L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix27.12.2023
ölçüsü0,67 Mb.
#163491
1   ...   35   36   37   38   39   40   41   42   43
Da-d-mirova-Sona-S-yavu-q-z-

 
 
 
 
 
 


79 
REFERAT 
Turizm Sektoru dünyanın ən sürətli inkişaf edən sektorlarından biridir. Ölkəmiz 
turizmin bütün növlərini təmin etmək iqtidarındadır. Bu tələbləri qarşılamaq və 
artırmaq üçün təbliğat fəaliyyətlərinin olması zəruri hala gəlir. Rabitə və texnologiya 
dövründə olduğumuz; Təqdimat və onun əhəmiyyətini daha da artırır. Ölkələrin ən 
əvəzsiz vasitəsi olan təbliğat, beynəlxalq bazarda ölkənin rəqabət gücünü artırır. 
Təbliğat vasitələrindən yalnız birini istifadə edən və ya birinə ağırlıq verən turizm 
müəssisələri, təbliğat fəaliyyətlərini bir bütün olaraq görən və tətbiq edən ya da 
hamısını bir arada icra edən turizm müəssisələrinə nəzərən daha az müvəffəqiyyətli 
olurlar. Bu iş turizm sektorunda təqdimat fəaliyyətləri əhəmiyyətini vurğulamaq üçün 
hazırlanmışdır. 
Məhsul və ya xidmət istehsal etməsindən asılı olmayaraq, hər bir təşkilatın 
məqsədi mənfəət əldə etməkdir. Hər bir müəssisə mövcudluğunu davam etdirə və 
rəqabətə davam gətirə bilmək üçün gəlir əldə etməlidir. Buna görə də istehsal edilən 
hər bir məhsul və ya xidmətin istehlakçıya çatdırılması lazımdır. Bu təklif və tələbə 
cavab verə bilmək üçün müəssisələr öz strukturlarına uyğun bir çox fəaliyyətlərdən 
istifadə edirlər. Bu fəaliyyətlər marketinq fəaliyyətini əhatə edir. Marketinq 
fəaliyyətləri istehsal mərhələsindən başlayaraq, satış mərhələsinə qədər davam edir. 
Artıq müasir dövrdə sərmayə, təbii qaynaqlar, məhsul və ya xidmət kimi anlayışlar 
əhəmiyyətsiz hala gəlmiş, əsas diqqət hər kəsin istehsal edə biləcəyi məhsul və 
xidmətlərin 
satılması, istehlakçılar tərəfindən qiymətləndirilməsi və ya 
mənimsənilməsinə yetirilmişdir. Araşdırmanın məqsədi turistlərin, turizm məhsulunu 
və destinasiyasını seçərkən hansı satış və təşviqat vasitələrindən təsirləndiklərini təyin 
etmək və yerli turizm şirkətləri (Turoperator və səyahət agentliyi) tərəfindən həyata 
keçirilən ölkə daxili və xarici satış və stimullaşdırma metodlarının tətbiq səviyyəsini 
ölçmək, təqdimat texnikalarının vacibliyini ortaya qoymaq, ən təsirli metodların 
müəyyən olunmasında yardımcı olmaq və bu metodların ölkənin turizm sektoruna 
təsirini vurğulamaqdan ibarətdir. Bu istiqamətdə yerli turizm şirkətlərinin ölkə daxili 
və xaricindəki ən effektiv satış və stimullaşdırma metodları barədə araşdırma aparılmış 


80 
və Bakı şəhəri üzrə fəaliyyət göstərən turizm şirkətlərinə (Turoperator və səyahət 
agentliyi) anket tətbiq olunaraq müəssisələrin bu metodlardan istifadə səbəbləri və 
dərəcələri ortaya çıxarılmağa çalışılmışdır. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə