L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix27.12.2023
ölçüsü0,67 Mb.
#163491
1   2   3   4   5   6   7   8   9   ...   43
Da-d-mirova-Sona-S-yavu-q-z-

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Ⅰ FƏSIL 
TURİZM MARKETİNQİ VƏ TURİZM TƏLƏBİNƏ TƏSİR EDƏN ƏSAS 
AMİLLƏR 
1.1.
 
Turizm bazarı və turizm məhsulu anlayışları 
Turizm məhsulu dedikdə turistlərə göstərilmiş olan bütün xidmətlərin cəmi başa 
düşülür. Buraya turistlərin aparılması, yerləşdirilməsi, yeməkləri ilə bağlı bütün 
xidmətlər eləcə də, ekskursiya, bələdçi (gid) və s. turizmlə bağlı xidmətlər aid edilir.
Turizm məhsulunun bir sıra xüsusiyyətləri vardır ki, onları aşağıdakı kimi 
göstərmək olar: 
-
Bütövlük (tamlıq) - məhsulun tam şəkildə olması və müştəri tələbatına tam 
şəkildə cavab verməsi 
-
Effektlilik - turistin minimum xərclə, gözlədiyi yüksək effektivliyi əldə etməsi 
-
Etibarlılıq - məhsulun reklama uyğun olması, informasiya ilə keyfiyyətin 
uyğunluğu 
-
Aşkarlıq - məhsul və xidmət həm turistlərə, həm də xidmət personalına aydın 
olmalıdır. 
-
Çeviklik - məhsulun və xidmətin müxtəlif növ istehlakçıya uyğunlaşa bilməsi 
-
Qonaqpərvərlik – insanlarala münasibətdə, onlara məmnunluq hissini aşılamaq 
bacarığı, hörmət göstərmək, personalın gülərüz olması, qonaqlar və turistlərlə 
mehriban münasibətindən ibarətdir [39]. 
Turizm daşıyıcılarına: təyyarə, dəniz nəqliyyatı, dəmir yolu nəqliyyatı, yer üstü 
nəqliyyat, və s. nəqliyyatlar daxildir. Turistlərin yerləşdikləri çüəssisələr: otel, mote, 
qonaq evləri, apartament, kempinqlər və s. kimi müxtəlif növlərə bölünür.Turistlərin 
qidalandıqları müəssisələri isə müxtəlif restoran, kafe,miaşə obyektləri, s. aiddir.
Turizmlə məşğul olanlar öz fəaliyyətlərini davamlı etməkdən ötrü müxətlif vasitələrə 
malik olmalıdırlar. Bunların hamısı birlikdə turizmin əsas maddi-texniki bazasını təşkil 
edir. Turizmin maddi-texniki bazası dedikdə, tikililər (binalar), onların avadanlıqları, 



nəqliyyat vasitələri və s. turizmə aid əsas hissələr daxildir. Turizmdə maddi-texniki 
bazaya: turizm müəsssisələri (turoperatorlar və səyahət agentlikləri), yerləşdirmə 
müəssisələri, iaşə və ticarət obyektləri, turistlərə lazım olan avadanlıqları təmin edən 
digər müəssisələr, nəzarət-xilasetmə xidmətləri və s. daxildir [3, səh. 240].
Xidmət növlərinə görə turizm müəssisələrinin aşağıdakı tipləri 
mövcuddur: 
-
Turistləri bütün xidmət kompleksi ilə təmin edən müəssisələr (öz 
mehmanxanaları olan turist müəssisələri). 
-
Turizmin təşkili məqsədi ilə təsis edilən müəssisələr (turagentliklər, səyahət 
və ekskursiya, yollayış satışı, turist qəbulu büroları). 
-
Turistlərin yerləşdirilməsi, daha doğrusu yaşaması və gecələməsi məqsədi ilə 
təsis edilən müəssisələr (mehmanxanalar, turbazalar və s.). 
-
Yeyinti, ərzaq müəssisələri (restoranlar, barlar). 
-
Nəqliyyat xidməti müəssisələri. 
-
Turistlərə mədəni xidmət obyektləri (teatrlar, konsert zalları) və ekskursiya 
xidmətlərini (ekskursiya büroları) təmin edən müəssisələr
[24, səh. 7]. 
Maddi-texniki bazaya aid olan obyektlər mülkiyyət növünə görə xüsusi (turist 
təsərrüfat subyektlərinin özünə məxsus olan) və bu subyektin digər subyekt (məsələn, 
şəhər tabeliyində olan mehmanxanalarda yerlərin icrası) və fiziki şəxslərdən icarəyə 
götürdüyü (mənzillər, evlər) obyektlərdir. Turizmin hər hansı bir regiondakı maddi-
texniki bazası tərkibinə, gücünə, miqdarına və keyfiyyətinə görə turistlərin təlabatına 
uyğun olmalıdır. Əks təqdirdə, əhaliyə göstərilən turizm xidmətinin səviyyəsi və 
keyfiyyəti kəskin sürətdə pisləşər, bu da öz növbəsində turizm məhsulunun satışı 
həcminin azalmasına səbəb olar [22, səh. 24]. 
Turizm məhsulunun formalaşmasınında bir neçə mərhələsi mövcuddur. Birinci 
mərhələdə turizm məhsulu bazara çıxarılır və istehlakçılara təqdim edilir. Birinci 
mərhələdə həm satış, həm də gəlir olduqca aşağı səviyyədə olur. Ancaq birinci 
mərhələdəki marketinq xərcləri başqa mərhələlərə nisbətən daha çox olur. İkinci 
mərhələ inkişaf etmə mərhələsi adlanır. İkinci mərhələdə həm satış, həm də gəlir 


10 
həcmində artım müşaiət olunur. Bu mərhələnində özünə məxsus marketinq xərcləri 
vardır. Üçüncü mərhələ isə kamillikdir. Bu mərhələdə satış durğunlaşır. Üçüncü 
mərhələdə yeni müştərilər qazanılmır. Gəlirlər qismən azalsa da, sabit şəkildə qalır. Ən 
son mərhələ zəifləmə mərhələsidir. Bu mərhələdə turizm məhsulundan doyum 
müşahidə olunur. Satış və gəlir həcmi zaman keçdikcə azalmağa başlayır. Artıq 
bazarda yeni məhsullar yaranmışdır və turizm müəssisəsi bu məhsullarla rəqabət apara 
bilməlidir [3, səh. 229].
Cədvəl 1.1 
Turizm məhsulunun formalaşması mərhələləri aşağıdakı cədvəldə göstərilmişdir: 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə