L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə31/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   27   28   29   30   31   32   33   34   ...   190

 

 

87 



Beləliklə də əkin sahəsində biçilmiĢ dərzlər xara ilə hesablanırdı. Biçinçi ilə 

haqq-hesab da çox zaman xaranın sayına görə aparılırdı. 

Azərbaycanda taxıl biçini əsasən iyun ayının ortalarından baĢlayaraq avqust ayı-

nın  sonuna  qədər  davam  edirdi.  Adətən  hər  bir  təsərrüfat  öz  əkin  sahəsini  öz  qüvvəsilə 

biçərdi.  Lakin  biçin  zamanı  iri  təsərrüfatlar  muzdlu  fəhlə  -  biçinçi  də  tuturdular. 

Zəmilərdəki bol taxılı biçmək üçün Cənubi Azərbaycandan biçinçilər gəlirdi. 

Biçinçilər 4-6-7-10 nəfərlik dəstələrdə birləĢirdilər. Bu dəstələr yaxınlıq, yer-

lilik,  qohumluq  münasibətləri  əsasında  təĢkil  olunurdular.  Biçinçi  dəstələrində  qazanılan 

məhsulun bölgüsü onların öz aralarındakı razılaĢmaya əsaslanırdı. Adətən, iĢ qabiliyyəti 

eyni olan biçinçilər qazandığı məhsulu bərabər bölərdilər. Biçində o qədər də səriĢtəsi 

olmayan biçinçilərə isə zəhmət haqqı nisbətən az verilirdi. Yəni əmək haqqı "zəhmətə 

görə" bölünərdi. Belə bir bölgü "əslican" adlanırdı. Biçinçinin zəhmət haqqı əkin sahibilə 

biçinçinin danıĢığından asılı olardı. Bəzən əkin sahibi biçinçiyə  zəhmət  haqqından  əlavə 

gündə  3  dəfə  yemək  verməli  və  həmçinin  onu  yatacaqla  təmin  etməli  idi,  yaxud  da 

biçinçiyə ancaq yatacaq verirdi. Bəzən biçinçiyə yemək əvəzinə un, buğda və ya arpa 

verilərdi ki, bu da "cirə" adlanırdı. 

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərindəki  məzənnəyə  görə  hər  iyirmi 

dərzdən ikisi, məhsul bol olduqda isə hətta iyirmidən üçü biçinçiyə çatırdı. Əgər əkin sey-

rək və ya alaqlı olardısa, belə halda biçinçiyə əmək haqqı günəmuzd verilərdi. Bəzən 

də biçinçinin haqqı biçilmiĢ əkin sahəsinə görə hesablanırdı. Belə bir Ģərt "quruya biçin" 

adlanırdı.  "Quruya  biçin"  zamanı  biçinçiyə  zəhmət  haqqı  kimi  biçilmiĢ  sahəyə  səpilən 

toxumun  miqdarı  qədər  taxıl  verilərdi.  Bəzən  də  biçinçiyə  döyülmüĢ  hazır  məhsulun 

ondan biri verilərdi ki, buna da "durudan haqq" deyilərdi. Biçinçinin haqqı pul ilə də 

ödənilərdi.  Pul  ilə  haqq-hesab  çox  halda  Cənubi  Azərbaycandan  gələn  biçinçilərlə 




 

 

88 



çəkilərdi. Biçinçi haqqının pul ilə ödənilməsi ancaq iri təsərrüfatlarda aparılırdı. 

Biçinçi bir mövsümdə 70-80, 100-150, bəzən də daha çox dərz qazana bilərdi. 

Əgər hər bir dərz 4-5 kq dən verərdisə, biçinçiyə 300-400 kq, bəzən də daha artıq buğda 

və ya arpa çatırdı. Biçin əkinçilikdə ən ağır iĢ prosesi hesab olunurdu. Biçinçinin, xüsusilə 

muzdla iĢləyən biçinçinin iĢinin ağır və zəhmətli olması atalar məsəllərində də öz əksini 

tapmıĢdır. "Kotanın dəstəsi ilan olsa əlindən qoyma, çinin dəstəsi qızıl olsa əlinə alma" 

və yaxud "Əkinçi ol biçinçi olma", "Dostun əksin, düĢmənin biçsin" [49]. 

Biçin iĢi tez və təxirəsalınmaz əmək prosesidir. Çünki biçində gecikmək - uduz-

maqdır, daha doğrusu, məhsul itkisidir. Ona görə də hər bir ailə çalıĢırdı ki, biçini tez və 

vaxtında baĢa çatdırsın. Bu iĢdə iĢçi qüvvəsi çatıĢmadıqda və yaxud tavanasız ailələrə 

kömək  lazım  olduqda  qonum-qonĢu,  həmkəndlilər  bir-birlərinə  yardım  da  edirdilər. 

Adətən belə hallarda iməciliklər də təĢkil edilirdi. 

Dərzlər döyüm üçün əkin sahəsindən xırmana daĢınardı. Bunun üçün müxtəlif 

üsul,  qayda  və  vəsaitlər  mövcud  olmuĢdur.  Belə  ki,  dərzin  daĢınmasından  ötrü  araba, 

furqon, kirĢə və s. nəqliyyat vasitələrindən istifadə olunmuĢdur. Dərzlər xırmana  at, 

dəvə,  öküz  və  ulaqlarla  da  daĢınardı.  Arabalarla  dərz  daĢınarkən  daha  çox  dərz 

yükləməkdən  ötrü  ona  dərzağacı  qoyulardı.  Dərzağacı  arabanın  dal  və  qabaq 

laĢarlarına  keçirilərək  bərkidilirdi.  Dərzağaclı  arabaya  yüzdən  çox  dərz  yükləmək 

olurdu. Dərzlərin tökülməməsi üçün onu sicimlə də bağlayırdılar. 

Dağ və dağətəyi ərazidə kirĢə, at, öküz və ulaqla dərz daĢınardı. KirĢəyə əlliyə 

qədər dərz yükləmək olurdu. Düzən rayonlarda isə dərzdaĢımada araba və furqonlardan 

istifadə  edilərdi.  DərzdaĢıma  zamanı  bəzən  ayrı-ayrı  təsərrüfatlar  bir-birlərinə 

köməklik də edirdilər. 

Qədim tarixə malik döyüm taxılçılıqda mürəkkəb əmək prosesi olub, bir sıra 

mərhələlərdən keçir. 

Dənin alınmasında ən qədim üsullardan biri sünbülün əl ilə ovuĢdurulmasıdır. 

QırpılmıĢ  sünbülün  qılçığı  qırılıb  atıldıqdan  sonra  ovucun  içində  sürtülərək  ovxalanır. 

Nəticədə dən qılçıqdan çıxaraq yerə tökülür. Bu qayda çox ibtidai olmaqla bərabər, çətin 

və əziyyətlidir. Bu sadə üsulla dən əldə etmək çox vaxt tələb edir və az məhsuldardır. 



 

 

89 



Əlbəttə,  bu  üsul  döyüm  prosesinin  ilkin  mərhələsini  təĢkil  edir.  Güman  ki, bu qayda 

əkinçiliyin yığım iĢindən ayrıldığı bir dövrdə daha çox tətbiq edilmiĢdir. 

Taxılçılığın əsas təsərrüfat sahəsinə çevrildiyi bir dövrdə - Neolit dövründə dö-

yümdə alət kimi ağac dəyənəklərdən daha çox istifadə edilmiĢdir. Adətən bunun üçün 

kiçik torpaq sahəsi təmizlənir və döyülüb bərkidilir. Zəmilərdən gətirilmiĢ taxılın baĢı - 

sünbülü həmin sahəyə tökülür və burada dəyənəklə döyülür. Dəyənək  ağır və davamlı 

ağac  növündən  düzəldilir.  Onun  uzunluğu  təxminən  90-120  sm-ə  qədər  olur. 

Dəyənəklə nisbətən daha çox dən döymək  mümkün olurdu. Lakin bu  üsulla döyüm 

çox vaxt aparmaqla böyük zəhmət tələb edirdi. 

Bu qədim və bəsit döyüm qaydalarından son dövrlərə qədər, az da olsa, taxıl-

çılıqda  istifadə  edildiyini  etnoqrafik  müĢahidələr  təsdiq  edir.  Bunun  da  əsas  səbəb-

lərindən  biri  toxumluq  dənin  əldə  edilməsi  olmuĢdur.  Toxumluq  üçün  seçilən  sünbül 

bəzən göstərilən qayda üzrə döyülür və dən alınırdı. Bununla da dən zədəsiz və təmiz 

qalırdı.  Bundan  baĢqa,  kəndli  ailələri  dərzləri  öz  həyətyanı  sahəsində,  ya  da  əkin 

sahələrinə yaxın olan yerdə toqqacla döyərdilər. 

 

 



 

 

 



 

 

 




Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə