L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə38/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   34   35   36   37   38   39   40   41   ...   190

 

 

108 



etibarən daha geniĢ yayılır [60]. 

Arxeoloji  qazıntılar  zamanı  orta  əsr  Beyləqan  Ģəhəri  xarabalıqlarından 

təxminən  X  əsrə  aid  mədəni  təbəqədən  çoxlu  miqdarda  çəltik  dənləri  tapılmıĢdır 

[61].  Bundan  əlavə  Bəndovan  yaĢayıĢ  yerindən  arxeoloji  axtarıĢ  zamanı  tapılmıĢ 

çəltik dənləri də dövr etibarı ilə IX-XIII əsrlərə aid edilir [62]. Bütün bunlar həmin 

dövrlərdən,  bəlkə  də  daha  əvvəllərdən  Mil  və  Muğan  ərazisində  və  bu  yerlərə 

qonĢu olan rayonlarda çəltik əkildiyini bir daha təsdiq edir. 

Azərbaycanın  iqtisadi  həyatından  bəhs  edilərkən  orta  əsr  mənbələrinə 

əsaslanaraq göstərilir ki, ölkədə X əsrdə bir sıra dənli və texniki bitkilərlə yanaĢı, 

çəltik  də  becərilirdi  [63].  BaĢqa  bir  tədqiqat  əsərində  isə  Azərbaycanda  X  əsrə 

nisbətən  XII  əsrdə  əkinçiliyin  xeyli  inkiĢaf  etdiyi,  xüsusilə  buğda,  darı  və  çəltik 

əkininin geniĢ yayıldığı göstərilir [64]. Böyük Azərbaycan Ģairi Nizami Gəncəvinin 

əsərlərində dənli bitkilərin, o cümlədən çəltiyin, habelə onlardan hazırlanan xörək 

və nemətlərin adına dönə-dönə rast gəlirik. 

XIII  əsrin  əvvəllərində  monqolların  Azərbaycana  yürüĢü  zamanı  kənd 

təsərrüfatına dəyən zərərdən danıĢılarkən, çəltik əkinlərinin də adı çəkilir [65]. 

Azərbaycanda  XIII-XIV  əsrlərdən  etibarən  əvvəlki  dövrlərə  nisbətən, 

çəltik  bitkisinin  becərilmə  arealı  geniĢləndiyi  kimi,  onun  istehsalının  da  xeyli 

çoxaldığı  nəzərə  çarpır.  XIII  əsrin  müəllifi  məlum  olmayan  "Əcaib-əd-dünya" 

əsərində Arranda çəltik yetiĢdirildiyi qeyd edilir [66]. Həmin əsrin səyyahı Marko 

Polo  Azərbaycanda  dənli  və  texniki  bitkilərlə  bərabər  çəltiyin  də  becərildiyini 

xəbər verir [67]. 

RəĢidəddin  Fəzlüllahın  məktublarında  da  Astara  əyalətində  (TalıĢda) 

çəltiyin  becərildiyi  haqqında  məlumat  vardır  [68].  XIV  əsrin  səyyahı  Klavixo 

Qarabağın təbiət və təsərrüfatından bəhs edərək göstərirdi ki, "Burada çoxlu çəltik 

becərilir. Çəltik o qədər çoxdur ki, hətta onu atlara yedizdirirlər" [69]. Ġran tarixçisi 

Həmdullah  Qəzvini  yazırdı:  "Kür  və  Arazdan  böyük  bir  qol  ayrılmıĢdır,  ondan 

arxlar  çəkilmiĢ  və  arxların  ətrafında  çoxlu  kənd  salınmıĢdır.  Məhsulu  taxıl  və 

çəltikdir..." [70] 

XIII-XIV əsrlərdə Azərbaycanın daxili  və  xarici ticarətində dənli bitkilər 

arasında düyünün də mühüm yer tutduğu qeyd edilir [71]. 

Ölkənin iqtisadiyyatında getdikcə böyük əhəmiyyət  kəsb edən çəltikçilik 

XV  əsrdə  və  sonrakı  dövrlərdə  də  əhalinin  təsərrüfat  həyatında  mühüm  rol 

oynamıĢdır.  Həmin  dövrdə  xarici  bazarlara  taxıl,  meyvə  və  sair  kənd  təsərrüfatı 

məhsulları  ilə  yanaĢı,  çəltik  və  düyünün  də  ixrac  olunması  haqqında  orta  əsr 

mənbələrində, həmçinin Azərbaycanda olmuĢ səyyahların yol qeydlərində maraqlı 

məlumatlara təsadüf edilir. 

Venesiya  diplomatı,  səyyah  Ambrozio  Kontarini  (XV  əsr)  yazır  ki, 

"tacirlər Dərbənddən HəĢtərxana düyü və  sair aparıb orada xəz və baĢqa  mallarla 

dəyiĢdirirdilər‖ [72]. Əvvəlki dövrlərdə olduğu kimi, XV əsrdə də ġirvandan dünya 

bazarlarına baĢqa məhsullarla yanaĢı, düyü də aparılırdı [73]. 



 

 

109 



Çəltikçilik  XVII-XVIII  əsrlərdə  də  ölkənin  iqtisadiyyatında  mühüm 

yerlərdən  birini  tutmuĢdur.  Həmin  dövrlərdə  bu  bitkinin  əkin  sahəsinin  ayrı-ayrı 

rayonlar  üzrə  yayılması,  məhsulun  daxili  və  xarici  bazarlarda  müntəzəm  olaraq 

satıĢı haqqında bir sıra qiymətli materiallar vardır. 

Azərbaycanı gəzmiĢ XVII əsr tarixçisi və səyyahı Evliya Çələbi bu ölkədə 

çəltik, pambıq və baĢqa bitkilərin becərildiyini xəbər verir [74]. MəĢhur tacir Zəkə-

riyyə Əylisli (1677-ci il) Azərbaycan haqqında öz gündəliyində  yazırdı: "Bu ölkə 

qədimdən  çox  əhalisi  olan  gözəl  və  məhsuldar  bir  yerdir.  Burada  əla  düyü  olur, 

keyfiyyətinə  görə  hind  düyüsündən  daha  üstündür.  Onu  sovqat  kimi  Ġspaniyaya 

qədər aparırlar" [75]. 

XVII 

əsrin  70-ci  illərində  Azərbaycanda  olmuĢ  hollandiyalı  dənizçisi-



səyyah  Yan  Streys  Dərbənddən  ġamaxıya  gedərkən  ġabranda  yüksək  keyfiyyətli 

düyüyə rast gəldiyini və bu düyünün ucuz satıldığını qeyd edir [76]. 

XVIII 

əsrin ortalarında  Azərbaycanda  səyahətdə  olarkən həkim-səyyah 



Lerx  Ġohann  Yakob  Kür  sahili  kəndlərinin  ətrafında  buğda,  arpa  və  pambıqla 

yanaĢı,  çəltiyin  də  becərildiyini  yazmıĢdır  [77].  Bu  dövrdə  Azərbaycandan  baĢqa 

ölkələrə bir sıra qiymətli məhsullarla bərabər düyü də aparılırdı [78]. Düyü satıĢı 

xeyli geniĢlənmiĢdir. Hətta kənd təsərrüfatı məhsullarını alıb satmaqla məĢğul olan 

möhtəkirlər  meydana gəlirdi ki, onlar "çox zaman düyü və digər kənd təsərrüfatı 

məhsulları  ucuz  olan  rayonlardan  mal  alıb,  ölkənin  bahalıq  olan  vilayətlərinə 

aparıb satır və gəlir əldə edirdilər" [79]. 

Zəngin  ölkə  olan  Azərbaycan  orta  əsrlərdə  dəfələrlə  xarici  iĢğalçıların 

hücumlarına məruz qalmıĢdır. Bu hücumlar zamanı iĢğalçılar onu çapıb-talayır və 

viran  qoyurdular.  Tez-tez  təkrar  olunan  daxili  feodal  müharibələri  də  təsərrüfata 

böyük zərər vururdu. Lakin bunlara baxmayaraq, Azərbaycanda əkinçilik, xüsusilə 

çəltikçilik ləng də  olsa, inkiĢaf etməkdə  idi.  Əməksevər xalqımız  "özünün  maddi 

və  mənəvi  nemətlərini"  yaradır  [80]  və  onu  daha  da  inkiĢaf  etdirirdi.

 

 



Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra ölkədə yaradılan əmin-

amanlıq  zəruri  ərzaq  məhsulu  olan  buğda,  arpa  ilə  yanaĢı,  çəltiyin  də  əkin 

sahələrinin  geniĢləndirilməsinə,  Lənkəran,  ġəki,  ġirvan,  Qarabağ,  Quba 

əyalətlərində,  habelə  Car-Balakən  dairəsində  onun  istehsalının  xeyli  artmasına 

səbəb olmuĢdur. 

Beləliklə,  bir  sıra  obyektiv  səbəblərin  nəticəsi  olaraq  XIX  əsrin  birinci 

yarısından etibarən ölkədə kənd təsərrüfatının inkiĢafı üçün zəmin yaranmıĢ oldu. 

Bu  dövrdə  Azərbaycandan  xaricə  göndərilən  malların  içərisində  həmiĢə  düyünün 

adı çəkilirdi. Düyü daha çox Rusiyaya göndərilirdi [81]. 

Mühüm  çəltikçilik  rayonlarından  hesab  olunan  ġirvan,  Lənkəran,  Quba, 

və Qarabağda XIX əsrin 40-cı illərinin ortalarında məhsul istehsalı xeyli artmıĢdı. 

Belə  ki,  1845-ci  ildə  Qubada  93750  pud,  ġirvanda  493150  pud,  Lənkəranda 

695000  pud,  Qarabağda  isə  375000  pud,  həmin  ildə  ümumi  çəltik  məhsulu  isə 

bütün  Azərbaycan  üzrə  2315650  pud  olmuĢdur  [82].  ToplanmıĢ  məhsulun 




Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə