L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə37/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   33   34   35   36   37   38   39   40   ...   190

 

 

106 



çevirmiĢlər. ZəhmətkeĢ xalq isə belə əvrəzi onun məzmunundan irəli gələn və sinfi 

məna  daĢıyan  adla  "yüzbaĢı  əvrəzi",  "bəy  əvrəzi"  kimi  tanıyaraq,  əvrəzin  əsl 

mahiyyətindən ayırmıĢlar. 

Ġməcilik də eyni ilə əvrəz kimi məna və məzmun daĢıyaraq Azərbaycanın 

ayrı-ayrı  etnoqrafik  bölgələrində  daha  geniĢ  yayılmıĢdı.  Əvrəzdə  olduğu  kimi, 

iməciliklər də zəruri və təcili görüləsi iĢ və ya sadəcə olaraq tavanasız və köməyə 

ehtiyacı  olan  ailələrə  yardım  məqsədilə  çağırılardı.  Ġməciliklərdə  də  həm  kiĢilər, 

həm də qadınlar çox həvəslə iĢtirak edərdilər. Çəltikçilik təsərrüfatı ilə məĢğul olan 

ailələrdə lazım gəldikdə Ģum, bicar, alaq, biçin və s. iĢlərdə iməciliklər keçirilərdi. 

Belə  ki,  çəltik  üçün  Ģum  gecikdikdə,  Ģitil  sancma  gecikdikdə,  əkini  alaq  otları 

həddən  artıq  basdıqda  və  baĢqa  hallarda  əkin  sahibi  düĢmüĢ  olduğu  çətinlikdən 

iməcilik keçirmək yolu ilə çıxardı. Ġməcilikdə iĢ həmin gün qurtarardısa, bu daha 

böyük Ģənliyə səbəb olardı. 

Lənkəran  bölgəsində  çəltik  Ģitili  sancmaq  və  alaq  iĢi  ilə  ancaq  qadınlar 

məĢğul  olur  və  bu  iĢ  prosesi  zamanı  keçirilən  iməciliklərdə  də  yalnız  qadınlar 

iĢtirak edirdilər. Ġməcilik iĢtirakçıları olan qadın və yeniyetmə qızlar, fasilələrdə və 

iĢdən sonra çalıb oxuyar, Ģən oyunlar təĢkil edərdilər, qadınlar iməcilik günü daha 

təmiz və səliqəli geyinərdilər. Bəzən yaĢlı qadınlar belə günlərdə oğul və nəvələri 

üçün qız da gözaltı edərdilər. 

Deyildiyi  kimi,  köməkliklər,  adətən  həmkəndlilər,  qonĢular,  həm  də 

məhəllə adamları arasında olardı. Lakin belə köməklik adəti, nadir hallarda da olsa, 

qonĢu  kəndlər  arasında  mövcud  olmuĢdur.  Beləliklə  ehtiyac  olduqda  Lənkəran 

qəzasında  Ərkivan,  Boradigah,  Xolmili,  Ərçivan,  ġiyəkəran,  ġıxəkəran  və  baĢqa 

kəndlərin  əhalisi  çəltik  biçini  və  baĢqa  iĢlərdə  öz  qonĢu  kəndlərinə  köməyə 

gedərdilər.  Yaxud  Naxçıvan,  Quba,  Cəbrayıl,  ġəki  və  s.  qəzaların  taxılçılıqla 

məĢğul olan kəndlərinin camaatı belə köməkliklərdə fəal iĢtirak edərdilər. 

Əkinçilikdə, Ģum, biçin, döyüm və sair iĢlərdə kəndlilər arasında "növbə" 

adı  ilə  tanınan  köməklik  adəti  də  mövcud  olmuĢdur.  Bu  birləĢmədə,  adətən 

tavanası  eyni  səviyyədə  olan  üç-dörd  təsərrüfatdan  artıq  iĢtirak  etmirdi.  Həmin 

təsərrüfatlarda  kimin  iĢi  daha  təcili  (biçin,  döyüm  və  s.)  idisə,  həmin  iĢ  görülər, 

daha  sonra  ehtiyaca  görə  növbə  ilə baĢqa iĢtirakçılar üçün  iĢlərdilər. NövbələĢmə 

ilə görüləsi iĢ, adətən 10-12 günə qurtarardı. Daha doğrusu,  növbələĢmədə iĢtirak 

edən  təsərrüfatlar  əsasən  bir  iĢ  prosesinin  (biçin,  döyüm  və  s.)  yerinə  yetirilməsi 

üçün birləĢir və həmin iĢ görülüb qurtardıqdan sonra bu birləĢmə dağılırdı. 

Kəndlilər  əkinçilikdə  ayrı-ayrı  iĢ  proseslərini  bu  və  ya  baĢqa  obyektiv 

səbəblər üzündən müstəqil yerinə yetirə bilmədiyi hallarda "ortaqlıq" iĢ üsulundan 

da  istifadə  edirdilər.  ġübhəsiz  ki,  ortaqlığı  doğuran  səbəblərdən  biri  qoĢqu 

heyvanlarının azlığı və ümumiyyətlə, "canlı" və "cansız" avadanlığın çatıĢmaması 

olmuĢdur. Qaydaya görə bir neçə  nəfər əkin sahibi öz  heyvanlarını birgə qoĢaraq 

dərz  daĢıyır  və  onu  xırmanda  döyməklə  iĢi  baĢa  çatdırırdı.  Bəzən  də  ortaqlıq 

torpağın  Ģumlanıb  qurtarması  ilə  bitirdi.  Adətən  ortaqlıq  5-10  gündən  artıq 



 

 

107 



çəkməzdi. Yada bir mövsüm. 

Ortaqlığın  üzvləri  arasında  Ģum,  biçin,  dərzdaĢıma  və  döyüm  gününün 

bölgüsü,  mövcud  olmuĢ  qaydaya  görə,  ortaqlığa  verilmiĢ  heyvanın  sayı  ilə 

müəyyən edilərdi. Əgər kəndli ortaqlığa bir at və ya kəl qoĢmuĢsa bir gün, bir cüt 

at  və  ya  kəl  qoĢmuĢsa  iki Ģum  və  ya  iki döyüm  günü almaq hüququna  malik idi. 

Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  belə  ortaqlıqlarda  qoĢqu  heyvanı  olmayan 

kəndlilər də iĢtirak edə bilirdilər. Onlar isə çox vaxt sürücü, yabaçı, sovruqçu olur, 

ümumiyyətlə,  lazım  olan  iĢi  görürdülər.  Bunun  müqabilində  isə  həmin  kəndlilər 

dərzin  daĢınması  üçün  iĢ  heyvanlarından  bir  və  ya  iki  günlüyə  istifadə  etmək 

hüququ  qazanırdılar.  Bu  cür  Ģərtlərlə  təĢkil  olunan  ortaqlıq  adəti  sonrakı  dövrlərdə 

özünün əvvəlki "sadə əmək birləĢməsi"  mahiyyətini itirərək, daha yoxsul kəndlilərin 

istismar mənbəyinə çevrilirdi. 

Təsərrüfatla əlaqədar yaranan belə köməkliklər dünyanın bir sıra xalqları ara-

sında  da  mövcud  olmuĢdur.  Belə  ki,  Qafqazda,  Orta  Asiyada,  Avropa  ölkələrində  və 

baĢqa yerlərdə müxtəlif adlarla tanınmıĢdır. Bu cür birgə yardım ruslarda "pomoçı" və 

ya  "toloka",  "subbotnik",  gürcülərdə  "dadzaxili"  və  ya  "ulami",  özbəklərdə  "xaĢar", 

kumuklarda "bulka", ləzgilərdə "mel" və s. adlanmıĢdır. 

Mövcud  ictimai-iqtisadi amillərin tələbindən irəli  gələn bu qarĢılıqlı  yardım 

adətləri  və  onun  müxtəlif  formaları  xalqımızın  əkinçilik  təsərrüfatında  daha  geniĢ 

yayılmıĢdır.  Belə  ki,  əsasən  süni  suvarmaya  və  sadə  kənd  təsərrüfatı  alətləri  üzərində 

qurulan  Azərbaycan əkinçiliyində kəndlilərin bir-birinə  köməketmə adətinə  və hər cür 

yardıma daha çox ehtiyacı var idi. Təsadüfi deyildir ki, bu birgə köməkliklərlə əlaqədar 

olaraq xalqımız arasında "el gücü, sel gücü, yel gücü", "tək əldən səs çıxmaz", "el bir 

olsa, dağı oynadar yerindən", "dil bir olsa, zərbi kərən sındırar" və s. zərbi-məsəllər 

yaranmıĢdır. 

 

 



 

ÇƏLTĠKÇĠLĠK 

 

Azərbaycanın  məhsuldar  torpağı,  əlveriĢli  iqlim  Ģəraiti  bu  ərazidə 



çəltikçiliyin inkiĢafına imkan yaratmıĢdır. 

Çəltik  bitkisinin  ilk  vətəni  Cənub-ġərqi  Asiya  ölkələri  olmuĢdur  [55]. 

Daha  doğrusu,  dünya  bitkiçiliyinə  çəltiyi  Hindistan  və  Birma  vermiĢdir"  [56]. 

Deməli, çəltik tədricən bu ərazilərdən baĢqa ölkələrə yayılmıĢdır. Orta Asiyada bu 

bitkinin becərilməsi təxminən e.ə. VII əsrə, Yaxın ġərq ölkələrində (Babilistan və 

Suriyada və b.) e.ə. II əsrə [57], Misir və Ġspaniyada eramızın VIII əsrinə aid edilir 

[58]. Ġranda isə çəltiyin Sasanilər sülaləsinin (236-651) son dövrlərində becərildiyi 

göstərilir [59]. Çox ehtimal ki, bu bitki Ġranda VI-VII əsrlərdən geniĢ becərilməyə 

baĢlamıĢdır.  Azərbaycanda  da  çəltik  bitkisinin  elə  həmin  vaxtlardan  becərildiyi 

fikrini  irəli  sürmək  olar.  Lakin  çəltik  bitkisi  Azərbaycanda  VIII-IX  əsrlərdən 




Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə