışın artması 
Yeni tələbin formalaşması 
Son mərhələ 
Satış azalır 
Gəlirlər dəyişmir 
Turizm məhsulunun əlamətləri 

Turizmi istehlak etmək üçün səyahət etmək lazımdır; 

Turizm məhsulunu tədarük edib saxlamaq olmaz. İcarəyə götürülmüş otel 
otaqları istifadə edilmədiyi zaman həmin zaman turizm məhsulu “xarab” olur, 
yəni xeyir vermir, ziyanlı olur; 

Turizm məhsulunu əldə etməmişdən müqayisə etmək çətindir; 

Turizm məhsulu yerli əhali və turistlər tərəfindən istehlak olunur; 


11 

Turizm məhsulunun alınması ilə onun istehlakı arasında zaman və məkan fərqi 
vardır. 

Başqa məhsulları istehlakçı olduğu, yaşadığı yerdə alıb və oradaca istifadə edir. 
Turist turizm məhsulunu bir yerdə aldığı halda məkanca və zamanca onu tamam 
başqa ərazidə və çox vaxt xeyli müddətdən sonra istifadə edir [18, səh. 58]. 
1.1.1.
 
Turizm Bazarı anlayışı və onun xüsusiyyətləri 
Səyahətin olduqca uzun bir keçmişi vardır. Səyahətin e.ə. 4000-ci illərdə 
başlamış olduğu deyilir. Lakin səyahətin ilk dövrünün məqsədi ilə bugünkü mənası və 
məqsədi arasında əhəmiyyətli dərəcədə fərqliliklər var. Qədim dövrün turizminə 
Müsəlmanlar 'ın Məkkəni, Xristianlar' ın Qüdsü ziyarət etmələri nümunə göstərilə 
bilər. Sənaye İnqilabına qədər səyahət əsasən dini və ticarət məqsədli olsa da, hazırda 
səyahət və zövq bir-birinə yaxın olan anlayışlar kimi istifadə edilməkdədir. Turizm 
bazarı müəyyən şərtlər altında, bir yerin turistlərə təklif etdiyi turistik komponentlərlə, 
o yerə səyahət etmə istəyində olan və bu istəyini reallaşdırmağa imkan verəcək qədər 
maliyyə gücünə sahib olan insanların əlaqəsi və bu əlaqəni təmin edən kanal və ya 
təşkilatların bütünüdür. Turizm bazarında işin təbiəti gərəyi, fərqli fəaliyyət sahələrinə 
sahib bir çox müəssisə ortaq bir məqsəd üçün bir araya gəlir. Bu birliyin nəticəsi olaraq 
yaranan strukturun əsas xüsusiyyəti; bir məhsul və ya xidmət yaratmaq üçün həyata 
keçirilməli olan iş və fəaliyyətlərin vahid bir təşkilatın yox, fərqli müəssisələrin əlində 
cəmlənməsidir [5, səh. 165]. 
Turizm bazarı, regional turizm tələbi və ya təklifi olaraq araşdırıla bilər. Turizm 
təklifi, bir destinasiyanın müəyyən şərtlər altında turistlərə təqdim etməyə hazır olduğu 
turistik zənginliklərdir. Turizm təklifi iki formada ortaya çıxa bilər. Birincisi: 
Destinasiyanın sahib olduğu bütün təbii, tarixi və turistik qaynaqların meydana 
gətirdiyi təklif, Digəri isə turistlərin səfər və tətil etməsinə imkan yaradan nəqliyyat, 
yaşayış, qidalanma müəssisələri, səyahət agentlikləri, əyləncə, alış-veriş və digər 
turistik xidmətlərin təklifi. Bu xidmətlərin bir və ya bir neçəsinin əksikliyi sistemin 


12 
düzgün işləməsinə mane ola bilər. Digər bir tərəfdən turizm tələbini, əsasən, fərdin 
fərdi gəliri və bu gəlirlə digər məhsul və xidmətlərin qarşısında turizmə üstünlük 
verməsi müəyyənləşdirir. Başqa sözlə, turizmə tələbat əsasən insanların gəlirindən asılı 
olur [6, səh. 19].
Turizm tələbi müstəqil bir tələbdir və bu şəxsə görə fərqlilik göstərə bilir. 
İnsanları səyahət etməyə həvəsləndirən müxtəlif səbəblər var və hər bir insanın səyahət 
tələbi müxtəlif məqsədli ola bilər. Buna görə turizm tələbi digər mal və xidmətlərlə 
rəqabət halındadır. Bundan əlavə turizm tələbi mövsümi xarakter daşıyır və turizm 
tələbatının ilin müxtəlif mövsümlərinə yayılması çətindir. Bunun üçün yeni və müxtəlif 
növ turizm imkanları inkişaf etdirilməli və təqdim edilməlidir [14, səh. 18-21]. 
Turizm marketinqi baxımından, son illərdə turist profilində görülən dəyişikliklər 
aşağıdakı şəkildə qiymətləndirilir. İlk öncə insanların həyat tərzlərini əks etdirən 
məhsul və xidmətlər getdikcə daha əhəmiyyətli olmağa başlayacaq. Ənənəvi paket 
programları yerinə, paket proqrama bağlı olmayan tətillərə olan tələbat getdikcə 
artacaqdır. Bu isə, fərdi lüks səyahətlər və ekskursiyalarlı ön plana çıxaracaqdır. 
Xüsusilə rifah səviyyəsinin daha yüksək olduğu qərbi avropa və şimali amerikada yaşlı 
ancaq təhsilli əhali, təbiət və mədəniyyət turizminə yönələcəyi proqnozlaşdırılır və 
burada əhalinin səyahət məqsədi macəra deyil təbii gözəlliklərin kefini çıxarmaq 
olacaqdır. Mədəniyyət turizmində isə yalnız muzey və tarixi əsər destinasyonları deyil 
eləcə də yerli xalqla iç-içə yaşanabiləcək və gedilən yerin adət və ənənələri ilə mədəni 
xüsusiyyətlərini öyrənmək imkanı olan yerlərə maraq artacaqdır [15, səh. 18]. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə