L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix27.12.2023
ölçüsü0,67 Mb.
#163491
1   ...   4   5   6   7   8   9   10   11   ...   43
Da-d-mirova-Sona-S-yavu-q-z-

Demoqrafik amillər
: Əhalinin artım səviyyəsi, orta yaş həddi, təqaüd 
yaşı ömür vaxtı vəs aiddir. Turizmdə etnik gəlmələrin olması, ühacirlərin, qonşu 
dilli xalqların və s. səfərlərini buraya aud etmək olar.
Baxılmış qlobal amillərdən başqa bir sıra lokal amillər var ki, bunlar da 
turizmin fəaliyyətinə, inkişafına təsir göstərir: 
-
Turist təlabatlarında məhdudluq – Bu amil əsasən turistlərin iqtisadi 
imkanlarından asılı olaraq dəyişir.

-
Turizm təkliflərinin məhdudluğu- turizm resurslarının mövcudluğu ilə bağlıdır. 


Bunlardan əsası təbii resurslardır. Aydındır ki, bəzi turizm destinasiyaları 
digərlərinə nisbətən turistlər üçün daha cəlbedicidir.
 
-
Ekologiya ilə bağlı məhdudiyyətlər- ətraf mühitin çirklənməsi ilə bağlıdır. Bəzi 
destinasiyalarda turistlərin çoxluğu buranın ətraf mühitinə ziyan vurur (qadağan 
olunmuş yerlərdə çadırlar qurulur, tonqal qalanır, zibilliklər yaradılır və s.) 
-
Vaxt məhdudiyyəti- turistin istirahət vaxtının az olması, turizm fəaliyyəti 
müddətinin az olması turşirkətin gəlirinin çoxaldılmasına imkan vermir. Bu isə 
təbii resursların istifadə müddətində turizm dövriyyəsini azaldır. 
-
Hüquqi məhdudiyyətlər-ətraf mühitin qorunması ilə bağlı, inşaat işlərinin 
aparılması və ya bu zonada turizmin konkret növünün inkişafı ilə bağlı
qanunvericilik aktlarının olması. 
-
Turizm savadının olmaması-Sahibkarın turizm sahəsində xüsusi savadın 
olmaması. 
-
Turizm sənayesinin əsasını təşkil edən ehtiyatların məhdudluğu- kapitalın az 
olması, ixtisaslaşdırılmış personalın olmaması, otel və restoranların olmaması 
[21, səh. 246-248].


16 
1.2. Turizm marketinqi 
Turizm marketinqi ilə əlaqədar bir çox təriflər edilmişdir. Onlardan ən geniş 
yayılan və ən çox qəbul edilən Dünya Turizm Təşkilatı (WTA) tərəfindən edilmiş 
tərifdir. Bu tərifə görə: "Turizm marketinqi, turistik destinasiya və ya turizm 
müəssisəsinin ən yüksək qazanc əldə etmə hədəfinə uyğun olaraq, turizm məhsulunun 
bazarda yaxşı bir yer almasını təmin etmək məqsədi ilə turizm tələbinin 
xüsusiyyətlərini də nəzərə alaraq turistik məhsul ilə əlaqədar araştırma, təxmin və 
seçim etməyi hədəfləyən və bu mövzularla əlaqəli alınacaq qərarlarla əlaqədar bir 
rəhbərlik fəlsəfəsidir [10, səh. 19]. 
Turistik mal və xidmətlərin birbaşa və ya turizm vasitəçilərin köməyi ilə yerli, 
regional, milli və beynəlxalq planda, istehsalçıdan son istehlakçı olan turistə 
çatdırılması və yeni turistik istehlak ehtiyaclarının və arzularının yaradılması ilə 
əlaqədar sistemli fəaliyyətlərin bütünüdür. Bu təriflərə əsasən, turizm marketinqi 
turistin ehtiyaclarını qarşılaya biləcək məhsul və xidmətlərin turistə təqdim edilməsi 
və satışı ilə əlaqədar edilən bütün səylərdir. Turistik mal və xidmətlər turistə birbaşa 
istehsalçı turistik müəssisələr tərəfindən və ya vasitəsi kuruluşlar sayılan səyahət 
agentləri və tur operatorları tərəfindən satıla bilər.
Marketinq strategiyası – şirkətlərdə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün 
fərqli marketinq tədbirlərinin həyata keçirilməsi və onların reallaşdırılmasına nəzarət 
edilməsi sistemidir. Məqsədli bazarların seçilməsi, məhsul və ya xidmət satışlarının 
artmasına yönəlmiş marketinq tədbirlərdir. Mahiyyəti və önəmi müəssisədə məhsul 
istehsalının təkmilləşdirilməsi və məhsulların daha gəlirli bazarlara çıxarılmasıdır. 
Marketinq strategiyası – Təkçə məqsədli bazarların seçilməsi və ya marketinq 
tədbirlərinin hazırlanması deyil, eyni zamanda da şirkətin gələcəkdə bu strategiyadan 
necə yararlanacağı və hansı yollarla, hansı şəkildə realizə ediləcəyini də bilməkdir. 
Mütləq şəkildə istehlakçıların cari və gələcək ödəmə qabiliyyətləri, müəssisənin 
istehsal imkanlarını da uzunmüddətli dövrlər üçün nəzərə almaq olduqca vacib 
şərtlərdəndir. Müəssisənin bazarlarda fəaliyyət konsepsiyasının hazırlanması, fasiləsiz 


17 
təkmilləşdirilməsi, xarici mühit, bazarlardakı dəyişikliklərə vaxtında və düzgün 
reaksiya verə bilməsi vacibdir [14, səh. 98].
Marketinq strategiyası – Hansı məhsul? Hansı miqdarda? Hansı qiymətə? Harda 
və necə satılmalıdır? suallarına cavab verməlidir. Bütün suallara düzgün və vaxtında 
cavab vermək üçün strategiyanın hazırlanması ardıcıllığını izləmək əhəmiyyətlidir. 
Rəqiblərin çoxaldığı bazarlarda rəqabət qabiliyyətlərinin qorunması zamanla 
çətinləşir. Çağdaş bazarda müəssisələr yalnız daxili rəqiblərlə deyil, eyni vaxtda da 
dünyanın aparıcı şirkətləri və onların bazara təklif etdikləri güclü ticarət markaları ilə 
də mübarizə aparırlar. Cari bazar payının qorunub saxlanılması, məhsul və ya 
markaları inkişaf etdirmək üçün məqsədyönlü marketinq strategiyasının hazırlanması 
və tətbiqinə nəzarət olunması istənilən müəssisə üçün həyati əhəmiyyət kəsb edir. 
İstehlakçıların təlabatlarının öyrənilməsi və bütün proseslərin də bu tələblərin 
ödənilməsinə yönəldərək, üzunmüddətli rəqabətqabiliyyətli məhsul istehsalının ən 
vacib şərtlərindəndir [34]. 
Şəkil 1.2 
Turizmdə marketinq mix elementləri 
Marketinq 
mix 
elementləri
product 
(məhsul
)
price 
(qiymət
)
promotio

(təşviqat
)
place 
(yer
)


18 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə