L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə39/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   35   36   37   38   39   40   41   42   ...   190

 

 

110 



təxminən  yarım  milyon  pudu,  [83]  yəni  ümumi  məhsulun  1/5  hissəsi  bazara 

çıxarılmıĢdı.  Bu  isə  bəhs  edilən  dövrdə  Azərbaycanda  taxılçılıq,  o  cümlədən, 

çəltikçilik təsərrüfatının gözə çarpacaq dərəcədə "əmtəə xarakteri daĢıdığını sübut 

edirdi" [84]. 

Azərbaycan  kənd  təsərrüfatında  XIX  əsrin  ikinci  yarısında  da  çəltikçilik 

əsas  və  demək  olar  ki,  mühüm  bir  sahə  olaraq  inkiĢaf  etməkdə  idi.  Bu  dövrdə 

Azərbaycanın  iqtisadi  inkiĢafının  əsas  cəhətlərindən  biri  Rusiya  bazarının  təsiri 

altında kənd təsərrüfatının əmtəə sahələrinin inkiĢafından ibarət idi. Azərbaycanın 

təsərrüfat  cəhətdən  Ümumrusiya  iqtisadi  həyatına  cəlb  olunmasının  mütərəqqi 

əhəmiyyəti də bundan ibarət idi" [85]. 

XIX əsrin sonu (90-cı illərin ortaları) üçün Cənubi Qafqazda çəltik əkini 

sahəsi  51  min  desyatinə  yaxın  idi.  Ayrı-ayrı  quberniyalar  üzrə  isə  əkin  sahəsi 

aĢağıdakı  miqdarda  olmuĢdur:  Tiflis  quberniyası  üzrə  639 desyatin  və  ya  Cənubi 

Qafqazın  ümumi  çəltik  əkini  sahəsinin  1,25  faizi,  Zaqatala  dairəsində  5434 

desyatin və ya ümumi çəltik əkini sahəsinin 11,11 faizi, Yelizavetpol quberniyası 

üzrə 16738 desyatin və ya ümumi çəltik sahəsinin 32,89 faizi, Bakı quberniyasında 

21343 desyatin və ya Cənubi Qafqaz üzrə ümumi çəltik əkini sahəsinin 41,93 faizi, 

nəhayət, Ġrəvan quberniyası üzrə  6549 desyatin  və  ya  12,67 faizi  qədər olmuĢdur 

[86].  Deməli,  çəltik  əkini  sahəsinə  görə  Bakı  quberniyası  birinci,  Yelizavetpol 

quberniyası  isə  ikinci  yeri  tuturdu.  Göründüyü  kimi,  Cənubi  Qafqazda  əsas 

çəltikçilik rayonu Azərbaycanın ərazisi idi. Həmin illərin məlumatına görə Cənubi 

Qafqazda istehsal olunan 8-9 milyon puda qədər çəltiyin [87] 85-90 faizi yenə də 

Azərbaycanın payına düĢürdü. 

Bakı  quberniyası  üzrə  ən  iri  çəltikçilik  rayonu  Lənkəran  qəzası  idi. 

Burada  çəltikçilik  ixtisaslaĢdırılmıĢ  bir  təsərrüfat  sahəsinə  çevrilmiĢdi.  Qəzada 

XIX əsrin 90-cı illərinin ortalarında 13 min desyatindən artıq çəltik əkilirdi ki, bu 

da  Bakı  quberniyası  üzrə  bütün  çəltik  əkin  sahəsinin  61  faizini,  Cənubi  Qafqaz 

üzrə  isə  bütün  çəltik  əkini  sahəsinin  25  faizini  təĢkil  edirdi.  Burada  110-dan  çox 

kənd  çəltik  əkirdi.  Ümumiyyətlə,  əhalinin  30  faizindən  çoxu  çəltikçiliklə  məĢğul 

olurdu  [88].  Belə  ki,  1897-ci  ildə  qəzada  istehsal  olunan  çəltik  Azərbaycan  üzrə 

toplanan məhsulun yarıdan çoxunu təĢkil edirdi [89]. 

Azərbaycanda,  ümumiyyətlə,  Cənubi  Qafqazda  Lənkəran  qəzasından 

sonra  ən  iri  çəltikçilik  rayonu  Yelizavetpol  quberniyasının  ƏrəĢ  və  Nuxa  (ġəki) 

qəzaları  hesab  olunurdu.  ƏrəĢ  qəzasında  suvarılan  əkin  sahəsinin  25,  Nuxa 

qəzasında isə 33 faizini çəltik əkini sahələri təĢkil edirdi. Hər iki qəzada ildə 13500 

desyatindən çox çəltik əkilirdi [90]. 

Bu da quberniya üzrə bütün çəltik əkini sahəsinin 71 faizi idi. Bu bitkinin 

becərilməsi  üçün  əlveriĢli  Ģəraiti  olan  Zaqatala  dairəsində  isə  çəltik  əkini  sahəsi 

6000 desyatinə yaxın idi. 

Azərbaycanda çəltik əkini sahəsinin geniĢlənməsilə yanaĢı, onun istehsalı 

da  artırdı.  XIX  əsrin  90-cı  illərinin  axırlarında  Cənubi  Qafqazda  yığılan  ümumi 



 

 

111 



illik məhsulun 25 faizini Lənkəran qəzası, 26 faizini ƏrəĢ və Nuxa qəzaları, 11,67 

faizini Göyçay qəzası, 10,87 faizini Zaqatala dairəsi vermiĢdir [91]. 

XIX  əsrin  80-90-cı  illərində  Azərbaycanda  çəltik  satıĢı  da  xeyli 

geniĢlənmiĢdi.  Təkcə  1886-cı  ildə  Bakı  quberniyasından  766  min  pud, 

Yelizavetpol  quberniyasından  80  min  pud  düyü  satıĢ  üçün  baĢqa  yerə 

göndərilmiĢdi  [92].  Ölkənin  daxilində  də  düyü  və  çəltik  satılırdı.  Düyü  və  çəltik 

ticarəti  əsasən  iri  Ģəhərlərdə,  ayrı-ayrı  qəza  mərkəzlərində,  habelə  həftəbazarlarda 

da olurdu. Bu bazarlarda düyü alıcıları Ģəhər əhalisindən əlavə, Azərbaycanın dağ 

və çəltik əkməyən kəndlərinin əhalisi idi. Bundan əlavə, çəltik elə istehsal olunan 

yerlərdə də satılırdı [93]. 

Azərbaycan düyüsünün əsas satıĢ bazarı Rusiya  idi.  Lakin Azərbaycanın 

düyüsü  Qərbi  Avropa  ölkələrinin  bazarlarına  da  aparılırdı.  Təkcə  1886-cı  ildə 

Ġtaliyaya 2500 min manatlıq düyü yola salınmıĢdı [94]. Əgər 1884-cü ildə Poti və 

Batumidən xarici bazarlara yola salınan düyünün miqdarı 53 min pud idisə, 1894-

cü  ildə  bu,  173  min  puda  çatmıĢdı  [95].  Onu  da  qeyd  etmək  lazımdır  ki,  həmin 

düyünün çox hissəsi Azərbaycanın payına düĢürdü. Məsələn, 1888-ci ildə Cənubi 

Qafqazdan  xaricə  göndərilən  263  min  pud  düyünün  72  min  pudu  Yevlax 

stansiyasından,  122,4  min  pudu  isə  Ləki  stansiyasından  yola  salınmıĢdı  [96]. 

Bundan əlavə,  Rusiya  bazarlarına  dənizlə də  düyü göndərilirdi.  Məsələn, 1892-ci 

ildə Lənkərandan 35 min pud, 1893-cü ildə isə (ilin 6 ayı ərzində) 30 min pud düyü 

yola salınmıĢdı [97]. 

XX  əsrin  əvvəllərində  ölkədə  pambıqçılığın  inkiĢafı  ilə  əlaqədar  olaraq, 

çəltik əkini sahələri nisbətən azalır. Beləliklə də ġuĢa, Cəbrayıl, Naxçıvan, Cavad, 

Yelizavetpol, Qazax, ġamaxı  və Göyçay qəzalarında çəltik  əkini sahələri və onun 

istehsalı xeyli azalmıĢdır. Lakin əsas çəltikçilik rayonları hesab olunan Nuxa (ġəki) 

qəzası  və  Zaqatala  dairəsində  əkin  sahəsinin  ümumi  miqdarı  XIX  əsrin 

sonlarındakı səviyyədə qalmıĢdı. Lənkəran qəzasında isə əksinə, çəltik əkini sahəsi 

xeyli  artmıĢdı.  Məsələn,  XIX  əsrin  sonları  üçün  bu  qəzada  13000  desyatin  çəltik 

əkini sahəsi var idisə, 1910-1912-ci  illərdə onun sahəsi 17000 desyatinə  çatmıĢdı 

[98].  Ümumiyyətlə,  Azərbaycan  üzrə  çəltik  əkini  sahəsi  XX  əsrin  ilk  onilliyində 

30-40 min desyatin arasında tərəddüd etmiĢdir [99]. 

XX  əsrin  əvvəllərində  Cənubi  Qafqazda  istehsal  olunan  ümumi  çəltik 

məhsulunun  86  faizi  Azərbaycanın  payına  düĢürdü  [100].  Əvvəlki  illərdə  olduğu 

kimi, yenə də ümumi məhsulun müəyyən hissəsi satıĢa çıxarılırdı. Beləliklə də XX 

əsrin  əvvəllərində  "Cənubi  Qafqaz  pambıq  və  çəltik  istehsalına  görə  Rusiya 

kapitalizmi üçün Türküstandan sonra ikinci xammal rayonu idi" [101]. 

Öz çox növlüyünə görə çəltik baĢqa taxıl bitkilərindən fərqlənir. Belə ki, 

Azərbaycanda  çəltiyin  əllidən  çox  növ  və  növ  müxtəlifliyinin  olduğu 

müəyyənləĢdirilmiĢdir. Lakin bu ərazidə həmin növlərin az bir hissəsi geniĢ yayıla 

bilmiĢdir. 

Azərbaycanın əsas çəltikçilik bölgələrində (Lənkəran, Quba, ġəki) çəltiyin 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə