L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə40/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   36   37   38   39   40   41   42   43   ...   190

 

 

112 



(Oryza Sativa L) aĢağıdakı növ və növ müxtəliflikləri becərilmiĢdir. Lənkəran böl-

gəsi üzrə - ənbərbu, akülə, mazandarani (mazani), rasimi, yetimi, beybu (ağ beybu, 

qırmızı beybu), ağ çilə, qırmızı çilə, çilənbəri, Ģəstras, vilgiciri, Ģatalivə, sədri (qır-

mızı  sədri),  Məmmədəli,  reyhani,  çampo,  guĢa  (hüĢə),  çitim  (qırmızı  çitim,  ağ 

çitim),  Əlməmmədi,  Ģabunatum,  Əsgəri,  Qasımxani  (küsə),  çiləyi  (qırmızı  çiləyi) 

və  s.  növlər,  ġəki  bölgəsi  üzrə  -  Marağa,  çampo,  ağqılçıq,  qaraqılçıq,  sarıqılçıq, 

Ģəril (qınnızı  Ģəril,  ağ  Ģəril),  Əmirxan, Quba  bölgəsi üzrə  -  sanqılçıq, Teymurxan 

çəltiyi, qaraqılçıq çəltik növləri daha geniĢ yayılmıĢdı. Naxçıvanda Ģəril, ağ çəltik, 

qızıl  çiləli,  Qubadlı-Zəngilanda  sədri,  Marağa,  akülə  növləri,  ġirvanda  isə  qır-

mızıqılçıq, qaraqılçıq, səyad, akülə, ənbərbu, Marağa, sədri çampo, Ģəril və baĢqa 

növlər becərilmiĢdir. 

Həmin çəltik növlərindən ənbərbu, akülə, rasimi,  sədri,  çampo, ağqılçıq, 

qaraqılçıq kimi məhsuldar və keyfiyyətli növlər daha geniĢ yayılmıĢdı. 

YetiĢmə  vaxtına  görə  Azərbaycanda  becərilmiĢ  çəltik  növlərini  iki  yerə 

bölmək olar. TezyetiĢən (60-105 gün) növlər: akülə, beybu və s. GecyetiĢən (110 

gündən yuxarı) növlər: vilkiciri, sədri, əsgəri və s. çəltik növlərinin çoxu 120 günə 

qədər yetiĢdiyinə görə belə bir atalar məsəli də vardır: "Qırxında yaĢ, qırxında baĢ, 

qırxında  aĢ".  Azərbaycanda  becərilmiĢ  çəltik  növlərinin  bir  çoxu  özlərinin 

məhsuldarlığı və yüksək keyfiyyəti ilə də fərqlənmiĢdir. Belə ki, XIV-XVII əsrlərə 

aid  olan  mənbələrdə  yüksək  keyfiyyətli  Azərbaycan  düyüsü  haqqında  qiymətli 

məlumatlar  vardır.  XIX  əsrdə  Beynəlxalq  və  Rusiya  sərgilərində  Azərbaycanda 

becərilən çəltik növlərinin dəfələrlə mükafata layiq görülməsi də bunu təsdiq edir. 

1852-ci  ildə  Moskvada  keçirilən  Ümumrusiya  kənd  təsərrüfatı  sərgisində  ġamaxı 

qəzasının sakini Zülfüqar bəy Ġskəndər oğlu yüksək keyfiyyətli çəltiyə görə bürünc 

medal  almıĢdı  [102].  Çəltik  ustaları  Ümumdünya  London  sərgisində  (1862-ci  il), 

Xarkov  sərgisində    (1887-ci    il)    və    Qafqaz    sərgisində    (Tiflis,      1889-cu    il)  

Azərbaycanda  becərilən  çəltik növlərinin  məhsuldarlığına  və  keyfiyyətlərinə  görə 

mükafat və fərqlənmə diplomlarına layiq görülmüĢlər [103]. 

Çəltik  ustalarının  zəngin  təcrübəsi  və  empirik  biliyi  bu  bitkinin 

məhsuldarlığının  artmasına  və  hətta  yeni  növ  müxtəlifliyinin  alınmasına  xeyli 

kömək etmiĢdir. "Qırma", "dəstələmə", "külləmə" kimi toxum seçmə üsullarının və 

həm  də  Azərbaycanda  yetiĢdirilən  və  uzun  müddət  çəltik  plantasiyalarında 

becərilərək özünə vətəndaĢlıq hüququ qazanmıĢ Qasımxani, BəxĢəli, Əlməmmədi, 

Ģabunatum, Məmmədəli, Əsgəri, Əmirxan və s. kimi çəltik növlərinin yaradıcısı da 

xalq olmuĢdur. 

Toxumluq  dənin  seçilməsinə  və  onun  saxlanılmasına  çəltikçilər  mühüm 

və zəruri bir iĢ kimi baxırdılar. Ona görə də "necə olarsa toxumun əsli, elə də olar 

onun  nəsli"  zərbi-məsəlində  əkinin  həmiĢə  keyfiyyətli  və  təmiz  toxumla  aparıl-

ması məsləhət görülür. 

Çəltik ustaları yeni növlər əldə etmək məqsədilə baĢqa ölkələrdə becərilən 

keyfiyyətli, məhsuldar və suya daha az tələbatı olan çəltik növlərini də yerli Ģəraitdə 



 

 

113 



becərərək  təcrübədən  keçirmiĢlər.  Hələ  XIX  əsrin  ortalarında  (1852-ci  ildə) 

Naxçıvanda  Hindistandan  gətirilmiĢ çəltik  növü becərilmiĢdir. Yaxud  Lənkəranın 

Çaxırlı  kəndində  (1863-cü  il)  Tibet  çəltiyi  becərilmiĢdir  [104].  Bütün  bunlar 

çəltikçilərimizin təĢəbbüskar və öz iĢlərinin mahir bilicisi olduğunu təsdiq edir. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  çəltik  Ģumu  xıĢ  və  qara  kotanla 

aparılmıĢ,  Ģumun  əkinə  hazırlanmasında  isə  müxtəlif  formalı  malalardan  istifadə 

edilmiĢdir.  XıĢların  forma  və  quruluĢunda  ümumi  bir  oxĢarlıq  olsa  da,  ayrı-ayrı 

zonaların torpaq-iqlim  Ģəraitinə və baĢqa obyektiv səbəblərə uyğun olan səciyyəvi 

fərqlər də mövcud olmuĢdur. XıĢlardan yalnız çəltik əkininin Ģumu deyil, taxılçılıq, 

bostan  və  tərəvəzçilikdə  də  eyni  məqsəd  üçün  geniĢ  istifadə  edilmiĢdir.  Lənkəran 

bölgəsinin çəltik xıĢları baĢqa bölgələrin xıĢlarından fərqli olaraq, məhz çəltik əkini 

üçün  Ģum  edilməsində,  əkinə  hazırlanmasında,  onun  yumĢaldılmasında  (həllində 

də) istifadə edilmiĢdir. 

Çəltik xıĢı nisbətən yüngül olur. Kötüyün ümumi uzunluğu 70-75 sm-dir. 

Onun.  burun  uc  hissəsinə  20-25  sm-lik  dəmir  gavahın  keçirilir.  Kötüyə  keçirilən 

bazı  2  metr  yarıma  qədərdir.  Bazının  ucu  boyunduruğa  bağlanır.  Bazıda  bir-

birindən  10-15  sm  aralı  güc  ağacını  keçirmək  üçün  deĢik  (göz)  olur.  ġumu  dərin 

götürmək lazım gəldikdə güc ağacını axırıncı, dayaz götürdükdə isə onu əvvəlinci 

gözə  keçirirlər.  Çəltik  Ģumunun  kötüyü  Ģuma  görə,  yəni  hansı  Ģumda  istifadə 

ediləcəyindən  asılı  olaraq  dəyiĢdirilirdi.  Torpağı  daha  yaxĢı  və  tez  həll  etmək 

mümkün  olsun  deyə,  birinci  Ģumda  iĢlədilən  xıĢın  kötüyü  nisbətən  dar,  ikinci  və 

üçüncü Ģumlarda isə enli olurdu. 

Ümumiyyətlə, xıĢlar öz quruluĢ və formalarına görə sadə olurdu. Bu alət 

aĢağıdakı  hissələrdən  ibarətdir:  kötük,  bazı,  gavahın,  dəstə,  müĢdük.  Həmin 

hissələr kiçicik fərqlərə baxmayaraq, Azərbaycanın bütün bölgələrində, demək olar 

ki,  eyni  adla  tanınmıĢdır.  XıĢların  öküz  və  kələ  qoĢulması  üçün  boyunduruqdan 

istifadə edilirdi. 

Azərbaycanın ayrı-ayrı çəltikçilik bölgələrində Ģumun əkinə hazırlanmasında 

istifadə  edilən  malalar  öz  quruluĢ  və  formalarına  görə  müəyyən  qədər  fərqlənmiĢlər. 

Bunun  isə  baĢlıca  səbəbi  ayrı-ayrı  bölgələrin  torpaq  iqlim  Ģəraitinin  müxtəlifliyi 

olmuĢdur. Çəltik malaları hazırlandığı materiala və formasına görə də seçilirdi. Bunlardan - 

ağac mala, taxta mala, toxuma mala, Ģax mala daha geniĢ yayılmıĢdı. 

Maraqlıdır ki, Lənkəran bölgəsində torpağın əkin üçün hazırlanmasında isti-

fadə  edilən  çəltik  malaları  baĢqa  bölgələrin  malalarından  xeyli  seçilmiĢlər.  Həmin 

malalar  bölgədə  peĢkovil,  gironda,  çəpə,  diĢli  mala  adı  ilə  tanınmıĢdır.  PeĢkovil  və 

gironda  mala  əsasən  birinci  Ģumdan,  çəpə  mala  isə  ikinci  Ģumdan  sonra  çəltik 

ləklərinin  torpağının  əzilib  həlli  üçün  iĢlədilirdi.  Daha  sonra  diĢli  maladan  istifadə 

edilirdi.  Bu  mala  ilə  torpağı  daha  yaxĢı  əzməklə  onu  ağac  və  bitki  köklərindən 

təmizləmək olurdu. Axırıncı Ģıım - üçüncü Ģumdan sonra isə ləkdə hamar mala iĢlədilirdi, 

bu  mala  ləkin  torpağını  hamarlardı.  Bununla  da  malalama  prosesi  qurtarar  və  Ģitilin 

sancılmasına baĢlanardı. 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə