L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə35/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   31   32   33   34   35   36   37   38   ...   190

 

 

101 



Taxıl  saxlanılan  kəndilər  peyin  qarıĢdırılmıĢ  palçıqdan  silindrik,  habelə 

dairəvi formalarda hazırlanırdı. Kəndilər müxtəlif böyüklükdə olub, təxminən 100-

150, 200-300 kq-a qədər taxıl tuturdu. Kəndinin aĢağı hissəsində taxıl götürməkdən 

ötrü "külbə" adlanan göz qoyulur və taxıl töküldükdən sonra onun ağzı suvanırdı. 

Ġri tutumlu kəndilərin sınmaması üçün o, bir neçə yerdən iplə sarınırdı ki, buna da 

"qurĢaq"  deyilirdi.  Kəndi  evdə,  eyvanda  və  həyətdə  üstüörtülü  yerdə  qoyulurdu. 

Onlardan  həm  qə  unu  saxlamaq  üçün  istifadə  edilmiĢdir.  Taxıl  və  un  saxlanılan  belə 

kəndilər təkcə Azərbaycanda deyil, həm də qonĢu ölkələrdə geniĢ yayılmıĢdır. 

Taxılın  saxlanılmasında  hörmə  çubuq 

anbarlardan  istifadə  edilməsini  etnoqrafik  materiallar 

təsdiq  edir.  Müxtəlif  quruluĢ  və  həcmə  malik  olan 

anbarlar  göyəm,  vələs,  qarağac,  fındıq  və  gilas 

çubuqlarından hörülür. Çııbuqlar lazım olan ölçüdə yerə 

basdırılıb bərkidilir. Sonra çubuqlar bir-birinə keçmə və 

çarpazlaĢma yolu ilə aĢağıdan  yuxarıya doğru hörülür. 

Hazır  anbarın  oturacağı  üçün  ağac  dayanacaq 

düzəldilir. Anbarın baĢından taxıl tökülüb ağzı taxta ilə 

bağlanır və üstü örtülür. Çox zaman taxıl dağılmasın, 

nəm  çəkməsin  və  hava  keçməsin  deyə,  anbarın  içi 

suvanır,  bəzən  də  anbar  hər  iki  tərəfdən  suvanır. 

Anbardan  taxıl  götürmək  lazım  gəldikdə  isə  ya 

qoyulmuĢ gözün tıxacı açılır, ya da dən onun ağzından 

götürülür.  Hörmə  anbarlarda  həcmindən  asılı  olaraq, 

istənilən  qədər  taxıl  saxlamaq  olar.  Anbar  yağıĢ 

döyməyən,  nəm  çəkməyən  münasib  yerdə  qoyulur. 

Görünür,  hörmə  anbarlarda  taxıl  saxlamağın  tarixi 

taxılçılığın  tarixi  qədər  qədimdir.  Çubuq  anbarlar 

sonrakı  dövrlərdə,  hətta  XIX  əsrdə  də  öz 

əhəmiyyətini  itirməmiĢdi.  Son  zamanlara  qədər  belə 

anbarlarda  buğda,  arpa,  xüsusilə  qarğıdalı  saxlanması 

hallarına rast gəlmək olur. 

Toxuculuğun  inkiĢafı  ilə  əlaqədar,  taxılın 

daĢınıb  saxlanılmasında yun çuval, kisə, xurcundan da 

geniĢ  istifadə  edilmiĢdir.  Çuval  və  kisələrə 

doldurulmuĢ  taxılı  çox  vaxt  evdə,  ya  da  xüsusi  taxıl 

damında  saxlayırdılar.  Taxılın  nəm  çəkməməsi  üçün 

çuvalın və kisənin altına daĢ və ağac qoyulur. Görünür, 

bu  növ  qablarda  taxıl  saxlamaq  qaydası  ibtidai  icma 

quruluĢundan  baĢlayaraq  son  zamanlara  qədər  öz 

əhəmiyyətini itirməmiĢdir. 

Taxılın  saxlanmasında  daha  əlveriĢli  və 



 

 

102 



münasib qurğu taxta anbarlar hesab edilir. Tay və qoĢa gözlü anbarlar taxtadan hazırlanır. 

Əsasən  düzbucaqlı  quruluĢa  malik  olan  taxta  anbarların  ayaqları  olur.  Bu  oturacaqlar 

qurğunu yerdən bir neçə santimetr hündürdə saxlayır. Bu dayanacaqlar qurğunun nəm 

çəkməməsilə  əlaqədardır. Anbarların gözə görünən qabaq hissəsi  müxtəlif naxıĢlı 

ornamentlərlə bəzədilirdi. Buna görə də bu anbarlara xalq arasında "bəzəkli" və ya 

"doğrama  anbar"  deyilərdi.  Anbarların  tutumundan  asılı  olaraq,  bunlarda  40-50 

puda  qədər  taxıl  saxlamaq  olurdu.  Arakəsməli  (gözlü)  belə  anbarlarda  müxtəlif 

taxıl növləri saxlanırdı. 

Anbarın  hər  bir  gözündə  taxılın  götürülməsi  üçün  kiçik  qapaqcıq 

qoyulurdu.  Adətən,  anbarlar  yaĢayıĢ  evlərinin  birinci  mərtəbələrində  və  ya 

təsərrüfat binalarının içərisinə qoyulurdu. 

Ġrihəcmli  və  nisbətən  mürəkkəb  quruluĢlu  taxta  anbarlardan  ilk  sinifli 

cəmiyyət dövründən istifadə edildiyini ehtimal etmək olar. Lakin bu tip qurğudan 

sonrakı dövrlərdə daha geniĢ halda istifadə edildiyini söyləmək mümkündür. 

Beləliklə  də  XX  əsrin  əvvəllərinə  qədər  Azərbaycanda  taxılın 

saxlanılması üçün quyu və anbarlardan baĢqa kəndi, toxunma səbət, çubuq anbar, 

taqqa və godlardan, habelə çuval, kisə və s.-dən istifadə edilmiĢdir. 

Taxılın  saxlanması  ilə  əlaqədar  bir  məsələni  də  xatırlatmaq  lazımdır. 

Anbarlarda  saxlanarkən  onun  xarab  olmaması,  ziyanvericilərdən  qorumaq  və 

keyfiyyətini  saxlamaq  məqsədilə  taxılın  içinə  müxtəlif  otlar,  nar  qabığı,  soğan  və 

xüsusilə, sarımsaq qoyulardı. 

Taxılçılığın 

etnoqrafik 

baxımdan 

tədqiqindən 

tamamilə 

aydın  olur  ki,  bu  təsərrüfat  sahəsi 

əsrlər  boyu  Azərbaycan  xalqının 

iqtisadi həyatında həlledici rola malik 

olub,  onun  yaĢayıĢ  və  güzəranının 

əsasını təĢkil etmiĢdir. 

Azərbaycanlılar öz təsərrüfat 

həyatı 

və 


məĢğuliyyətlərinin 

müxtəlifliyi  baxımından  bir  sıra 

xalqlardan 

fərqlənirlər. 

Ölkənin 

təbiətinin  zənginliyi,  təsərrüfatın 

rəngarəngliyi  və  bir  sıra  ictimai-

iqtisadi  amillər  insanlar  arasındakı 

davranıĢa  və  münasibətə,  daha 

doğrusu, 

onların 

birgəyaĢayıĢ 

qaydalarına 

da 


öz 

təsirini 

göstərmiĢdir. 

Xalqımızın 

həyat 

tərzini,  onların  təsərrüfat  həyatını  və 



məiĢətini 

öyrənərkən 

bu 



 

 

103 



münasibətlərdə  mövcud  olan  və  xeyirxah  məzmun  daĢıyan  təmənnasız 

köməkliklərin,  əltutmanın  və  qarĢılıqlı  yardımın  cürbəcür  forma,  qayda  və  əsl 

mahiyyətini  görürük.  Daha  doğrusu,  xalqımız  qədim  zamanlardan  belə  çətin 

vaxtlarda,  ehtiyac  duyulduqda  bir-birindən  öz  yardım  əlini  əsirgəməmiĢdir. 

Beləliklə  də  xalqımızın  bu  xeyirxah  əməlləri  əsrlər  boyu  davam  etməklə,  lazım 

gəldikdə təkrar olunmuĢ, bəzən öz forma və məzmununda yeni məna kəsb etmiĢ  və 

nəhayət, adət Ģəklini almıĢdır. 

Əkinçilikdə  köməklik  və  bir-birinə  yardıma  daha  çox  ehtiyac  duyulurdu. 

Torpağın  Ģumlanmasından  baĢlamıĢ  biçin,  dərzdaĢıma,  döyüm,  otçalımı,  yaxud  su-

varma  arxlarının  çəkilməsi  və  s.  əmək  proseslərində  əkinçi  əhalinin  bir-birinə 

kömək etməsi onlar arasında adət halını almıĢdı. Bu cür ağır və təcili görüləsi iĢlərdə 

köməketmə  adəti  ən  münasib  bir  hal  olmaqla  belə  bəzən  zəruri  və  əvəzedilməz 

əhəmiyyətə malik olurdu. Belə ki, xeyli iĢçi və qoĢqu qüvvəsi tələb edən bu iĢlərin 

öhdəsindən  bir  və  ya  iki  ailə  gələ  bilmirdi.  Bundan  əlavə  ailə  baĢçısını  itirmiĢ, 

yaxud  Ģikəst  və  ya  xəstəsi  olan  ailələrə,  ümumiyyətlə,  tavanasız  (kasıb)  ailələrə 

kömək  edilərdi.  Xalqın  adətinə  görə  həmkəndlilər  bir-birlərinə,  çətinliyə  düĢmüĢ 

qonĢusuna  yardım  etməyə  borclu  idi.  Məhz  buna  görə  də  köməketmə  adəti 

xeyirxah bir iĢ olmaqla kəndlilər arasında geniĢ yayılmıĢdı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə