L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə34/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   30   31   32   33   34   35   36   37   ...   190

 

 

98 



mərkəzində  olmuĢdur.  K.Marks  yazır:  "Məhsullar  ehtiyatının  ictimai  forması  hər 

necə  olsa  da,  onun  saxlanması  xərc  tələb  edir:  məhsulu  saxlamaq  üçün  təbiətdən 

asılı olaraq, zərərli təsirlərin qarĢısını almaq üçün sərf edilməli olan çox və ya az 

əmək istehsal vasitələri tələb edir" [53]. 

Əkinçi xalqımız taxılın saxlanılması üsul və qaydalarında geniĢ təcrübə və 

vərdiĢə malik olduğundan, bu sahədəki müxtəliflik özünü daha aydın göstərmiĢdir. 

Hələ  çox  qədimlərdə  Azərbaycanda  yaĢayan  insanlar  əkinçilikdən  çox-çox  qabaq 

ərzağın saxlanılması qayğısına qalmıĢlar. 

Neolit  dövründə  taxılçılığın  meydana  gəldiyi  və  inkiĢaf  etdiyi  Ģəraitdə 

insanlar taxılın becərilməsilə yanaĢı, onun saxlanılması qayğısına qalmıĢlar. Onlar əldə 

etdikləri  məhsulu  il  boyu  saxlamaq  üçün  sadı  torpaq  quyulardan  daha  çox  istifadə 

etmiĢlər.   

Torpaq quyularda taxıl saxlanılmasına Tunc və Dəmir dövrlərinə aid yaĢayıĢ 

yerlərində daha çox təsadüf edilir. Bu sadə və əlveriĢli taxıl saxlama qaydası orta əsrlərdə 

öz əhəmiyyətini itirməmiĢdir, hətta bəzi zonalarda geniĢ intiĢar tapmıĢdır. 

XIX əsr və XX əsrin əvvəllərində torpaq quyularda taxıl saxlanılması mövcud 

olmuĢ  və  bunu  etnoqrafik  materiallar  da  təsdiq  edir.  Taxıl  quyuları  bir  qayda  olaraq 

yaĢayıĢ binasının daxilində və yaxud da həyətində müvafiq yerdə qazılıb düzəldilirdi. 

Torpaq quyular öz tutumlarına görə müxtəlif ölçülərdə olurdu. Quyular dərin-

liyi  və  diametrlərindən  asılı  olmayaraq,  silindrik  və  kəsik  konusvari  olur.  Torpaq 

quyular əsasən taxıl, qismən də un saxlamaq üçün nəzərdə tutulur. Antik müəlliflərin 

əsərlərində taxılın quyularda saxlanılması  məsləhət  görülür  və ona  üstünlük  verilirdi. 

Varron  yazırdı  ki,  torpaq  quyularda  buğda  əlli  il,  darı  yüz  ilə  qədər  qalır  və  öz 

keyfiyyətini  saxlayır  [54].  Ona  görə  də  quyularda  taxılın  saxlanılması  daha  münasib 




 

 

99 



bilinirdi. 

Müxtəlif ölçülü quyular qazıldıqdan sonra onun dibi və divarları döyülərək möh-

kəmləndirilir. Lakin torpağın tərkibinin çox və ya az nəmli olub-olmaması əvvəlcədən 

yoxlanılır.  Ona  görə  də  çox  vaxt  quyuların  divarlarına  suvaq  çəkilib,  qurudulur.  Hətta 

onun  içində  od  qalayırlar  ki,  torpaq  qurusun.  Əksər  halda  isə  taxılın  nəm  çəkib 

çürüməməsi üçün quyunun yerini və divarlarını qalın küləĢ, qıjı, qamıĢ, biyan və s.-

lə  örtürlər.  KüləĢin  divarda  qalmasını  təmin  etmək  məqsədilə  onun  üstündən  nazik 

çubuqları  bir  neçə  yerdən  əyib  quyunun  divarına  iliĢdirirlər.  Quyunun  bu  üsulla 

hazırlanmasına "pəriskarlama" deyilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Quyuya  taxıl  doldurulduqdan  sonra  ağzı  küləĢlə  örtülür.  KüləĢin  üstünə 



isə  sal  daĢ  və  ya  qalın  taxta  qoyulub  möhkəm  qapanır.  Sonra  torpaqlanır  və 

Ģirələnirdi.  Adətən  pəriskar  hər  il  təzələnir  və  quyu  boĢalandan  sonra  ağzı  açıq 

saxlanılırdı. 

ġübhəsiz,  ən  qədim  və  münasib  taxılsaxlama  qablarından  biri  irihəcmli 

təsərrüfat  küpləridir.  Dulusçuluğun  Neolit  dövründə  inkiĢafının  bir  səbəbi  də 

küplərdə ərzağın saxlanılması olmuĢdur. 

Lakin  bu  dövrdə  dulus  məmulatı  müxtəlif  məqsədlər  üçün  istifadə 

edilmiĢdir.  Tunc  dövründə  iri  təsərrüfat  küpləri  ərzaq  saxlamaq  məqsədilə  daha 

çox iĢlədilmiĢ və kütləvi xarakter almıĢdır. Bu məqsədlə istifadə edilən küplər ilk 

sinifli  cəmiyyət  və  feodalizm  dövründə  daha  geniĢ  intiĢar  tapmıĢdır.  Görünür  bu 

inkiĢaf əkinçiliyin əsas təsərrüfat sahəsi olması və məiĢətlə əlaqədar dulusçuluğun 



 

 

100 



geniĢ meydan alması ilə əlaqədar olmuĢdur. 

Ġri  təsərrüfat  küplərində  taxıl  və  unun  saxlanılmasını  arxeoloji  və 

etnoqrafik  materiallar  təsdiq  edir.  Ġrihəcmli  küplər  oturaq  həyat  tərzi  keçirən  və 

taxılçılıqla məĢğul olan yerli əhali arasında daha çox iĢlədilmiĢdir. Oturacağı yastı 

və  gövdəsi  qabarıq  olan  küplərin  taxıl  doldurulduqdan  sonra  ağzına  küləĢ  və  ya 

palaz  parçası  qoyulur.  Yaxud  da  münasib  gil  ağızlıq,  sal  daĢ  və  taxta  qapaqla 

örtülür.  Qırmızı  və  boz  rəngli  təsərrüfat  küpləri  müxtəlif  həcmdə  olur.  Küplərin 

hündürlüyü təxminən 1,5 m-dən 2 m-ə qədər çatır. Küp çox zaman yerə basdırılır. 

Bəzən basdırılmayan və taxıl saxlanılan küplərə də rast gəlmək mümkündür. 

Taxılın saxlanılmasında boylu və irigövdəli ağacdan hazırlanan godlardan 

və  taqqalardan  da  istifadə  edilmiĢdir.  God  içərisi  ovulmuĢ  və  ya  yonulmuĢ  quru 

ağacdan düzəldilir. Quru qovaq və qarağacın içərisi daha tez çürüyüb tökülür və ya 

içərisinin  yonulması  daha  asan  olur.  Ona  görə  də  god  ən  çox  həmin  ağac  növlə-

rindən  hazırlanır.  Godlar  müxtəlif  ölçüdə:  hündürlüyü  təxminən  2-3  m,  diametri 

80-90  sm  olurdu.  Ən  iri  godlarda  tağarlarla  taxıl  saxlanılırdı.  Bir  qayda  olaraq 

godun  nəm  çəkməməsi  üçün  onun  altına  60-70  sm  hündürlüyündə  ayaqcıqlar 

düzəldilir. Godun oturacağı taxta ilə örtülür. Ġçinə taxıl tökülərək ağzı qapanır. God 

yağıĢ  dəyməyən,  nəm  çəkməyən  yerdə  qoyulur.  Taxıl  götürmək  lazım  gəldikdə 

godun  aĢağı  hissəsindən  açılmıĢ  deĢiyə  tıxanmıĢ  əski  parçası  çıxarılır  və  ya 

düzəldilmiĢ  taxta  "ağızlıq"  yuxarı  qaldırılırdı.  Lazım  olan  qədər  taxıl 

götürüldükdən  sonra  yenə  deĢik  qapanırdı.  Görünür  bu  tip  taxıl  saxlayan  qurğu 

Tunc  və  Dəmir  dövrlərindən  iĢlənmiĢ  və  sonrakı  əsrlərdə  isə  daha  geniĢ  Ģəkil 

almıĢdır. 

 

 




Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə